K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə22/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

         İrrasional idrak  fenomeni
  

 59 
xarakter  daĢımır.  Ġmam  Rəbbani  yazır:  «Ġlham  və  kəĢf  yolu,  halların 
hamısı bir baĢqası üçün vacib deyil. Amma müĢtəhidin görüĢü (Ģəriət – 
K.B.) bir baĢqası üçün vacibdir» [42, 119]. Vəcdin də xarakteri fərdidir 
və  bəzən  bu  çərçivədən  kənara  çıxa  bilmir,  lakin  onun  bəĢəriyyətə 
çatdırdığı  məlumatlar  insanın  düzgün  həyat  tərzi  seçməsində, 
düĢüncəsinin  istiqamətlənməsində  əhəmiyyətli  rol  oynaya  bilir.  Bu 
səbəbdən,  bəzən  vəcd  və  onun  məzmunu  yalnıĢ  olaraq  vəhylə 
eyniləĢdirilir.  Deyilənlərdən  belə  nəticə  çıxır  ki,  vəcd  vəhylə  ilham 
arasında bir mövqe tutur. Sufi mütəfəkkirlərin vəcd haqqında dediklərini 
ümumiləĢdirərək qeyd etmək olar ki, «vəcd – Allahın yəqinlik dərəcəsinə 
çatmıĢ bəndəsinə açdığı sirr, Haqdan gələn kəĢfdir. Ümumiyyətlə, Allah 
tərəfindən bəndənin ürəyinə gələn hər bir hiss, qəm, yaxud fərəh vəcddir 
və  vəcdin  sayəsində  insan  gözü  ilə  yox,  qəlbi  ilə  görməyi  bacarır»  [2, 
106].  Maraqlıdır  ki,  vəcd  sahibi  olan  insanlar  hətta  peyğəmbərlik 
iddiasında belə günahlandırılmıĢlar (Həllac, Ġbn Ərəbi) və ya müqəddəs 
elan olunmuĢlar (Müqəddəs Avqustin, Müqəddəs Fransisk, sufi övliyalar 
və s.). Eyni zamanda, bu Ģəxslərdən bir çoxu gözəl sənət əsərlərinin (Ģer, 
musiqi,  rəssamlıq,  heykəltəraĢlıq  və  s.)  də  müəllifi  kimi  məĢhur 
olmuĢlar.  
Ġlahi  Qüdrətlə  əlaqəyə  girmə  və  bilavasitə  Ondan  bilik  almağa 
cəhd  göstərmə  mərhələsi  üç  hissədən  ibarətdir:  Ġlahi  Qüdrətə  qədər 
yüksəlmə,  kulminasiya  anı  və  geri  dönmə.  Bonaventuranın  sözləri  ilə 
desək: «Ġakovun (Allahın – K.B.) pillələri ilə enməzdən əvvəl qalxmaq 
lazımdır…» [77].  
Hər birini ayrılıqda nəzərdən keçirək. 
AktivləĢən  Ģüurüstü  ilə  aldığı  biliklər  insanı  zahiri  aləmdən 
aralayır və o, maddiyyat, məkan-zaman çərçivəsindən çıxıb ilahi aləmə 
yüksəlir.  Müqəddəs  Avqustin  yazır:  «Sənin  tərəfindən  bizə  alovlanmaq 
və  yüksəyə  qalxmaq  əta  edilib:  alovlanırıq  və  gedirik.  Yüksəlirik, 
qəlbimizlə yüksəlirik və ucalma nəğməsi oxuyuruq. Sənin odunla, Sənin 
odunun  xeyiri  ilə  alovlanırıq,  gedirik;  Qüds  dünyasına  yüksəlirik». 
M.Ekxart  isə  belə  deyir:  «KaĢ  ki,  biz  öz  bəĢəri  təbiətimizi  və  bütün 
zəifliklərimizi  dəyiĢdirib  ilahi  təbiətdə  itirə  biləydik  ki,  içimizdə  saf 
Allahdan baĢqa heç nə tapmayaydıq» [129, 51].  
Eyni düĢüncələrə nisbətən fərqli tərzdə Ġslam mütəfəkkirlərində də 
rast  gəlmək  mümkündür.  Əbu  Səid  Xərraz  yazır:  «Allahdan  baĢqa  hər 
Ģey  Onu  qəlbi  ilə  görənlərdən  aralanır,  hər  Ģey  məhv  olur,  Allah 
Təaladan baĢqa heç nə qalmır» [149, 100]. Əbu Səid b. Ə‗rabi isə hesab 
edir ki, «Vəcdin baĢlanğıcı pərdənin qalxması və Raqibi (nəzarət edəni – 


 60 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Allahı)  müĢahidədir,  fəhm  –  hüzurun,  qeybin  Ģahidi  olmaq,  sirrin 
açıqlanması, itənlə barıĢmaq, nəhayət, sənin sən olmaq baxımından yox 
olmağındır»  [149,  376].  Deməli,  yüksələn  xətt  üzrə  gedən  inkiĢafda 
alınan bilik də buna müvafiq olur: zahirdən batinə, maddidən ilahiyə. 
Ġdrak  prosesinin  kulminasiya  nöqtəsi  müxtəlif  dünyagörüĢlərdə 
fərqli  terminlərlə  ifadə  olunmuĢdur:  fəna,  nirvana,  yoxluq,  bilgisizlik, 
qaranlıq  və  s.  Bu,  bizim  sxemimizdə  çevrənin  diaqonalının  yuxarı 
nöqtəsidir. Dionisiy Areopaqit yazır: «Fövqəltəbiinin həqiqi idrakı, seziĢi 
və  fövqəltəbii  Ģüuru  –  bilgisizlik  və  görməzlikdir  ki,  (tədricən)  bütün 
varlıqlardan  uzaqlaĢmaqla  çatılır.  Bu,  heykəltəraĢın  bütöv  daĢdan  onun 
əsl  sifətini  örtən  artıq  hissələri  atmaqla  onun  özündən  belə  gizlənən 
gözəlliyi üzə çıxarıb heykəl düzəltməyinə bənzəyir» [74]. M.Ekxart isə: 
«Əsl  bilməməzlik  –  cahillik  deyil,  ona  ən  ali  biliklərlə  gəlirlər,  çünki 
Allahın  Kəlamı  bilməməzlikdə  səslənir»,  [129,  85]  –  deyə  bildirir. 
Deyilənlərdə  vacib  bir  məsələyə  aydınlıq  gətirək.  Kulminasiya  nöqtəsi 
insanın  maddiyyatla  bağlı  bütün  hiss  və  hallardan  qurtulmasıdır.  Bu 
baxımdan,  filosofların  vurğuladığı  bilgisizlik,  görməzlik  insanın 
cahilliyinə deyil, onun rasional idrakının sonuna iĢarədir. 
Cüneyd  Bağdadi  bu  halı  (fənanı)  belə təsvir edir:  «Bu  mərtəbədə 
olan  qul  Allahın  önündə  fərdiyyətsiz  bir  varlıq,  bir  xəyaldır.  Allahla  öz 
arasında  üçüncü  bir  Ģey  yoxdur…  Allah  ondan  nə  istəsə,  onu  da  edər» 
[145, 59]. Deyilənlərdə bir Ģeyi də xüsusilə vurğulayaq ki, Allah insanın 
bu  halının  fövqündədir.  Dionisiy  Areopaqit  yazır:  «Allah  özünün 
fövqəltəbii  varoluĢu  ilə  ağıl  və  varlıqdan  ucadadır.  Buna  görə  də  dərk 
edilən, var olan hər hansı bir Ģey deyil, O, fövqəltəbii mövcuddur və ağıl 
fövqündə  dərkediləndir.  Nəhayət,  tam  bilgisizlik  bütün  dərk  edilənlərin 
fövqündə  duranın  dərkidir».  Filosof  onu  da  bildirir ki,  «əgər  siz  Allahı 
həqiqətən, olduğu kimi dərk etmək istəyirsinizsə qəbul etməlisiniz ki, O, 
dərkedilməzdir» [129, 102]. M.Ekxart deyir: «Allahın susqun səssizlikdə 
Özü-Özünə  özünün  Ģəxsi  mahiyyəti  ilə  açılması  –  Onun  bu  özünün 
açılması  –  Onun  sifəti ilahilik  adlanır.  Ruh  anlayır  ki,  özünün  müxtəlif 
nemətləri  ilə  Onun  Özü  üçün  açıldığı  saf  səssizliyə  girə  bilməz»  [129, 
102].  Həllac  da  Allahı  bu  anın  fövqündə  tutur:  «YaradılmıĢların 
anlaĢılması  Həqiqətlə  əlaqəli  deyil,  Həqiqət  isə  yaradılmıĢla  əlaqəli 
deyil.  DüĢüncə  -  əlaqədir.  YaradılmıĢların  əlaqəsi  həqiqətlərə  aparmır. 
Həqiqət elminin dərki çətindir. Bəs Həqiqətin həqiqəti [mahiyyəti] necə? 
Haqq [nisbi] həqiqətin arxasındadır və həqiqət Haqq [Allah] deyil» [142, 
16].  Təsəvvüf  fəlsəfəsində  bu  an  və  ya  hal  cəmlər  cəmi,  yaxud  ayn  əl-


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə