Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.

səhifə14/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
51 
 
 
Məlahət xanım, Faiq müəllim nəvələri Qasımla birlikdə 
 
Faiq müəllim qayğıkeş bir ailə başçısıdır. Yaşının maraqlı bir dövründə 
olmasına baxmayaraq Faiq müəllim kafedranın aktiv əməkdaşlarındandır. Daim 
hərəkətdə və axtarışdadır.  
 
Mən qayğıkeş babaya, sevimli ataya və etibarlı ailə başçısına səmimi və xoş 
arzular diləyirəm.    


 
İbrahim  Həbibov 
 
52 
 
«DAİM  MÜBARİZƏDƏ OLMAQ» DEVİZİ İLƏ YAŞAYAN İNSAN 
 
 
Süleymanov Süleyman Salman oğlu 
 
Belə bir el məsəli vardır: «Hər bir şey öz 
ölçüsündə gözəldir». Hətta ifrat dərəcədə prinsipiallıq 
və düzgünlük həqiqəti ifadə etdikdə yaxşılıqla 
nəticələnmir.  Süleyman müəllim bu baxımdan işində, 
çıxışlarında və deyərdim, həyata baxış  məsələlərində 
ifratçılığın zirvəsində dayanan bir insan idi.  
Onun xarakterində bu xüsusiyyət özünün də inkişafına mane olurdu.  Mən 
Süleyman müəllimlə bərabər uzun müddət «Mühəndis qrafikası» kafedrasında dərs 
aparmışam. Çox vaxt eyni qrupda o mühazirə, mən isə məşğələ dərsləri keçirirdik. 
Tələbələr ilk gündən Süleyman müəllimin kim və necə müəllim oluğunu 
bildiklərindən dərslərdə tam ciddiyyətlə  məşğul olurdular. Onlar bilirdilər ki, bu 
müəllim tərəfindən heç bir kompromis olmayacaq və onun dərsini yalnız oxuyub, 
öyrənib qiymət almaq olar. Tələbələr onun adını öz aralarında «SS» çağırardılar.  
Bu   Süleymanov Süleyman Salman oğlunun ciddiliyi, adında və soyadındakı 
hərflərlə bağlı idi. 
Süleymanov Süleyman Salman oğlu 1936-cı ilin may ayının 12-də  Şəmkir 
rayonunun Təzəkənd  kəndində qulluqçu ailəsində anadan olmuşdur. 
Atası — Süleymanov Salman Süleyman oğlu (1895-ci il təvəllüdlü) Oktyabr 
inqilabına qədər  Şəmkir rayonunda fəhlə  işləmiş, inqilabdan sonra isə orada 
M.Əzizbəyov adına sovxozda şöbə müdiri olmuşdur.  
Anası  — Süleymanova Fatma Mürsəl qızı 1907-ci ildə anadan olmuşdur
evdar qadın idi.  
1945-ci ildə Şəmkirdə orta məktəbə getmiş, 1955-ci ildə məktəbi bitirmişdir. 
1957-ci ildə M.Əzizbəyov adına Neft və Kimya institutuna daxil olmuş, 1963-cü 
ildə mühəndis-mexanik ixtisası üzrə oranı bitirmişdir. 1964-1966-cı illərdə 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
53 
M.Əzizbəyov adına Neft və Kimya institutunun aspiranturasında təhsil almışdır. 
1969-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 
1958-1967-ci illərdə müxtəlif müəssisələrdə çalışmışdır. 1967-1970-ci 
illərdə Neftmaşınqayırma elmi-tədqiqat layihə institutunda və «Neftkimya 
avtomat» EİB-də birinci dərəcəli mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 
1970-1988-ci illərdə Azərbaycan Neft və Kimya institutunun «Mühəndis 
qrafikası» kafedrasında  əvvəlcə assistent, daha sonra isə baş müəllim və dosent 
işləmişdir.  İşlədiyi müddətdə 25 dərslik, dərs vəsaiti və elmi məqalə çap 
etdirmişdir. 3 dəfə ixtisasartırma kurslarında olmuşdur: 
1976-cı ildə  - Moskvada Qubkin adına Neft - kimya və Qaz sənayesi 
institutunda; 
1981-ci ildə  - Kiyev Politexnik institutunda; 
1986-cı ildə — Leninqrad Politexnik institutunda. 
Həyat yoldaşı — 1947-ci il təvəllüdlü Süleymanova Fəridə İsmayıl qızı. 
Oğlu — 1968-ci il təvəllüdlü Süleymanov Elxan. 
Oğlu — 1972-ci il təvəllüdlü Süleymanov Elşad. 
1988-ci ildən «Neftmədən mexanikası, maşın və mexanizmlər» kafedrasında 
işləmişdir. 
Süleyman müəllimin ağır  xasiyyəti hər gün onu başa düşməyənlərin və 
sevməyənlərin sayını artırırdı. Bütün bunları  nəzərə alaraq o, institutdan getməli 
olur  və Azərbaycan kənd təsərrüfatı nazirliyində işləməyə başlayır.  O, institutdan 
uzaqlaşsa da mənim yanıma tez-tez gələr və söhbətlər edərdi. Harada və  nə 
vəzifəsində işləməsindən asılı olmayaraq o, mübarizədə idi. 
Süleyman müəllim 2009-cu ildə dünyasını dəyişmişdir.  
 
 
 
 
 
 


 
İbrahim  Həbibov 
 
54 
 
BÖYÜK   İNTELLEKTUAL,  TƏŞKİLATÇI,   DİQQƏTCİL ATA 
 
 
Rəhimov Oqtay Paşa oğlu 
«Mühəndis qrafikası» kafedrasında çalışan 
müəllimlər sırasında  ən parlaq şəxsiyyətlərdən birisi 
Oqtay müəllimdir. O, öz təşkilatçılıq bacarığı, elmi 
axtarışlara olan tükənməz həvəsi, böyük iradəsi və  səbri 
ilə  həmişə  fərqlənirdi. Bunlarla yanaşı Oqtay müəllim 
xeyirxah insan, qayğıkeş ata və mehriban dost kimi 
xatirələrdə qalmışdır. 
Rəhimov Oqtay Paşa oğlu 1935-ci il martın 23-də  Lənkəran  şəhərində 
anadan olmuşdur. Oqtay müəllimin hər iki valideyni Lənkəranda anadan 
olmuşdular. Onun atası - Rəhimov Paşa Həsən oğlu (1907) bu şəhərin tanınmış 
simalarından biri olmuşdur. O, 1943-cü ildə Böyük Vətən müharibəsində  həlak 
olub. Həyat yoldaşını erkən itirən Qəmərxanım Muxtar qızı (1913-cü il təvəllüdlü) 
övladlarını tək böyütmüşdür. O, 1991-ci ildə vəfat etmişdir.  
Oqtay müəllim 1953-cü ildə  Lənkəran  şəhər 3 saylı orta məktəbi bitirəndən 
sonra Azərbaycan Sənaye institutunun “Geoloji-kəşfiyyat” fakültəsinə daxil olub və 
oranı 1958-ci ildə müvəffəqiyyətlə başa vurub. 1958-ci ildə institutun təyinatıyla 
«Şirvanneft»ə  işə  qəbul olunur  və burada böyük təcrübə toplayır. O, 1958-1961-ci 
illərdə böyük mühəndis, 1961-1963-cü illərdə isə şöbə müdiri vəzifəsində işləyib. 
Elmi axtarışlara olan marağı onu 1963-cü ildə doğma institutun 
aspiranturasına gətirb çıxarır. 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya işini 
müdafiə edən Oqtay müəllimə texnika elmlər namizədi adı verilmişdir. Həmin il 
ona  əmək fəaliyyətini institutda davam etdirmək təklif olunur və o problem 
laboratoriyasında  böyük elmi işçi vəzifəsində işləməyə başlayır. 
Oqtay müəllim 1971-1981-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və 
Kimya institutunun «Mühəndis qrafikası» kafedrasının dosenti olmuşdur. O, 
məzəli və xoş söhbətləri, intellektual səviyyəsi ilə kafedranın bütün müəllim 
heyətinin hörmətini qazana bilmişdir. Həmişə onun əlində mütaliə üçün müxtəlif 




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə