K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə18/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

         İrrasional idrak  fenomeni
  

 49 
DüĢünmə – ağıl və Ģüurla bilavasitə əlaqəli bir prosesdir və təbii 
ki,  onların  səviyyə  və  xarakterləri  düĢünmədə  də  öz  əksini  tapır.  Lakin 
burada mühüm bir fakt da aydınlaĢdırılmalıdır: zaman-məkan fövqündə, 
ilahi  aləmlərin  Ģüurüstündə  inikası  olan  həqiqətləri  ağıldan  üstdəki  ağlı 
vasitəsilə  əlaqələndirən,  sistemləĢdirən,  növbəti  mərhələ  üçün  xammal 
edib  idrak  prosesini  inkiĢaf  etdirən  subyekt.  Deyilənləri  və  irrasional 
idrakın  insanın  ruhi  tərəfi  ilə  əlaqəsini  nəzərə  alaraq  bildirmək  olar  ki, 
irrasional  düĢünmə  ruhun  düĢünməsidir.  M.Ekxart  deyir:  «Allahı  dərk 
etməkdə  ruha  zaman  və  məkan  kimi  heç  nə  mane  olmur;  məkan  və 
zaman  həmiĢə  ancaq  hissədir,  Allah  isə  tamdır.  Əgər  ruh  Allahı  dərk 
etməlidirsə, bunu zaman və məkan fövqündə etməlidir» [129, 64].  
Ġrrasional  bilik  barədə  danıĢarkən  biz  mənəvi  və  ya  mistik 
təcrübənin  rolunu  xüsusi  vurğulamıĢdıq.  Ağıl  və  Ģüurun  irrasional 
aspektdən  təhlilindən  də  belə  məlum  olur  ki,  onların  üst  qatının 
formalaĢması  məhz  bu  təcrübə  zamanı  baĢ  verir.  Bunu  nəzərə  alaraq 
bildirmək  olar  ki,  irrasional  düĢünmə  mistik  və  ya  mənəvi  təcrübənin 
özüdür.  Mənsur  Həllac  bu  prosesi  təsvir  edərək  yazır:  «…Xəyallardan 
uzaq  ol,  ayaqlarını  insanlıqdan  və  xəlqdən  ucaya  qaldır.  Onu  nizam  və  
uyğunluqla ayırd et, coĢğun eĢqlə özündən keç, gör ki, dağlar və qayalıqlar 
– fəhm dağlarının və əminlik qayalıqlarının – arasında uçursan ki, gördü-
yünü  görəsən»  [142,  34].  Cəlaləddin  Rumi  isə  belə  hesab  edir  ki,  «insan 
böyük  Ģeydir;  onda  hər  Ģey  yazılmıĢdır.  Zülmət  pərdələri  özündəki  o 
elmləri  görməyə,  oxumağa  qoymur.  Zülmət  pərdələri  dünyanın  bu 
cürbəcür məĢğuliyyətləri, tədbirləri və arzularıdır» [60, 48].  
Göründüyü  kimi,  mütəfəkkirlərə  görə,  maddiyyatdan  uzaqlaĢma 
yeni düĢüncə forması yaradır və ya bu uzaqlaĢma özü fərqli bir düĢünmə 
vasitəsilə  baĢ  verir,  yəni  bunlar  qarĢılıqlı  Ģəkildə  bir-birini  tənzimləyən 
iki,  bəlkə  də  vahid  bir  prosesdir.  Hegel  deyir:  «Təfəkkürün  hissinin 
üzərində  ucalması,  təfəkkürün  sonlunun  hüdularından  sonsuza  çıxması, 
təfəkkürün  hissi  olanların  sırasını  pozub  fövqəlhissə  atlanması  –  bütün 
bunlar  təfəkkürün  özüdür,  bu  keçidin  özü  təfəkkürdür.  Əgər  desələr  ki, 
biz  belə  keçid  etməməliyik,  bu,  o  deməkdir  ki,  biz  düĢünməli  deyilik» 
[126, 170].  
Beləliklə,  biz  ağıl,  Ģüur,  intuisiya  və  təfəkkür  kimi  artıq  kifayət 
qədər  araĢdırılmıĢ  fəlsəfi  kateqoriyaların  batini  və  ya  üst  qatını  təhlil 
etməklə  iki  həqiqətə  aydınlıq  gətirməyə  çalıĢdıq.  Əvvəla,  irrasional  və 
rasional  idrak  formaları  vahid  bir  prosesin  bir-birini  tamamlayan,  yeri 
gələndə  əvəz  edən  iki  tərəfidir.  Ġkincisi,  bu,  ikili  (maddi  və  ruhi) 


 50 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
xüsusiyyətə malik insanın hər iki imkanlarından istifadəyə qadir olması 
deməkdir. 
 
İrrasional idrak prosesinin əsasları 
  
Yuxarıdakı  Ģərhlərimizə  istinadən  irrasional  idrak  prosesinin 
əsaslarını aĢağıdakı Ģəkildə təqdim etmək olar: 
1.
 
Ruh  –  irrasional  idrakın  subyekti,  ən  vacib  kateqoriyasıdır. 
Ruh  anlamı  yoxdursa,  irrasional  düĢüncədən  danıĢmaq  olmaz.  Sufi 
mütəfəkkiri Əbu Bəkr Vasitinin bildirdiyi kimi, «Elmdə dərin olanlar öz 
ruhları  ilə  qeybin  qeybinin  sirrinin  sirrinin  bilicisidirlər»  [149,  113].  
Ruh  insanın  qeyri-maddi  tərəfi  kimi  onun  fövqəltəbii  aləmlə  əlaqəsinin 
dəlilidir.  
Ruh qədim tarixə malik və haqqında ən müxtəlif fikirlər söylənilən 
bir  kateqoriyadır.  Məsələn,  məlum  olduğu  kimi,  Qədim  yunan  filosofu 
Pifaqor  onu  bədənin  harmoniyası,  stoiklər  isə  inkiĢaf  etməyi  bacaran 
ağıllı və qaynar pnevma hesab etmiĢdirlər.  
Səmavi  kitablarda  da  ruh  haqqında  müəyyən  izahlar,  təsvirlər 
mövcuddur.  Məsələn,  Bibliyada  buyurulur:  «Bilmirsinizmi  ki,  sizin 
bədənləriniz  əslində  sizdə  yaĢayan  və  Allahdan  verilmiĢ  Müqəddəs 
Ruhun  məbədidir  və  siz  özünüzün  deyilsiniz»  (1  Kor.  6:20).  Bir  baĢqa 
yerdə  isə  deyilir:  «Bədən  olduğu  torpağa  qayıdacaq,  ruh  isə  onu  verən 
Allahın  yanına  qayıdacaq»  (Ekk.  12:7).  Bibliya  insanla  bərabər 
heyvanların da ruhu olduğunu xəbər verir: «Kim bilir: adəm oğlullarının 
ruhları  yuxarı  qalxır,  heyvanların  ruhu  isə  aĢağı,  torpağa  gedir?»  (Ekk. 
3:21). Görünür bu səbəbdən də insan və heyvan arasında fərq qoyulmur: 
«Ġnsanın  heyvanlar  üzərində  heç  bir  üstünlüyü  yoxdur,  çünki  hər  Ģey 
qarıĢıqdır!» (Ekk. 3:19). Lakin o da qeyd olunur ki, inanan, içində Allaha 
iman  olan  bir  Ģəxsə  Müqəddəs  Ruh  tərəfindən  «ruh  hədiyyə 
olunmuĢdur» (2 Kor. 1:22; 5:5; Ef. 1:3; 4:30). 
Qurani  Kərimdə  ruh  haqqında  məlumatlar  nisbətən  azdır  və 
buyurulur  ki, 

Səndən ruh haqqında soruĢsalar, de ki, o, Rəbbimin ixti-
yarındadır

  (Quran  17/85).  Eyni  zamanda,  Quranda  heyvani  ruh  barədə 
də bir məlumat verilmir.  
Ayələrdən göründüyü kimi, ruhun ontoloji təhlili verilmir və onun 
yalnız Mütləq Varlıqla bilavasitə əlaqəli olan, Onun tərəfindən yaradılan 
və  Ondan  vasitəsiz  olaraq  böyük  qüvvə  alan  bir  varlıq  olduğu  məlum 
olur.  Həm  bunu,  həm  də  mövzumuzun  əsas  istiqamətini  nəzərə  alaraq, 


         İrrasional idrak  fenomeni
  

 51 
biz  də  ruhun  yalnız  irrasional  idrakda  rolu  və  əhəmiyyətini  təhlil 
edəcəyik və burada əsasən ruhun üç xüsusiyyətini araĢdıracağıq: 
a)
 
insan  varlığında  ruhun  hər  Ģeyi  ehtiva  edən  mikrokosm 
olmasını; 
b)
 
ruhun düĢünən varlıq olmasını; 
c)
 
insanın  kamilləĢməsinin  ruhun  inkiĢafı  və  müxtəlif  qatlarının 
açılması olmasını. 
Hər biri haqqında qısa təhlil verək.  
Filosof və mütəfəkkirlər irrasional idrak prosesini xatırlama, dəmir 
üzərindən pas örtüyünün təmizlənməsinə və s. bənzətmiĢlər. Plotin yazır: 
«Ruh hər Ģeyi ehtiva edir və o, hər Ģeydir. Lakin hər Ģeylə qarıĢmaqla o, 
yenə özü olaraq qalır. …O, ehtiva etdiyi Ģeyə münasibətdə fərqli bir Ģey 
deyil; onda olan hər bir Ģey ayrılıqda mövcud deyil, belə ki, onun hər bir 
hissəsi eyni zamanda bütündür və hər Ģey elə hər Ģeydədir; bununla belə, 
bu  hissələr  qarıĢmayıb,  lakin  onlar  fərqlidir,  çünki  Ruha  aid  hər  Ģey 
Onda  öz  imkanları  hüdudunda  fəaliyyət  göstərir»  [113].  Göründüyü 
kimi, həqiqətlər ruhda kənar bir varlıq kimi deyil, onun üzvi hissəsi kimi 
mövcuddurlar,  yəni  bu  həqiqətlər  ruha  yaranıĢından,  onun  varlığının 
mahiyyəti kimi verilmiĢdirlər. Məhəmməd peyğəmbərin (s.) bir hədisinə 
görə:  «Hər  doğulan  fitrət  üzrə  doğulur,  sonra  ata-anası  onu  yəhudi, 
xristian,  məcusi  (bir  baĢqa  rəvayətdə  «hətta  müĢrik»)  edir».  Deməli, 
müəyyən dini, ictimai-siyasi Ģəraitə düĢən ruh həmin Ģəraitin «rənginə» 
düĢsə də, mahiyyətindəki həqiqətlər qalır və öz «kəĢfini» gözləyir. 
Allahla insan arasında vasitəsiz əlaqə ruh vasitəsilədir və Allahdan 
nazil olan həqiqətlər ruhun səviyyəsinə, yəni onun həqiqətləri qəbul etmə 
qabiliyyətinə uyğundur. Deməli, ruh kor-korana ötürücü deyil, düĢünən 
bir  varlıqdır.  Qərb  filosofu  N.MalbranĢ  yazır:  «Mən  düĢünmürəm  ki, 
ciddi  düĢünmədən  sonra  Ģübhə  etmək  olar  ki,  ruhun  mahiyyəti  yalnız 
düĢünmədir, eləcə də Ģübhə etmək olar ki, materiyanın mahiyyəti yalnız 
məkan tutumudur» [105, 248]. BaĢqa bir yerdə isə filosof bildirir: «Ġnsan 
ruhu,  necə  deyərlər,  müəyyən  miqdarda  düĢünmədir  və  ya  düĢünmənin 
hissəsidir  ki,  keçə  bilmədiyi  bir  həddə  malikdir»  [105,  484].  Filosofa 
görə,  insan  varlığında  düĢünən  yalnız  ruhdur,  lakin  bu  düĢünmə 
yaradılmıĢ  bir  varlığa  malik  olduğundan  məhduddur.  Mənsur  Həllac 
Ģerlərinin birində deyir: 
 
«Peyğəmbərliyin çağırıĢı nurdan fənərdir. 
Vəhyin mənası ruhun məkanındadır» [143, 26; 144, 63]. 
 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə