Kafedra: İqtisadiyyat


Qiymətin əmələ gəlməsi prosesi



Yüklə 40,86 Kb.
səhifə2/4
tarix05.04.2023
ölçüsü40,86 Kb.
#104336
1   2   3   4
referat 4706 (1)

Qiymətin əmələ gəlməsi prosesi
Qiymət nədir? Qiymət dar mənada məhsula və ya xidmətə təyin edilən pul məbləğidir. Daha geniş mənada isə qiymət məhsul və ya xidmətdən istifadə etmək üçün istehlakçıların mübadilə etdiyi dəyərlər toplusudur. Tarix boyu qiymətlər alıcı və satıcılar arasında aparılan danışıqlar nəticəsində təyin olunurdu. Sabit qiymət siyasəti – XIX əsrin sonlarındaəmələ gəlmişdir. Təqribən 100 il keçdikdən sonra, indi, şirkətlərin əksəriyyəti dinamik qiymətqoymadan istifadə edirlər. Dinamik qiymətqoyma-fərdi müştərilərdən və şəraitlərdən asılı olaraq müxtəlif qiymətlərin təyin edilməsidir. İnternet, korporativ şəbəkə və naqilsiz kommunikasiya xidmətləri heç vaxt olmadığı kimi alıcıları və satıcıları əlaqələndirir.
Qiymətqoyma qərarlarına təsir edən amillər 2 yerə bölünür:

  1. Daxili amillər

  2. Xarici amillər

Daxili amillərə aiddir: Marketinqin məqsədləri, Marketinq kompleksinin strategiyaları, Xərclər, Təşkilati məsələlər
Xarici amillərə aiddir: Bazarın və tələbin təbiəti, Rəqabət, Digər ətraf mühit amilləri (iqtisadiyyat, vasitəçilər, hökumət, sosial qayğılar)
Qiymət tələb asılılığının təhlili Şirkət tərəfindən təyin olunmuş qiymət tələbin müxtəlif səviyyələrinə uyğun olur. Təyin olunmuş qiymətin və onun nəticəsi olaraq tələbin səviyyəsi arasında olan asılılıq tələb əyrisi adlanır. Tələb əyrisi bazarda müəyyən vaxt ərzində müxtəlif qiymətə alına biləcək məhsulun miqdarını göstərən əyridir. Normal hallarda tələb və qiymət tərs mütənasib olur, yəni qiymət yuxarı olduqda tələb aşağı olur.
Əsas qiymətqoyma üsulları 3 yerə ayrılır:

        1. Xərc yönümlü yanaşma:

Orta xərclər üstə gəl qiymət, zərərsizlik nöqtəsinin təyini və məqsəd mənfəətini təmin edən qiymət

  1. Dəyər yönümlü qiymətin təyini:

Qiymətin satıcıların xərclərinə deyil, alıcıların dəyər qavrayışlarına əsasən təyin edilməsi

  1. Rəqabət yönümlü yanaşma:

Cari qiymətlər əsasında və qapalı hərraclar əsasında qiymətin təyin edilməsi
Xərc yönümlü qiymətqoymanın duyulan dəyərə əsaslanan qiymətqoyma ilə müqayisəsini bu şəkildə göstərmək olar:
Xərc yönümlü qiymətqoyma
Məhsul » Xərc » Qiymət » Dəyər » Müştərilər
Duyulan dəyərə əsaslanan qiymətqoyma
Müştərilər » Dəyər » Qiymət » Xərc » Məhsul
Yeni məhsula qiymətin təyini strategiyaları :

  1. Bazarın qaymağını götürmək

Məhsula yüksək qiymət ödəyə biləcək seqmentlərdən maksimum gəlir əldə etmək məqsədilə yeni məhsullara yüksək qiymətlərin təyin olunması

  1. Bazara nüfuz etmək üçün təyin olunan

Çoxsaylı alıcılar cəlb etmək və böyük gəlirlər qazanmaq məqsədilə yeni məhsullara aşağı qiymətlərin təyin olunması.
Məhsul çeşidlərinə qiymət təyini strategiyaları aşağıdakılardır:
Məhsul çeşidinə qiymət təyini - Rəqiblərin qiymətlərinə, müştərilər müxtəlif xüsusiyyətləri dəyərlənməsinə və məhsullara sərf olunan xərclərə əsasən məhsul xəttinə aid olan müxtəlif məhsullara qiymətlərin qoyulması.
Tamamlayıcı məhsula qiymət təyini - Əsas məhsulla birlikdə satılan əlavə və aksesuar məhsullara qiymət qoyulması.
Ləvazimata qiymət təyini - Yalnız əsas məhsulla birgə istifadə oluna bilən məhsullara qiymətin təyini.
Kənar məhsullara qiymət təyini - Əlavə məhsul təklif etməklə əsas məhsulun rəqabət qabiliyyətini təmin edən qiymətqoyulması.
Məhsul komplektinə qiymət təyini - Bir neçə məhsulun birləşdirilərək dəst halında endirimli qiymətlərlə təklif edilməsi.
Qiymətin tənzimlənməsi strategiyaları :
Endirimli və güzəştli vəsaitlərə qiymət təyini – istehsalçı tərəfindən pərakəndə satıcıya ödənilən həvəsləndirici vəsaitdir ki, əvəzində o istehsalçının məhsullarını bu və ya digər vasitə ilə qaydaya salır.
Seqment üzrə qiymət təyini – məhsul və xidmət iki dəfə və ya daha artıq qiymətə satılır.
Psixoloji qiymət təyini – qiymətlərin sadəcə iqtisadi amillərini deyil, həmçinin onun psixoloji tərəfini öyrənən qiymətqoyma strategiyasıdır.
Həvəsləndirici qiymətqoyma – satışların təcili artması məqsədilə məhsulların qiymətini preyskurant siyahısındakı qiymətlərdən aşağı endirilməsi və bəzən hətta, xərclərin azaldılması.
Coğrafi qiymət təyini – şirkət həmçinin ölkənin və dünyanın müxtəlif yerlərində yaşayan müştərilər üçün öz məhsularını necə qiymətləndirəcəyi haqqında qərar qəbul etməlidir.
Beynəlxalq qiymət təyini – məhsulunu beynəlxalq bazara çıxaran şirkətlər fəaliyyət göstərdikləri hər bir ölkədə qiymətləri müəyyən etməlidirlər.
Bazar münasibətlərinə keçid şəraitinin tələblərinə cavab verən qiymət mexanizminin işlənilməsi və onun düzgün formalaşdırılması mühüm amillərdən biridir. Müasir mərhələdə elmi-texniki tərəqqinin sürətləndirilməsi şəraitində elə çevik qiymətlər sistemi tələb olunur ki, o, bir tərəfdən qiymətlərin sabitliyini, digər tərəfdən isə bazar şəraitində rəqabəti nəzərə almaqla qiymətin daha dinamik olmasını və çəkilən xərclərin azaltma mexanizmini təmin etsin.
Qiymətlər sistemi və təriflər xalq təsərrüfatının idarə edilməsinin ən mürəkəb iqtisadi alətlərindən biridir. O, müəssisələr (firmalar) və təşkilatlar, ayrı-ayrı sahələr arasında əsas istehsal əlaqələrini göstərməklə, tam kommersiya (fəaliyyətini) hesabına keçilməsi, müəssisə və təşkilatların təsərrüfat fəaliyyətlərinin qiymətləndirilməsinə xidmət edir. Odur ki, qiymətlər sistemi iqtisadi və sosial inkişafa mənfi və ya müsbət təsir göstərir.
Qiymətin formalaşmasının əsas şərtlərindən biri, onun ictimai zəruri əmək məsrəflərini hərtərəfli əks etdirməklə, istehsal və tədavül xərclərini ödəməklə yanaşı, müəyyən miqdarda mənfəəti təmin etməsidir. Bundan başqa, qiymətlər daha mütərəqqi məhsul istehsalı və istehlakına, keyfiyyyətin yüksəldilməsinə həvəs (stimul) yaratmalı, müəyyən dövürlərdə artan tələbatı hərtərəfli əks etdirmə və düzgün əsaslandırılmalıdır. Bununla əlqədar olaraq qiymət mexanizminin düzgün təhlil olunması və onun səviyyəsinin elmi cəhətdən əsaslandırılması əsas məsələlərdən biri hesab olunur.
Qeyd etmək lazımdır ki, müasir şəraitdə “qiymətqoyma” və “qiymətin əmələ gəlməsi“ anlayışlarını bir- birindən fərqləndirmək məqsədəuyğundur.
Qiymətqoyma dedikdə, bazar şəraitində məhsulun keyfiyyətindən, dövlətin iqtisadi mənafeyindən irəli gələn, əhalinin sosial müdafiəsindən, istehsalçılar və istehlakçılar arasında daha əlverişli münasibətlər və prinsiplər əsasında qiymətin formalaşması başa düşülür.
“Qiymətin əmələ gəlməsi”-nin mahiyyəti konkret əmtəələrə (məhsullara) qiymətlərin müəyyən edilməsi (hesablanması) prosesi ilə müəyyən olunur. Bu proses dəyər, tələb-təklif və pul tədavülü qanunları ilə əlaqədar olub, qarşılıqlı surətdə qimətlərin əmələ gəlməsinin nəzəri əsaslarını təşkil edir.
Qiymətin əmələ gəlməsinin iqtisadi mahiyyətini hərtərəfli xarakterizə etmək üçün onun əsas funksiyalarına ciddi riayət etmək lazımdır. Qiymətin əsas funksiyalarına aiddir:

  1. Plan-uçot

  2. Bölüşdürücü

  3. Həvəsləndirici

  4. Tənzimləmə

  5. Tələb və təklifin balanlaşdırılıması

  6. Resursların optimal bölüşdürülməsi.

Plan uçot funksiyası zəruri əmək məsrəflərini və onun səmərəliliyini qiymətdə düzgün əks etdirməklə, məhsulun neçəyə başa gəlməsini əsaslandırır. Bunlara həm kəmiyyət-mütləq göstəriciləri (milli gəlir, əsaslı vəsait qoyuluşunun həcmi və s.) həm də keyfiyyət göstəriciləri (rentabellik, fond verimi, əmək məhsuldarlığı və s.) daxildir.
Qiymətin bölüşdürmə funksiyası tələb və təklif arasındakı tarazlığa xidmət edir, onun köməyi ilə müəssisələrin (firmaların) və təsərrüfat təşkilatlarının gəlirini sahələr, iqtisadi rayonlar və əhalinin sosial qrupları arasında bölüşdürülməsini əks etdirir. Bu funksiya bazar amillərinin təsiri altında qiymətin dəyərdən kənarlaşması ilə əlaqədardır.
Qiymətin həvəsləndirmə funksiyası elə bir aktiv alət hesab olunur ki, burada elmi-texniki tərəqqinin köməyi ilə daha mütərəqqi məhsul istehsalına, istehsal xərclərinin azalması, köhnə məhsul növünün istehsaldan çıxarılmasına, daha yüksək keyfiyyətli məhsulun istehsalı üçün müəssisələrin maraqlandırılmasına şərait yaradır.
Qiymətlərin tənzimlənməsi funksiyası onların yuxarıda göstərilən funksiyaları yerinə yetirilməsi ilə yanaşı, o, tələb və təklif arasında zəruri uyğunluğu təmin etməli, vaxtaşırı onlara baxılmasını və təkmilləşdirilməsini nəzərdə tutmalıdır.
Qiymətin tələb və təklif balanslaşdırması funksiyası istehsal və istehlak, tələb və təklif arasında əlaqəni yerinə yetirir. Sahibkarlıq fəaliyətinin inkişafı və rəqabətin formalaşdığı bir şəraitdə qiymətin bu funksiyasına daha çox ehtiyac duyulur və onun rolu artır. Qiymətin funksiyaları bir-bir ilə qarşılıqlı sürətlə əlaqəli olduğu və mürəkkəb olduğuna görə o, marketinq xidməti tədqiqatının əsas obyektinə çevrilmişdir.
Tikintidə qiymətin əmələ gəlmə mexanizmi xalq təsərrüfatının başqa sahələrinin məhsulunun qiymətindən asılı surətdə fərqlənir. Bunu fərqləndirən əsas cəhətlərdən biri tikinti məhsulunun texniki-iqtisadi xüsusiyyətidir (tikinti məhsulunun təyinatına görə son dərəcə müxtəlif olması; tikinti rayonunun təbii iqlim xüsusiyyətləri, məhsulun tərpənməz olması; tikintidə istehsalat tsiklinin uzunmüddətli olması və.s.).Bundan başqa, hər bir tikiləcək obyektinin qiyməti fərdi xarakter daşıyaraq, sifarişçi ilə podratçı arasındakı müqavilə (kontrakt) əsasında müəyyənləşdirilir. Həmçinin, tikinti məhsulunun qiymətinin formalaşmasında sifarişçi, layihə və podratçı təşkilatlar iştirak edilir.
Bazar münasibətlərində tikintidə qiymətin əmələ gəlməsi və smeta normalaşdırılmasının əsas vəzifələri aşağıdakılardır:

  • Tikinti məhsulunun sərbəst qiymətinin formalaşdırılması;

  • Tikintinin investisiya fəaliyyətinin müxtəlif mərhələlərində bütünlüklə smeta normaları ilə təmini;

  • Müxtəlif investisiya mərhələlərində tikinti dəyərinin təyini.

Əsaslı tikintidə qiymət sistemi bu sahənin texniki iqtisadi xüsusiyyətlərinin əks etdirməklə, spesifik əlamətlərlə xarakterizə edilir. Bu xüsusiyyətlərə aiddir: tikinti məhsulunun yaradıldığı yerlərdə tutumluluğunu yüksək olması; istehsal tsiklinin nisbətən uzun olması; hər bir obyektin tikintisində çoxlu (müxtəlif) material, konstruksiya və avadanlıqların geniş nomenklaturaya malik olması; tikinti-quraşdırma işlərinin bütün il boyu həm də açıq havada (təbii-iqlim şəraitində) aparılması.
Elmi texniki tərəqqinin ən mühüm iqtisadi vasitəsi qiymətin əmələ gəlməsidir. Qiymət tikinti istehsalatının dinamikasını və səviyyəsini xarakterizə edən ən mühüm iqtisadi göstəricidir. Qiymət tikinti istehsalının plana uyğun inkişafı üçün bir alət və iqtisadi kateqoriya hesab olunur.
Tikinti məhsulunun iqtisadi xüsusiyyəti, tikilən obyektlərin fərdiliyi, başqa sahələrdən fərqli olaraq ona sabit qiymətin qoyulmasını çətinləşdirir. Odur ki, tikinti məhsulunun qiyməti başqa sahələrin məhsulunun qiymətindən fərqli olur. Bunu fərqləndirən əsas cəhətlərdən biri tikinti məhsulunun texniki iqtisadi xüsusiyyətidir.
Tikintidə sənayeləşdirmənin inkişafı, tipləşdirilmiş layihələrdən kütləvi surətdə istifadə olunması, yığma iriləşdirilmiş konstruksiyaların tətbiqi, tikinti məhsuluna müəyyən dərəcədə sabit qiymətin qoyulmasına imkan yaradır. Tikinti məhsulunun qiymətini layihələrə əsasən müəyyən olunmuş smeta dəyəri xarakterizə edir. Smeta dəyəri bir neçə funksiyanı yerinə yetirir. O, qəbul olunmuş layihə həllərinin səmərəliliyini müəyyən edir, kapital qoyuluşunun planlaşdırılmasını və maliyyələşməsini təmin edir, tikinti təşkilatının təsərrüfat fəaliyyətini qiymətləndirir. Tikinti məhsulunun xüsusiyyətini nəzərə alaraq, onun qiyməti aşağıdakı kimi təyin olunur:
Q=MD+MD∙PY
Burada MD-smeta maya dəyəri (manatla), PY-plan yığımını normasını nəzərə alan əmsal (PY=1,08).
Tikintidə, smeta dəyərini təşkil edən ayrı-ayrı xərclərin ümumi dəyərə faizlə nisbəti, onun quruluşunu təşkil edir. Smeta dəyəri ilk xərc elementlərinə görə qruplaşdırılır.
Smeta dəyərinin quruluşu aşağıdakı xərclərdən ibarətdir:
1) Düzünə
2)Üstəlik xərclər
3) Plan yığımı
Düzünə xərclərin tərkibinə aşağıdakılar daxildir:

    1. Material, hissə və konstruksiyaların dəyəri

    2. Fəhlələrin əsas əmək haqqı

    3. Maşın və mexanizmlərin istismarı üzrə xərclər

    4. Sair düzünə xərclər

Üstəlik xərc ümumi tikinti işlərində düzünə xərclərə faizlə təyin olunur. Üstəlik xərcin tərkibi bir çox maddələrdən ibarətdir. Tikintidə üstəlik xərcin tərkibi əsasən aşağıdakı qiymətlər üzrə qruplaşdırılır:

  1. İnzibati təsərrüfat xərci. Bu qrupa daxildir: mühəndis texniki işçilərinin və inzibati təsərrüfat heyətin əsas və əlavə əmək haqqı, poçt-teleqraf xərci, ezamiyyət xərci

  2. Fəhlələrə göstərilən xidmətlə əlaqədar olan xərclər. Bura daxildir: fəhlələrə verilən əlavə əmək haqqı, təhlükəsizlik texnikası və sanitariya xidməti üçün çəkilən xərclər, həmkarlar təşkilatı, mədəni-məişət və idman işləri, sığorta üçün ayırmalar, mənzil kommunal xərci və sair

  3. İstehsalın təşkili və inkişafı ilə əlaqədar olan xərclər. Bura daxildir: iqtisadi laboratoriyaların yaradılmasına və materialların sınaqdan çıxarılmasına çəkilən xərclər, yanğına qarşı çəkilən xərclər, cari təmir üçün çəkilən xərclər, elmi tədqiqat işləri üçün ayırmalar, obyektin istifadəyə verilməsinin hazırlanması xərcləri

  4. Sairə üstəlik xərclər. Bunun tərkibinə aşağıdakılar daxildir: çoxtirajlı qəzet redaksiyasının saxlanması, bufet və yeməkxana üçün xidmət, geodeziya işlərinə çəkilən xərclər, yeni texnikanın tətbiqi üçün mükafatlandırma fondunun yaradılması və sair

Plan yığımı tikinti təşkilatlarının planlı gəliri olub, düzünə və üstəlik xərcin cəmindən (əvvəl 8% idi, indi 27%-dir) smeta dəyərinin quruluşu obyektlərin xüsusiyyətindən və təyinatından asılı olaraq dəyişir

Yüklə 40,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə