K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

77
Məhkəmənin qəbul etdiyi qərarın qanuniliyini qiymətləndirin. 
Məhkəmə iclasında nikahın pozulması haqqında işə hazırlıq qay-
dası necədir? 
Məsələ 14.
Yetkinlik  yaşına  çatmayan  üç  uşaqları  olan  ər-arvad  Həsə-
novlar  nikaha  xi tam  verməyi  qərara  almışlar.  Bununla  bağlı 
Həsə nov  məhkəməyə  müvafiq  ərizə  ver mişdir.  Hakimlərin 
işlərinin  çox  olması  ilə  bağlı  uzun  müddət  əvvəlcə  iş  üçün 
dinlənilmə təyin edilməmiş, sonra isə ona baxılması bir neçə dəfə 
təxirə salın mış dır. Nikaha xitam verilməsi haqqında iddia ərizə-
sinin verilməsindən dörd ay son ra Həsənovlar notariat qaydada 
təsdiq edilmiş ərizədə nikaha xitam verilməsinə özlərinin iştirakı 
olmadan baxılmasına razı olduqlarını göstərmiş və məhkəmədən 
onların işinə özlərinin iştirakı olmadan baxılmasını xahiş etmiş-
lər. Bu ərizələrin əsasında məhkəmə bir neçə ay sonra Həsənov-
ların  işinə  onların  iştirakı  olmadan  baxmış  və  nikaha  xitam 
verilməsi haqqında qətnamə çıxarmışdır. 
Məhkəmənin bu qətnaməsi ilə bağlı nə deyə bilərsiniz?


78
IV MÖVZU
Ər-arvadın hüquq və vəzifələri
Əsas məsələlər
1. Ər-arvadın şəxsi qeyri-əmlak hüquq münasibətləri:
a) ər-arvadın şəxsi qeyri-əmlak hüquq münasibətlərinin an-
layışı və əhəmiy yə ti;
b)  ər-arvadın  şəxsi  qeyri-əmlak  hüquq  münasibətlərinin 
növləri.
2. Ər-arvadın əmlakının qanuni rejimi:
a)  ər-arvadın  ümumi  birgə  mülkiyyətinin  anlayışı  və  ob-
yektləri;
b)  ər-arvadın  ümumi  əmlak  üzərində  sahiblik,  istifadə  və 
sərən cam hüquqları;
c) ər-arvadın hər birinin mülkiyyəti (ayrı mülkiyyət);
ç) ər-arvadın ümumi əmlakının bölünməsinin əsası və qay-
dası;
d) ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların 
bölünməsi;
e) boşanmış ər-arvadın tələbi üzrə ümumi əmlakının bölün-
məsi haqqında iddia müddəti.
3. Ər-arvadın əmlakının müqavilə rejimi:
a) nikah müqaviləsinin anlayışı və onun bağlanması qayda-
sı. Nikah müqa vi lə sinin formaları;
b) nikah müqaviləsinin məzmunu;
c) nikah müqaviləsinin tənzimləmə sahəsinə daxil olmayan 
məsələlərin dairəsi;
ç) nikah müqaviləsinin qüvvədə olması müddəti;
d) nikah müqaviləsinin dəyişdirilməsinin və pozulmasının 
əsası və qaydası;
e) nikah müqaviləsinin etibarsız hesab edilməsinin əsası və 
qaydası.


79
4. Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət:
a) ər-arvadın şəxsi və ümumi öhdəlikləri (borcları);
b) ər-arvadın şəxsi öhdəlikləri üzrə məsuliyyət;
c) ər-arvadın ümumi öhdəlikləri üzrə məsuliyyət;
ç)  yetkinlik  yaşına  çatmayan  uşaqlarının  vurduğu  ziyana 
görə ər-arvadın məsuliyyəti;
d) nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və po-
zulması zamanı kreditorun hüququnun təminatı. 
Yoxlama sualları
1. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifə-
lərinin  meydana  çıxmasının  hüquqi  əsası  olaraq  nə  çıxış  edir? 
Cavab verərkən müvafiq hüquq normalarına istinad edin. 
2. Ər-arvad arasında şəxsi münasibətlər hansı prinsiplər əsa-
sında qurulmalıdır? Azərbaycan Respublikasının Ailə Məcəlləsi-
nin hansı maddələrində bu prinsiplər təsbit edilmişdir?
3. Ər-arvadın şəxsi qeyri-əmlak hüquqlarını göstərin və onla-
rın səciyyəsini verin. 
4. Ailə həyatı məsələlərinin birgə həllində ər-arvadın hüququ-
nun məzmunu nədən ibarətdir?
5. Ər-arvad arasında şəxsi hüquqi münasibətlərdən irəli gələn 
vəzifələrin hüquqi məzmununu açıqlayın. 
6.  Hansı  hallarda ər  və  arvadın soyad  seçmək və  dəyişmək 
hüququ meydana çıxır?
7. Nikah bağlanması zamanı ər və arvadın soyadlarının bir-
ləşdirilməsinə yol verilirmi?
8. Nikah pozulduqda ər və arvadın nikahdan əvvəlki soyadla-
rının  bərpası  məsələsini  hansı  orqan  həll  edir?  Nikah  bağlanı-
larkən ərinin (arvadının) soyadını qəbul etmiş tərəf nikah pozul-
duqdan sonra həmin soyadı saxlaya bilərmi? 
9. Azərbaycan Respublikası vətəndaşlarının soyad, ad və ata 
adını  dəyişdirməsi  əsasını  və  qaydasını  göstərin  (nikaha  xitam 
verilməsinin dövlət qeydiyyatı ilə bağlı olmayaraq). 


80
10. Ər-arvadın şəxsi hüquq və vəzifələrini həyata keçirmələri 
sahəsində onlar arasındakı mübahisələri həll etməyə hansı orqan-
lar səlahiyyətlidir? Bu mübahisələr nədən ibarətdir?
11. Ər-arvad arasında əmlak hüquq münasibətlərinin anlayı-
şını verin və onların növlərini göstərin. Ər-arvad arasında əmlak 
hüquq münasibətlərinin obyekti nədir?
12.  Ər-arvadın  əmlakının  qanuni  rejiminin  anlayışını  verin. 
Hansı hallarda ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur?
13. Ər-arvadın ümumi birgə mülkiyyətinin anlayışını verin. 
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə 
və  Mülki  Məcəlləsinin  10-cu  fəslinin  213-225-ci  maddələrinə 
uyğun olaraq ər-arvadın birgə mülkiyyətinin obyektlərinə nümu-
nələr göstərin. 
  14.  Ər-arvadın  birgə  mülkiyyətinin  hüquqi  rejimi  necədir? 
Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam 
hüquqları  necə  həyata  keçirilir?  Ər-arvadın  ümumi  əmlak  üzə-
rində hüquq bərabərliyi nədən ibarətdir? 
15.  Ər-arvaddan  birinin  ümumi  əmlak  üzərində  sərəncam 
əqdi bağlamasına digərinin razılığı prezumpsiyasının mahiyyətini 
açıqlayın. Hansı hallarda bu qayda qüvvədə deyil?
16. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam 
vermək barədə notariat qaydada təsdiq edilməsi və (və ya) qey-
diyyata alınması tə ləb edilən əqd bağlaması ilə əlaqədar qanunda 
hansı tələblər nəzərdə tutul muşdur? 
17. Hansı hallar olduqda məhkəmə ər-arvaddan biri tərəfindən 
bağlanmış ümumi əmlak üzərində sərəncam əqdinin etibarsız sayıl-
ması  haqqında  digərinin  tələbini  təmin  edə  bilər?  Belə  tələb lərin 
irəli sürülməsi üçün qanunda iddia müddəti müəyyən edilmişdirmi? 
18. Ər-arvaddan birinin ümumi əmlak üzərində hansı sərən-
cam  əqdlərinin  bağlamasına  digərinin  notariat  qaydada  təsdiq 
edilmiş razılığının alınması tələb edilir? 
19. Ümumi əmlak üzərində sərəncam əqdi bağlanmasına no-
tariat qaydada təsdiq edilmiş razılığı alınmamış ər (arvad) öz hü-
ququnu necə müdafiə edə bilər? 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə