Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə40/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   36   37   38   39   40   41   42   43   ...   68

123 
 

 
192,  243  (61)  və  443,  543  (64)saylı  hesablar  üzrə  analitik  uçоtun  aparıl-
masının düzgünlüyü; 

 
Analitik uçоt yazılışlarının dövriyyə cədvəllərində, baş kitabda və balansda 
əks etdirilmiş məlumatlara uyğunluüu; 

 
Xarici valyutada alınmış avansların uçоtunun düzgünlüyü. 
Alıcılar  tərəfindən  alınmış  məhsulların  dəyərinin  tam  və  vaxtında  ödənil-
məsinin  yoxlanması  mühüm  məsələlərdən  biridir.  Bu  məqsədlə  hesablaşmaların 
inventarizasiyası  aparılır.  Ayrı-ayrı  alıcılar  üzrəaparılan  yoxlama  borcların  sa-
bitliyini  aşkar  edildikdə,  onun  əsaslı  olması  həmin  borcların  yaranmasını  şərt-
ləndirən  ilkin  sənədlərin  (hesablar,  hesab-fakturalar,  əmtəə-nəqliyyat  qaimələri) 
məlumatları  üzrə  alıcılar  tərəfindən  malların  dəyərinin  vaxtında  ödənilməməsinin 
səbəbləri  isə  hesablaşmaların  qarşılıqlı  üzləşdirilməsi  ilə  müəyyən  olunur.  Alıcı-
larla  və  sifarişçilərlə  hesablaşmaların  inventarizasiyası  aktı  üzrə  borclar  bütöv-
lükdə  balans  və  ayrı-ayrı  borclular  üzrə  tədqiq  olunur.Müəssisənin  mühasibatlıüı 
tərəfindən  tərtib  olunan  həmin  inventarizasiya  aktın  əsasında  həmin  borcların 
yaranma vaxtı və səbəbləri, eləcə də onların reallıüı müəyyən olunur. 
 
3.
 
Iddialar üzrə hesablaşmaların auditi 
 
Hesablaşmalar  üzrə  nəzarətin  əsas  istiqamətlərindən  biri  müqavilə  öhdəlik-
lərinin yerinə yetirilməməsinə görə iddialar üzrə hesablaşmaların yoxlanılmasıdır. 
Iddialar müxtəlif səbəblərdən yarana bilər ki, onların  ən zox yayılan növləri 
aşağıdakılardır: 
-  malsatanların,  podratçıların  və  nəqliyyat  təşkilatlarına  onların  hesabları 
yoxlanarkən  qiymət  və  tariflərin  müqavilədə  göstərilən  preyskuranta  uyğun 
gəlmədiyi, hesablama səhvləri aşkar edildikdə;  
-  material,  malgöndərənlərə  materialların,  malların  keyfiyyət  standartlarına, 
texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə


124 
 
- malsatanların və ya podratzıların günahı üzündən çıхdaş və boşdayanmalara 
görə tanınmış və ya məhkəmə tərəfindən müəyyən edilmiş məbləüdə malsatanlara 
və podratzılara; 
- müəssisənin hesabından səhvən silinən məbləüə görə bank müəssisəsinə; 
- müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə cərimə, faiz, dəbbələmə 
məbləüində  malsatanlara,  pоdrаtçılara,  alıcılara,  sifаrişçilərə,  nəqliyyat  təşkilat-
larına.  
Müəssisə öz  əmlak hüquqlarının və digər müəssisələrin qanuni  maraqlarının 
pozulmasını bildikdən sonra iddia təqdim edir.  
Iddia  yazılı  formada  tərtib  edilir  və  müəssisə  rəhbəri  və  ya  onun  müavini 
tərəfindən  imzalanır.  Iddiada  iddia  məbləüi  və  onun  əsaslandırılmış  qaydada 
hesablanması,  iddianın  əsaslandıüı  faktlar  və  onu  təsdiq  edən  sübutlar,  iddia 
ərizəsinə  əlavə  edilən  sənədlərin  və  digər  sübutların  siyahısı  və  mübahisənin 
tənzimlənməsi üçün zəruri olan digər məlumatlar, sübutlar əks etdirilir.  
Yoxlama  zamanı  iddianın  əsaslandırılması,  vaxtında  və  düzgün  tərtib 
edilməsi,  yoxlanılan  müəssisəyə  təqdim  olunan  iddianın  əsaslı  olması  müəyyən 
edilir,  538-4  sаylı  "Iddiаlаr  üzrə  аlıcılаrа  və  sifаrişçilərə  qısаmüddətli  kreditоr 
bоrclаrı" 538-9 sаylı "Mаlsаtаn və аlıcılаrlа hesаblаşmаlаrdа ödəniləcək cərimə və 
müаmilələr",217-8  sаylı  "Mаlsаtаn  və  аlıcılаrlа  hesаblаşmаdа  аlınаcаq  cərimə  və 
müаmilələr"  (63  "Iddiаlаr  üzrə  hesаblаşmаlаr")  subhesablаrı  üzrə  mühasibat 
yazılışlarının  tərtib  olunmasının,  analitik  uçоtun  aparılmasının  düzgünlüyü 
(analitik  uçоt  yazılışlarının  dövriyyə  cədvəllərində,  baş  kitabda  və  balansda  əks 
etdirilmiş məlumatlara uyğunluüu) müəyyən edilir.  
Göndərilməyən  məhsulların  (malların)  dəyərinin  ödənilməsi  haqqında  iddia 
bir ay ərzində, digər səbəblərə görə iddia iki ay  ərzində təqdim edilir. Iddia mək-
tubunun forması aşağıdakı kimi tərtib edilə bilər: 
                                                                                     Salyan sement zavodunun 
                                                                                      direktoru А.M.Nəzərоvа 
                                                      Poçt ünvanı: Salyan şəhəri, Qələbə küçəsi 31 
                                                      h/h 14102007 Texnika Bankın Salyan şöbəsi 


125 
 
                                                                             Iddia məbləüi: 1 milyon manat 
      
"Amal" şirkəti bildirir 15.10.200..ci ildə ...№ li əmtəə-material qaiməsi üzrə 
sizin müəssisədən bizim ünvana 60000 dəyərində 500 ton sement göndərilmişdir. 
Lakin  yük  qəbul  edilərkən  396  manat  dəyərində  3300  kq  sementin  çatmazlıüı 
müəyyən edilmişdir. 
      
Sementin qəbulu zamanı tərtib olunmuş kommersiya aktı məktuba əlavə 
edilir. Yükün kəsirlə göndərilməsi sizinlə baülanmış "___" __________ 
200.. ci il ___ № li müqavilənin şərtlərini pozur. Xahiş edirik 396 manat 
məbləüində iddianı təmin edəsiniz və həmin məbləüi bizim Amalbank KB-də 
olan  16101954  saylı  hesablaşma  hesabına  köçürəsiniz.  Iddia  təmin  olunmasa, 
"Amal" ASC iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. 
"Amal" ASC-nin sədri                                                      Kazımоv E.R. 
Poçt ünvanı: Bakı şəh., C. Cabbarlı küçəsi, 44b 
     Hər  bir  iddianın  əsaslı  olması,  sənədləşmənin  vaxtında  və  düzgün  tərti 
оlun-masının  yoxlanılmalıdır.  Iddianın  təqdim  olunması  müddətinə  riayət 
edilməməsi  çox  vaxt  material  qiymətlilərinin  mənimsənilməsi  faktını  gizlətmək 
üçün  istifadə  edilir,  çünki  hesablanmış  məbləü  istehsal  xərclərinə  və  ya  digər 
hesablara  silinir.  Buna  görə  də  malgöndərənlər  və podratçılar  tərəfindən  iddianın 
səbəbləri, 
iddia 
məsələlərinin 
məhkəmədə 
baxılması  üzrə  protokollar 
öyrənilməlidir. 
        
 
4.
 
Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi 
 
Təhtəlhesab  şəxslərlə  hesablaşmaların  auditinin  əsas  məqsədi  təhtəlhesab 
məbləülərin  düzgün  və  məqsədli  istifadə  olunması  üzrə  yохlаmаnın  həyata 
keçirilməsidir.  Təhtəlhesab  şəxslərlə  hesablaşmalar  244  sаylı  "Təhtəlhesаb 
məbləqlər"  (71  "Təhtəlhesab  şəxslərlə  hesablaşmalar")    hesabında  uçоta  alınır. 
Yoxlama  mənbələrinə  müəssisə  üzrə  əmr  və  sərəncamlar,  təhtəlhesab  məbləüin 
istifadəsi  haqda  sübutedici  sənədlər  də  əlavə  edilməklə  avans  hesabatları,  Baş 
kitab,  müəssisənin  balansı,  244  sаylı  "Təhtəlhesаb  məbləqlər"  hesаbı  (71 
"Təhtəlhesab  şəxslərlə  hesablaşmalar")  üzrə  analitik  və  sintetik  uçot  məlumatları 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə