Kafedra: İqtisadiyyat


Müasir dövrdə qiymətin əmələ gəlməsində mövcud problemlərin aradan qaldırılması yolları



Yüklə 40,86 Kb.
səhifə3/4
tarix05.04.2023
ölçüsü40,86 Kb.
#104336
1   2   3   4
referat 4706 (1)

Müasir dövrdə qiymətin əmələ gəlməsində mövcud problemlərin aradan qaldırılması yolları
Qiymətlərin yaranması prosesinin formalaşması və dinamikasının dövlət tənzimlənməsi strateji məqsəd daşıyır, hansı ki, öz ifadəsini dövlətin qiymət siyasətində tapır.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq qiymət siyasətini Azərbaycan Respublikası hökuməti həyata keçirir.
Qiymət siyasəti - Bu dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının və qiymət əmələgəlmə subyektlərinin xalq təsərrüfatında, xidmət sferasında qiymətin tənzimlənməsi istiqamətində həyata keçirdikləri fəaliyyət və onlar üzərində nəzarətdir. Qiymətlər tələb və təklifin nizamlanmasının əsas aləti kimi çox mühüm sosial funksiyanı - sərvət və xidmətlərin istehlak strukturuna və həcminə, xərclərə, həyat səviyyəsinə, yaşayış minimumuna, ailənin istehlak səbətinə təsirini yerinə yetirir. Qiymətin dəyişməsinə və onun səviyyəsinə əhalinin reaksiyası xüsusilə həssas olur.
Qiymət siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla bazar münasibətləri şəraitində mühüm əhəmiyyətə malikdir. Belə ki, o, bazar münasibətlərinin inkişafına imkan yaradır, xüsusi, dövlət, bələdiyyə və digər mülkiyyət formalarının qorunması vasitəsi kimi çıxış edir, inflyasiyanın ləngiməsi və onun mənfi sosial və iqtisadi nəticələrinin yumşaldılmasına səbəb olur, eyni zamanda rəqabətin inkişafına, əmtəə və xidmətlərin, maliyyə resurslarının sərbəst hərəkətinə, azad iqtisadi fəaliyyətə şərait yaradır.
Azərbaycan Respublikasında qiymət siyasətini İcra Hakimiyyəti orqanları, xüsusilə də Maliyyə və İqtisadi İnkişaf nazirliyi və onun tərkibinə daxil olan Tarif (Qiymət) Şurası formalaşdırır və reallaşdırır. «Azərbaycan Respublikasında Antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası dövlət  tənzimlənməsi  tətbiq edilən  qiymətlərin  (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir. Əsasnaməyə görə bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, hazırlanan normativ hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli və istiqamətləndirilməsi üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı və vasitəsi ilə həyata keçirilir. Şura həm də qiymətlərin  tənzimlənməsi üzrə beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsində iştirakı həyata keçirməklə, Azərbaycan Respublikasını beynəlxalq və regional qurumlarda təmsil edir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanının 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etmək, müvafiq dövlət orqanları ilə birlikdə «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»nı təsdiq etmək tapşırılmışdır. Bu tapşırıqlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 30 dekabr 247 nömrəli qərarı ilə «Dövlət  tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları», Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli 09 mart 68 nömrəli qərarı ilə «Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında» sənəd təsdiq edilmiş, Şuranın Katibliyinin strukturu müəyyən olunmuş, Katibliyin rəhbəri təyin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydalarıyla təsdiq edilmiş formaya uyğun olaraq subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları Tarif (qiymət) Şurasına təqdim edilir. Həmin materiallar təhlil edilir və aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir.
- Obyektiv səbəblərdən malların (xidmətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı;
- Qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırıldığı halda;
- Dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq;
Zəruri hallarda Şuranın təşəbbüsü ilə də qiymətlərin tənzimlənməsi aparıla bilər. Subyektlər malın (xidmətin) qiymətinin dövlət tənzimlənməsinin təmin edilməsi məqsədi ilə həmin Qaydada nəzərdə tutulan sənədləri və məlumatları normativ hüquqi aktlarla müəyyən olunmuş formada hesabat dövrləri üzrə yekun göstəriciləri Şuraya təqdim edirlər. Bu qaydalarla müəyyən olunmuş formaya uyğun olaraq subyektlər tərəfindən qiymətlərin tənzimlənməsi üçün təqdim olunan materiallara baxılması və müvafiq qərarla təsdiq edilməsi onların xüsusiyyətlərindən, həcmindən, baxılma zəruriliyindən və digər amillərdən asılı olaraq Şura tərəfindən qəbul edilmiş təlimata uyğun olaraq həyata keçirilir. Qiymətlərin tənzimlənməsinə dair subyektlərin təşəbbüslərinə əsasən təqdim olunmuş layihələrdəki qiymətlərin sayından asılı olaraq 1 aya qədər müddət ərzində baxılaraq münasibət bildirilir. Bu müddət, qiymət layihələrinin əsaslandırılması üzrə son məlumatın daxil olduğu gündən hesablanır.
Layihənin baxılması üçün müəyyən olunmuş sənədlər və məlumatlar tam təqdim edilmədikdə Şuranın Katibliyi müraciət daxil olduğu tarixdən – 5 iş günündən gec olmayaraq çatışmazlıqlar barədə subyektlərə yazılı məlumat verir, çatışmayan sənədlər və məlumatlar subyektlər tərəfindən 5 iş günü müddətində rəsmi qaydada təqdim edilir.
Qiymət layihələrinin iqtisadi cəhətdən düzgün əsaslandırılmasının təmin edilməsi məqsədi ilə maya dəyərinə aid edilən xərc maddələri, vergilər, mənfəət və digər elementlər dəqiq araşdırılır. Bu zaman maya dəyərinə, qiymətlərə dair maraqlı tərəflərin (istehlakçıların) irad və təkliflərinə baxılır və onlar əsaslı olduqda nəzərə alınır. Hazırlanmış layihələr Katibliyin təklifləri əsasında Şuranın üzvləri ilə müzakirə edilir və gündəliyinə daxil edilir. Şuranın iclaslarında baxılan sənədlər Şuranın Əsasnaməsinə uyğun olaraq rəsmiləşdirilir. Subyektlərin məhsullarının (xidmətlərinin) qiymətlərinin tənzimlənməsinə zərurət yarandıqda Şura bu işin icrasını qısa müddətdə təmin edir. Subyektlər üzrə təsdiq edilmiş qiymətlər cədvəl şəklində sənədləşdirilir. Bu sənədin ümumi göstərişlər bölməsində məhsulun (xidmətin göstərilməsi) satış şərtləri və xüsusiyyətləri əks etdirilir. Müəyyən edilmiş siyahı üzrə dövlət orqanları təsdiq olunmuş qiymət cədvəlləri ilə təmin edilir və qiymətlər kütləvi informasiya vasitələri ilə elan olunur.
Respublikamızda bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın idarə edilməsində bazar münasibətlərinə geniş yol verilməsi, istehlak bazarında əmtəə və xidmətlər bolluğu yaradılması məqsədilə qiymətlərin liberallaşdırılması üzrə görülmüş işlərin təhlili göstərir ki, bu tədbirlər bir tərəfli şəkildə həyata keçirilmiş, qiymətlərin yüksək sürətlə artmasına baxmayaraq, istehsalın və göstərilən xidmətlərin həcmi kəskin sürətdə aşağı düşmüş, qiymətlərin məhsul istehsalında stimullaşdırıcı funksiyası əhəmiyyətli dərəcədə zəifləmişdir. Bu ilk növbədə həm qiymətlərin əmələgəlməsi prinsiplərinə mövcud olmuş etinasız münasibətlə, həm də respublikada qiymət orqanlarının pərakəndə şəkildə idarə olunması səbəbindən bu sahədə məqsədyönlü iş aparılmaması ilə bağlı olmuşdur. Qiymətlər üzərində dövlət nəzarətinin həyata keçirilməsi funksiyaları həvalə olunmuş Vergilər Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və İqtisadi İnkişaf Nazirliyi arasında zəruri koordinasiyanın olmamağı nəticəsində qiymət intizamı pozğunluğu geniş vüsət almış, maya dəyəri, mənfəət, vergi və kredit dərəcələri, ticarət əlavələri kimi qiymət ünsürlərinin dəyişmə tempinin zəruri nisbətlərdə tənzimlənməsi əvəzinə sərbəstlik hüquqlarından sui-istifadəyə daha çox yer verilmişdir. Müəssisədən başlayaraq iqtisadiyyatın yuxarı idarəetmə strukturlarına qədər bütün pillələrdə hər cür iqtisadi problemlərin, təsərrüfatsızlıq və s. kimi neqativ halların yalnız qiymətlərin artırılması hesabına həll edilməsi ənənələri əsas çıxış yolu kimi qəbul edilirdi.
Xidmət sferalarında qiymətlərin əmələgəlməsinə, əhali ilə hesablaşmalarda malların çəkiyə və qiymətə uyğun buraxılmasına dövlət nəzarəti zəif həyata keçirilmiş, bu sahələrdə faktiki olaraq qiymət hərc-mərcliyi hökm sürmüşdür.
Qiymətqoymada olan nöqsanlar respublika iqtisadiyyatının aparıcı sahələri olan kimya, maşınqayırma, metallurgiya, kənd təsərrüfatı və s. sahələr iflic vəziyyətə salmış, istehsal olunan məhsulların qiyməti dünya bazar qiymətlərini ötüb keçmiş, külli miqdarda məhsullar satış bazarları itirildiyinə görə anbarlarda yığılıb qalmışdır.
Respublikada iqtisadi islahatların aparılması üzrə qanunlar qəbul edilməsinə baxmayaraq, bu günə qədər qiymət əmələgəlmənin hüquqi bazası olan “Qiymət İslahatı haqqında”, “Qiymət Siyasətinin Əsasları haqqında” və s. kimi müvafiq qanunlar işlənib parlamentə təqdim olunmamışdır (“Tənzimlənən qiymətlər haqqında” Qanundan əlavə).
Odur ki, hökumət səviyyəsində bütün real gerçəkliyi nəzərə almadan, qiymət siyasəti yürütmək mümkün deyil. Bu siyasət yalnız iqtisadi metodlarla tənzimləmə mexanizminə üstünlük verməklə 2 istiqamətdə aparılmalıdır: Birincisi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, daxili istehlak bazarının sabitləşməsinə yönələn respublika daxili qiymət siyasəti; ikincisi, dövlətlərarası mal mübadiləsində idxal-ixrac əməliyyatlarında maksimum faydalanmağı və tədricən dünya bazar qiymətlərini əsas götürən xarici qiymət siyasəti. Bu tədbirləri həyata keçirmək üçün vacib olan hüquqi baza kimi “Qiymət Siyasətinin Əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu işlənib hazırlanmalı və qəbul edilməlidir. Həmin qanunda qiymət siyasətinin aşağıdakı konkret məqsədlərə yönəldilməsi öz əksini tapmalıdır:

  • Sahibkarlığın inkişafı və təsərrüfat fəaliyyətinin sərbəstliyi, tələb və təklifin uçotu, sabit bazar şəraitinin formalaşması;

  • Məhsulun keyfiyyətinin yüksəldilməsi, mülkiyyət formasının müxtəlifliyi və sərbəst istehsalçıların rəqabətinə əsaslanaraq iqtisadiyyatın səmərəli inkişafı;

  • İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, təbii ehtiyatların qənaətlə və səmərəli istifadəsi;

  • Regional və iqtisadiyyatın sahələri arasında sənaye və kənd təsərrüfatı məhsullarının dəyişdirilməsində ekvivalentliyin və üstünlüyün bərqərar olması;

  • Lazımi hallarda, ilk növbədə idxal və ixrac olunan məhsulların əsas növlərinin daxili qiymətlərinin dünya qiymətləri səviyyəsinə uyğunlaşdırılması;

  • Ayrı-ayrı istehsalçıların inhisarçı münasibətlərinin və bazarda inhisarçı meyllərinin qarşısını almaq məqsədilə vahid metodoloji, habelə normativ qaydaları əsasında bütün növ qiymətlərin formalaşması;

  • Əhalinin qiymətlərin artımı və inflyasiya proseslərindən sosial müdafiə;

  • İnflyasiya prosesinin neqativ təsirini yüngülləşdirmək üçün əhalinin əmək haqqı və digər pul gəlirləri səviyyəsi ilə qiymətlərin dinamikası arasında lazımi nisbətlərin müəyyən edilməsi;

  • İstehsalçılar üçün iqtisadi təminat yaradılması;

  • Strateji malların nomenklaturasına əsas xammal növlərinin qiymətinin dünya bazarındakı qiymət səviyyəsinə yaxınlaşdırılması;

  • Məhsulların keyfiyyətinin müvafiq dünya standartları səviyyəsinə uyğunlaşdırılması;

Respublikada qiymət sistemi orqanlarının fəaliyyətinin qiymətlərin əmələ gəlməsinin təkmilləşməsinə, tətbiqinə və nəzarət sahəsində metodoloji rəhbərliyin həyata keçirilməsinə, bu sahədə digər nazirik, komitə, şirkət, cəmiyyət, idarə və təşkilatların, yerli icra orqanlarının fəaliyyətinin koordinasiya edilməsinə yönəldilməsi.
Qarşıya qoyulan həmin məqsədlərin reallaşması üçün dövlətin qiymətlərə tənzimləyici təsiri əsasən 2 istiqamətdə qurulmalıdır. Birincisi, qiymətlərin birbaşa tənzimlənməsi vasitəsilə; ikincisi, qiymət üzərində nəzarətin həyata keçirilməsi yolu ilə, yəni sərbəst şəkildə müəyyən edilmiş, qiymətlərin deklarasiya olunaraq qeydiyyata alınması yolu ilə.
Qiymətlərin birbaşa tənzimlənməsi ,əsasən, təbii inhisar sahələrində (elektroenergetika, yanacaq, nəqliyyat, rabitə, su təchizatı, kommunal xidmətlər və s.) və dövlətin strateji maraqları olduğu sahələrdə tətbiq olunmalıdır.
Qiymətlərə nəzarəti həyata keçirən orqan və onların vəzifəli şəxsləri verilmiş səlahiyyətlərdən düzgün istifadə edilməsində qanun qarşısında cavabdehlik daşımalıdırlar.
Respublikada fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qiymət intizamının pozulmasına görə məsuliyyət daşımalı və bunun nəticəsində müəssisə və təşkilatlar tərəfindən əsassız əldə edilmiş məbləğlər dövlət büdcəsinin hesabına keçirilməlidir.
Bununla yanaşı, respublikamızda qiymətlərin tənzimlənməsinin aşağıdakı formalarından istifadə olunması məqsədə uyğun sayılır:

  • Pul vəsaiti sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi;

  • Əmtəə bazarının tələb və təklif balanslarına təsir etmək yolu ilə qiymələrin tənzimlənməsi;

  • Antiinhisar qanunvericiliyində nəzərdə tutulan vasitələrlə tənzimlənmə;

  • Vergilərin, gəlirlərin, aksiz dərəcələrinin dəyişdirilməsi və ya müəyyən edilməsi vasitəsilə gömrük rüsumlarının tənzimlənməsi;

  • Pul-kredit siyasəti, rentabellik həddi, habelə bu formaların əlaqələndirilməsi vasitəsilə konyukturanın tənzimlənməsi;

  • Qiymətlərin səviyyə hədlərinin və ya onların kənarlaşma hüdudlarının müəyyən ediməsi;

  • Zəruri hallarda bəzi məhsulların və xidmətlərin qiymətlərini müvəqqəti dondurmaqla;

  • Dövlət ehtiyacları üçün nəzərdə tutulan mühüm kənd təsərrüfatı məhsullarına təminatlı satınalma qiymətləri müəyyən etməklə.

Qiymət siyasətində strateji məqsəd tədricən dünya qiymət sisteminə uyğunlaşmaq olmalıdır. Buna iqtisadiyyatımızın bütün sahələrində kompleks şəkildə bazar mexanizmlərinin formalaşmasına şərait yaratmaqla nail olmaq olar. Sərbəst qiymətqoymanın genişləndirilməsi rəqabəti inkişaf etdirəcəyi, səmərəli bazar iqtisadiyyatının yaranmasına imkan verəcəyi heç kimdə şübhə doğurmur. Lakin bununla eyni vaxtda, qiymətlərin əsassız artması üçün müəyyən imkan axtaran inhisarlarla mübarizə də davam etdirilməlidir.


Yüklə 40,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə