K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə20/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

 54 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Bir  sıra  dahilərin  həyat  təcrübəsindən  də  belə  məlum  olur  ki,  öz 
biliklərini,  informasiya  bazalarını  daim  zənginləĢdirən  belə  Ģəxsiyyətlər 
sonradan  bu  bilikləri  öz  mənəvi  təcrübələrində  «süzgəcdən  keçirirlər», 
yeni bir ideya, kəĢf etmək üçün Ģüurlarının üst qatını oyadır və məhz bu 
yeni  Ģüur  forması  ilə  nə  isə  dərk  etməyə  çalıĢırlar.  «Dahilərin 
strategiyası»nı  tədqiq  edən  R.Dilts  yazır:  «Nikola  Tesla  özünün 
vizuallaĢdırma  bacarıqlarını  inkiĢaf  etdirirdi  ki,  artıq  biliklərinə  malik 
olduğu  «kiçik  aləmin  hüdudlarından  kənara  ekskursiya  etsin».  Fizikanı 
öyrənməsinin  səbəbi  haqqında  EynĢteyn  yazır:  «Mən  Allahın 
düĢüncələrini bilmək istəyirəm, qalan Ģeylər xırdalıqdır» [87, 362]. 
4.
 
Ġrrasional  bilik  insanın  Ģüurüstü  ilə  dərk  edilir  və  «belə  bir 
idrak  sezmə  (Ģüurüstü)  idrakdır,  nurlanmaya  aid  əsaslı  bir  təcrübədir» 
[64, 2]. Deməli, Ģüurüstü və mənəvi təcrübə qarĢılıqlı surətdə əlaqəlidir 
və  bir-birini  təkmilləĢdirir.  C.Sunar  yazır:  «Ruhaniyyətin  məlum  və 
xüsusi  bir  növü  olan  mistisizm:  1)  bir  yandan  vaqe,  bir  yandan  təcrübə 
tipidir;  2)  bir  yandan  idrak  yolu  və  bir  yandan  Ģüur  halıdır.  Lakin 
mistisizm  daha  çox  ikinci  xarakteristikası  ilə  tanınmıĢ  və  yayılmıĢdır» 
[64, 3], yəni mistisizm həm  yaĢayıĢ tərzi, həm bilik alma vasitəsi, həm 
də  Ģüur  formasıdır.  Lakin  burada  belə  bir  sual  yaranır:  mistik  Ģüur  və 
Ģüurüstü  eyni  məfhumdurmu?  Xeyr.  Əvvəla,  bunun  izahı  müəyyən 
mənada  mistik  və  irrasional  biliklərin  müqayisəsində  verilmiĢdir. 
Ġkincisi,  qeyd  etdiyimiz  kimi,  Ģüurüstünün  formalaĢması  ilk  mərhələdə 
rasional bilikdən keçir, mistik Ģüurda isə heç bir rasionallıqdan söz gedə 
bilməz, yəni mistik Ģüur Ģüurüstünün bir növüdür desək daha doğru olar. 
5.
 
ġüurüstü  insanın  Ģüur  səviyyəsindən  asılıdır.  «Mistik 
dünyagörüĢünə xas olan mövqe, zənnimizcə, Ģəxsiyyətin psixi fəaliyyət 
mədəniyyətini təĢkil edən (təəssürat, təfəkkür, yaddaĢ, təxəyyül və s. mə-
dəniyyəti) bütün psixi funksiyaların bölünməz bütövlüyünün etirafından 
ibarətdir»  [69,  240].  Əgər hansısa bir  qəbilə  baĢçısının,  yaxud  Ģamanın 
mistik  təcrübəsi  ilə  səmavi  din  zəminində  yaranmıĢ  mistik  təcrübəni 
müqayisə  etsək  fərqin  Ģüurun  ilk  səviyyəsindən  irəli  gəldiyini  görərik. 
Plotin  yazır:  «Bütün  ruhlar  hər  Ģeyi  ehtiva  edən  olsalar  da,  hər  ruhun 
səviyyəsi onun əsas aspektinə müvafiqdir  – bir ruh bitmiĢ fəaliyyətində 
Tam  olur,  digəri  –  biliklərində,  bir  baĢqası  –istəklərində,  yəni  ruhun 
səviyyəsi  onun  can  atdığı  və  olmaq  istədiyi  Ģeyə  vasitəçi  olan  aydın 
oriyentasiyaya  uyğundur.  Ruhlar  reallaĢmanın  və  kamilliyin  müxtəlif 
səviyyələrinə çatırlar, baĢqa cür ola da bilməz» [113, 242].  
Belə  məlum  olur  ki,  irrasional  bilik  müəyyən  rasional  bilik 
bazasına malik və buna müvafiq mənəvi yol keçmiĢ insana bəxĢ edilir və 


         İrrasional idrak  fenomeni
  

 55 
bu  səbəbdən  belə  hesab  edilir  ki,  «…misteriyalar  əvvəlki  idrakın 
qırıqlarını  özündə  ehtiva  edir».  Məntiqi  olaraq,  daha  yüksək  səviyyəli 
Ģüur  sahibinin  Ģüurüstü  də  yüksək  olur  və  buna  müvafiq  olaraq  dərk 
etdiyi həqiqət də daha geniĢ miqyaslı, hətta ümumbəĢəri ola bilər. 
6.
 
Ġnsan sosial varlıq olduğundan onun dərk etdiyi hər hansı bir 
irrasional bilik reallıqda bu və ya digər dərəcədə öz əksini tapmalı olur. 
Bu,  gözəl  poeziya  nümunəsi,  musiqi,  əsrarəngiz  tablo,  yaxud  bir  fizika 
qanunu,  cihaz  da  ola  bilər.  Bu  baxımdan,  irrasional  idrakın  inkiĢaf 
prosesi  və  son  nəticəsi  dövrün  hakim  ideologiyası,  ictimai-siyasi 
vəziyyəti  ilə  bilavasitə  bağlıdır.  Lakin  nəzərə  alsaq  ki,  irrasional  idrak 
rasionaldan sonra gəlir və yalnız bəzi insanlar buna qadirdir, onda həmin 
Ģəxslərin öz dövrlərində ciddi tənqid, hətta təqiblərə məruz qalmaqlarının 
səbəbi  aydın  olar.  A.ġopenhauerin  fikrinə  görə,  «bütün  böyük  yeni 
ideyalar  3  mərhələdən  keçir.  Birinci  –  ələ  salma,  ikinci  –  güclü 
müqavimət (bu mərhələdə bir çoxları edam olunmuĢlar – K.B.), nəhayət, 
onlar həmiĢə «hər kəsə bəlli» olan bir Ģey kimi qəbul edilir» [87, 368].  
7.
 
Ġdrak  prosesinin  bir  mərhələsi  kimi  irrasional  idrakın  da  əsas 
məqsədi  Mütləq  Həqiqəti  dərk  etməkdir.  M.  Ġqbal  bildirir  ki,  «mistik 
təcrübənin doğrudan və vasitəsiz olmasındakı anlam sadəcə digər Ģeylər 
kimi Allahı da bilməyimizdir» [41, 37]. Bu fikirə qısa bir əlavə edərək 
qeyd edək ki, dövrə görə Mütləq anlam gah Allah, gah təbiət, gah da hər 
hansı  bir  qüvvə  olmuĢdur.  Mütləq  Həqiqətə  gedən  yol  nisbi 
həqiqətlərdən  keçir.  Ġnsan  hisslərinin,  məntiqi  istidlallarının  verdiyi 
nəticələrin nisbi olduğunu anlayıb bunların fövqünə qalxmağa, Mütləqin 
yeni  qatlarını  açmağa  çalıĢır.  Miflər  və  əfsanələrə  görə,  bu,  bəĢəriyyət 
tarixinin əvvəlində də belə olub, elmin, texnikanın öz inkiĢaf zirvəsində 
olduğu bu gün də.  
8.
 
Ġrrasional  idrak  nə  sırf  dini,  nə  də  fəlsəfi  problem  deyil. 
Fəlsəfə tarixində rasional idraka üstünlük verib ona istinad etmiĢ bir çox 
teoloq,  dini  cərəyanlar  və  ya  dünyagörüĢünü  irrasionallıq  üzərində 
qurmuĢ  bir  çox  filosof  məlumdur.  Hegel  yazır:  «Fəlsəfə  və  dinin 
mövzusu həqiqətdir, daha dəqiq desək, sözün ən ali mənasındakı həqiqət, 
-  yəni  o  mənada  ki,  Allah,  yalnız  O,  həqiqətdir.  Sonra  hər  ikisi  sonlu 
Ģeylərin  sahəsi  ilə,  təbiətlə,  insan  ruhu  ilə,  onların  bir-birinə  və  öz 
həqiqətləri  kimi  Allaha  münasibəti  ilə  məĢğul  olurlar»  [83,  84].  Yəni 
irrasional  təfəkkür  insanın  idrak  prosesində  əhəmiyyətli  yer  tutur.  Bu 
səbəbdən  onun  kateqoriya  və  prinsipləri  həm  din,  həm  də  fəlsəfə 
sahəsinə aiddir. 
 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə