104
qalıqları böyük məbləü təşkil edirsə, uzun müddət azalmırsa, gündəlik daxilolma
və istifadəsindən çoxdursa, müəssisə rəhbərliyinə dərhal kassanın inventarizasiya-
sının aparılması təklif olunmalıdır.
Yoxlanılan dövrün hər gün üçün bank tərəfindən təyin olunmuş kassa
qalıqları limitinin gözlənilməsi, pul gəlirlərinin təhvil verilməsi müddəti və
qaydası, vaxtında verilməmiş əmək haqqı və sosial-əmək güzəşti məbləülərinin
vaxtında banka qaytarılması yoxlanılır.
Qalıqların daima limitdən artıq olması
müşayət olunduqda bunun səbəbləri müəyyən edilir və müvafiq tədbir görülür.
Xəzinədən bütün naüd pul buraxılışı və onların hüquqi əsası yoxlanılır.
Bütün kassa məxaric orderlərində şəxsiyyət vəsiqəsinin məlumatları olmalıdır.
Kassa orderlərinin təkrar nüsxəsinin, düzəlişlərin, pozuntuların, ödəmə
cədvəllərində baş mühаsibin qeydi olmayan düzəlişlərin mövcudluüu,
rekvizitlərin doldurulması yoxlanılır. Kassa orderlərinin məlumatlarının
qruplaşdırıcı cədvəllərin (jurnal-orderin, qalıq-dövriyyə cədvəllərinin, memorial-
orderin və b.) sonuncuların baş kitabın və hesabat balansında qalıüa
məlumatlarına uyğunluüu yохlаnılır.
Kassa və kassa əməliyyatlarının auditi üç əsas istiqamət üzrə aparılır:
1. Naüd pulun inventarizasiyası;
2. Kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında
mədaxil edilməsinin
yoxlanılması;
3. Pul vəsaitlərinin xərclərə silinməsinin düzgünlüyünün yoxlanması.
Kassa və kassa əməliyyatlarının auditinin əsas mənbələrinə kassa kitabları,
kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatları, çek
kitabçalarından istifadəni əks etdirən çek kötükləri, müəssisənin hesаblаrındаn
bаnk çıxarışları, 221(50), 223 (51,
52), 224 (55), 225 (56),
231,232,233,234 (58)
saylı hesablar üzrə jurnal-orderlər, baş kitab və pul vəsaitləri ilə bağlı
əməliyyatların əks olunduüu digər sənədlər aid edilir.
Kassanın inventarizasiyası qəflətən,baş mühasibin iştirakı ilə həyata
keçirilir. Inventarizasiyaya başlanana qədər xəzinədar kassada müəssisənin
həmkarlar təşkilаtınа, qarşılıqlı kömək kassasına aid pul vəsaitlərinin olması