Kafedrasi



Yüklə 19,74 Kb.

səhifə4/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   37

 
İbrahim  Həbibov 
 
12 
 
TƏCRÜBƏLİ MÜHƏNDİS, TƏMKİNLİ PEDAQOQ 
 
 
Bağırzadə Qasım Məmməd oğlu 
Qasım müəllim  mənə  dərs deyən ilk 
müəllimlərdən biri olmuşdur. O, dövrünün 
mükəmməl biliyə  və böyük təcrübəyə malik olan 
mühəndislərindən idi. Məhz bu bacarığı sayəsində o 
müharibə illərində Nijnıy Taqil şəhərindəki tank 
istehsalı ilə  məşğul olan hərbi  zavodların birində 
cəbhə üçün olduqca əhəmiyyətli avadanlığın 
istehsalı ilə məşğul olmuşdur. 
Q.M.Bağırzadə 1906-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan 
olmuşdur. Onun yeddi yaşı olanda ailələri Bakıya köçür və atası  Məmməd kişi 
«Qara  şəhər»dəki zavodların birində  fəhləlik etməyə başlayır. Rusiyada başlayan 
inqilabi proseslər Azərbaycana çatanda çoxlarının həyatında baş verən 
dəyişikliklər bu ailədən də yan keçmir.  Məktəbdə təhsilini davam etdirən Qasım 
ailənin  maddi  vəziyyətini  yaxşılaşdırmaq  məqsədi ilə Bakı limanında işə düzəlir.  
Məktəbi bitirərək o Bakı neft texnikumuna daxil olur 
və oranı müvəffəqiyyətlə bitirir. Sonra ali savad almaq 
məqsədi ilə sənədlərini Azərbaycan Sənaye institutuna 
verir və ora qəbul olur. İnstitutun «Neft—mexanika» 
fakültəsini bitirən Qasım müəllim ixtisası üzrə 
işləməyə başlayır. 
Qasım müəllim xoş xasiyyət insan olduğundan 
hər yerdə özünə böyük məhəbbət və  səmimiyyət 
qazana bilmişdir.  
1941-ci ildə  Qasım müəllim dövlət əhəmiyyətli, hərbi təyinatlı müəssisədə   
çalışaraq bir azərbaycanlı kimi xalqımızı yüksək səviyyədə tanıtmışdır. Bu 
müəssisədə tankların sınaq işləri məhz ona həvalə edilmişdi. Müharibədən sonra 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
13 
orada qalmaq və  işləmək təklifinə  — Azərbaycansız yaşaya bidmərəm  — cavabını 
vermişdi. 
1946-cı ildə  Qasım müəllim Mehri xanımla ailə qurmuşdu. O zaman Mehri 
xanımın oğlanlarının - Oqtayın 10 yaşı, Mövsümün isə 4 yaşı vardı. Qasım 
müəllimlə onlar arasında olan münasibətlər  doğma ata-bala münasibətlərinin  ən 
yüksək səviyyəsində idi. Qasım müəllim onları övladı Elxandan (1954-cü il 
təvəllüdlü) ayırmırdı. 
 
 
Qasım müəllim, Mehri xanım Oqtay və Almazın toyunda 
 
1965-ci ildə Qasım müəllim Azərbaycan Neft və Kimya institutunun 
«Rəsmxət» kafedrasına müdir təyin edilir. Bu iş gərgin bir şəraitdə həyata keçirilir. 
Bir qrup  insanlar Qasım müəllimin elmi dərəcəsinin olmamasını  əsas gətirərək 
onun bu kafedraya rəhbərlik etməsini mümkünsüz hesab edirdi. 
Onun dövründə kafedraya böyük istehsalat təcrübəsi qazanmış, aspiranturanı 
bitirərək namizədlik dissertasiyası müdafiə etmiş  mütəxəssislər işə dəvət edilirlər. 
Bu sırada texnika elmlər namizədləri S.Süleymanov, Ə.Əsədov, Y.Fərzanə, 
Q.Fukson, T.Dadaşeva, M.Məmmədova, Q.Qirimov, Z.Kərimov, P.Məlikov, 
B.Qutman, eləcə  də X.Babayeva, B.Sultanova, İ.Tsibulski, Z.Hacıməmmədova, 


 
İbrahim  Həbibov 
 
14 
K.Hüseynov, A.Hüseynov, M.İsmayılov, M.Balakişiyeva, M.Fətəliyeva, U.Dat-
skovski, S.Məlikova, C.Camalov və X.Cavadovanı göstərmək olar. 
 
 
1965-ci il, Qasım müəllim kafedranın əməkdaşları ilə birlikdə 
 
O qısa bir müddətdə kafedranın metodiki bazasının genişləndirilməsi 
istiqamətində işlər aparır. Kafedranın bütün əməkdaşları əyani vasitələrin, yaddaş 
və göstərişlərin hazırlanması və nəşr olunması ilə məşğul olurlar.  
1965-ci ildə Qasım müəllimə SSRİ Ali Attestasiya Komissiyası  tərəfindən 
dosent elmi adı verilir. Bu onu və kollektivi olduqca ruhlandırır.    O,  daim  gənc 
müəllimlərə köməklik göstərirdi.  Mühəndislik onun qanında idi və bu səbəbdən  
tələbələrin çertyojlarını yoxlayanda heç bir yanlışlığa yol verməzdi.  
1970-ci illərin sonunda onun səhhətində problemlər yarandığından o işə 
gəlmirdi. Çox sevdiyi Mərdəkandakı bağına da gedə bilmirdi. O həmişə deyirdi: 
«Əgər bağda işləmirsənsə, nəsə  əkib becərə bilmirsənsə, onda ora getmək 
mənasızdır». 
1971-ci ilin soyuqlu, qarlı bir günündə Qasım müəllim dünyasını dəyişdi.  
Allah ona qəni-qəni rəhmət eləsin!   
 
 
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
15 
 
ALİ TƏHSİL SİSTEMİNİN MAHİR BİLİCİSİ, ALİM VƏ MÜƏLLİM 
 
 
Əhmədov Zaur Musa oğlu 
Azərbaycan Dövlət mükafatı laureatı, 
«Şöhrət» ordeni ilə  təltif edilmiş, «Əməkdar elm 
xadimi», «SSRİ-nin Fəxri neftçisi», «SSRİ qaz 
sənayesi  əlaçısı», Beynəlxalq «Ekoenergetika» 
Akademiyasının və Beynəlxalq Neftçi Mühəndisləri 
Cəmiyyətinin həqiqi üzvü, professor Zaur Əhmədov 
1937-ci il yanvarın 12-də Bakı  şəhərində anadan 
olmuş, 1959-cu ildə M.Əzizbəyov adına Azərbaycan 
Sənaye İnstitutunun (indiki ADNA) “Neft-mədən” fakültəsini «Neft və qaz yataq-
larının işlənməsi və istismarı» ixtisası üzrə  fərqlənmə diplomu ilə bitirmişdir. O, 
1959-1962-ci illərdə «Azneft» İB-nin mədənlərində operator, qurğu rəisi, neftçı-
xarma ustası, mühəndis və baş mühəndis vəzifələrində çalışmışdır. 1962-ci ildə 
Z.Əhmədov ADNA-nın «Neftin çıxarılmasının texnika və texnologiyası» problem 
laboratoriyasında işləmək üçün akademik A.X.Mirzəcanzadə  tərəfindən dəvət 
almış və sonrakı taleyini bu təhsil ocağı ilə bağlamışdır. Zaur müəllim 1965-ci ildə 
«Qaz-kondensat sisteminin süzülməsinin hidroqazodinamiki tədqiqi»  mövzusunda 
namizədlik, 1971-ci ildə isə «Neft və qaz-kondensat yataqlarının işlənməsində 
tətbiq olunan qaz-maye sistemlərinin süzülməsinin tədqiqi» mövzsunda doktorluq 
dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir.  
Z.M.Əhmədov qaz-kondensat yataqlarının işlənməsinin nəzəri əsaslarını ya-
radanlardan biridir. O, ilk dəfə olaraq gilli məsaməli mühitlərdə qazın və Nyuton 
özlülüyünə malik neftlərin layda süzülməsi zamanı başlanğıc təzyiq qradiyentinin 
yaranması effekti və qazlı neftin süzülməsini tədqiq edərək bu tip yataqların işlən-
məsinin xüsusiyyətlərini yeni aspektdə aşkar etmiş alimlərdən biridir.  Onun elmi-
tədqiqat işlərinin nəticələri keçmiş SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən ilk dəfə 
təsdiq olunan «Neft, qaz-kondensat yataqlarının işlənməsinin layihələndirilməsin-




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə