K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə83/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

 200 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
həmin  zərrənin  özünün  vasitəsilə  də  zərrənin  dərk  edilməsinə 
yönəlməkdir.  Ġnsan  burada  həm  zərrənin  məkanı,  həm  də  Nurlar 
Nurunun  verdiyi  imkanı  istifadə  və  dərk  edə  biləcək  yeganə  varlıqdır. 
Burada kiçik və vacib bir fakt üzərində də duraq ki, bu, insana məxsus, 
onun varlığı çərçivəsində var olan və həmin Ģəxsi Mütləqə bağlayan bir 
zərrədir və Mütləqin özü ilə eyniləĢdirilməməlidir.  
Nəhayət,  onu  da  qeyd  edək  ki,  Sührəvərdi,  yuxarıda  da 
bildirdiyimiz  kimi,  öz  fəlsəfəsini,  yəni  özünün  qədimdən  qaynaqlanan 
hikmətini  məhz  təsəvvüf  vasitəsilə  təqdim  etmiĢdir  və  bu,  zənnimizcə, 
təsəvvüfün  qədim  bir  hikmət  olmasına  dəlalət  etməkdən  daha  çox  bir 
təfəkkür tərzi kimi özündə rasional və irrasional idrak vasitələrini ehtiva 
etməsi anlamına gəlir.  
Beləliklə,  ġihabəddin  Sührəvərdinin  ĠĢraq  fəlsəfəsi  haqqında 
dediklərimizə yekun vuraraq aĢağıdakı fikirləri söyləmək olar: 
1.
 
Təsəvvüf  Ġslam  prinsiplərinə  əsaslanan  irrasional  təfəkkür 
formasıdır.  Bunu  nəzərdə  tutan  Sührəvərdi  qədim  kökə  malik,  uzun  və 
mürəkkəb inkiĢaf yolu keçmiĢ nur nəzəriyyəsinin təqdimi üçün təsəvvüfü 
daha məqsədəuyğun forma və metod seçmişdir.  
2.
 
İşraq fəlsəfəsinin təməl prinsipi tövhiddir. Burada nurla yanaĢı 
zülmət,  bərzəx  anlamları  iĢlənilsə  də  bu,  fəlsəfənin  dualist  xarakterinə 
dəlalət  etmir.  Söhbət  Nurlar  Nurunun  nurlanma  dərəcəsindən  və 
müəyyən  mərtəbə  və  Ģəraitdə  nurun  varlığından  və  ya  yoxluğundan 
gedir. 
3.
 
Sührəvərdinin  fəlsəfəsi  vəhdət  ən-nur  nəzəriyyəsi  üzərində 
təşəkkül tapmışdır. ĠĢraqilikdə nur həm hər Ģeyin mahiyyəti və var oluĢ 
səbəbi  olmaqla  Mütləq,  həm  də  ayrı-ayrı  müstəqil  varlıq  olmaqla  nisbi 
anlamda çıxıĢ edir. Bununla yanaĢı, o, həm forma, həm də varlıqlara təsir 
və onları idarə vasitəsi kimi xüsusiyyətlərə malikdir.  
4.
 
ĠĢraq fəlsəfəsi ġihabəddin Sührəvərdinin sufi dünyagörüĢünün 
nur  vasitəsilə  təqdimidir.  Deməli,  vəhdət  ən-nur  da  vəhdət  əl-vücud 
nəzəriyyəsinin nur hikmətilə təzahürüdür
Sührəvərdidən sonrakı dövrlərdə Ġslam ġərqində nur və nurlanma 
problemi birmənalı olaraq onun adı ilə bağlı olmuĢdur. Yazılan traktatlar 
ya filosofun əsərlərinə Ģərh xarakteri daĢımıĢ və  ya  onun çərçivəsindən 
əhəmiyyətli  dərəcədə  kənara  çıxmamıĢlar.  Buna  əsas  səbəb  kimi,  dərin 
tarixi köklərə malik nur probleminin ġ.Sührəvərdi tərəfindən mükəmməl 
bir sistemə salınmasını göstərmək olar.  
Ġslam  ġərqində  Sührəvərdinin  fəlsəfi  görüĢləri  əsasən  Ģiə  əqidəli 
filosofların dünyagörüĢlərində davam etmiĢdir və bura XVII əsr Ġsfahan 


İrrasional idrakın spesifik jəhətləri
  

 201 
fəlsəfə  məktəbinin  görkəmli  nümayəndələri  Məhəmməd  b.  Əs‗ad 
Cəlaləddin  Dəvvanini  (1502),  Mir  Daməd  adı  ilə  məĢhur  Məhəmməd 
Bağır  Damədi  (1631)  və  Molla  Sədra  kimi  tanınan  Sədrəddin  ġirazini 
(1640) aid etmək olar. 
Çoxsaylı  fəlsəfi  əsərlərin  müəllifi  Cəlaləddin  Dəvvani 
tədqiqatçıların  fikrinə  görə,  Osmanlı  dövründə  fəlsəfi  elmləri  yenidən 
canlandırmıĢdır [49, 103, 178]. Mütəfəkkir özünün «əz-Zəvra» əsərində 
yazır:  «Bu,  kəlamın  və  mənəvi  liderlərin,  filosofların  və  sufilərin 
görüĢlərinin iĢraqi  nöqteyi-nəzərindən təhlil  edən  bir tədqiqatdır.  O, ilk 
üç  təlimin  fayda  və  əhəmiyyətini  bütünlükdə  dəyərləndirməklə  yanaĢı, 
təqdim  etdikləri  nəticələrin  bəzisinin  ciddi  bir  Ģəkildə  Ġslamla  uyğun 
gəlmədiyinə  diqqəti  yönəldir...  Onun  fikrinə  görə,  təsəvvüf  ilahi 
bərəkətdən  qaynaqlandığından  Ģübhə  və  tərəddüddən  uzaqdır  və  bu 
səbəbdən  müsibətə  (peyğəmbərliyə)  daha  yaxındır»  [49,  107-108]. 
Cəlaləddin  Dəvvani  [Sührəvərdinin]  «Nur  heykəlləri»  əsərinə  Ģərh 
yazmaqla  və  «iĢraqi  hikməti  öz  əsərlərində  iĢləməklə  ġihab  Sührəvərdi 
Məqtulun fəlsəfəsini yenidən yönləndirdi» [49, 103]. 
Ġsfahan  fəlsəfə  məktəbinin  görkəmli  simalarından  biri,  «Aristotel 
və  Fərabidən  sonra  üçüncü  müəllim  (müəllim  əs-salis)  adı  ilə  tanınan» 
[49,  136],  «MəĢərik  əl-ənvar»  (Nurların  doğuluĢu)  adlı  Ģer  Divanının 
ĠĢraq  ləqəbli  müəllifi  Mir  Daməd  «Yunanlıların  böyük  ölçüdə  rasional 
yönümlü  fəlsəfəsinin  (fəlsəfə  i-yunani)  əksinə  yəməni  hikmət  (fəlsəfə-
yəməni),  yəni  nəbəvi  hikmət  dediyi  Ģeyi  canlandırmağa  böyük  səy 
göstərdi» [49, 135-136]. Əsərlərində daha çox klassik məntiqlə baĢlayıb 
teologiya  ilə  bitirməklə,  hikməti  açıqlayarkən  zaman  qavramına  fərqli 
Ģərh  verməklə  digər  islam  filosoflarından  seçilsə  də  Mir  Daməd  iĢraq 
fəlsəfəsinin  yalnız  bəzi  prinsip  və  kateqoriyalarından  istifadə  etməklə 
kifayətlənmiĢdir. 
Mir Damədin tələbəsi, Sührəvərdinin ən tanınmıĢ Ģərhçisi olmaqla 
yanaĢı,  müstəqil  fəlsəfi  əsərlərin  də  müəllifi  və  iĢraqilik  fəlsəfəsinin 
Sührəvərdidən sonra ikinci məĢhur nümayəndəsi olan Molla Sədra «Ġbn 
Sina, iĢraqi və sufi ünsürləri bir yerdə toplamağa» və «yeni platonçuların 
emanasiya  nəzəriyyələrini  qəbul  edib,  lakin  onları  iĢraqi-sufi  bir  qəlibə 
uyğunlaĢdırmağa çalıĢır» [35, 311]. Bəzi tədqiqatçılar tərəfindən hər üç 
dünyagörüĢü eklektik surətdə birləĢdirən bir fəlsəfə kimi dəyərləndirilsə 
də  [35,  312-313],  Molla  Sədranın rolu  «Moğol  istilasından  sonra islam 
dünyasında  ilk  dəfə  əqli  elmləri  tam  anlamıyla  diriltməsində  və  elm 
eĢqini  yenidən  alovlandırmasında  deyil,  eyni  zamanda,  vəhy,  irfan  və 
fəlsəfəni birləĢdirməkdə və barıĢdırmaqda» [49, 178] danılmazdır. 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə