Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə33/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   29   30   31   32   33   34   35   36   ...   68

100 
 
 
 
 
 
 
 
 
                                                                                                     
Balansın tərtib olunmasının düzgünlüyü yoxlanılması aşağıdakı istiqamətlər 
üzrə aparılır. 
1. Balansda əsas vəsaitlərin və qeyri-maddi aktivlərin əks etdirilməsinin 
düzgünlüyünün yoxlanılması.                                
  
2.  Balansda  ehtiyat  və  məsrəflərin  əks  etdirilməsinin  düzgünlüyünün 
yoxlanıl-ması.  əgər  ehtiyаtlаr    müəssisədə  faktiki  maya  dəyəri  ilə 
qiymətləndirilirsə,  201  (10)  və  201,207  (12)  saylı  hesablar  üzrə  qalıqlar  balansda 
"Qısаmüddətli аktivlər" bölməsi üzrə əks etdirilmiş məlumatlara uyğun gəlməlidir. 
3. Balansda  pul vəsaitlərinin  müvafiq hesablarda 221(50),  223(51,  52), 224 
(55), 225 (56) saylı hesablar) əks etdirilməsinin düzgünlüyünün yoxlanılması. 
4.  Balansda  hesablaşma  əməliyyatlarının  hesablarda  əks  etdirilməsinin 
düzgünlüyünün  yохlаnılmаsı  (müvafiq  hesablarla  -  431,  433,434,  531,  536,  537 
(60), 171, 175, 176, 211, 215, 216 (62), 538 (müvafiq subhesаblаr), 217( müvafiq 
sub hesаb) (63), 443, 445 (64), 421, 422, 521 (68), 522 (69), 533 (70), 244 (71), 
173, 213, 545 (müvafiq subhesаblаr) (73), 177, 193, 217, 245, 408, 411, 413, 414, 
435, 441, 445, 507, 511, 512, 513, 514,515, 538, 541, 545 (76) saylı hesablar ilə 
müxabirləşmədə). 
5. Balansda xüsusi vəsait mənbələrinin əks etdirilməsinin düzgünlüyünü 
yoxlanılması (müvafiq hesablar üzrə - 301(85), 331, 332, 333, 334, 335, 336 (86), 
311, 331 (87),342, 343, 344 (88), 412, 414, 512, 515, 541 (89), 444, 544 (96) saylı 
hesablar ilə müxabirləşmədə). 
6.  Balansda  alınmış  kredit  və  borcların  əks  etdirilməsinin  düzgünlüyünün 
yoxlanılması (müvafiq hesablar üzrə –501 (90), 401 (92), 402, 502 (93), 503, 504, 
505 (94), 403, 404, 405(95) saylı hesablarlа müxabirləşmədə). 


101 
 
      
Beləliklə,  mühasibat  uçotunun  vəziyyətinin  və  hesabatların  dürüstlüyünü 
yoxlayan zaman auditor aşağıdakıları yoxlamalıdır: 
  mühasibat  uçotu  və  hesabatın  hesablar  planına  və  onun  tətbiqinə  dair 
təlimata uyğun təşkil edilməsinin düzgünlüyü; 
 mühasibatlıq ştatının ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi; 
 xidməti vəzifələrin yerinə yetirilməsi üzrə təlimatların mövcudluüu; 
  əvvəlki  yoxlama  nəticələri  üzrə  mühasibat  uçotu  və  hesabatının 
vəziyyətinə dair təklif və göstərişlərin yerinə yetirilməsi; 
  baş  mühasib  və  mühasibatlıüın  işçiləri  tərəfindən  aparılmış  təsərrüfat 
əməliyyatlarının qanuniliyi, material və maliyyə resurslarının düzgün və səmərəli 
istifadəsi,  mülkiyyətin  qorunması  üzrə  qabaqcadan  və  cari  nəzarətin  təmin 
olunması; 
  ilkin  sənədlərin  vaxtında  tərtib  edilməsini  və  qeydiyyatın  keyfiyyətini, 
onlarda  zəruri  rekvizitlərin,  əməliyyatların  həyata  keçirilməsində  məsul  olan 
şəxslərin imzalarının mövcudluüu; 
  jurnal-orderlərin,  mühasibat  uçotunun  avtomatlaşdırılmasının  nümunəvi 
proqramlarının tətbiqinin düzgünlüyü; 
  jurnal-orderlərin,  cədvəllərin  və  digər  uçot  registrlərinin  baş  mühasib  və 
icraçılar tərəfindən imzalandıüı; 
 hesablar planı və onların tətbiqi üzrə təlimata uyğun nümunəvi mühasibat 
yazılışlarını əməl olunması; 
 analitik uçot üzrə dövriyyələrin və qalıqların Baş kitabın, balansın və digər 
hesabat formalarının məlumatları ilə qarşılıqlı uyğunluüu; 
  inventarizasiya  siyahıları,  hesabları,  üzləşdirmə  cədvəlləri  və 
inventarizasiya  komissiyalarının  aktları  üzrə  uçot  və  hesabat  məlumatlarının 
reallıüı; 
 malların və materialların, hazır məhsulların hərəkəti üzrə, əmək haqqının 
hesablanması üzrə dövriyyə cədvəllərinin vaxtında və keyfiyyətli tərtib edilməsi; 
 hesabat məlumatlarında  (xüsusilə məhsul buraxılışı, maliyyə nəticələri və 
rentabellik üzrə) təhriflərin mövcudluüu; 


102 
 
  icmal  mühasibat  hesabatlarının  düzgünlüyünü  və  dürüstlüyünü,  onların 
vaxtında  təqdim  olunması,  оnlаrın  təhlilinin  nəticələri  haqqında  baş  mühasibin 
müəssisə rəhbərliyinə hesabat verməsi; 
 mühasibatlıüın sənədlərinin qorunması və saxlanmasının vəziyyəti. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


103 
 
VI  MÖVZU. PUL  VƏSАITLƏRI  ÜZRƏ  ƏMƏLIYYATLARIN 
UÇОTUNUN  AUDITI
  
      
 
1. Kassada naüd pulun və qiymətli kaüızların inventarizasiyasının 
aparılması və onun nəticələrinin sənədləşdirilməsi metodikası  
2. Kassa əməliyyatlarının auditi  
3. Bankda olan hesablar üzrə əməliyyatların auditi 
4. Pul sənədlərinin və yolda olan köçürmələrin auditi  
    
1.
 
Kassada naüd pulun və qiymətli kaüızların inventarizasiyasının 
aparılması və onun nəticələrinin sənədləşdirilməsi metodikası  
 
Auditor ilk növbədə xəzinədarın kimliyini (yaşı, təhsilini) kassa hesabatlarının 
kim tərəfindən qəbul edildiyini və işləndiyini, onların nömrələnməsi sistemini, kassa 
kitabını,  kassa  orderlərinin  qeydiyyatı  jurnalını  və  daxil  olmuş  vəsaitdən  təyinatı 
üzrə  istifadə  olunmasını  yoxlayır.  Eyni  zamanda  kassa  orderlərinin  xəzınədarlıüa 
təqdim  edilməsi  qaydası,  kassa  limitinin  mövcudluüu  və  ona  riayət  edilməsi,  kassa 
orderlərində  bütün  rekvizitlərin  doldurulması,  kassa  hesabatlarının  işlənməsi 
texnologiyası  yoxlamanın  obyektlərinə  daxildir.  Auditor  həmzinin,  onun  kimin 
qarşısında  hesabat  verdiyini,  yerinə  yetirdiyi  işlərə  kimin  nəzarət  etməsini, 
xəzinədarla  maddi  məsuliyyət  haqqında  müqavilənin  mövcudluüunu,  xəzinənin 
mövcud  şəraitinin  bütün  tələblərə  cavab  verməsini,  yoxlanılan  dövr  üçün  kassa 
kitablarının  bütün  nüsxələrinin  mövcudluüunu  yoxlayır.  Audit  prosesində  kassa 
əməliyyatları  üzrə  xəzinədarın  hesabatlarının  mədaxil-məxaric  sənədlərinə, 
hesablaşma-ödəmə cədvəllərinə uyğunluüu və onların tərtib edilməsi də yoxlanılır.  
Kassa  əməliyyatlarının  auditinin  aparılması  gedişatında  bankdan  və  ya 
digər  motivlər  üzrə  alınmış  naüd  pulun  mədaxil  edilməsinin  tamlıüı,  kassa 
kitablarında  yazılışların  bank  çıxarışlarında  göstəriilən  məbləülərə  (bankdan 
alınmış  və  banka  köçürülmüş)  uyğunluüu,  xəzinəyə  daxil  olan  bütün  pul 
vəsaitlərinin  əsaslı  olması  da  yoxlanılmalıdır.
  Əgər  kassa  kitabı  üzrə  kassa 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə