Kafedrasinin


Ayrılan istiliyi xaric etmək üçün



Yüklə 1,07 Mb.
səhifə4/8
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39831
1   2   3   4   5   6   7   8

Ayrılan istiliyi xaric etmək üçün




Qiz – binada ayrılan artıq istiliyin miqdarı KC/saat

C – quru havanın istilik tutumu KC/kq C=1 qəbul edilir.

ρvn – daxil olan havanın xüsusi çəkisidir kq/m3.

tda – binanın daxilində sanitariya normalarına görə temperaturu; oS.

txa –xarici havanın hesabat temperaturu; oS.


1 – hava qəbuledən; 2 – hava ötürən; 3 – filtir (süzgəc);

4 – kalorifer (qızdırıcı); 5 - mərkəzdən qaçma tipli ventilyator;

6 – hava verən deşiklər; 7 – sovurucu deşiklər;

8 – nizamlayıcı klapan; 9 – havanı çıxarıb atan qurğu;

10 – hava ötürən resirkulyasiya edən; 11 – bina.
TƏBİİ VENTİLYASİYA

Sanitariya qaydalarına uyğun olaraq bütün binalarda təbii ventilyasiya məsələləri nəzərə alınmalıdır. Təbii olaraq binada havanın hərəkəti onun sıxlıqları fərqinə eyni zamanda xarici havanın təzyiqi fərqi hesabına küləyin əksi istiqamətində və külək istiqamətində binaya tərəf baş verir.



a) ilin isti fəsili üçün b) ilin soyuq fəsili üçün


Təbii ventilyasiya binada qoyulmuş sovurucu (çıxarıcı) kanallar, fortoçka və başqa keçidlər vasitəsilə baş verir. Təbii ventilyasiya isti sexlərdə yaranan artıq temperaturu xaric etmək üçün daha güclü vasitə hesab edilir. Bu ventelyasiyanın çatışmazlığı xarici havanın temperaturundan, küləyin gücündən və istiqamətindən asılıdır.

TN və Q II –33 –75 müvafiq olaraq isti mövsümlərdə havanın təbii ventilyasiya vasitəsilə verilməsinə baxılır ki, poldan (döşəmədən) 0,3 m-dən aşağı və 1,8 m-dən yuxarı, soyuq mövsümdə 4 m-dən aşağı olmamalıdır.

Daxili və xarici havanın sıxlıqları fərqindən asılı olaraq havada təzyiq düşgüsü yaranır və bu havanın hərəkətini təmin edir:

Təzyiq düşgüsü Hт aşağıdakı kimi hesablanır:





hn daxil olan və ixrac edilənlərin mərkəzləri arası hündürlük, m;

ρBHρBB xarici və binanın daxili havalarının sıxlığı; kq/m3.

Binada aerasiyanın nizamlamaq üçün qəbul edici və çıxarıcı kanalların olması vacibdir.

Təbii ventilyasiyada sovurucu (çıxarıcı) qurğuların parametrlərinin əsas hesabatı aşağıdakı ardıcıllıqla aparılır.

1) hava mübadiləsinin (hava dəyişmənin) təyini



2) havanın sıxlığı: - daxili ρBB və binadan xaricdə ρBH aşağıdakı formulalarla təyin edilir:




tBB ; tВН - binanın içərisində (daxilində) və xaricdə havanın temperaturu.

3) kanal və ya qəbuledicidə hava selinin (natok) sürəti hesablanır.





ψc – kanalda havanın müqavimətini nəzərə alan əmsaldır (ψc=0,5).

4) sovurucu kanalın ümumi sahəsi tapılır (m2).





W – lazım olan hava mübadiləsi.

5) sovurucu qurğuların sayı müəyyənləşdirilir.





fo – sovurucu kanalın kəsiyinin sahəsi; m2.

Deflektorun patrubkasının diametri aşağıdakı tənliklə hesablanır.




D

Wd – deflektorun məhsuldarlığı m3/saat

σd – deflektorun patrubkasında havanın sürəti; m/san.

Bir deflektorun məhsuldarlığı aşağıdakı tənliklə hesablanır.





W – verilmiş hava mübadiləsi; m3/saat;

nd - deflektorların sayı

σd – deflektorda havanın sürəti aşağıdakı kimi təyin edilir.



σv – küləyin sürətidir. m/san.


HAVANIN KONDİSİONERLƏŞDİRİLMƏSİ


Binalarda optimal (komfort) meteoroloji şərait yaratmaq üçün ventilyasiya sistemi tələbatı ödəmir, çünki o eyni vaxtda bütün parametrləri buraxılabilən səviyyədə saxlaya bilmir. Bu məqsədlə kondisionerlərdən istifadə edilir. Onlar verilmiş hüdudlarda havanın temperaturunu, nəmliyini, hərəkətini, təmizliyini avtomatik sürətdə nizamlayır və bundan başqa onu ozonlaşdıra, ionlaşdıra da bilir. İnzibatıi və yaşayış binalarında mikroiqlimi nizamlamaq üçün БК-1500 və БК-2500, 2000 və БК-2000T markalı məişət kondisionerlərindən istifadə edilir ki, bunlarda uyğun olaraq 25m2 və 35 m2 sahəsi olan otaqları təmin edə bilərlər. Bu kondisionerlər həm də ventilyator vəziyyətində (rejimində) işləyərək otağın havasının xarici hava ilə əvəz edə bilirlər.

Hazırda xarici ölkələrdə hazırlanan yüksək keyfiyyətli müxtəlif markalı kondisionerlərdən geniş istifadə edilir. Həmin kondisionerlər yay fəslində sərinləşdirici, qış fəslində isə qızdırıcı kimi istifadə edilir.

Binalarda yerləşdirilmələri də ayrı-ayrı otaqlar üçün və ya ümumi mərkəzləşdirilmiş formada tətbiq edilir.
Mövzuya aid test sualları


  1. Təmiz sağlam, təzə hava qazlar qarışığından ibarətdir kimyəvi tərkib hansı faizlərdir?

  2. Bütün zərərli maddələr insan orqanizminə təsir etmə dərəcəsinə görə neçə sinifə bölünürlər?

  3. İstehsalat zərərləri insan orqanizminə müxtəlif yollarla daxil olur, bunlardan ən təhlükəlisi hansıdır?

  4. Avtomobil benzini otaq temperaturunda 1 m2 sahədən neçə q/saat buxarlanma verir?

  5. Benzin qarışığı neçə olduqda 2...3 dəqiqədən sonra dayanaqsız hərəkət alınır?

  6. Benzin qarışığı neçə olduqda 3...4 dəfə nəfəs aldıqda zəhərlənmə yaranır ağılın itməsi ilə nəticələnir?

  7. Zərərli maddələrin buraxıla bilən hüdud qiymətləri hansı dövlət standartı ilə müəyyən edilmişdir?

  8. İstehsalat ventilyasiyası hansı məqsəd üçün quraşdırılır?

  9. İstehsalat ventilyasiyası neçə cür olur?

  10. Binada hava mübadiləsi hansı düsturla təyin edilir?

  11. Təbii ventilyasiya binalarda hansı vasitələrlə baş verir?

  12. Binalarda optimal (komfort) meteroloji şərait yaratmaq üçün nədən istifadə olunur?

  13. Kondisionerlər hansı prosesləri yerinə yetirir?


MÜHAZİRƏ 7.
ZƏHƏRLİ MADDƏLƏRİN (PESTİSİDLƏRİN) SAXLANMASINA,

DAŞINMASINA, BURAXILMASINA VƏ QALIQIN LƏĞV

EDİLMƏSİNƏ OLAN TƏLƏBAT
Plan


  1. Zəhərli maddələrin saxlanması, daşınması, buraxılması və qalan qalığın ləğv edilməsinə olan tələbat.

  2. İstehsalatda səs-küy, ultrasəs, infrasəs, onların insan orqanizminə təsiri, buraxıla bilən hüdud qiymətləri

  3. Səs-küyün normallaşdırılması və ölçülməsi

  4. Titrəyiş, onların insan orqaniz minə təsiri

Təyinatından asılı olaraq təsərrüfatlarda pestisidləri yalnız xüsusi tikilmiş (типовой) və ya uyğunlaşdırılmış ambarlarda saxlamağa icazə verilir. Bu ambarlar əvvəlcə sanitar qulluğu işçiləri tərəfindən nəzərdən keçirilib onlara sanitar pasportu tərtib edilməlidir.



Ambar iki şöbədən ibarət olmalıdır: - pestisidlər saxlanan və buraxılan şöbə və kiçik köməkçi şöbə burada fərdi mühafizə vasitələri (ФМВ), su, sabun, məhrəba və apteçka, ambarda aynalar, fortoçka, rəflər, yaxınlıqda köməkçi şöbədə yuyunmaq üçün yer olmalıdır.

Pestisidlər saxlanan ambarlar, yaşayış binalarından, heyvandarlıq və yaxud quşçuluq komplekslərindən, su hövzələrindən azı 200 m məsafədə tikilməlidir.

Pestisidlərlə hamilə və südəmər uşağı olan qadınların, 18 yaşına çatmamış yeniyetmələrin işləməsinə icazə verilmir.

Yanğından mübarizə məqsədilə ambarın yaxınlığında qumla dolu yeşik, su çəni, odsöndürənlər, və üzərində yanğın söndürmə alətləri asılmış şitlər olmalıdır.



Ambar daxilində pestisidlər toksikiliyinə və alışma xüsusiyyətlərinə görə ayrı-ayrılıqda yerləşdirilməlidir.

Pestisidlər yaxşı bağlanmış möhkəm taralarda saxlanılmalı və nəql etdirilməlidir. Taraların üzərində yuyulmayan rəng ilə yazılmış yarlıq olmalıdır.Yarlıqda pestisidin adı, qurupu, kütləsi, işarəsi, partiya nömrəsi, hazırlanma tarixi, standart nömrəsi, “Yanğın təhlükəlidir”, “Partlayış təhlükəlidir” sözləri yazılmalıdır. Bundan başqa taraların üzərində pestisidlərin quruplarını xəbərdar edici zolaqlar çəkilməlidir: qırmızı - herbisidlər üçün;

ağ - defoliantlar; qara - insektisidlər;

yaşıl - funqisidlər; -və sarı-zooisidlər və s.



herbisidlər - alaq otlarını məhv etmək üçün

defoliantlar - yarpağı tökmək üçün

funqisidlər - köbələk tüfeylilərini məhv edən

insektisidlər - həşaratları qıran peraparatlar.

zooisidlər – gəmiriciləri qıran və s.

Pestisidlər ancaq bu məqsəd üçün qabaqcadan xüsusi avadanlıqlaşdırılmış nəqliyyat vasitələrində daşınmalıdır. Bu nəqliyyat vasitələrinin banının yanında müvafiq xəbərdar edici nişanlar olmalıdır.

Yükü müşayət edən şəxslərə papiros çəkmək qadağan edilir, onlar əleyhiqazla təmin edilməlidirlər. Pestisidlər daşındıqdan sonra nəqliyyat vasitələri təmizlənib zərərsizləşdirilməlidir.
SƏS-KÜY VƏ TİTRƏYİŞ, ONLARIN

NORMALLAŞDIRILMASI.
Səs-küy insanın eşitmə orqanları tərəfindən qəbul edilən müxtəlif gücə və tezliyə malik olan qarışıq səslər yığımıdır.

Səs - elastik mühit hissəciklərinin (hava, su və s.) dalğavari titrəyişli hərəkətidir. Səsi yaradan rəqs eyləyən cisimlərdir. Səs-küyün uzun müddətli təsirindən insanda baş-ağrısı, baş gicəllənməsi, əsəb və ürək damar sisteminin xəstələnməsi, ağır eşitmə və mədə-bağırsaq sisteminin normal işinin pozulması əmələ gəlir. Daima səs-küylü şəraitdə işləyən adamlarda tez yorulma, reaksiya sürətinin azalması, yaddaşın zəifləməsi müşahidə olunur.

İnsanın qulağı tezliyi 16(20)-dən 20000 hs-ə qədər olan səsləri qəbul edir. 16 (20) hs-ə qədər olan infrasəsləri və 20000 hs-dən çox olan ultra səsləri eşitmir.

Səsin yayılma sürəti 20oS temperaturada normal atmosfer təzyiqində havada 344 m/san, suda-1500 m/san; ağacda-3500 m/san; poladda-5000m/san; şüşədə-5200 m/san-dir.

Səsin eşidilmə intervalı tezliyə görə üç qrupa bölünür, aşağı tezlikli (350 hs-ə qədər), orta tezlikli (350...800 hs-ə qədər) və yüksək tezlikli (800 hs-dən artıq). (1 dina/cm2 = 0,1 Pa və 1 Pa = 1 N/m2 1 dn/sm2 = 1 bar.)

İnsan qulağı ən çox tezliyi 800...4000 hs olan səsləri yaxşı eşidilir. (Yuvarlaq olaraq 1000...5000 hc tezlikli, səs təzyiqi Po=2·10-5Pa. Səs intensivliyi İ-10-12 Vt/m2 – səsin eşidilmə astanası deyilir.) Səs-küy normallaşdırdıqda 1000 hc-i etalon kimi qəbul edilir.

Səs-küydən havanın titrəyişi atmosfer təzyiqindən fərqli təzyiq yaradır. Bu təzyiqlə atmosfer təzyiqi arasındakı fərqə səs təzyiqi deyilir. (Pa) paskal adlanır.

Səsin ağrı hiss olunma astanasında təzyiq p = 2·108 Pa, intensivlik



I = 102 Vt/m2 olur.

İnsanın eşitmə orqanları səsin mütləq dəyişməsini yox, ancaq səs intensivliyinin və ya təzyiqinin nisbi artmasını və ya azalmasını hiss edir. Yəni insanın qulağının hissiyatı səs enerjisi təsirinin mütləq dəyişməsi ilə yox, onun loqariflik dəyişməsi ilə mütənasibdir.



Səs enerjisinin 10 dəfə artmasını qulaq səsin gurluğunun 2 dəfə artması kimi hiss edir.

Buna görə də səs-küyü qiymətləndirmək üçün bilavasitə səsin intensivliyi və ya təzyiqi yox səs səviyyəsi Ladan istifadə olunur. Səs-küyün intensivlik səviyyəsini ölçmək üçün loqarifmik şkaladan (Bel və ya desibel) şkaladan istifadə edilir.

Səs səviyyəsi aşağıdakı düsturla təyin edilir: (təzyiq səviyyəsi).

La = 20 lg

burada P1 səsin faktiki təzyiqi;



Po – səsin başlanğıc təzyiqidir (səsi eşidilməyə

başladıqda 1000 hc tezlikdə onun təzyiqi po=2·10-5 Pa.

Səsin eşidilmə başlanğıcında Io = 10-12 Vt/m2 intensivlik səviyyəsi (Lİ) şərti olaraq “O” Bel (Б) qəbul edilmişdir.

Səs intensivliyi 10 dəfə artdıqda I = 10-11 Vt/m2 onun səviyyəsi

Ly = 1Б (Ly = lg10=1Б )-ə çatır.

İnsanın qulağı səsin intensivliyinin 0,1Б, yəni 1dБ dəyişməsini hiss edə bilir.

Beləliklə loqariflik şkaladan istifadə edilsə, səsin intensivlik səviyyəsi I = 10-8 Vt/m2 olduqda:

Onda səsin intensivlik səviyyəsi aşağıdakı formula ilə hesablanır:


Səsin zəifləməsi aşağıdakı tənliklə təyin olunur.





Ultra səs: - sənayedə maşın hissələrini təmizləmək üçün, kənd təsərrüfatında səpindən qabaq toxumları emal etmək üçün, təbabətdə duz yığılmasın deyə naftalanla birlikdə qəbul edilir.

Ultrasəsin təsirindən insanda baş ağrısı, əsəb sistemində pozğunluqlar və s. baş verdiyindən ultrasəs qurğularına birbaşa toxunmağa icazə verilmir. Belə qurğular insanlar olan otaqlardan izolə edilməlidir. Bundan başqa ultrasəslə işlədikdə ultrasəs qurğularını müəyyən məsafədən idarə etmək lazımdır.

İşçi tezliyi artırmaqla (7 Vt/m2 –a qədər) ultrasəsin əmələ gəlmə mənbəində şüalanma enerjisini azaltmaq;

İşçilərə mühafizə tədbirləri haqqında təlimat keçmək və s. profilaktiki tədbirlər aiddir.

İnfrasəs – 16 hs-dən aşağı tezlikdə səslər dəniz dalğaları, vulkanlar, zəlzələ və s. vasitələrlə generasiya olunur. İstehsalatda belə səslər kompressorlar, dizel turbinləri ventilyatorlar və s. işlədikdə əmələ gəlirlər. Aşağı tezlikli titrəyişin (infrasəs) təsiri nəticəsində insanda yorğunluq baş ağrısı, yuxusuzluq və s. baş verir. İnfrasəsi ölçmək üçün KUM-67 markalı mikrafon və cihazlardan istifadə edilir. İnfrasəs tam öyrənilməyib, normaları müəyyənləşdirilməyib.

İnfrasəslə mübarizə tədbirləri aşağıdakılardır:

- onun mənbədə azaldılması; - infrasəsin udulması;-

İnfrasəsin izolə edilməsi; - fərdi mühafizə vasitələr

SƏS – KÜYÜN NORMALLAŞDIRILMASI VƏ ÖLÇÜLMƏSİ:
Səs küyün intensivliyi və onun başqa xarakteristikaları

DÜİST 12.1.003-83 ilə nizamlanır. Adi danışıq 40 dБ səs səviyyəsi yaradır, yaxından keçən yük avtomobili isə 105...110 dБ yaradır.

80 dБ- dən çox səs-küyə insan çətinliklə dözür.

120 dБ- dən artıq səs-küy insanın beynini zədələyir.

İstehsalatda səs-küyün səviyyəsinin aşağıdakı buraxıla bilən hüdutları (BBH) təyin olunmuşdur.

90...100 dБ- yuxarı tezlikli səs-küy üçün

85...90 dБ- orta tezlikli səs-küy üçün

75...85 dБ- aşağı tezlikli səs-küy üçün.

Səs küyün səviyyəsi “Şum-1”- xüsusi priborla ölçülür.

İŞV-1- səsi və titrəyişi ölçür.

Xarici cihazlar içərisində “Брюль и Кьер” və “RFT” firmalarının istehsal etdikləri səs ölçənlər xüsusilə fərqlənirlər.

Səs-küylə mübarizə tədbirləri – 3 qrupa bölünürlər.



  • səs-küyün əmələ gəlmə mənbəyini ləğv etmək;

  • səs-küyü onun yayıldığı yolda ləğv etmək;

  • FMV (fərdi mühaf. Vas.) istifadə etmək.

Traktor, kombayn və başqa kənd təsərrüfatı maşınlarının sürücülərini səs-küydən mühafizə etmək üçün mühərrikin ixrac borusunda səsbatıran qoyulur və kabina möhkəm səsdən izolə edilir.

Səs batıranın həcmi 4 taktlı dizellər üçün aşağıdakı düsturla hesablanır.

Vsəs=

burada k = 5·103...5·104 götürülür səsbatırma dərəcəsidir.

S – porşenin yolu; n – dirsəkli valın dövürlər sayı; i – silindirlərin sayıdır.

Səsbatıranın uzunluğu aşağıdakı düsturla təyin edilir:





Burada Dx – səs batıranın xarici diametridir. Çox səs-küylü qurğular səs-küydən qoruyucu örtüklə izolə edilirlər.

Səs küydən mühafizə üçün fərdi mühafizə vasitələri aşağıdakılardır: tıxaclar, “Беруши”, BHИИOT-2, qulaqlıqları, şlyamları və s.



Titrəyiş: - Maşın və avadanlığın ayrı-ayrı elastik hissələrinin titrəyişinə deyilir. Titrəyişin intensivliyi (çoxluğu) onun amplituda və tezliyindən asılıdır. Titrəyişin sürətini orta kvadratik qiyməti aşağıdakı düsturla hesablanır.

Burada - sürətin ölçülmüş orta kvadratik qiymətidir; mm/san.

5·10-5 – titrəyiş sürətinin başlanğıc qiymətidir. Titrəyiş BP-1 markalı əl vibrometri və İŞV-1 cihazı ilə ölçülür. Titrəyişdən mühafizə tədbirləri səs-küydən mühafizə tədbirləri ilə oxşardır, elastik araqatlar qoymaq, fərdi mühafizə vasitəsi kimi titrəyiş qoruyucu ayaqqabıdan istifadə etmək və s.


Mövzuya aid test sualları


  1. Təyinatından asılı olaraq təsərrüfatlarda pestisidlər harada

saxlanıla bilər?

  1. Pestisidlər saxlanan ambarlar, yaşayış binalarından,

heyvandarlıq və quşçuluq komplekslərindən, su hövzələrindən

azı neçə metr məsafədə tikilməlidir?

  1. Pestisidlərlə kimlərin işləməsinə icarə verilmir?

  2. Ambarların yaxınlağında yanğından mübarizə məqsədilə hansı

tədbirlər görülməlidir?

  1. Ambar daxilində pestisidlər hansı xüsusiyyətlərinə görə

yerləşditrilməlidir?

  1. Pestisidlərin etiketkadasında nə yazılmalıdır?

  2. Taraların üzərində çəkilmiş ağ və qara rəngli zolaqlar nəyi

xəbərdar edir?

  1. Pestisidləri hansı nəqliyyat vasitələrində daşımaq olar?

  2. Yükü müşaət edən şəxslərə nə etmək qadağan edilir?

  3. Səs-küy nədir?

  4. Səs nədir?

  5. Səs-küyün uzun müddətli təsirindən insanlarda hansı pozulmalar

əmələ gəlir?

  1. İnsan qulağı hansı tezlikdə səsləri qəbul edir?

  2. Səsin yayılma sürəti 20º temperaturda normal atmosfer

təzyiqində havada nə qədərdir?

  1. Səsin eşidilmə intervalı tezliyə görə neçə qrupa bölünür?

  2. İnsan qulağı ən çox hansı tezlikdə olan səsləri yaxşı eşidir?

  3. Səs-küylə mübarizə tədbirləri neçə qrupa bölünürlər?

  4. Titrəyiş nədir?

  5. Titrəyişin intensivliyi (çoxluğu) nədən asılıdır?


MÜHAZİRƏ 8.
ZƏRƏRLİ ŞÜALANMALAR VƏ ONLARDAN MÜHAFİZƏ, İŞIQLANMA VƏ ONUN NORMALLAŞDIRILMASI.
P L A N
1. Kənd təsərrüfatında zərərli şüalanmaların mənbələri.

2. Ultrabənövşəyi, infraqırmızı, ionlaşdırılmış elektromaqnit

və radioaktiv şüaların insan orqanizminə təsiri.



3. Buraxıla bilən səviyyə.

4. Şüalanma mənbəyi olan sahələrdə işin təşkili.

5. Xəstəliklərin profilaktikası.

6. İşıqlanmanın insanın sağlamlığına və işləmək qabiliyyətinə təsiri.

7. İşıqlanmanın sinifləri və əsas təlabat.

8. Təbii, süni və qarışıq işıqlanma.

9. İşıqlanmanın qiymətləndirmə üsul və vasitələri.

10. İstehsalat binalarının, mobil maşınların işçi sahələrinin,

işçi meydançaların işıqlandırılması.



11. İşıqlandırıcı qurğuların istismarı, pəncərə və işıq qəbulediciləri.

12. Kənd təsərrüfatı müəssisə və sahələrinin layihələndirilməsinə

sanitar tikinti norma və qaydalarına təlabat.



  1. DÜİST 12.4.011-75-ə müvafiq olaraq zərərli və təhlükəli

istehsalat amillərindən kollektiv və fərdi mühafizə vasitələrinin

sinifləri.


ÜMUMİ MƏLUMAT:

İnkişaf etmiş kənd təsərrüfatı və sənayedə yaranmış yeni texnoloji proseslərdə: yüksək və daha yüksək tezlikli radiotezlikli elektromaqnit sahələrdən, heyvandarlığın sənaye əsasına keçməsi ilə əlaqədar olaraq işıq şüalanmasından (infraqırmızı və ultrabənövşəyi); ionlaşdırıcı şüalanmadan (hansı ki, bu mühitin ionlaşdırılmasına zəhərlənmiş atom və ya molekul ionları yaradır) geniş istifadə olunur.

Canlı orqanizmaların və insanların yuxarıda göstərilən zərərli faktorların təsirindən müdafiə edilməsi üçün elim və istehsalat daima yeni-yeni effektli tədbirlər işləyib hazırlayırlar.



İONLAŞDIRICI ŞÜALANMA:

İonlaşdırıcı şüalanmalara korpuskulyar (alfa, beta, neytron) və elektromaqnit (qamma, rentgen) şüalanmalar aiddir. Bunlar müəyyən maddələrə təsir etdikdə onda zərərli atom və molekulalar daha doğrusu ionlar yaradırlar.

Kənd təsərrüfatında ziyanverici və xəstəliklərlə mübarizə məqsədi ilə, yemək məhsullarının sterilləşdirilməsində, elmi axtarışlarda və başqa sahələrdə radioaktiv şüalandırıcı maddələrdən istifadə edirlər. Radioaktiv şüalar, bioloji sahəyə (canlı sahəyə) təsir edir, zəhərlənmiş hissələr yaradır, sərbəst elektronlar atomlara toxunma zamanı onları ionlaşdırır, molekulaların quruluşunda dəyişikliklər yaradır, molekulyar əlaqəni dağıdır və hüceyrəni məhv edir.

İnsanlarda bu mərkəzi sinir sisteminin, qan dövranının, daxili sekresiya vəzlərinin pozulmasına, biokimyəvi proseslərin yaranmasına səbəb olur.

Redioaktiv şüalanma mənbələrindən istifadə edilməsinə nəzarət sanitariya qaydalarına müvafiq olaraq aparılmalıdır.



İonlaşdırıcı şüalandırma mənbələrində işləyən işçilərin şüalanma dərəcəsi 0,8 MKP/san (mikrorentgen 1 saniyədə), yaxud 2,8 MR/saat (millirentgen saat) və yaxud 17 MR/6 saat (millirentgen növbə) olmalıdır. Yer üzərində təbii fon üzrə şüalanma dərəcəsi 0,003-dən 0,025 MR/saat arasında olmalıdır.

Fon layihələnməsində 0,01 MR/saat qəbul edirlər. Sİ (система измерения) sistemində ölçü vahidi olaraq söndürücü norma “qrey” adlanır Qr yazılır Qr = C/kq. Təcrübü ölçmələrdə ölçü vahidi olaraq radian qəbul edilir (1 Qr = 100 rad yaxud 1 rad = 10-2 C/kq) .



Ekvivalent norma – xroniki şüalanma təhlükəsini qiymətləndirmək üçün qəbul edilmişdir. Ekvivalent norma ölçüsü “Bэr” adlanır.

Şüalanma xarici və daxili ola bilər. Daxili şüalanma çirklənmiş hava, yemək, xarici dəri vasitəsilə gedə bilər.

Bir dəfədə 25...30 bэr şüalanma zamanı bədəndə hiss edilməz dərəcədə tez keçə bilən dəyişiklik baş verir (misal üçün qanda).

Əgər şüalanma artıq normada 80...120 bэr olarsa şüa xəstəliyinin nümunələri başlanır (tənginəfəslik, qusma, baş gicəllənmə, pulsun (nəbzin) çaşqınlığı). Əgər şüalanma 270...300 bэr olarsa (20%-ə qədər ölüm ola bilər). 700 bэr- dən artıq normada şüalanmada ölümdən yaxa qurtarmaq mümkün deyildir. Şüalandırıcı maddələrlə işləyən zaman yaddan çıxarmaq lazım deyildirki, hətta az miqdarda şüalanma olmaqla çoxlu miqdarda bu iş təkrar olarsa bədəndə bu toplanaraq insanın güclü zərərçəkməsinə səbəb ola bilər.
Elektromaqnit şüalanması.

Kənd təsərrüfatında istehsalat proseslərinin sürətli inkişafı şüalandırıcı enerjidən istifadə etməklə: infraqırmızı, ultrabənövşəyi, elektromaqnit və radioaktiv formada yerinə yetirilir. Elektromaqnit şüalanma baytarlıqda və biologiyada induksiya elektrotermik qurğulardan, dielektrik qızdırma; optik kvant generatorlarından (lazerlərdən) yüksək gərginlikli elektriki ötürən xətlərdən, induksiya sarğılarından, kondensatorlardan və s. qurğulardan yaranır.

Elektromaqnit şüaların insan bədəninə (orqanizminə) təsiri, mənbənin intensivliyindən, təsir etmə vaxtından və dalğa uzunluğundan asılıdır. Elektromaqnit şüasının bioloji aktivliyi o vaxt artır ki, dalğa uzunluğu azalır, tezlik dəyişməsi artır, xüsusi olaraq daha yüksək tezlikli sahələrdə, bu vaxt əsəb sisteminin funksional işi pozulur, ümumi yorğunluq , baş ağrısı yaranır və qan təzyiqi aşağı düşür.



Elektromaqnit şüalanmanın normallaşdırılması DÜİST 12.1.006-76 (86) göstərilmişdir.

I. Sahədə təsir gücü gərginliyə görə müəyyənləşdirilir, bir metrdə voltlarla (V/m).

II. Sahədə təsir gücü cərəyan şiddətinə görə müəyyənləşdirilir, bir metr sahəyə neçə amper (A/m).

Elektromaqnit dalğasından müdafiə oblastını şərti olaraq üç zonaya bölürlər:


  1. Yaxın – radius dalğa uzunluğunun 1/6-ə bərabərdir.

  2. Uzaq – məsafə şüalanmadan dalğa uzunluğunun 6-mislinə bərabərdir (yəni dalğa uzunluğundan 6 dəfə çoxdur).

  3. Onların arasında olan.

Normadan artıq gərginlik və enerji seli sıxlığı olduqda aşağıdakı metod və vasitələrdən istifadə edilir: - gərginlik və enerji seli sıxlığının azaldılması, iş yerlərinin ekranlaşdırılması, iş yerlərinin mənbədən ayrılması (çıxarılması), rasional iş rejimi qoyulması, xəbərdar edici siqnalizasiya qoyulması və fərdi mühafizə vasitələrindən istifadə (metallaşdırılmış parçadan hazırlanmış xüsusi geyim, eynək və s).

Lazer şüalanmanın insan orqanizminə təsiri daha mürəkkəb xarakter daşıyır.

Lazerlə təhlükəsiz işin normativ sənədlərinin əsasını müəyyənləşdirən, lazerlərin istismarında sanitariya norma və quruluş qaydalarıdır. DÜİST 12.1.040-83, “ƏTSS-də, lazerin təhlükəsizliyi. Ümumi qayda” göstərilmişdir.
İŞIQ ŞÜALANMASI:

İşıq şüalanması müəyyənləşdirilmiş miqdarda canlı orqanizmə yaxşı (müsbət) təsir edir. Heyvandarlıqda infraqırmızı şüalanmadan qızışmaq (gümrahlıq) üçün (körpə heyvanlarda) və ultrabənövşəyi heyvan və quşların tez yetişməsində şüalanma məqsədilə geniş istifadə edilir. Şüalanmadan südün pasterizasiya edilməsində, bitkilərin inkişafını sürətləndirməkdə, xəstəliklərə tutulmağın (yoluxmanın) azaldılmasında və s. geniş istifadə edilir (Parnik istixanalarda).

İnfraqırmızı və ulturabənövşəyi şüalanmada iştirak edən işçilərdən tələb olunur ki, təhlükəsizlik texnikası tələblərinə ciddi əməl edilsin. Birinci növbədə elektrik qurğularının tələbedicilərinin texniki istismar qaydalarının tələblərinə, elektrik qurğularının tələbedicilərinin istismarında təhlükəsizlik texnikası qaydalarına və elektrik qurğuları quruluşları qaydalarının tələblərinə əməl edilməlidir ki, bu şüalandırıcı qurğular elektrik enerjisi ilə işləyirlər.

Ultrabənövşəyi şüalandırıcılar:

ЭО-1-30, ДРТ-375, ОБУ-1-13, УО-4М və başqa markaları mövcuddur. Lazımi miqdarda elektrikdən mühafizəyə malikdir, lakin yaddan çıxarmaq olmaz ki, uzun müddət və normadan artıq şüalanmanın təsiri bədənin qorunmayan hissəsində yanğı əmələ gətirir. Buna görə qurğuların istismarı zamanı qoruyucu eynəklərdən və xüsusi geyimlərdən ustifadə etmək lazımdır. Şüalanmada lyumineset lampadan istifadə edilirsə lampanın istifadə (istismar) vaxtına ciddi əməl edilməlidir. Çünki lampanın içərisinə civə buxarı doldurulur hansı ki, bu kəskin zəhərlənməyə səbəb ola bilər ona görə vaxtı keçmiş lampaları heyvandarlıq fermalarından kənarda quyu qazaraq məhv etmək lazımdır.



İnfraqırmızı elektrik qurğuları:

OИ-1, ИКУФ-1, ОТ-1 və başqalarından yerli qızdırma məqsədilə istifadə olunur (çoşqaları, danaları, cərgəli bitkiləri, istixanaları) və eyni zamanda ultrabənövşəyi şüalanmada edilir (bəzi hallard birlikdə) onlarla işləyən zaman təlimata ciddi riayət edilməlidir. Nəzərə almaq lazımdır ki, şüalandırıcı qurğular lampalarla komplektləşdirilir, şüalandırıcı spektrlər qısadalğalı müəyyən diapazonda yerləşir qoruyucu eynəklərdən istifadə edilməsi vacibdir.

Qoruyucu eynəklərin şüşələri infraqırmızı şüaları keçirir, gözlərin zədələnməsini qorumaq üçün mənbəə yaxından baxmaq qadağan edilir.
İŞIQLANMA. İŞÇİ YERLƏRİN İŞIQLANDIRILMASINA OLAN TƏLƏBAT VƏ ONUN NORMALLAŞDIRILMASI.

İstehsalat binalarının düzgün işıqlandırılması işçilərin səhətinə və əmək məhsuldarlığına müsbət təsir göstərir. Düzgün layihələndirilmiş və quraşdırılmış işıqlanma işçilərin normal fəaliyyəti üçün şərait yaradır.

İşıqlanma normalarına riayət etmədikdə işçilər tez yorulur, onların diqqəti zəifləyir, bu isə bədbəxt hadisələrə gətirib çıxarır. İşçi yerlərinin zəif yaxud normadan artıq işıqlandırılması işçinin gözlərinin zəifləməsinə səbəb olur.

İstehsalat binaları və işçi yerlərində işıqlanma sistemi aşağıdakı məqsədlər üçün tətbiq edilir:



a) işçi işıqlanma; b) ümumi işıqlanma; c) qarışıq işıqlanma; d) qəza işıqlanması; e) xəbərdaredici məqsədlə işıqlanma (svetafor); f) siqnal məqsədilə işıqlanma və s.

İstehsalat binaları və işçi yerlərində işıqlanma sistemi əsas üç formada yaradılır.

  1. Təbii işıqlanma sistemi

  2. Süni işıqlanma sistemi

  3. Qarışıq işıqlanma sistemi

İstehsalat binalarının işıqlandırılmasına əsas tələbatlar aşağıdakılardır:

İşıqlanma işçi obyekt üzərində əməliyyatları asan və tez yerinə yetirə bilməsi üçün kifayət qədər olmalıdır.

İşıqlanma müntəzəm yayılmış olmalıdır sərt kölgəli və dəyişkən olmamalıdır.

İşıqlanma quraşdırıldıqda istehsalın xarakteri nəzərə alınmalıdır (partlayış təhlükəli, nəmlik, tozluluq və s.)



TƏBİİ İŞIQLANDIRMA SİSTEMİ:

İstehsalatda işçilərinin sağlamlığı üçün təbii işıqlanma daha əhəmiyyətlidir. Təbii işıqlanma aynalar (yandan işıqlanma), tavanın işıqkeçirən şəffaf materialdan düzəldilməsi (yuxarıdan işıqlanma) və ya eyni vaxtda həm yandan, həm də yuxarıdan kombinə edilmiş işıqlanma vasitəsilə təşkil edilir.

Binanın təbii işıqlanma norması təbii işıqlanma əmsalı (t.i.ə) ilə təyin olunur. Bu əmsal ədədi olaraq faizlə otağın daxilində hər hansı nöqtənin işıqlanması (Edax) eyni zamanda otaqdan xaricdə, üfiqi müstəvi üzərində, açıq yerdə göy səmasının dağınıq işığı ilə işıqlandırılan hər hansı bir nöqtəsinin işıqlanmasına (Exar) olan nisbətinə bərabərdir.

Bu əmsalın müxtəlif istehsalat binaları üçün qiyməti cədvəldə verilmişdir (cədvəl 15, 16, 17 və 18 səh 98, 99, 100 Солуйанов П.В).

Bütün istehsalat binaları orada görülən işlərin dəqiqlik dərəcəsinə görə işıqlanma nöqteyi-nəzərindən 6 dərəcəyə bölünür. I dərəcəyə xüsusilə dəqiq işlər daxildir ki, bundan ötrü yuxarıdan işıqlanmada yandan işıqlanmada isə olmalıdır.

Təbii işıqlanma sistemi üçün istehsalat binalarına lazım olan pəncərələrin ümumi sahəsinin, işıqlandırılacaq binaya görə neçə faiz təşkil etdiyini tapmaq lazımdır. Yəni işıqlanma üçün pəncərələrin ümumi sahəsini aşağıdakı düsturdan tapmaq olar.



Burada - təbii işıqlanmanın minimum normallaşdırma əmsalının qiymətidir.



- təbii işıqlanmanın işıq xarakteristikası olub, binanın ölçülərindən asılı olaraq təyin edilir (cədvəl 20 səh 101).

- çirklənməni nəzərə almaqla pəncərənin ümumi işıq buraxma əmsalıdır (cədvəl 19 səh 100).

- divar və tavana dəyib qayıtması hesabına işıqlanmanın artma əmsalı (cədvəl 21 səh 102).

Təbii işıqlanma sistemi üçün pəncərələrin ümumi sahəsini təyin etdikdə işıqlandırma əmsalından istifadə edilir.

Otağın pəncərələrinin sahələri cəminin döşəmənin sahəsinə nisbətinə işıqlandırma ə m s a l ı deyilir. Yəni



- pəncərələrin ümumi sahəsi; m2

- döşəmənin sahəsidir; m2

Təbii işıqlanma əmsalına görə işıq pəncərələrinin (yandan işıqlanma üçün) ümumi sahəsi aşağıdakı düsturla hesablanır:



burada Fd – otağın döşəməsinin sahəsi, m2 .

min – təbii işıqlanma əmsalının minimum qiyməti (cədvəl 15, 16, 17, 18 səh 98...100).

τ – çirklənməni nəzərə almaqla aynaların ümumi işıq buraxma əmsalı (cədvəl 19 səh 101).



- pəncərənin işıq xarakteristikası (cədvəl 20 səh 101).

- divar və tavana dəyib qayıtması hesabına işıqlanmanın artma əmsalı (cədvəl 21 səh 102).

K – qonşu binaların kölgəsi hesabına pəncərələrin qaranlıqlaşması əmsalı (cədvəl 22 səh 102).

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə