K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə30/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

         İrrasional idrak  fenomeni
  

 79 
 
Ġnsanın ruhu sanki heç bir yerə tərpənmir, bütün yaradılmıĢları da, 
Yaradanı da, nisbini də, Mütləqi də öz içində tapıb dərk edir. Burada da 
insanın idrak xətti Tanrıdan keçir, lakin bu Tanrı kənar bir yerdə deyil, 
insanın özündədir, Mütləqi dərk etmiĢ insanın özü Tanrıdır. Nəimi yazır:  
 
«O (insan) dünyanı əks etdirən güzgüdür, 
Haqq onda böyüyüb inkiĢaf edir» [104, 118]. 
 
Hürufi Ģair Əli əl-Əla isə Nəimiyə, yəni Mütləqlik zirvəsinə çatan 
Kamil Ġnsana – Tanrıya belə müraciət edir: 
 
«O isim ki fə, zad və ləmdəndir (Fəzl), 
Zatdır, sifətləri kəlamdır. 
 
O zatdır ki, ol deyən kimi, 
Səma və yer yarandı» [104, 199].  
 
Göründüyü  kimi,  hürufililərin  dünyagörüĢlərinə  görə,  Allah  bir 
yaradan,  Mütləq  Həqiqət  olsa  da,  O,  insanda  təcəssüm  edir,  yəni  insan 
nəinki makrokosmu özündə əks etdirən mikrokosm, hətta Yaradanın özü 
olaraq  qəbul  edilir.  BaĢqa  sözlə  desək,  Mütləq  Həqiqət  ilahiləĢmiĢ, 
cismində Allahın təcəssüm etdiyi insandır.  
Beləliklə,  irrasional  anlamda  həqiqət  haqqında  deyilənlərdən 
aĢağıdakı nəticələri çıxartmaq mümkündür: 
1.
 
Ġrrasional  idrakda  Mütləq  Həqiqət  Allahdır  və  transendent 
varlıq  kimi  dərkedilməzdir.  Lakin  nəzərə  alsaq  ki,  istər  xristian,  istərsə 
də  islam  filosoflarının  görüĢlərinə  görə  Allah  bütün  təsvir  və 
məfhumların  fövqündədir,  onda  bildirmək  olar  ki,  O,  mütləq  həqiqət 
anlamından da ucada dayanır. Bu o deməkdir ki, Allah haqqında Mütləq 
Həqiqət demək düz deyil və insan idrakının baĢqa mütləq nöqtəsi var. 
2.
 
Ġrrasional  idrakın  son  məqsədi,  yəni  mütləq  həqiqət  –  insan 
özüdür. Deməli, irrasional idrak – özünüdərkdir.  
3.
 
Ġnsandan  baĢlayan  idrak  xəttinin  yenə  insana  dönməsi  üçün 
ilahi  vəhdətə  çatmalıdır.  Ġlahi  vəhdət  –  insanın  öz  ilahi  keyfiyyətlərinin 
mənbəyinə dönməsidir.    
4.
 
Ġrrasional  idrak  ilk  nöqtədən  çıxan  xəttin  yenə ilkə  qayıtması 
ilə tamamlanır. Deməli, mütləq həqiqət həmin çevrənin  bütövləĢməsi və 
ilk nöqtənin zirvə nöqtəsi ilə vəhdət halına gəlməsidir.  
5.
 
Panteist  görüĢlərdə  Allah  bu  çevrə  üzərindədir,  yəni  insanla 
vəhdətdədir.  Bu,  insanın  ilahiləĢməsi  olduğu  kimi,  Allahın  da 


 80 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
bəĢəriləĢməsinə səbəb olur.  
6.
 
Monoteist görüĢlərdə Allah özü deyil, sifətləri ilə bu vəhdətdə-
dir. Hər Ģey Onda, Onunla və Ondan baĢ verir. Bu, insana bəĢəri sifətlə-
rini saxlamaqla ilahi keyfiyyətlərini də inkiĢaf etdirməyə imkan yaradır.  
  
Mütləq azadlıq  
 
Azadlıq – bizim  «Mən»imizin məhv edilməsi 
deyil,  onun  hüdudlarının  sonsuza  qədər  geniĢlən-
dirilməsidir,  daha  dəqiq,  fərdiyyəti  yaradan  bu  hü-
dudların  məhv  edilməsidir.  Mən  hər  Ģeydə  varam, 
hər Ģey məndədir – bu, Azadlığın formuludur

 
Qədim Hind hikməti  
 
Azadlıq  filosof  və  tədqiqatçılar  tərəfindən  geniĢ  araĢdırılan  və 
haqqında  dəyərli  fikirlər  söylənən,  daha  çox  sosial  fəlsəfənin  mövzusu 
hesab edilən bir problemdir. Biz də öz növbəmizdə mövzumuzun ümumi 
ideya  istiqamətinə  uyğun  olaraq  irrasional  idrakın  son  məqamı  və 
məqsədi  kimi  azadlığa  Ģərh  verməyi  və  onun  fərqli  tərəflərinə  iĢıq 
salmağı qərara aldıq.  
Azadlıq insanın Ģüuri və qeyri-Ģüuri can atdığı son məqsəddir və 
hər  idrak  prosesi  azadlığın  dərkinə  və  əldə  edilməsinə  istiqamətlidir. 
Eyni sözləri idrak prosesinin bir mərhələsi kimi irrasional idrak haqqında 
da  deyə  bilərik.  Bununla  belə,  bir  çox  məsələyə  yanaĢmasında  rasional 
idrakdan  fərqləndiyi  kimi,  burada  da  irrasional  idrak  bəzi  özünəməxsus 
cəhətlərə malikdir.   
Hər hansı bir Ģərhə keçməzdən əvvəl onu da xatırladaq ki, irrasio-
nal idrak fərdi xarakterlidir, onun nə inkiĢafı, nə son nəticəsi insanın so-
sial həyatı, cəmiyyətdə yeri və rolu ilə bilavasitə əlaqəli deyil. Zənnimiz-
cə,  məhz  bu  xüsusiyyətin  nəticəsidir  ki,  sosial  anlamda  insanın  azadlıq 
naminə  qarĢısına  qoyduğu  məqsəd,  istifadə  etdiyi  vasitələr  irrasional 
anlamda azadlığın ən böyük maneəsinə çevrilə bilir. Bundan baĢqa, əgər 
nəzərə  alsaq  ki,  irrasional  idrak  yalnız  yüksək  Ģüurlu  və  mənəviyyatlı 
Ģəxslərə  xasdır,  onda  iddia  etmək  olar  ki,  irrasional  anlamda  azadlığa 
yalnız  insanlar  arasında  imanına  və  Ģüuruna  görə  yaxĢı  mənada 
seçilmiĢlər çata və ya onu dərk edə bilər.  
Bütün  canlılarda  (bəzi  hallarda  bitkilər  də  bu  sıraya  daxildir) 
müĢahidə  edilən  bəzi  instinktiv  hərəkətlər  –  sərbəstliyə  meyl,  müstəqil 


         İrrasional idrak  fenomeni
  

 81 
Ģəkildə davranma istəyi, «qanunlar» çərçivəsinə sığmamaq, qaranlıqdan 
qurtulub iĢığa can atmaq və bunun üçün ölümə belə razı olmaq və s. kimi 
arzu və istəklər daha yüksək səviyyədə, hərtərəfli düĢünülmüĢ qaydada, 
hətta  ümumbəĢəri  ideya  Ģəklində  (demokratiya  kimi)  insanlarda  da 
müĢahidə  edilir.  Yeri  gəlmiĢkən  bildirək  ki,  tarixən  insanların 
heyvanların təcrübəsindən istifadə etmə halları da az olmamıĢdır.  
Bu  «azadlıq»  formalarının  maddiyyat  çərçivəsində  baĢ  verdiyini 
nəzərə  alaraq  onların  rasional  idrakın  nəticəsi  olduğunu  demək  olar. 
Bununla  belə,  bu  hisslərin aĢağı  səviyyədə  olsa  belə, heyvanlara  da  xas 
olduğunu ön plana çəksək, onda həqiqi azadlığın məhz irrasional idrakla 
əldə  edilməsi  qənaətinə  gəlirik.  Məlumat  üçün  onu  da  bildirək  ki,  hələ 
qədimdən  mütəfəkkirlər  insanın  əsl  azadlığının  metafizik  xarakterli 
olduğunu və Mütləqlə vəhdətə  çatmaqla əldə edildiyini bildirmiĢlər. 
 Qədim  Hind  fəlsəfəsinin  nümayəndəsi  ġankaraya  görə,  «…yoqa 
hikmətinin qayəsi olan vineka-inana yaxud «fərq bilgisi», Allahla ittihad 
(birləĢmə)  deyildir,  əksinə,  ruhun  təcridi,  zaman  və  məkan  fövqündə 
əbədi  olmaq  tərzinin  həyata  keçməsidir.  Bu  «təcrid»  həqiqətən,  bütün 
hinduizmdə olduğu kimi, Sankya-Yoqanın son hədəfi olan fərdi  varlığın 
yox edilməsinə  (fənaya) yetiĢir» [35, 245]. 
Qədim Çin fəlsəfəsində – daosizmdə isə insan Dao ilə (Tsi (hava, 
efir)  ilə  dünyanın  əsasını  təĢkil  edən  təbii  qanun)  harmoniyaya  girərək, 
onunla  birləĢərək  kamilliyə  yetiĢə  bilər.  «Böyük  birləĢmə  (datun) 
vəziyyəti eyni zamanda tam özünüinkar halıdır. Belə ki, kosmik bütünlə, 
«əĢyaların toplusunun» hamısı ilə birlik əldə etmək üçün insan, daosların 
fikrincə,  Ģəxsi  cəhdlərindən  qurtulmalı  və  öz  varlığının  dərinliklərində 
Ģəxssiz  Daonun  qeyri-ixtiyari  hərəkətini  görüb  ona  tabe  olmalı,  onun 
obyektiv  və  universal  qanunlarına  riayət  etməlidir»  [68,  49].  Digər  bir 
Çin filosofu Konfutsi də belə hesab edirdi ki, «əgər bir gün özünü idarə 
etməyi  öyrənsən  və  «li»  qanununu  bərpa  etsən  Göyaltı  səni  insanlığa 
malik insan adlandıracaq» [68, 45].  
ZərdüĢtilikdə  də  «Ahura  tərəfindən  insanın  varlığında  aĢkar  olan 
ən ali nizam ədalət və ləyaqətdir ki, insan onun vasitəsilə yaradanın ən 
ali  nizam  və  qanununa  bağlanır.  Bu  ilahi  nizamla  vəhdət  tapan  insan 
Avestada  «aĢavan»  adlandırılır.  AĢavan  (mömin  insan)  Ahuraya  öz 
borcunu  yerinə  yetirməklə,  eyni  zamada,  özünə  və  baĢqalarına  olan 
borcunu da yerinə yetirir» [18, 125]. 
Deyilənlərdə  əhəmiyyətli  hesab  etdiyimiz  bir  neçə  ana  xüsusi 
diqqət  yönəldək:  insan  ali  və  universal  sistemin  vacib  bir  üzvü, 
hissəsidir;  insan  irrasional  təfəkkürü  vasitəsilə  bu  sistemin  mahiyyətini 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə