K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə23/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

         İrrasional idrak  fenomeni
  

 61 
cəm  adlanır.  S.Tusi  onu  belə  izah  edir:  «Cəm  xəlq  və  kainat  olmadan 
Haqqa  iĢarə  edən  kəlmədir.  Kainat  və  xəlq  iki  öz-özlərinə  var  ola 
bilməyən  varlıqdır,  çünki,  onlar  yoxluğun  iki  tərəfidir  (onların  yoxdan 
yaranmalarına  iĢarə  edilir).  Ayrıca  da  xəlq  və  kainata  iĢarə  edən 
kəlmədir. Bunlar (cəm və ayrı) biri o biri üçün zəruridir. Cəmə ayrıcasız 
iĢarə  edən  Qadirin  qüdrətini  inkar  edər,  ayrıcaya  cəmsiz  iĢarə  edən 
Yaradanı  inkar  edər.  Hər  ikisini  (həm  Allahı,  həm  Onun  sifətlərini, 
iradəsini, qüdrətini və s.) qəbul edən tövhiddə olar» [149, 316]. Burada 
əhəmiyyətli bir məsələni də vurğulayaq ki, cəm Allahın özü deyil, əmri, 
iradəsidir, Onun mülkündə insanların sayı qədər belə cəmlər mövcuddur. 
Göründüyü  kimi,  hər  iki  dinin  nümayəndələri  olan  filosoflar 
Allahın  özünü,  zatını  idrak  xəttindən  yüksəkdə  bilmiĢ,  Onun 
transendentliyini  vurğulamıĢlar.  Bununla  yanaĢı,  məlum  olduğu  kimi, 
istər  Qərb,  istərsə  də  ġərq  fəlsəfə  tarixində  subyekt  və  obyektin  son 
nəticədə eyniləĢməsi, Allahın insanda və ya təbiətdə təcəssüm etməsi ilə 
yanaĢı, insanın özünü dərk etməklə ilahiləĢə, tanrılaĢa bilməsi ideyaları 
da  mövcuddur  və  fəlsəfə  tarixində  bu,  panteizm  adı  ilə  məlumdur.  Hər 
iki ideyanın bilavasitə mövzumuzun mahiyyətini təĢkil etdiyini və fəlsəfə 
tarixində özlərinin fəlsəfi sistemi ilə məlum olduğunu (vəhdət əl-vücud 
və panteizm) nəzərə alaraq onların Ģərhinə ayrıca paraqraf  həsr etməyi 
qərara aldıq.   
Ġkinci  mərhələnin  son  hissəsi  insanın  «qayıtması»,  bəĢəriliyinə 
geri dönməsidir. Burada proses ilahidən maddiyə, batindən zahirə doğru 
inkiĢaf  edir  və  insan  artıq  fərqli  təfəkkür,  baxıĢ  prizması  ilə  dönür. 
Müqəddəs  Avqustin  yazır:  «Yalnız  Sənə  tabe olan  ağıl  təqlid  üçün heç 
bir bəĢəri avtoritetə ehtiyac hiss etmir, Sən Öz surətin və bənzərinlə onu 
təzələdin…  və  istədin  ki,  bu  həyatda  möminlərin  kamilləĢməsi  üçün 
zəruri  olan  bu  ən  sadiq  qullar  onların  məiĢət  həyatlarında  yardım 
etsinlər…».  Əbu  Yəzid  Bistami  isə  bunu  belə  təsvir  edir:  «Məndən, 
mənimlə, mənim üçün olan bir halda idim, sonra Ondan, Onunla, Onun 
üçün olan halda oldum» [149, 411]. Belə Ģəxslərin cəmiyyətə qayıtması 
cəmiyyət  üçün  vacibdir,  çünki,  Cüneyd  Bağdadinin  bildirdiyi  kimi, 
«Cənabi-Haqqın  onu  cəmiyyətə  döndərməkdə  bir  muradı  vardır.  Bunun 
üçün  onun  üzərindəki  nemətlərini  bəyan  edib  göstərərək  onu  cəmiyyətə 
çıxardır.  Xalqı  onun  cazibəsinə  salmaq,  onu  xalqa  sevdirmək,  qəbul 
etdirmək üçün ona bəĢəri sifətlərini geri verərək lütflərinin nurunu onun 
üzərində  parladır»  [145,  57].  Yeri  gəlmiĢkən,  mənbələrin  verdiyi 
məlumata görə Mənsur Həllac bazar meydanlarının birində deyirmiĢ: «O 
(Allah)  məni  məndən  alıb,  geri  vermir.  Bu  yaxınlığın  ağırlığına  dözə 


 62 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
bilmirəm,  aralanmaqdan  da  qorxuram  ki,  itib,  məhrum  olaram.  Bu 
yaxınlıqdan  sonra  itənlərin,  bu  vüsaldan  ayrılanların  vay  halına…  Ey 
insanlar, O, xalqla lütf edib danıĢır, onlar üçün təcəlli edir, sonra onları 
tərbiyə  etmək  üçün  pərdələnir.  Onun  təcəllisi  olmasaydı  hamı  kafir 
olardı, onun örtünməsi olmasaydı hamı dəli olardı. O, uzun  müddət iki 
haldan  birində  qalmır.  Ancaq  o  məndən  bir  cöz  qırpımında  belə 
gizlənmədi…» [143, 26]. Belə məlum olur ki, Həllac həmin kulminasiya 
anından  geri  gönüb  öz  idrak  çevrəsini  tamamlaya  bilmirmiĢ.  Bu 
səbəbdən, müasirlərinin və bir sıra görkəmli sufi mütəfəkkirləri Mənsur 
Həllacı həqiqət yolunun ortasında qalanlardan hesab etmiĢlər.   
Ġkinci mərhələ haqqında deyilənlərdən alınan nəticəyə görə: 
1.
 
Bu mərhələ mənəvi təcrübə və ya irrasional düĢünmədir. 
2.
 
Ġnsan  özünün  mənəvi  inkiĢafı  boyu  Ģüur  və  iman 
səviyyəsindən  asılı  olaraq  fərqli  məzmuna  və  əhəmiyyətə  malik 
irrasional bilik ala bilər. 
3.
 
Ġrrasional  düĢünmədə  Ali  Varlıq  idrak  prosesinin  fövqündə 
qalır, lakin bütün proses Onun mülkündə, Onun iradəsi ilə baĢ verir. 
4.
 
Ġrrasional  düĢünmənin  bir  növü  olan  panteist  görüĢlərdə 
kulminasiya anında subyekt və obyekt bütünlüklə eyniləĢir.  
5.
 
Ġrrasional  idrak  maddidən  uzaqlaĢaraq  həmin  Ģüurüstü  üçün 
mümkün olan ən yüksək nöqtəyə çatandan sonra geri istiqamətlənir. 
6.
 
Bu  mərhələ  düĢünmə  prosesidir,  deməli,  yaratmadır:  əvvəlki 
Ģəxsi  «mən»i  yox  edib  yenisini  yaratma.  Plotin  yazır:  «DüĢünmə  özü-
özlüyündə yaratma aktı keçirə bilməz – yaratma – ruhun elə bir fazasıdır 
ki,  orada  prinsiplər  –  ideallar  mövcuddur,  belə  ki,  məhz  bu  yaradan 
hissədə onun əsas qüvvəsi gizlənir» [113, 58].  
Ġrrasional  idrakın  sonuncu  mərhələsi  ilk  və  sonun  birləĢməsi, 
çevrənin  bütövləĢməsi,  insanın  Ali  Varlıqla  vəhdətdə  olan  mahiyyətinə 
dönməsidir.  M.Ekxart  bunu  «Allahın  səndə  özünü  görməsi»,  Hegel  isə 
«əvvəlin  son  ilə  birləĢməsi»  [84,  12]  adlandırırlar.  Mənsur  Həllac 
özünün  [irrasional  düĢünməsinin]  sonuncu  məqamını  baĢlanğıc 
adlandırır [142, 21]. Əbu Yəzid Bistami bu barədə deyir: «Hər dəfə sona 
çatdığımı  zənn  edəndə,  mənə,  bu,  hələ  iĢin  baĢıdır  deyə  səda  gəlirdi». 
Əbu  Osman  Məğribi  isə:  «Nə  vaxt  yolun  sonuna  çatdımsa,  onu  yenə 
yolun  baĢına  qaytarın  ki,  cahil  qalmasın»,  –  deyirdi.  Çünki  yaxĢılığı 
istənilən  hər  kəs,  sondan  yenə  əvvələ  qaytarılır  ki,  onda  biliksizlik, 
aldanmadan əsər-əlamət qalmasın» [146, 145], – deyə bildirir. Bu, idrak 
prosesinin təkrar xarakterli olması deyil, sonsuz Ġlahi Həqiqətin hər yeni 
sikldə yeni qatlarının açılmasıdır. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə