K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə21/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

 56 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
İrrasional idrakın mərhələləri və inkişaf xətti 
  
Ġrrasional  idrak  mənəvi  və  fərdi  xarakterli,  eyni  zamanda, 
çoxpilləli  mürəkkəb  bir  sistemdir.    Türk  alimi  H.Hökelekli  «Din 
psixologiyası»nda bu prosesin strukturunu belə təqdim edir:  
«a) icdən doğulan bir hisslə uca bir Qüdrətin varlığının sezilməsi 
(qüdsiyyət duyğusu); b) bu uca Qüdrəti axtarma arzusunun oyanması və 
konkret kosmik ünsürlər üzərində araĢdırma və düĢünmə;  
c)  aləm  və  Allah  təcrübələrinin  bir-birinə  qarıĢması;  konkret 
varlıqdan mücərrəd varlığa keçiddəki çalıĢmalar;  
d)  özünün  real  sifətləri  çərçivəsində  Allahın  varlığını  sezmə  və 
qavrama» [39, 129].  
Biz  tədqiqatçı  alimdən  bir  qədər  fərqlənərək  və  yuxarıda 
dediklərimizə əsaslanaraq irrasional idrakın strukturunu belə görürük:  
a) Ġlahi Qüdrətin təsirini duymaq və sezməklə Ģüurun üst qatının - 
Ģüurüstünün aktivləĢməsi;  
b)  Ģüurüstü  vasitəsilə  bu  Ġlahi  Qüdrətlə  əlaqəyə  girməyə  və 
bilavasitə Ondan bilik almağa cəhd göstərilməsi – mənəvi təcrübə və ya 
irrasional düĢünmə;  
c)  verilən  biliklərin  araĢdırılması,  mənimsənilməsi  nəticəsində 
Ġlahi Qüdrətlə öz vəhdətinin dərk edilməsi.  
Ġnsan makrokosmu özündə ehtiva edən bir mikrokosm olduğundan 
dediklərimizi  çevrənin  vertikal  halı  vasitəsilə  belə  təsvir  edə  bilərik: 

AĢağı nöqtədən baĢlayan xətt müəyyən bir nöqtəyə qədər yüksəlir 
və  geri  dönür (vurğulayaq ki,  çevrənin diaqonal  üzrə yalnız  iki  nöqtəsi 
mövcuddur.  Bu,  irrasional  idrakın  insanla  yalnız  Allah  arasında  bir 
əlaqənin  olmasına  dəlalət  edir).  Ġdrak  xəttinin  ucu  əvvəli  ilə  birləĢəndə 
çevrə  bütövləĢir,  ilk  və  son  itir,  vahid  çevrə  yaranır.  Bununla  yanaĢı, 
diaqonal  üzrə  iki  nöqtə  bir  vəhdətdə,  bir  çevrə  daxilində  olsalar  da, 
eyniləĢə  bilmirlər.  Bir  daha  xüsusilə  qeyd  edək  ki,  vəhdət  məhz  bütöv 
çevrədədir,  yəni  insan  Ġnsan  olaraq  öz  varlığında  ilahiliyini  və 
maddiliyini tamamlamaqla vəhdətə, kamilliyə çatır. 
Ġrrasional  idrakın  hər  mərhələsi  haqqında  qısa  Ģərh  vermək, 
zənnimizcə, məqsədəuyğun olar. 


         İrrasional idrak  fenomeni
  

 57 
Ġlk  mərhələyə,  yəni  Ġlahi  Qüdrətin  təsiri  ilə  Ģüurüstünün 
aktivləĢməsinə  ayrı-ayrı  dövr  və  Ģəraitlərdə  filosof  və  mütəfəkkirlər 
mahiyyətcə  fərqlənməyən  müxtəlif  Ģərhlər  vermiĢlər.  Məsələn,  Plotin 
yazır:  «Əslində  ruh  «ən  düĢüncəli  və  ədalətli  olanı»  hardasa  kənarda 
qaçmaqla  görmür.  O,  onları  özündə,  öz-özünə  yetiĢməklə  görür  –  sanki 
ruh  öz  içindəki  heykəlləri  zamanın  pas  örtüyündən  təmizləyir»  [113, 
291].  Plotindən  bir  neçə  əsr  sonra  bir  sufi  mütəfəkkiri  də  deyir  ki, 
«Qəlblər  üzərində  pərdə  üç  cürdür:  möhür  və  çirk  ki,  bunlar  kafirlərin 
qəlbləridir.  Çirk  və  bərklik  ki,  bunlar  münafiqlərin  qəlbləridir.  Pas  və 
pərdə ki, bunlar möminlərin qəlbləridir» [149, 345] və mömin qəlbindəki 
bu  pası  cilalamaqla  günahlardan,  onu  maddi  dünyaya  bağlayan 
əlaqələrdən təmizlənə və ilahi mahiyyətini dərk edə bilər. 
Həm  xristian,  həm  də  islam  mütəfəkkirləri  birinci  mərhələni  öz 
mahiyyətində  müqəddəs  keyfiyyətlər  daĢıyan  insanın  batini  gözlərinin 
açılması,  ruhunda  ilahi  iĢığın  yanması  ilə  müqayisə  etmiĢlər.  Ekxarta 
görə, «Allah Öz doğuluĢunu ruhda edir, orada Öz Kəlamını yaradır, ruh 
isə Onu qəbul edir və çoxobrazlı növlərdəki qüvvələrə ötürür: gah istək 
formasında,  gah  xoĢ  niyyət,  məhəbbət  iĢləri  və  ya  minnətdarlıq 
hisslərində və ya Onun sənə təzahür etdiyi hər hansı bir Ģəkildə. Allahın 
yaratdığının hamısı Onundur, sənin deyil; sən bunu Ona aid olan bir Ģey 
kimi qəbul elə» [129, 97]. Burada aĢağıdakı məsələlər diqqəti  cəlb edir: 
Ģüurüstünün  fəallaĢması  Ġlahi  kəlamın  doğulmasıdır,  yəni  irrasional 
biliyin  verilməsidir.  Ġkincisi,  bu  kəlamın  məzmunu  insanın  Ģüur 
səviyyəsindən və bu səviyyəyə uyğun onun batinində təzahür edən ilahi 
obrazdan  asılıdır.  Nəhayət,  üçüncüsü,  bu  proses  tamamilə  Ali  Varlığın 
hökmü  və  iradəsindədir.  Qərb  mütəfəkkiri  Y.Böme  yazır:  «Bu  kəlamda 
(Ġsada  –  insanda  –  K.B.)  əbədi  doğuĢun  nüvəsi  gizlənib,  onu  bədən  və 
qanla  anlamaq  olmaz,  Müqəddəs  Ruh  ruhi  doğulma  ilə  insanda  ulduzu 
yandırmalıdır, yoxsa o, burada kordur və torpaqdan, daĢdan, otdan olan 
söhbətdən baĢqa heç nə anlamır» [75, 306]. Bonaventura isə bildirir ki, 
«sən ruhi gözlərinlə hədiyyə, zəruri və qarĢılıqlı olaraq alınan ali rəhmli 
sezginin mənbəyinin saf aktı olan Xeyirxahlığın saflığını görə bilərsən» 
[77].  
Təsəvvüf fəlsəfəsində bu mərhələyə kəĢf, bəsirət gözünün açılması 
deyilir.  Sufilərdən  birinin  bildirdiyinə  görə,  «qəlbin  görməyi  imanla 
müĢahidə, yəqinin həqiqəti və haqqın təsdiqidir» [149, 545]. Əbdülqadir 
Gilani isə: «Mə‗rifət və yəqin sahibi olan möminin iki zahiri və iki batini 
olmaqla  dörd  gözü  vardır.  Zahiri  gözləri  ilə  Allahın  göylərdəki 
yaratdıqlarını müĢahidə edir və sonra qəlbindən pərdələri qaldırıb [batini 


 58 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
gözləri ilə] onu (yaradılanı) təĢbihsiz və keyfiyyətsiz olaraq görür» [36, 
62],  –  deyə  yazır.  Mə‗rifətin  mənbəyinin  insanın  batinində  açıldığını 
[153,  67]  bildirən  Eyn  əl-Qüzat  Miyanəci  bunu  belə  təsvir  edir:  «Sənin 
sinən  nə  qədər  qeybə  imana  açılarsa,  heç  vaxt  Ģahidi  olmadığın  nurla 
batinin  nurlanar.  Bil  ki,  bu  ağılın  həddindən  sonra  açılan  həddin 
izlərindən  bir  izdir»  [153,  92].  Yeri  gəlmiĢkən,  onu  da  qeyd  edək  ki, 
Ġnsanın bəsirət gözünü açan ilahi nur bir problem olaraq fəlsəfə tarixində 
bir çox Qərb və ġərq mütəfəkkirləri tərəfindən araĢdırılmıĢ, XII əsrdə isə 
Azərbaycan  filosofu  ġihabəddin  Sührəvərdi  tərəfindən  ayrıca  fəlsəfi 
sistem kimi ĠĢraq fəlsəfəsi adı ilə dünya fəlsəfə tarixinə daxil edilmiĢdir.  
Beləliklə,  irrasional  idrakın  ilk  pilləsi  müxtəlif  dövrlərdə 
dünyagörüĢündən  asılı  olaraq  fərqli  termin  və  ifadələrlə  xarakterizə 
edilmiĢdir:  xatırlama,  yenidən  doğulma,  nurlanma,  qəlbin  pasdan 
təmizlənməsi,  bəsirət  gözünün  açılması  və  s.  Bunların  hamısını 
eyniləĢdirən amilləri belə sistemləĢdirmək olar: 
1.
 
Ġrrasional  idrak  yalnız  kənar  –  Mütləq  qüvvənin  təsiri  ilə 
baĢlaya  bilər.  DünyagörüĢlərdən  asılı  olaraq  bu  qüvvə  Mütləq  Ġdeya, 
Mütləq Ruh və ya Allah adlanır. 
2.
 
Mütləq  Qüdrətin  qarıĢması  insanın  iç  aləmində  yaranıĢından 
mövcud,  lakin  gizli  olan  bir  düĢüncə  formasının  üzərindən  «pas 
örtüyünü»,  «zülmət  pərdələrini»  qaldırır  və  bu,  insan  Ģüurunun  üst 
qatının – Ģüurüstünün aktivləĢməsinə səbəb olur. 
3.
 
Birinci  mərhələdə  təfəkkür  maddiyyatdan  tam  ayrılmır.  Bunu 
həm  onun  məhz  rasional  Ģüura  istinad  etməsi,  onun  təməli  üzərində 
inkiĢaf etməsi ilə, həm də insanın hələ yeni təfəkkür formasına tam hazır 
olmaması  ilə  izah  etmək  olar.  Ġrrasional  idrak  zahirdən  batinə  doğru 
istiqamətlidir və burada rasional təfəkkür hələ tam irrasional təfəkkürlə 
əvəzlənməyib, onlar bir növ paralel inkiĢaf edirlər. 
Ġdrak  prosesinin  ikinci  mərhələsi  bilik  alma  və  onun  düĢünülüb 
araĢdırılması ilə səciyyələnir. BaĢqa sözlə desək, ikinci mərhələ mənəvi 
təcrübə  və  ya  irrasional  düĢünmədir.  Ġrrasional  biliklər  Ģəxsin  iman  və 
Ģüur  dərəcəsinə  müvafiq  olaraq  [peyğəmbərlərə]  vəhy,  [arif  və  xüsusi 
təfəkkür sahiblərinə] vəcd və [sənətkarlara] ilham vasitəsilə verilir. Təbii 
ki,  insanlar  arasındakı  Ģüur  və  təfəkkür  fərqinə  görə,  onlara  açılan 
irrasional biliklərin məzmun və əhəmiyyəti də müxtəlif olur. Əgər vəhy 
bir  xalq,  hətta  bütün  bəĢəriyyət  üçün  nəzərdə  tutulur  və  həyati 
əhəmiyyətli  hesab  edilirsə,  ilham  fərdi  xarakter  daĢıyır.  Onun  nəticəsi 
bəĢəriyyətin zövqünü oxĢasa da, həyatında əhəmiyyətli dönüĢlər etsə də 
(müxtəlif ixtiralar, gözəl sənət əsərləri, poeziya nümunələri və s.) zəruri 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə