K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə85/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

 
Нятижя
 

 205 
qalmasını  nəzərə  alaraq  əsər  özünəməxsus  bir  sistemlə  yazılmıĢdır: 
əsərin  iki  fəsli  problemin  nəzəri,  iki  fəsli  isə  tarixi  aspektlərinin 
araĢdırılmasına həsr edilmiĢdir.  
Kifayət qədər geniĢ, qədim tarixə və zəngin inkiĢaf yoluna malik, 
müasir  dövrdə  bəzi  fəlsəfi  cərəyanların  əsas  ideya  xətti  olan 
mövzumuzun  tədqiqini  bir  monoqrafiya  çərçivəsində  sıxlaĢdıraraq  üç 
əsas  istiqamətdə  aparmıĢıq  ki,  əldə  edilən  nəticələri  də  məhz  bu 
istiqamətlərə müvafiq qruplaĢdırmaq olar: 
1.
 
Ġrrasional 
idrakın 
mahiyyətinin 
araĢdırılması, 
əsas 
xüsusiyyətlərinin göstərilməsi və kateqoriyalarının təsnifləĢdirilməsi . 
2.
 
Problemin  orta  əsrlər  çərçivəsində  həll  edilməsi  və  onun 
inkiĢaf qanunauyğunluqlarının izlənilməsi.  
3.
 
 Qərb və ġərq mütəfəkkirlərinin problemlə bağlı görüĢləri ara-
sında  müqayisənin  aparılması,  oxĢar  və  fərqli  cəhətlərin  aydınlaĢ-
dırılması. 
Qeyd  etdiyimiz  kimi,  əsərin  ilk  iki  fəsili  nəzəri  hissəsidir  və 
burada əvvəlcə irrasional idrakın ən vacib amili olan irrasional bilik və 
onun  mənbələri,  daha  sonra  isə  irrasional  idrak  prosesinin  struktur  və 
kateqoriyaları Ģərh edilmiĢdir.  
Bundan  əlavə,  irrasional  prinsiplərdən  hər  biri  orta  əsr  Qərb  və 
ġərq  filosoflarının  görüĢləri  əsasında  ayrı-ayrılıqda  təhlil  edilməklə 
yanaĢı, idrak nəzəriyyəsinin bəzi kateqoriyalarına da irrasional anlamda 
izah  və  tərif  verilmiĢdir.  Bununla  ilk  növbədə  irrasional  təfəkkür  və 
idrak,  onun  əsas  müddəaları,  baĢlanğıcı  və  sonu,  inkiĢafı  və  məqsədi 
haqqında  ümumi  anlayıĢ  formalaĢdırmıĢ  və  aydın  təsəvvür  yaratmıĢ 
oluruq.  Bu,  həmçinin,  əsərin  gələcək  fəsillərində  müəyyən  təkrar 
Ģərhlərin verilməsinin də qarĢısını almıĢıq.  
Ġrrasional  bilik  və  irrasional  idrakın  iĢdə  ayrıca  Ģərhi  həm  də  bu 
fenomenləri idrak nəzəriyyəsinin əhəmiyyətli hissəsi kimi təqdim etməyə 
geniĢ  imkan  verdi.  Rasional  və  irrasional  idrak  formalarının  qarĢılıqlı 
əlaqəsi, onların bir-birinə təsir edən amilləri nəzərdən keçirilməklə vahid 
bir  prosesin  müxtəlif  mərhələlərinin  yeri  və  yaranma  səbəbləri  də 
açıqlamıĢ oldu.  
Əsərin  birinci  hissəsində  əldə  etdiyimiz  nəticələri  belə 
qruplaĢdırmaq olar: 

 
Ġrrasional  biliyin  mahiyyətini  xarakterizə  edib,  mənbələrini 
Ģərh etmiĢik. 

 
Ġrrasional  və  mistik  biliklər  arasında  müqayisəli  təhlil  
aparmaqla onların oxĢar və fərqli cəhətlərini göstərmiĢik.  


 206 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 

 
Ġrrasional idrakın kateqorial aparatını, prosesin strukturunu və 
metodologiyasını təhlil və təqdim etmiĢik. 

 
Ġrrasional idrakı ümumiyyətlə idrak prosesinin əhəmiyyətli və 
ayrılmaz  hissəsi  kimi  təqdim  etməklə  idrak  nəzəriyyəsinin  fəlsəfi 
təhlilinə yeni istiqamət verməyə çalıĢmıĢıq. 
Onu da əlavə edək  ki, idrak nəzəriyyəsinin əhəmiyyətli bir tərəfi 
kimi irrasional idrakın kateqorial aparatının təyin edilməsi Qərb və ġərq 
mütəfəkkirlərinin  görüĢləri  arasında  ümumi  və  fərqli  cəhətlərin 
aydınlaĢdırılmasında,  bu  görüĢlərin  növbəti  fəsillərdə  daha  sistemli 
təhlilinə  imkan  yaratmaqla  yanaĢı,  irrasional  idrakın  gələcək 
tədqiqatçılarının araĢdırmalarında da müəyyən rol oynaya bilər. 
Əsərin  fəlsəfə  tarixi  hissəsi  aparılmıĢ  tədqiqatın  digər  iki 
istiqamətini  əhatə  edir.  Əvvəlcə  irrasional  idrakın  orta  əsrlərdə  inkiĢaf 
qanunauyğunluqları izlənmiĢ, irrasional idrakın inkiĢafında ictimai-siyasi 
hadisələrin  təsiri  nəzərdən  keçirilmiĢ  və  bununla  onu  rasional  idrakdan 
fərqləndirən  əsas  xüsusiyyətlər  aydınlaĢdırılmıĢdır.  Tədqiqat  mövzusu 
kimi məhz orta əsrlərin seçilməsi bir sıra əhəmiyyətli səbəblərlə bağlıdır 
ki, onları aĢağıdakı Ģəkildə təqdim etmək olar:  
1.
 
  Orta  əsr  Qərb  və  ġərq  regionunda  səmavi  kitabların  nazil 
olduğu, elmin bütün sahələrinə təsir edə biləcək yeni düĢüncə formasının 
təĢəkkül tapması dövrüdür. Ġrrasional idrakın istinad etdiyi mənbələrdən 
biri  və  birincisi  səmavi  kitablar  olması  baxımından,  Orta  əsrləri 
irrasional  idrakın  yeni  mənbə  ilə  yanaĢı,  yeni  metod  və  imkanlar 
qazandığı dövr də adlandırmaq olar.  
2.
 
Orta əsrlər həm Qərb, həm də ġərqdə Renessansın baĢ verdiyi 
dövrdür. Qeyd etdiyimiz kimi, idrakın rasonal və irrasional formaları bir-
birini stimullaĢdıran amillərdir. Bu baxımdan, hər iki bölgədə baĢ vermiĢ 
Renessans  hadisəsini  yalnız  rasional  düĢüncəyə  deyil,  həmçinin 
irrasional  təfəkkürə  də  aid  etmək  vacibdir.  Həmin  dövrdə  yaranmıĢ 
fəlsəfi sistemlər, əsrarəngiz sənət əsərləri buna bariz nümunə ola bilər.  
3.
 
Orta  əsrlər  sonrakı  illər  üçün  (bu  günə  qədər)  zəngin  ideya 
mənbəyidir. Bu dövrdə antik fəlsəfənin yeni iĢıqda təqdim olunması ilə 
yanaĢı  zamanın  Ģərtlərinə  uyğun  olaraq  gələcək  əsrlər  üçün  düĢüncə 
qidası ola biləcək yeni ideyalar da təĢəkkül tapmıĢdır.  
Deyilənləri  nəzərə  alaraq,  biz  irrasional  idrakın  tədqiqində, 
mahiyyətinin  açıqlanmasında  və  qanunauyğunluqlarının  izlənməsində 
daha zəngin və hərtərəfli bir dövr kimi məhz bu illəri seçmiĢik.   
AraĢdırmanın üçüncü istiqaməti – irrasional idrakın Qərb və ġərq 
kontekstində  aparılması  və  irrasional  idrakın  xüsusiyyətlərinin  hər  iki 


 
Нятижя
 

 207 
bölgənin  filosoflarının  görüĢləri  əsasında  təhlil  edilməsidir.  Bu 
istiqamətdə qarĢıya qoyulan yalnız bir məqsəd var idi: zaman-məkan və 
ictimai  –  siyasi  Ģərait  fövqündə  baĢ  verən  proses  olması  baxımından 
irrasional idrakı  Ģərqli  və qərbli təfəkkürə  ayırmağın  doğru  olmamasını 
göstərmək.  Dediklərimizin  təsdiqi  olaraq,  əvvəla,  irrasional  idrakın  hər 
iki  bölgədə  oxĢar  inkiĢaf  yolunun  qanunauyğunluqlarını,  ikincisi,  eyni 
problemin  hər  iki  bölgə  üçün  eyni  əhəmiyyət  kəsb  etdiyini  və  onun 
həllində,  demək  olar  ki,  eyni  metod  və  vasitələrdən  istifadə  edildiyini 
göstərmiĢik.   
Ġrrasional  idrakın  Orta  əsrlərdə  tarixi  inkiĢafı  ilə  tanıĢlıq  məntiqi 
olaraq onun bəzi özünəməxsus xüsusiyyətlərinin bu dövrün Qərb və ġərq 
mütəfəkkirlərinin görüĢləri əsasında tədqiqi zərurətini yaratdığını nəzərə 
alaraq  monoqrafiyanın  IV  fəslində  irrasional  idrakın  iki  ən  aktual 
prinsipinin  –  Tanrı-aləm  münasibətinin  (yaradılıĢ  probleminin)  və 
nurlanmanın  –  Qərb  və  ġərq  fəlsəfə  tarixində  təzahürləri  araĢdırılmıĢ, 
aralarındakı fərqli cəhətlər Ģərh edilmiĢdir. Məzmun və mahiyyətlərindən 
də  məlum  olduğu  kimi,  bunlardan  birincisi  ontoloji,  ikincisi  isə 
qnoseoloji məsələlərə irrasional idrakın mövqeyi ilə tanıĢlıqdır.  
Elm  və  texnikada,  sosial  və  siyasi  Ģəraitdə  fərqli  inkiĢaf  yolu 
keçən  Qərb  və  ġərq  təfəkküründə  irrasional  baxımdan  da  müəyyən 
fərqlərin  olması  əslində  çox  məntiqi,  hətta  zəruri  görünə  bilər.  Lakin 
nəzərə alsaq  ki, əvvəla, hər rasional  təfəkkür  irrasional  təfəkkürün ilk 
mərhələsi  və  onu  stimullaĢdıran  amil  ola  bilməz,  ikincisi,  rasional 
təfəkkür  irrasional  təfəkkürün  xarakterini  deyil,  səviyyələrini  təyin 
edir.  Belə  olan  halda iddia  etmək  olar  ki,  qərbli  və  Ģərqli  təfəkkürləri 
vahid bir xətt üzrə yüksələn eyni pilləkanın fərqli pillələrindədirlər.  
Qərb və ġərq təfəkkürləri arasındakı bəzi fərqlərə gəlincə, onların 
məhz  ilk  mənbədən  irəli  gəldiyini  bildirmiĢdik.  Aparılan  tədqiqatda  bir 
sıra  dəlil  və  faktlarla  göstərilir  ki,  belə  fərqlər  bölgələr  arasında  ola 
bildiyi  kimi,  eyni  bölgəyə  məxsus  ayrı-ayrı  mənbələrə  istinad  edən 
düĢüncələr arasında da mövcud ola bilər. BaĢqa sözlə desək, fərq coğrafi 
bölgədən deyil, istinad edilən mənbədən irəli gəlmiĢdir.  
Tədqiqatın  üçüncü  istiqamətinin  elmi  baxımdan  yeniliyi    və 
əhəmiyyətli tərəflərindən biri də irrasional idrakın prinsiplərinin hər iki 
bölgəyə xas xüsusiyətlərinin araĢdırılması ilə bərabər onların sırf ġərqə 
məxsus təzahürlərinin – vəhdət əl-vücudun və ġihabəddin Sührəvərdinin 
ĠĢraq fəlsəfəsi əsasında elmi təfsiridir. Tədqiqatın bu hissəsində biz, bir 
növ  fəlsəfə  tarixində  həmin  problemlərin  (Tanrı-aləm  və  nurlanma) 
kulminasiya məqamını Ģərh edərək, istər vəhdət əl-vücud, istərsə də ĠĢraq 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə