İbrahim Həbibov
38
auditoriyanın cazibə qüvvəsindən qorxmaması üçün hansı addımlar atması ilə bağlı
məsləhətlərdən danışaraq fikirlərini sıralamağa çalışırdı.
Hər dəfə institutda müəllimlik
fəaliyyətinə çox gənc başladığından onu
tələbələrlə səhv saldıqlarını xatırlayaraq
qürur hissi ilə o günləri və o illəri tez-tez
yada salır, ona dayaq olan müəllim dostlarına
minnətdarlıq bildirir.
Məleykə xanım Bauman adına
Moskva Ali Texniki məktəbdə dəfələrlə
ezamiyyətlərdə olmuş və hər dəfə orada öz
çıxışları ilə
həmkarlarının rəğbətini
qazanmışdır. O, 1971-ci ildə Azneftkimya
institutunun aspiranturasına daxil olur.
1989-cu ildə isə «Mayelərin reoloji xüsusiyyətlərinin nazik çatlarda təcrübi
tədqiqi və sıxışdırma əmsalının proqnoz və hesablama metodikası» mövzusunda
dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, SSRİ Ali Attestasiya
Komissiyasının qərarı ilə texnika elmlər namizədi alimlik dərəcəsinə layiq
görülür.
Anası Böyükxanım xalanın qızının namizədlik diplomunu əlinə alarkən
ağladığını, sonradan isə sevindiyindən güldüyünü xatırlayan Məleykə xanım
özünün də göz yaşlarını saxlaya bilmədiyinidən danışdı.
Yorulmaq bilməyən tədqiqatçı alimə 1993-cü ildə Azərbaycan Respublikası
Ali Attestasiya Komissiyası dosent elmi adı verərək ona yeni uğurlar qazanmaq
istiqamətində yol açır. Məleykə xanım 50-dən cox elmi məqalə və 6 dərs vəsaitinin
müəllifidir. Onun elmi işlərinin nəticələri müxtəlif səviyyəli elmi mətbuatda,
beynəlxalq konfranslarda və simpoziumlarda alim və tədqiqatçıların nəzərinə
çatdırılmışdır. Hal-hazırda doktorluq dissertasiyası işinin yekunlaşdırılması
üzərində çalışır.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
39
Elmi və pedaqoji fəaliyyəti onu ailəsindən bir dəqiqə belə ayıra bilməmişdir.
Məleykə xanımın bir oğlu vardır. Həyat yoldaşı Əlipaşa Hacıyev M.Əzizbəyov
adına Azərbaycan Neft və Kimya institutunun «Qazneftmədən» fakültəsini
bitirmişdir. Uzun müddət Azərbaycan Neftyağ zavodunda işləmişdir.
Əlipaşa müəllimin ailəsi
Onların övladı Əliabbas ailə ənənəsini davam etdirərək, məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olmuş və oranı bitirərək
aspiranturaya daxil olmuşdur. 2010-cu ildə dissertasiya işini müdafiə edərək
texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, hal-hazırda Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin «Neftqazelmitədqiqatlayihə» institutunda
böyük elmi işçi vəzifəsində çalışır. Həyat yoldaşı Cəmilə xanım Azərbaycan
Dövlət Tibb Universitetini bitirmişdir. Onların Faiq və Sənan adlı iki övladları var.
İbrahim Həbibov
40
ADNA-nın 90 illik yubileyi
Məleykə xanım öz ictimai fəallığı ilə seçilir. Uzun illərdir ki, kafedranın
metodqrupuna rəhbərlik edir. O, tələbə elmi cəmiyyətinin aktiv üzvlərindəndir.
Onun tələbələrinin məruzələri müxtəlif elmi cəmiyyətlərdə böyük diqqətlə
dinlənilmiş və diplomlara layiq görülmüşdür.
M.A.Məmmədovanın fəaliyyəti ADNA-nın rəhbərliyi tərəfindən həmişə
qiymətləndirilmişdir. Sonuncu dəfə Akademiyanın 90 illik yubileyində
Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
Fəxri Fərmanı ilə təltif edilməsini fərəh və qürur hissi ilə yada salır.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
41
MƏQSƏDYÖNLÜ İNSAN, ETİBARLI DOST
Mirzəyev Osman Həsən oğlu
Osman Mirzəyevi tələbə olduğu
dövrdən tanısam da, yaxın münasibətimiz
onun kafedrada işlədiyi zamandan başlayır.
Osman müəllim 1964-cü ildə
Kəlbəcər rayonunun Başlıbel kəndində
anadan olmuşdur. Orta məktəbi Başlıbel
kəndində bitirmişdir.
İlk müəllimi öz atası Həsən Mirzəyev olmuşdur. Həsən müəllim təcrübəli bir
müəllimdir. Kəlbəcər rayonundan köçkün düşdükdən sonra Bakı şəhərində də
müəllim işləyərək pedаqoji kollektiv arasında böyük hörmət qazanmışdır.
Həsən müəllim
İbrahim Həbibov
42
Ürək yanğısı ilə doğma torpaqlarını və isti ocaqlarını, itirdiyi həmyerlilərini
yad edərək və mənim o yerləri görmədiyimi nəzərə alaraq, hər dəfə Kəlbəcər haqda
geniş danışmağa çalışır. Bu söhbətlərin nəticəsi olaraq, görmədiyim o məkanı
xəyalımda çox canlandırmağa çalışmışam. Əzəmətli “Dəlidağ”ın ətəyində yerləşən
Başlıbeli, onu iki yerə bölən “Tutqun” çayını şəkillərdəki təsvirlərlə müqayisə
etməklə görmək istəmişəm.
Osman müəllim orta məktəbi bitirdikdən sonrakı seçimi ilə bağlı xatirələri-
nin birində danışır: - “Yeraltı və yerüstü sərvətlər ilə zəngin olan Kəlbəcərə hər il
yaz aylarından başlayaraq kəşfiyyat işləri aparmaq üçün çoxlu sayda geoloq dəstə-
ləri gəlirdi. Geoloqlar çayın kənarında müxtəlif rəngli kiçik çadırlar qururdular. Bir
çoxları kimi onların həyat tərzi, əmək fəaliyyətləri mənim üçün də çox maraqlı idi.
Mən sinif yoldaşlarımla birlikdə kənardan onları izləyirdim. Bir müddətdən sonra
mən yaşlı bir geoloqla dostluq əlаqəsi qura bildim. Təəssüflər olsun ki, artıq onun
adını unutmuşam. O, məni özü ilə dağlara aparır, onların çadırlarında yatıb-
dincəlməyimə icazə verirdi. Beləliklə, geoloqlarla olan dostluğum məndə geoloq
olmaq arzusu yaratdı. Bir gün həmin yaşlı geoloqdan - geoloq olmaq üçün nə
etmək lazımdır? - deyə soruşdum. O, gülümsəyərək diqqətlə üzümə baxdı. Başımı
sığallayaraq dedi: “Sən bacarıqlı oğlana oxşayırsan. Bunun üçün yaxşı oxumalısan.
Dostları ilə paylaş: |