K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə24/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   20   21   22   23   24   25   26   27   ...   91

         İrrasional idrak  fenomeni
  

 63 
Beləliklə,  irrasional  idrakın  hər  üç  mərhələsinin  Ģərhindən 
aĢağıdakı nəticələri çıxartmaq mümkündür: 
1.
 
Ġrrasional  idrak  çevrə  xarakterlidir.  Ġdrak  prosesinin  hər  yeni 
mərhələsinin  çevrəsi  əvvəlki  ilə  ilk  və  son  nöqtədə  üst-üstə  düĢsə  də 
əvvəlkindən  daha  geniĢdir: 
.  Eyni  zamanda,  hər  yeni  çevrə 
Allaha  qədər  uzanan  diaqonal  xəttinin  daha  üst  qatlarının  açılmasına 
səbəb  olur.  Bu  isə  ilk  nöqtəyə,  yəni  özünüdərkə  yeni  baxıĢın 
formalaĢmasıdır. 
2.
 
Ġrrasional  idrak  insanın  mənəvi  dünyasında  zaman-məkan 
kəsiyinin,  səbəb-nəticə  zəncirinin  fövqündə  baĢ  versə  də  sosial  varlıq 
kimi dünyagörüĢündə, ədəb-əxlaqında (zahirində, cəmiyyət arasında) öz 
əksini tapır. Onu da əlavə edək ki, zaman fövqündə baĢ verən bir proses 
kimi, bu düĢünməni müəyyən zaman kəsiyi ilə məhdudlaĢdırmaq olmaz, 
yəni onun baĢ vermə prosesinin konkret müddəti yoxdur. Bu, bir an da, 
bir  ömür  boyu  da  davam  edə  bilər.  Sədrəddin  Konəvi  (XIII  əsr)  bunu 
belə  təsvir  edir:  «Bu  təcəlli  iki  nəfəs  müddətində  davam  etməyinə 
rəğmən,  Allahdan  baĢqasının  ehtiva  edə  bilməyəcəyi  qədər  bilik  və 
təsəvvürlər verir» [53, 30].   
3.
 
 Ġrrasional  idrak  Mütləq  Qüdrətin  iĢığı  ilə,  yəni  mövcudata 
fərqli  prizmadan  baxmaqla  baĢ  verən  və  insanın  öz  idrak  çevrəsi 
daxilində  Mütləq  Həqiqətin  ona  aid  hissəsinin,  onunla  diaqonal  boyu 
birləĢən nöqtənin dərki prosesidir. 
 
İrrasional idrakın metodları 
  
Ġdrak  prosesində  böyük  əhəmiyyət  kəsb  edən,  Ə.Məmmədovun 
bildirdiyi kimi, «məqsədə çatmaq, gercəkliyin dərk olunmasına və əməli 
surətdə  dəyiĢdirilməsinə  nail  olmaq  üçün  istifadə  olunan  müəyyən 
üsulların və insanların nəzəri və əməli fəaliyyətini tənzim edən müəyyən 
prinsip  və  qaydaların  məcmusu  olan»  [17,  10],  prosesin  xarakterini  və 
son  nəticəsinin  mahiyyətini  təyin  edən  amillərdən  birincisi  metoddur. 
Ġrrasional  idrak  kateqoriya  və  prinsiplərinə,  inkiĢaf  strukturu  və 
mərhələlərinə görə rasional idrakdan müəyyən dərəcədə fərqləndiyi kimi 
özünün  metod  və  üsullarında  da  spesifik  xüsusiyyətlərə  malikdir. 
Bildirdiyimiz kimi, irrasional bilik gerçəkliyin batini tərəfinin inikasıdır, 
deməli  irrasional  idrakın  metodları  da  müvafiq  olaraq  bu  gerçəkliyin 
dərkinə yönələn üsullardır.  


 64 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Onu  da  qeyd  edək  ki,  «irrasional  idrakın  metodları»  ifadəsi 
məqsədimizi tam olaraq ehtiva etmir. Onlar insanın Ģüurüstünü oyadan, 
irrasional düĢünməni inkiĢaf etdirən və zahirdən batinə istiqamətləndirən 
amillərdir  desək,  daha  doğru  olar.  Məsələ  burasındadır  ki,  rasional 
idrakın  metodları  «qanunauyğunluqlar  ilə  onlar  əsasında  yaradılan, 
gerçəkliyin  dərk  olunmasına,  onun  dəyiĢdirilməsinə  və  yeni  nəticələr 
əldə edilməsinə imkan verən üsullar» [17, 10] olduqları halda, irrasional 
idrakın metodları subyektiv xarakter daĢıyır və insana ünsiyyətdə olduğu 
gerçəkliyi  dəyiĢməyə  deyil,  onunla  harmoniyaya  girməyə,  özünü  Ali 
Varlıqla vəhdətdə hiss etməyə xidmət edir.   
Ġrrasional idrakın metod və vasitələrinin Ģərhinə keçməzdən əvvəl 
bu  prosesin  aparıcı  qüvvələri  olan  iman  və  sevgi  barədə  də  qısa  təhlil 
vermək, zənnimizcə, yerinə düĢərdi. Ġlk əvvəl bildirək ki, sevgi və iman 
metod  və  ya  hər  hansı  mərhələ  deyil,  məhz  irrasional  idrak  prosesində 
insana vasitəsiz bilik verən və onun idrak prosesini istiqamətləndirən Ali 
Varlıqla  insan  arasındakı  əlaqəni  xarakterizə  edən  anlamlardır.  Bu 
baxımdan, iman və sevgini irrasional idrakın əsasında duran, bütün idrak 
prosesi  boyu  və  sonrası  insanı  müĢaiyət  edən,  onu  inkiĢaf  etdirən  və 
yüksəldən qüvvələr hesab etmək olar.  
Xristianlığın  əsasında  duran  üç  vacib  hiss  (iman,  ümid  və  sevgi) 
barədə Bonaventura yazır: «Müqəddəs Yazıda əsas olan bərpa iĢidir. Ona 
görə də o (Yazı) iman, sevgi və ümid haqqında danıĢır. Bu qüvvələrlə, 
ilk növbədə sevgi ilə, ruh dəyiĢir» [77]. Deməli, bu hisslər ruhu dəyiĢir, 
onu Yaradanına yönəldir. N.Kuzanlı isə belə hesab edir ki, «Ġman bükülü 
Ģəkildə bütün dərkedilənləri ehtiva edir, idrak imanın açılmasıdır; iman 
ağılı idarə edir, ağıl imanı yayır» [100, 173].   
Mənbələrin verdiyi məlumata görə, Əli b. Əbu Talib: «Görmədiyimiz 
bir Ģeyə necə ibadət edə bilərik?» – deyə bildirir və sonra da əlavə edir: «Onu 
gözlərimizlə,  yəni  bu  dünyada  gözlərin  görməsi  ilə  görmürük,  lakin  qəlblər 
Onu  Ona  imanın  həqiqətləri  ilə  görürlər»  [149,  426].  Onun  fikrinə  görə, 
«iman – könüllə tanımaq, dillə iqrar etmək, əza ilə qulluqda (ibadətdə – K.B.) 
olmaqdır (7, 382). Cüneyd Bağdadi isə imanı belə Ģərh edir: «Ġman həqiqəti 
(cavabı – K.B.) olmayan bir sualdır, mənası elmin artması ilə çatdırıla bilməz. 
Ġman  sadəcə  Allahladır.  Onun  həqiqəti  yalnız  ürəklərdədir,  o,  Allahla  olan 
elmdən qəlbə yerləĢəndir (vasitəsiz bilikdir – K.B.), Onu təsdiq etmək Onun 
göylərdəki  və  yerdəki  iĢlərindən  danıĢmaqdır»  [145,  66].  Deməli,  iman  Ali 
Varlıqla  insan  arasında  əlaqədir  və  öz  varlığı,  rəhmi,  sevgisi,  həqiqəti 
haqqında Ali Varlıqdan insana verilən əminlikdir.  


         İrrasional idrak  fenomeni
  

 65 
Ġnsanın təbiətinə müvafiq olaraq imanın da iki tərəfini ayırd etmək olar: 
zahiri  və  batini.  Zahirən  iman  ibadətlərin,  ritualların  icrasında,  batinən  isə 
dualarda,  mistik  (mənəvi)  təcrübənin  gediĢində,  yəni  ümumiyyətlə  idrak 
prosesinin  inkiĢafında  onu  stimullaĢdıran  qüvvə  kimi  özünü  göstərir.  Vacib 
olan digər amil Tək Varlıqdan qaynaqlandığından mahiyyətcə də vahid olan 
imanın insanların dünyagörüĢünə, Ģüuruna və əxlaqına müvafiq olaraq fərqli 
Ģəkildə təzahür etməsidir. Buna iĢarə edən Mənsur Həllac yazır: «Küfr və 
iman arasında fərq qoyan artıq kafirdir, kafir və mömini fərqləndirməyən 
də  kafirdir»  [143,  74].  Ġkinci  diqqət  çəkici  məsələ  imanın  insanın  həm 
zahiri,  həm  də  batini  keyfiyyətlərinin  (təfəkkürünün  də  o  cümlədən) 
göstəricisi  və  kökündə  duran  amil  olmasıdır.  Məhəmməd  peyğəmbərin 
(s.) məlum hədisində də insanların yalnız öz imanlarına görə fərqləndiyi 
bildirilir.  Deməli,  iman  –  insanı  Ali  Varlığa  inandıran,  Ona  ümid 
yaradan,  təslim  etdirən  hiss  və  ya  düĢüncədir  ki,  inandığının  dərkinə 
aparır.  Eyni  zamanda,  o,  idrak  prosesində  insanın  alacağı  irrasional 
biliklərin səviyyəsini təyin edir. Belə ki, daha böyük iman sahibinə daha 
yüksək  ilahi  bilik  verilir.  Buna  misal  olaraq  vəhy,  vəcd  və  ilham 
sahiblərini və onların bəĢəriyyətə verdiklərini xatırlatmaq olar.   
Ġmanla  sıx  əlaqədə  və  qarĢılıqlı  təsirdə  olan  digər  hiss 
sevgi(eĢq)dir
1
.  Bu  baxımdan,  iman  üzərində  qurulmuĢ  irrasional  idrakla 
eĢq ayrılmaz bir faktora çevrilmiĢlər. S.Xəlilov yazır: «EĢq səviyyəsində 
idrak bütün insanlara aid olan hissi və məntiqi idrakdan yüksəkdə durur 
– idrakın ali məqamına aparır. Bu pillə daha çox dərəcədə idrakın sezgi 
və vəhy məqamlarına uyğundur» [11, 465]. Müxtəlif səviyyədə olsa da, 
hər  kəsin  bir  sevgiyə  qadir  olduğu  məlumdur  və  təbii  ki,  bunların 
hamısının  «idrakın  ali  məqamına»  apardığını  demək  düz  olmazdı. 
Müəllif  buna  belə  açıqlıq  gətirir:  «Yüksək  mənəviyyatlı,  incə  ruhlu, 
parlaq qəlbli insanları  heyrətləndirmək,  məftun  etmək  üçün  daha  böyük 
gözəllik,  daha  həssas  və  daha  mürəkkəb  tərəf-müqabil  lazımdır.  Ən 
böyük aĢiq isə, heç Ģübhəsiz, ancaq ĠĢıqlar iĢığına (Allaha – K.B.) səcdə 
edə  bilər.  Bu  isə  artıq  ilahi  eĢqdir»  [11,  467].  Deməli,  məhz  ilahi  eĢq, 
bütün  maddiyyata  baxıĢ  prizmasını  dəyiĢə,  həqiqətin  üzərindən  pərdəni 
götürə,  insanın  gözünü  kor  etsə  də,  könül,  ruh  gözünü  aça  bilən  ilahi 
eĢqdir və bizim də tədqiqat obyektimiz odur. 
Sevgi  Yaradana  xas  bir  keyfiyyətdir  və  bu  keyfiyyət  yaradılıĢ 
prosesi  ilə  yaradılmıĢlara  keçir,  hətta  insanın  malik  olduğu  ilahi 
sifətlərdən birincisidir deyə bilərik. Plotinin fikrinə görə, «sevgi ayrı-ayrı 
                                                 
EĢq sevginin daha yüksək səviyyəsidir.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə