118
VII MÖVZU. HESABLAŞMA Və KREDIT əMəLIYYATLARININ
AUDITI
1. Malsatan və podratçılarla hesablaşmaların auditi.
2. Alıcılarla və sifarişçilərlə hesablaşmaların
auditi
3. Iddialar üzrə hesablaşmaların auditi
4. Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi
5. Büdcəyə və qeyri-büdcə fоndlаrınа
ödəmələr üzrə hesаblаşmа-
lаrın аuditi
6. Təsisçilərlə və səhmdarlarla hesablaşmaların auditi
7. Kredit əməliyyatlarının auditi
8. Ixrac-idxal əməliyyatlarının auditi
1.
Malsatan və podratçılarla hesablaşmaların auditi
Malgöndərənlərlə və podratçılarla hesablaşmalara
nəzarətin əsas vəzifələrinə
hesablaşmaların vəziyyəti haqqında uçot məlumatlarının dürüstlüyü və qаnunа-
uyğunluüunun, hesablaşma-maliyyə intizamının gözlənilməsinin və onun müəssi-
sənin ödəmə qabiliyyətinə təsirinin, borcların reallıüının müəyyən edilməsinin
yoxlanmasıdır.
Yoxlama prosesində aşağıdakılara diqqət verilməlidir:
- məhsul (iş, xidmət) göndərilməsi üzrə müqavilənin mövcudluüu və onun
tərtib edilməsinin düzgünlüyünə;
- debitor və kreditor borcları mövcud olarsa onların yaranma tarixi və əmələ
gəlməsi səbəblərinə;
- iddia müddəti keçmiş borcların mövcudluüuna, onun alınması üçün
tədbirlərin görülməsinə.
Baülanmış müqavilədə malların (iş, xidmətlərin) göndərilmə müddəti və
onların ödənilmə qaydası və müddəti göstərilməlidir.