İbrahim Həbibov
12
TƏCRÜBƏLİ MÜHƏNDİS, TƏMKİNLİ PEDAQOQ
Bağırzadə Qasım Məmməd oğlu
Qasım müəllim mənə dərs deyən ilk
müəllimlərdən biri olmuşdur. O, dövrünün
mükəmməl biliyə və böyük təcrübəyə malik olan
mühəndislərindən idi. Məhz bu bacarığı sayəsində o
müharibə illərində Nijnıy Taqil şəhərindəki tank
istehsalı ilə məşğul olan hərbi zavodların birində
cəbhə üçün olduqca əhəmiyyətli avadanlığın
istehsalı ilə məşğul olmuşdur.
Q.M.Bağırzadə 1906-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan
olmuşdur. Onun yeddi yaşı olanda ailələri Bakıya köçür və atası Məmməd kişi
«Qara şəhər»dəki zavodların birində fəhləlik etməyə başlayır. Rusiyada başlayan
inqilabi proseslər Azərbaycana çatanda çoxlarının həyatında baş verən
dəyişikliklər bu ailədən də yan keçmir. Məktəbdə təhsilini davam etdirən Qasım
ailənin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Bakı limanında işə düzəlir.
Məktəbi bitirərək o Bakı neft texnikumuna daxil olur
və oranı müvəffəqiyyətlə bitirir. Sonra ali savad almaq
məqsədi ilə sənədlərini Azərbaycan Sənaye institutuna
verir və ora qəbul olur. İnstitutun «Neft—mexanika»
fakültəsini bitirən Qasım müəllim ixtisası üzrə
işləməyə başlayır.
Qasım müəllim xoş xasiyyət insan olduğundan
hər yerdə özünə böyük məhəbbət və səmimiyyət
qazana bilmişdir.
1941-ci ildə Qasım müəllim dövlət əhəmiyyətli, hərbi təyinatlı müəssisədə
çalışaraq bir azərbaycanlı kimi xalqımızı yüksək səviyyədə tanıtmışdır. Bu
müəssisədə tankların sınaq işləri məhz ona həvalə edilmişdi. Müharibədən sonra
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
13
orada qalmaq və işləmək təklifinə — Azərbaycansız yaşaya bidmərəm — cavabını
vermişdi.
1946-cı ildə Qasım müəllim Mehri xanımla ailə qurmuşdu. O zaman Mehri
xanımın oğlanlarının - Oqtayın 10 yaşı, Mövsümün isə 4 yaşı vardı. Qasım
müəllimlə onlar arasında olan münasibətlər doğma ata-bala münasibətlərinin ən
yüksək səviyyəsində idi. Qasım müəllim onları övladı Elxandan (1954-cü il
təvəllüdlü) ayırmırdı.
Qasım müəllim, Mehri xanım Oqtay və Almazın toyunda
1965-ci ildə Qasım müəllim Azərbaycan Neft və Kimya institutunun
«Rəsmxət» kafedrasına müdir təyin edilir. Bu iş gərgin bir şəraitdə həyata keçirilir.
Bir qrup insanlar Qasım müəllimin elmi dərəcəsinin olmamasını əsas gətirərək
onun bu kafedraya rəhbərlik etməsini mümkünsüz hesab edirdi.
Onun dövründə kafedraya böyük istehsalat təcrübəsi qazanmış, aspiranturanı
bitirərək namizədlik dissertasiyası müdafiə etmiş mütəxəssislər işə dəvət edilirlər.
Bu sırada texnika elmlər namizədləri S.Süleymanov, Ə.Əsədov, Y.Fərzanə,
Q.Fukson, T.Dadaşeva, M.Məmmədova, Q.Qirimov, Z.Kərimov, P.Məlikov,
B.Qutman, eləcə də X.Babayeva, B.Sultanova, İ.Tsibulski, Z.Hacıməmmədova,
İbrahim Həbibov
14
K.Hüseynov, A.Hüseynov, M.İsmayılov, M.Balakişiyeva, M.Fətəliyeva, U.Dat-
skovski, S.Məlikova, C.Camalov və X.Cavadovanı göstərmək olar.
1965-ci il, Qasım müəllim kafedranın əməkdaşları ilə birlikdə
O qısa bir müddətdə kafedranın metodiki bazasının genişləndirilməsi
istiqamətində işlər aparır. Kafedranın bütün əməkdaşları əyani vasitələrin, yaddaş
və göstərişlərin hazırlanması və nəşr olunması ilə məşğul olurlar.
1965-ci ildə Qasım müəllimə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən
dosent elmi adı verilir. Bu onu və kollektivi olduqca ruhlandırır. O, daim gənc
müəllimlərə köməklik göstərirdi. Mühəndislik onun qanında idi və bu səbəbdən
tələbələrin çertyojlarını yoxlayanda heç bir yanlışlığa yol verməzdi.
1970-ci illərin sonunda onun səhhətində problemlər yarandığından o işə
gəlmirdi. Çox sevdiyi Mərdəkandakı bağına da gedə bilmirdi. O həmişə deyirdi:
«Əgər bağda işləmirsənsə, nəsə əkib becərə bilmirsənsə, onda ora getmək
mənasızdır».
1971-ci ilin soyuqlu, qarlı bir günündə Qasım müəllim dünyasını dəyişdi.
Allah ona qəni-qəni rəhmət eləsin!
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
15
ALİ TƏHSİL SİSTEMİNİN MAHİR BİLİCİSİ, ALİM VƏ MÜƏLLİM
Əhmədov Zaur Musa oğlu
Azərbaycan Dövlət mükafatı laureatı,
«Şöhrət» ordeni ilə təltif edilmiş, «Əməkdar elm
xadimi», «SSRİ-nin Fəxri neftçisi», «SSRİ qaz
sənayesi əlaçısı», Beynəlxalq «Ekoenergetika»
Akademiyasının və Beynəlxalq Neftçi Mühəndisləri
Cəmiyyətinin həqiqi üzvü, professor Zaur Əhmədov
1937-ci il yanvarın 12-də Bakı şəhərində anadan
olmuş, 1959-cu ildə M.Əzizbəyov adına Azərbaycan
Sənaye İnstitutunun (indiki ADNA) “Neft-mədən” fakültəsini «Neft və qaz yataq-
larının işlənməsi və istismarı» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. O,
1959-1962-ci illərdə «Azneft» İB-nin mədənlərində operator, qurğu rəisi, neftçı-
xarma ustası, mühəndis və baş mühəndis vəzifələrində çalışmışdır. 1962-ci ildə
Z.Əhmədov ADNA-nın «Neftin çıxarılmasının texnika və texnologiyası» problem
laboratoriyasında işləmək üçün akademik A.X.Mirzəcanzadə tərəfindən dəvət
almış və sonrakı taleyini bu təhsil ocağı ilə bağlamışdır. Zaur müəllim 1965-ci ildə
«Qaz-kondensat sisteminin süzülməsinin hidroqazodinamiki tədqiqi» mövzusunda
namizədlik, 1971-ci ildə isə «Neft və qaz-kondensat yataqlarının işlənməsində
tətbiq olunan qaz-maye sistemlərinin süzülməsinin tədqiqi» mövzsunda doktorluq
dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir.
Z.M.Əhmədov qaz-kondensat yataqlarının işlənməsinin nəzəri əsaslarını ya-
radanlardan biridir. O, ilk dəfə olaraq gilli məsaməli mühitlərdə qazın və Nyuton
özlülüyünə malik neftlərin layda süzülməsi zamanı başlanğıc təzyiq qradiyentinin
yaranması effekti və qazlı neftin süzülməsini tədqiq edərək bu tip yataqların işlən-
məsinin xüsusiyyətlərini yeni aspektdə aşkar etmiş alimlərdən biridir. Onun elmi-
tədqiqat işlərinin nəticələri keçmiş SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən ilk dəfə
təsdiq olunan «Neft, qaz-kondensat yataqlarının işlənməsinin layihələndirilməsin-
Dostları ilə paylaş: |