K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə84/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

 202 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Göründüyü  kimi,  ġ.Sührəvərdidən  sonra  iĢraq  fəlsəfəsi  fərqli  bir 
istiqamətdə  öz  inkiĢafını  davam  etdirmiĢdir.  Buna  səbəb,  zənnimizcə, 
xilafətin tənəzzülündən sonra elmi mərkəzin nisbətən ġərqə, əsasən Türk 
və Azərbaycan ərazisinə köçməsi olmuĢdur. Nəzərə alsaq ki, Ġbn Sina və 
Ġbn  RüĢddən  sonra  məĢĢailik  Əbülhəsən  Bəhmənyar,  Nəsirəddin  Tusi, 
Siracəddin Urməvi kimi Azərbaycan filosoflarının görüĢlərində, təsəvvüf 
təriqətləri  isə  daha  çox  Osmanlı  imperiyasında,  qismən  də  Azərbaycan 
ərazisində  geniĢ  yayılmağa  baĢlamıĢdı,  onda  iĢraqiliyin  də  məhz  bu 
məkanda öz davamçılarının tapması təəccüb doğurmaz və bunu təqribən 
belə xarakterizə etmək olar. 
Əvvəla, sonrakı dövrdə nur və nurlanmaya aid heç bir sistemli əsər 
yazılmamıĢdır və traktatlar Ģərh xarakterli olmuĢdur.  
Ġkincisi, bu dövrdə həm məĢĢailik fəlsəfəsinin, həm də təsəvvüfün 
nüfuzu  artmaqda  idi  və  iĢraqilik  fəlsəfəsi  ya  fəlsəfi,  ya  da  dini 
problemlərin həllində vasitə rolu oynamağa baĢlamıĢdır.  
Üçüncüsü,  iĢraqilik  fəlsəfəsi  Ģiə  əqidəli  filosoflar  tərəfindən 
mənimsənilərək  Ģiə  doktrinalarının  (imamiliyin)  əsaslandırılmasında 
istifadə  olunmuĢ  və  bununla  da  iĢraqiliyi  dar  bir  coğrafi  məkanda 
yerləĢdirmiĢ  olmuĢlar  ki,  bu  da  iĢraq  fəlsəfəsinin  bir  çox  əhəmiyyətli 
tərəfinin kölgədə qalmasına səbəb olmuĢdur. 
 


Нятижя
 

 203 
 
 
N Ə T I C Ə 
 
Mən həqiqəti görəndən bəri həqiqət 
haqqında Ģübhəyə düĢmədim. 
 
Əli b. Əbu Talib 
 
Təqdim olunan əsərdə Qərb və ġərq fəlsəfə tarixində özünəməxsus 
yeri və böyük rolu olan, lakin bir tədqiqat mövzusu kimi həm postsovet 
məkanında,  həm  də  dünya  fəlsəfə  tarixində  rasional  idraka  nisbətdə  az 
araĢdırılan  irrasional  idrakın  üzərinə  iĢıq  salmaqla  onun  elm  aləmində 
əhəmiyyətini  bir  daha  vurğulamıĢ  və  bununla  da  ona  daha  artıq  diqqət 
yönəltmiĢ oluruq.  
Ġnsan idrakının iki üzü var: daxili və zahiri və hər ikisi kompleks 
Ģəkildə  olduqları  təqdirdə  idrak  prosesi  tam  və  kamil  ola  bilər.  Eyni 
obyektin dərkinə yönələn, lakin müxtəlif prizmalardan yanaĢan zahiri və 
batini, yəni rasional və irrasional idrak formaları nə bir-birini əvəz, nə də 
inkar  edir.  Onların  hər  biri    idrak  prosesinin  öz  həddi,  metodları  və 
strukturu  bəlli  olan,  bir-birini  tamamlayan  və  kamilləĢdirən  formaları, 
mərhələləridirlər.  Bunu  nəzərə  alaraq,  obyekt  haqqında  tam  həqiqəti 
öyrənmək üçün rasional və irrasional idrak formaları paralel və qarĢılıqlı 
əlaqəli Ģəkildə inkiĢaf etdirilməlidir.   
Müasir  qloballaĢma  və  kompüterləĢmə  əsrində,  insanın  yeni-yeni 
texniki  nailiyyətlər  əldə  etdiyi  bir  dövrdə  irrasional  idrak  lazımsız  və 
yalnız  kağız  üzərində  qalacaq  bir  problem  kimi  görünə  bilər.  Lakin 
məsələyə fərqli aspektdən, yəni insana yalnız maddi tələbləri olan sosial 
varlıq  kimi  deyil,  həm  də  bir  ruhani  varlıq  kimi  baxılarsa,  məsələyə 
münasibət dəyiĢə bilər. Belə ki, bəzi elmlərin də təsdiqlədiyi kimi, insan 
böyük  potensiala,  hələ  tam  öyrənilməyən  və  istifadə  edilməyən 
imkanlara malik bir varlıqdır.  
AraĢdırmamız  vasitəsilə  biz  insanın  daha  böyük  bir  potensiya-
sının,  imkanının  varlığını  ön  plana  çəkmiĢik,  ona  maddi  qüvvələrinin 
olduğu kimi, ruhunun da bacarıqlarını üzə çıxara biləcəyini xatırlatmıĢıq. 
Nə üçün göstərmiĢik, söyləmiĢik deyil, məhz xatırlatmıĢıq? Məsələ bura-
sındadır ki, maddi istəklərin, ictimai-siyasi hadisələrin burulğanının təz-
yiqi altında insan zaman-zaman ruhani varlıq olduğunu və ilahi aləmdən 
vasitəsiz  bilik  ala  biləcəyini  unudur  və  yaddaĢının  təzələnməsinə  onda 


 204 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
ehtiyac  yaranır.  Tarixdən  də  məlum  olduğu  kimi,  bu  ehtiyac  bütün 
bəĢəriyyətə aid olanda belə xatırlatmalar vəhy Ģəklində baĢ vermiĢ, yəni 
səmavi  kitablar  nazil  olmuĢ,  dinlər  təĢəkkül  tapmıĢdır;  nisbətən  kiçik 
miqyaslı  «unutmalarda»  isə  bu  missiyanı  ayrı-ayrı  Ģəxsiyyətlər  öz 
əsərləri və kəlamları ilə etmiĢlər ki, bu da vəcdin və ya ilhamın, bir sözlə
irrasional  təfəkkürün  məhsulu  olmuĢdur.  BaĢqa  sözlə  desək,  irrasional 
idrak insana daha böyük bir missiya üçün yarandığını və daha müqəddəs 
mahiyyətə malik olmasını xatırladır və yol göstərir. 
Ġrrasional  idrak  mənəviyyatla  bağlı  bir  proses  kimi  insanın  əxla-
qına və estetik baxıĢlarının formalaĢmasına təsir edən qüvvəyə malikdir 
ki, araĢdırmamızda dolayısı ilə bu təsiredici amillərə toxunmuĢuq.  
Məlum olduğu kimi, əxlaq və idrak bir-birilə sıx bağlı və bir-birini 
stimullaĢdıran  prinsiplərdir.  Təhlilimizdə  də  dönə-dönə  vurğuladığımız 
kimi,  insana  Ġnsan  adının  ucalığını  dərk  etdirməkdə,  ruhunu  nəbati 
səviyyədən insani, hətta ilahi səviyyəyə qaldırmaqda, gündəlik qayğılar 
və  problemlər  xaosunda,  maddi  istəklər  (maddi  gəlirin  artırılmasından 
tutmuĢ torpaq və ərazi iddialarına qədər) fonunda özünü bir insan olaraq 
görməkdə,  anlamaqda,  malik  olduğu  ilahi  keyfiyyətləri  itirmədən  öz 
məqsədinə çatmaq yolunda irrasional idrak aparıcı qüvvəyə malikdir. Bu 
baxımdan,  onun  əxlaq  nəzəriyyəsində  yeri  və  əhəmiyyəti,  zənnimizcə, 
ayrıca geniĢ bir mövzu ola bilər.  
Ġrrasional idrakın estetik tərəfinə gəlincə, biz irrasional biliyin əldə 
edilməsinin üç əsas yolunu – vəhy, vəcd və ilham – göstərməklə yanaĢı 
hər birinin nəticəsinin əhəmiyyəti barədə də danıĢmıĢdıq. Ġrrasional idrak 
ruha  xas  bir  idrak  növü  olduğuna  görə,  onun  nəticəsi  də  ruh  üçün 
nəzərdə  tutulur  və  ruhu  oxĢayır,  qidalandırır.  Onu  da  qeyd  edək  ki,  bu 
nəticələrin  zəruri  olaraq  maddi  formada,  kitab,  tablo,  musiqi  və  s. 
Ģəklində çatdırılmasının özü də irrasional və rasional idrak formalarının 
qarĢılıqlı  əlaqəsinə  və  bir-birini  tamamlamasına  dəlil  ola  bilər.  Buraya 
səmavi kitablardan tutmuĢ, gözəl sənət əsərlərinə, Ģer nümunələrinə qə-
dər hər birini daxil etmək mümkündür. DüĢündürücü faktdır ki, kompü-
ter nəsillərinin, mobil telefonların, texnikanın müxtəlif növlərinin sürətlə 
bir-birini əvəz etdiyi, dünən qiymətsiz bir Ģeyin bu gün ucuz və lazımsız 
bir Ģeyə çevrildiyi zəmanəmizdə biz hələ də əsrin əvvəllərində nazil ol-
muĢ səmavi kitablardan doğru yaĢamağı və düĢünməyi öyrənirik, qədim 
dövrün  Ģedevrlərinə  heyran  oluruq,  onların  qiymətlərini  günü-gündən 
artırırıq, yeni metodlarla onların ən dərin sirlərinə nüfuz etməyə çalıĢırıq. 
Problemin  mürəkkəbliyini,  çoxaspektliliyini,  nisbətən  az 
araĢdırılmasını  və  bir  çox  tərəflərinin  hələ  də  elm  aləmi  üçün  qaranlıq 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə