K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə26/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   22   23   24   25   26   27   28   29   ...   91

         İrrasional idrak  fenomeni
  

 69 
söz  və  hərfi  formul  və  amuletlərin  köməyilə  yüksək  aləmlərə  təsir 
göstərməkdir» [97, 14]. Və ya, məlum olduğu kimi, bir sıra tədqiqatçılar 
təsəvvüfü nəzəri (irfan) və praktiki (təsəvvüf) kimi iki qola ayırırlar. Bu 
bir  tərəfdən  ibadətin  irrasional  idrakda,  mistik  təcrübədə  rolunu 
təsdiqləsə də, digər tərəfdən, təcrübənin nəzəriyyədən ayrılması və artıq 
öz  nəzəriyyəsini  qurması  deməkdir.  Bunun  əsl  mahiyyətə  necə  təhrif 
edici  təsir  göstərməsinin  nümunəsini,  zənnimizcə,  təsəvvüf  tarixində 
aydın seçmək mümkündür [GeniĢ bax: 3].  
Ġrrasional  idrakın  digər  zahiri  metodu  kimi  musiqini  göstərmək 
olar. Qədim Yunan filosofu Pifaqorun (e.ə. VI əsr) yaratdığı dini-mistik 
təriqət «elm və sənətlə yaxından maraqlanmıĢ, eyni zamanda, riyaziyyat 
və  musiqi  ilə  çox  məĢğul  olmuĢdur»  [37,  29].  Pifaqorçular  rəqəmlərlə 
musiqi  arasında  bir  uyğunluq  tapmaqla  kainatla  harmoniyaya  girməyin, 
həqiqəti  anlamağın  mümkünlüyü  fikrini  irəli  sürür  və  müəyyən  mistik 
təcrübə  keçməklə  buna  nail  olmağa  çalıĢırdılar.  Mənbələrin  verdiyi 
məlumata görə, Pifaqor özü buna nail olmuĢdur.  
ġərq  filosofu  Konfutsi  də  «musiqinin  nəcibləĢdirən  (ucaldan) 
təsirini yüksək qiymətləndirirdi və onu mənəvi rahatlığa, sevinc hissi və 
harmoniyaya  çatma  üsulu,  insanın  mənəvi  və  psixoloji  kamilləĢməsinə 
yardım  edən  çox  effektiv  psixohazırlıq  vasitəsi  kimi  görürdü»  [68,  39]. 
Sufi  mütəfəkkiri  Zu‗n-Nun  Misri  isə:  «Haqqın  hər  yaxĢı  insana  (həm 
qadın,  həm  kiĢi)  bəxĢ  etdiyi  gözəl  səs  Haqqa  aparan  iĢarət  və 
müraciətdir», [149, 339] – deyə bildirirdi.  
Məlum  olduğu  kimi,  Ģamanların,  müxtəlif  qəbilələrin  mistik 
ritualları  spesifik  musiqi  ilə  müĢaiyət  olunur.  Müxtəlif  dini-mistik 
təlimlərdə,  yaxud  dini  ayinlərin  icrasında  da  musiqi,  xoĢ  avazlı  səs 
xüsusi əhəmiyyətə  malikdir. Məsələn, Müqəddəs Kitabların bildirdiyinə 
görə, Davud peyğəmbərin gözəl, heyvan və quĢları belə heyran edən səsi 
olmuĢdur. Bundan baĢqa, kilsələrdə xüsusi dini nəğmələrin oxunması və 
ya Qurani Kərimin xoĢ avazla qiraəti hikmətli kəlamların təsir qüvvəsini 
daha da artırmıĢ olur.  
Onu  da  qeyd  edək  ki,  musiqi  Ģüurüstünü  aktivləĢdirən  bir  vasitə 
olmaqla  yanaĢı,  həm  də  irrasional  idrak  zamanı  əldə  edilən  biliklərin 
ifadə forması da ola bilir. Burada musiqi ilə yanaĢı digər sənət növlərinin 
də (poeziya, rəssamlıq, heykəltəraĢlıq və s.) adlarını çəkmək olar. Lakin 
xatırladaq  ki,  irrasional  idrak  Allah  və  insan  arasında  inkiĢaf  edən  bir 
prosesdir.  Bu  baxımdan,  xüsusilə  vurğulanmalıdır  ki,  musiqi,  yaxud 
sənətin digər növü insanın hər hansı maddi zövqünü oxĢamaq üçün deyil, 


 70 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Ali Varlıq adına ifa edilirsə irrrasional idrakın metodu olub Ali Varlıqla 
insan arasında əlaqələndirici rolunu həyata keçirə bilir.  
Təsəvvüfə  xas  musiqi  dinləmə  olan  səma‗  haqqında  Zu‗n-Nun 
Misri deyir: «Kim səma‗ zamanı Haqla dinləyərsə Haqqa çatar, nəfsi ilə 
dinləyərsə  zindiq  olar»  [149,  342].  Təsadüfi  deyil  ki,  sufi  mütəfəkkiri 
Haris Mühasibi əməlin dəyərini «niyyətdə» görür [39, 30]. Digər bir sufi 
mütəfəkkir  Ġbn  Salim  isə  belə  deyir:  «Niyyət  Allaha,  Allah  üçün  və 
Allahdandır. Niyyətdən sonra qula gələn bəlalar düĢməndən, yəni nəfs və 
Ģeytandandır.  Ancaq  bu,  az  da  olsa,  çox  da,  Allah  ilə,  Allah  üçün, 
Allahdan  olan  az  niyyətə  bərabər  ola  bilməz»  [149,  205].  Beləliklə, 
göründüyü  kimi,  maddi  metodlar  insanın  sosial  həyatı  ilə  mənəvi 
yaĢantısı arasında bir körpü rolunu oynayır və hansı tərəfin (sosial və ya 
mənəvi)  ağır  gəlməsindən  asılı  olaraq  insan  təfəkkürü  də  o  tərəfə 
meyllənir. 
Ġrrasional  idrakın  ilk  mənəvi  metodu  kimi  mistik  və  ya  ruhi 
təcrübənin  adını  çəkmək  lazımdır.  Qeyd  etdiyimiz  kimi,  mistik  təcrübə 
istinad  etdiyi  dünyagörüĢünə  görə,  dini-mistik  və  ya  mistik-fəlsəfi 
formada  ola  bilər.  Formasından  asılı  olmayaraq  mistik  təcrübə  ilk 
növbədə insanın mənən saflaĢması, paklaĢması metodudur. SaflaĢma isə 
insanın  hər  bir  maddi  həvəs  və  istəklərdən  uzaqlaĢmasıdır.  Onu 
maddiyyata bağlayan Ģey nəfs hesab edildiyindən, saflaĢma – insanın öz 
nəfsini  tərbiyə  edib  onu  ram  etməsidir,  yəni  insanın  tamamilə  özünün 
mənəvi  tərəfinə  yönəlməsi,  nisbidən  (maddidən)  əbədiyə  (ruhaniliyə) 
keçməsidir.  Plotin  yazır:  «Təmizlənmə  (saflaĢma)  ən  ali  Ģeyləri  dərk 
etməyə  imkan  yaradır  və  bu  zaman  ruhun  içərisində  gizlənmiĢ  biliklər 
üzə çıxır ki, mahiyyətcə  onlar «əsl həqiqətdirlər»» [113, 291]. Deməli, 
mistik  təsrübənin  əsas  məqsədi  insanın  «mən»ini  kənar  hiss  və 
təsirlərdən  arındırıb,  özünə  yönəltməkdir.  M.Ġqbal  yazır:  «Ġç  (mənəvi  – 
K.B.)  təcrübə  mənliyin  iĢ  baĢında  olması  halıdır.  Bir  Ģeyi  dərk  edəndə 
də,  bununla  əlaqədar  düĢüncələrimizi  açıqlayanda  və  ya  iradəmizi 
göstərəndə də, mənliyimizlə baĢ-baĢa qalırıq» [41, 142]. Vacib faktdır ki, 
mistik təcrübə insanın öz mahiyyətinə, «mən»inə nüfuz etmək, «mən»ini 
zahiri  təsirlərdən  qurtarıb  Ali  Varlığın  itaətinə  vermək  cəhdidir.  Bu 
baxımdan, o, mənəvi bir yaĢantı, irrasional düĢünmədir və onun zahirən 
özünü  büruzə  verməsi  vacib  deyil,  bu,  ancaq  həmin  Ģəxsin  öz  istəyinə 
bağlıdır.  Məlum  olduğu  kimi,  irrasional  təfəkkürlü  insanlar  arasında 
cəmiyyətdən  təcrid  olunaraq  asket  həyatı  yaĢayanlarla  yanaĢı,  əksinə 
cəmiyyətdə nüfuz, mənsəb, hətta var-dövlət sahibləri də olmuĢdur. Onu 
da  qeyd  edək  ki,  irrasional  idrakın  bütün  digər  metodları  məhz  (dini  və 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə