İbrahim Həbibov
124
inandığını deməsi məndə məsuliyyət hissini gücləndirirdi. Hərdən zarafata salıb
deyirdim: «Siz məni axırda döyə-döyə alim edəcəksiniz».
Tədqiqat illərində daim mənimlə bərabər müxtəlif neftçıxarma idarələrinə,
mədənlərə gedər, məni məsul şəxslərdən tutmuş fəhlələrədək hamı ilə tanış edərdi.
Ölkəmizdə və xaricdə keçirilən müxtəlif elmi-texniki konfranslarda çıxışlar
edirdim. 2010-cu ildə Sankt-Peterburqda keçirilən beynəlxalq forumda fərqlənmə
diplomuna layiq görüldüm. 2011-ci ilin noyabr ayında müdafiəyə çıxdım.
Gülnarə xanım övladları Sadiq və Həsənlə
Ümumiyyətlə həyatımdan razıyam. Düşünürəm ki, insan pozitiv, optimist
olmalı, pis şeyləri tez unutmalı, yaxşı şeyləri isə daim yadında saxlamalıdır. Yalnız
belə olduqda işlərin qaydasında olacaq, auran müsbət olacaq, insanlar sənə tərəf
can atacaq, yaşamaq asanlaşacaq.
Allah mənə 2 gözəl bala qismət edib. Sadiq Xüsusi Dövlət Mühafizə
Xidmətində əsgərlikdədir. Kiçik oğlum Həsən tam başqa uşaqdır. O, Sadiq kimi
sakit təbiətli deyil, çox aktivdir, dərs əlaçısıdır, sinif nümayəndəsidir, şəkli
məktəbin Şərəf lövhəsindədir. Xasiyyətcə özümə oxşayır. Rəqslə məşğul olur.
Böyüyəndə alim-zooloq olmaq istəyir.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
125
Keçən il oğlum Sadiqi sevib seçdiyi qızla nişanladım. Əvvəldən demişəm
ki, uşaqlarımın seçiminə müdaxilə etməyəcəm. Düzünə qalsa, gəlinim ürəyimcədir,
çox mehriban qızdır. Həmişə oğluma başa salmağa calışıram ki, hər şey sənin
özündən asılıdır. Ailəni kişi idarə etməlidir.
Çətinliyim olanda, çıxılmaz vəziyyətlərə düşəndə, cavabını tapmadığım sual
qarşısında qalanda tez İbrahim müəllimin yanına qaçıram. O həmişə bu sualların
cavabını bilir. Allahımdan razıyam kı, mənim arxamda belə müdrik insan dayanıb.
Ona görə də həyatda çox şeyə nail olmuşam. Özümü xoşbəxt sayıram. Bir
müdrikin dediyi kimi, hər səhər həvəslə işə, hər axşam da eyni həvəslə evə
tələsirəm. Bundan sonra başlıca məqsədim uşaqlarımı sağlam ruhlu, gözəl
tərbiyəli, vətənə layiqli, həyatda yerini və nə istədiyini bilən oğullar kimi
böyütməkdir.
Böyük oğlumun bu yaxında mənə dediyi «Düz deyirsən, Prezidentin fəxri
qarovulunda xidmət çətindir, lakin şərəflidir. Mən ailə saxlamalıyam, işə
düzəlməliyəm, pul qazanmalıyam» sözləri qəlbimi qürurla doldurdu.
Kiçik oğlum isə deyir ki, mən nəsli kəsilmək üzrə olan heyvanları
araşdırmaq üçün Avropaya gedəcəyəm, bunun qarşısını almaq sahəsində böyük
işlər görəcəyəm.
Bu cür arzularla və məqsədlərlə yaşayan övladların anası olmaq böyük şərəf
və xoşbəxtlik deyilmi?»
İbrahim Həbibov
126
QEYRƏTLİ OĞUL, MEHRİBAN QARDAŞ VƏ EHTİBARLI DOST
İsmayılov Elçin Qərib oğlu
1997-ci ilin sonuna yaxın kafedramızın baş
müəllimi Nailə xanım mənə yaxıınlaşaraq
qonşularından birinin oğlunun ADNA-da oxuduğunu
və onun müəyyən problemi olduğunu bildirərək,
köməklik göstərməyimi xahiş etdi. Problemin nədən
ibarət olduğunu öyrənmək məqsədi ilə tələbənin
mənim yanıma gəlməsini bildirdim.
Ertəsi gün Nailə xanım mənim yanıma hündür boylü, kifayət qədər cüssəli
bir tələbə ilə yaxınlaşdı və onu Elçin İsmayılov kimi təqdim etdi. İlk baxışdın və
qısa söhbətimizdən sonra həmin tələbənin yüksək ədəb-ərkan, tərbiyə sahibi
olduğunu müəyyən etdim və ona lazımi köməklik göstərəcəyimi bildirdim.
Problemin nədən ibarət olduğu indi yadımda olmasa da bu hadisədən sonra Elçin
ilə mənim xoş münasibətlərim yarandı.
İsmayılov Elçin Qərib oğlu 1975-ci il may ayının 21-də Ermənistanın Spitak
rayonunda anadan olub. 1982-ci ildə Bakı şəhərində orta məktəbə getmiş, 1992-ci
ildə orta məktəbi bitirmişdir.
1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz-neft mədən”
fakültəsinə daxil olmuş, 2001-ci ildə oranı bakalavr pilləsi üzrə bitirmişdir. Həmin
ildə də ADNA-nın QNMF-nin magistraturasına daxil olmuş, 2003-cü ildə oranı
fərqlənmə diplomu ilə bitirmişdir.
Maqistraturada oxuduğu müddətdə Elçin tez-tez kafedraya gələrək onun
həyatında aktiv fəaliyyət göstərirdi. Bu münasibətlərin qarşısında mən ona 0,5 ştat
baş laborant vəzifəsində çalışmağı təklif etdim. Onun razılığından sonra bu
məsələ öz müsbət həllini tapdı.
2003-cü ildə E.İsmayılov bizim kafedraya müsabiqə yolu ilə assistent
vəzifəsinə seçilmişdir. Hal-hazırda da həmin vəzifədə çalışır.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
127
Elçin müəllim ailədə böyük oğul olaraq onun bütün problemlərinin həllində
iştirak edir. Son illər ailənin başçısı olan Qərib müəllimin səhhətində yaranan
problemlər Elçini çox narahat edir. Atasını xəstəxanaya yerləşdirərkən onun göz
yaşı axıtdığının şahidi olmuşam. Qardaşı Eldara olan münasibəti çoxları üçün
örnək ola bilər. Bu bir epizoddur, lakin insanın daxili dünyasnı göstərir.
O, kafedrada çalışan müəllimlərə və texniki personala yüksək hörmət
bəsləyərək həmişə yararlı olmağa çalışır.
İşlədiyi müddət ərzində o, özünü intizamlı işçi, yaxşı pedaqoq kimi
göstərmişdir, kafedranın əməkdaşları arasında dərin hörmət qazanmışdır. Elçin
ADNA-nın və NMF-nin bütün tədbirlərində yaxından iştirak edir. Bu müddət
ərzində o, kafedranın elmi-tədqiqat işlərində aktiv iştirak etmişdir.
İsmayılov Elçin Qərib oğlu 12 elmi işin, o cümlədən 1 monoqrafiyanın, 6
məqalənin, tezis və konfrans materiallarının müəllifidir.
Evlidir. İki övladı var.
Dostları ilə paylaş: |