Kafedrasinin



Yüklə 1,07 Mb.
səhifə3/8
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39831
1   2   3   4   5   6   7   8

Əlahiddə ağır nəticəli (beş və daha artıq adam həlak olduğu) bədbəxt hadisənin təhqiqatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaxud onun tapşırığı əsasında əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və hadisə baş vermiş təşkilatın tabe olduğu Nazirliyin Baş idarənin rəhbərinin birgə əmri ilə, Dövlət nəzarəti altında olan obyektlərdə isə o orqanın və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əmri ilə təyin edilmiş komissiya tərəfindən aparılır.


Komissiyaya Dövlət Əmək Müfəttişliyinin rəhbərliyindən biri və ya baş əmək müfəttişi sədrlik edir.

Komissiya üzvülərinə Səhiyyə Nazirliyinin nümayəndəsi, sahə həmkarlar ittifaqının yaxud Respublika Həmkarlar İttifaqları Konfederasiyasının baş texniki əmək inspektoru, hadisə baş vermiş müəssisənin yuxarı təsərrüfat orqanlarının nümayəndəsi, Müəssisənin rəhbəri, müəssisənin əməyin mühafizəsi komitəsinin sədri, bu əsasnamənin 2,7; 2,10; 2,11; 2,12; 2, 13 bənddə nəzərdə tutulmuş hallarda isə zərərçəkənlərin və əsas işlərin yerinə yetirdikləri müəssisənin rəhbəri daxil edilir.

Komissiyanın hər bir üzvü bir səsə, Komissiyanın sədri isə həlledici səsə malikdir və komissiyanın fəaliyyəti barədə məsuliyyət daşıyır.

Baş vermiş bədbəxt hadisələrin xüsusi təhqiqatı komissiya tərəfindən 20 gün müddətində aparılır və xüsusi təhqiqat aktı (əlavə 5) tərtib edilir. 3,7 bəndində nəzərdə tutulmuş materiallar rəsmləşdirilmişdir.

Zəruri halda hadisənin təhqiq müddəti Nazirlər Kabinetinin razılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə artırıla bilər.

Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi müəssisənin rəhbərliyi ilə birlikdə zərərçəkənlərlə və ya onların ailə üzvüləri ilə görüşərək onlara qüvvədə olan müvafiq qanun və qaydalar barədə məlumat verir və hüquqlarını izah edir.



Təhqiqat qurtardıqdan sonrakı üç gün ərzində, beş nüsxədən ibarət İZ formalı aktı müəssisənin rəhbəri təsdiq edir və onun bir nüsxəsini zərərçəkənə, yaxud onun mənafeyini təmsil edən şəxsə, sex rəisinə, təhqiqat materialları ilə birlikdə müəssisənin əməyin mühafizəsi xidmətinin rəisinə (onun vəzifələrinin icra edən mühəndisə, mütəxəssisə) Dövlət Əmək Müfəttişliyinə göndərilir.

İZ formalı aktın sürətləri dövlət nəzarəti orqanlarının nümayəndəsinə (onların nəzarəti altında olan müəssisədə, obyekdə), tabe olduğu yuxarı orqanlarına və həmkarlar ittifaqı komitəsinə müəssisənin müdiri tərəfindən onların tələbi əsasında göndərilir.



Əmək mühafizəsi xidmətinin rəisinə (onun vəzifəsini icra edənlərə) göndərilmiş İZ formalı akt təhqiqat materialları ilə birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılır.

Travmatizimin səbəbləri əsasən aşağıdakı üsullarla öyrənilir.

  1. statistik ümumiləşdirmə;

  2. tonoqrafik (qrafik);

  3. Qarşılıqlı müqayisə;

  4. Monoqrafik;

  5. Iqtisadi;

  6. Erqonomik üsul.

I Statistik ümumiləşdirmə üsulunda eyni şəraitdə baş vermiş eyni xarakterli bədbəxt hadisələrin təkrarlanması əsas götürülür. Buna görədə eyni şəraitdə baş vermiş bədbəxt hadisələrin statistik sənədləri toplanaraq sistemləşdirilir və bunun əsasında da ən çox bədbəxt hadisəyə səbəb olan proseslər müəyyənləşdirilir, aşkar edilmiş təhlükə mənbələri tədqiq edilib, aradan qaldırılmaq üçün əməli tədbirlər hazırlanır.


II Tonoqrafik və ya qrafik üsulda isə təsərrüfatın yaxud istehsalat müəssisəsinin planında (baş plan xəritəsində) bədbəxt hadisə baş verdiyi yerlərə şərti işarələr qoymaqla ən çox bədbəxt hadisə alınan sahələr müəyyənləşdirilir və aradan qaldırılması üçün tədbirlər işlənib hazırlanır.

III Qarşılıqlı müqayisə üsulunda isə qruplaşdırma işin növünə, ixtisasa, maddi təsirlərə, işçilərin yaşına, cinsinə və s. görə aparılır. Bu üsulun çatışmayan cəhətlərindən biri odur ki, sistemləşdiriləcək materialların toplanması uzun vaxt tələb edir, çünki eyni hadisələr tez-tez təkrarlanmır.

IV Monoqrafik üsulla hər bir konkret bədbəxt hadisənin bütün səbəblərinin və baş verdiyi şəraitin öyrənilməsinə tətbiq edildiyindən daha təkmilləşmiş üsuldur. Bu üsul ilə travmatizmi öyrəndikdə hadisənin bütün şəraiti araşdırılır, texnoloji proses işlədilən material, maşın və avadanlıq və s nəzərdən keçirilir, nəticədə hadisənin əsas səbəbi müəyyənləşdirilir.

V İqtisadi metod (üsul). Bədbəxt hadisələr nəticəsində iqtisadi itkiləri nəzərə almaqla, hazırlanmış və tətbiq olunan tədbirlər nəticəsində əldə edilən iqtisadi səmərələr hesabına aparılır. Bu üsulla travmatizmin səbəbləri müəyyənləşdirilmədiyi üçün əlavə üsul adlanır.

VI Erqonomik üsulbu üsul insan – maşın –mühit sistemi arasında daha dəqiq kompleks müəyyənləşdirmə üsuldur.

Məlumdur ki, hər bir iş şəraitində insana mühit müxtəlif formada fizoloji, psixofizoloji və psixoloji təsir göstərir.

Bu üsulda ətraf mühitin bütün təsirləri atmosferin ionlaşması, maqnitizm, günəş şüası və s. təsir edici amillərdə nəzərə alınır.

Hər bir bədbəxt hadisə üçün toplanmış məlumatlar göstərilməklə xüsusi akt tərtib edilir. Aktda 22 qrup göstərici olmaqla 250 müxtəlif erqonomik məlumat müəyyənləşdirilir. (Ən dəqiq üsul hesab olunur).



Travmatizmin əsas göstəriciləri:

1. Tezlik göstəricisi – müəssisənin hər 1000 nəfərinə görə bir iş günündən artıq əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən hadisələrin tezliyidir:

burada T – hesabat dövründə bədbəxt hadisələrin sayı;



P – işçilərin siyahıda göstərilən orta sayıdır.

2. Ağırlıq göstəricisi - orta hesabla bir hadisəyə düşən və əmək qabiliyyəti olmayan günlərin sayıdır:


burada D – hesabat dövründəki bütün hadisələrin nəticəsində əmək qabiliyyəti olmayan iş günlərinin cəmi; T –hadisələrin sayı (ümumilikdə); T1 – hesabat dövründə ölümlə nəticələnən hadisələrin sayıdır.

3. Ölüm göstəricisi - hesab dövründə müəssisənin hər 1000 işçisinə görə ölümlə nəticələnən bədbəxt hadisələrin sayını ifadə edir:

burada T1 – ölümlə nəticələnən hadisələrin sayıdır.

4. İtkilər və ya istehsalatın təhlükəlilik göstəriciləri.

və ya



Təhlükəsiz iş üsullarının öyrədilməsi və təbliqi.

Travmatizmin səbəblərini aradan qaldırmaq üçün görülən tədbirlərin əsas hissəsini işçilərin təlimatlandırılması və təhlükəsiz iş üsullarının öyrədilməsi təşkil edir.

DÜİST 12.0.004-89-a uyğun olaraq müəssisələrdə işçilərə: GİRİŞ, İŞ YERİNDƏ BİRİNCİ, TƏKRAR, NÖVBƏDƏNKƏNAR CARİ (MƏQSƏDLİ) təlimatlar keçirilməlidir.

GİRİŞ TƏLİMAT. Giriş təlimatı təhsilindən, hazırki peşəsi üzrə iş stajından asılı olmayaraq müəssisəyə yeni qəbul olunan bütün işçilərə, habelə ezam olunmuş şəxslərə, müəssisədə istehsalat təcrübəsinə gəlmiş tələbə və şagirdlərə keçilməlidir. Təlimat əmək mühafizəsi kabinəsində və ya bunun kimi əyani təbliğat materialları ilə təchiz edilmiş otaqlarda, ƏTSS-in tələbləri və istehsalatın xüsusiyyəti nəzərə alınmaqla tərtib olunaraq, həmkarlar ittifaqı yerli komitəsi ilə razılaşdırılıb baş mühəndis və ya müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş proqram əsasında keçilməlidir.

Baş mütəxəssis mütləq təlimatı əmək mühafizəsi mühəndisi və ya həmin vəzifə həvalə edilmiş şəxsin iştirakı ilə aparır.

Bu haqda giriş təlimatın jurnalında (təlimatların şəxsi kartoçkasında) qeyd edilməli, təlimatı keçən və təlimatlandırılan şəxslərin hər ikisi imzalamalıdır.



I. Təlimatın keçirilməsi barədə şəxsi vərəqə.

1. Soyadı, adı, atasının adı______________________________

2. Doğulduğu il_______________________________________

3. Peşəsi (ixtisası)_____________________________________

4. Sex________________________Sahə___________________

5. Şöbə___________________Laboratoriya_________________

6. Sexə (sahəyə) işə daxil olma tarixi______________________

7. Giriş təlimatını keçdi ________________________________


(soyadı, adı, atasının adı, tarix)

8. Təlimat alanın imzası, tarix__________________________


Təlimatların şəxsi kartoçkası təlimatlandırılana verilməli, giriş təlimatının qeyd jurnalı isə təlimat keçəndə qalmalıdır.

II.Giriş təlimatının qeydiyyat jurnalı.

Təlimatın keçirilmə tarixi

Təlimat alanın soyadı, adı, atasının adı



Doğulduğu il

Təlimat alanın peşəsi və vəzifəsi

Təlimatın növü

Təlimat keçənin soyadı, adı, atasının adı


İmza


Təlimat alan

Təlimat keçən

1

2

3

4

5

6

7

8


























İŞ YERİNDƏ BİRİNCİ TƏLİMAT.

Təlimat ixtisaslar üçün (ƏTSS-in tələbləri və həmin təlimat üçün suallar nəzərə alınmaqla) işlənmiş əsasnamə əsasında keçilməlidir. Təlimatı bilavasitə iş yerinin rəhbəri keçir.

Təlimat iş yerində fərdi qaydada təhlükəsiz iş üsulları nümayiş etdirməklə öyrədilməlidir.

Bundan 2-3 gün keçənədək işçilərin bu sahədə öyrəndikləri bilik və vərdişlər nəzarət altında saxlanılmalıdır.

İşçinin müstəqil işə buraxılması isə iş yerinin təlimat jurnalında (tarix göstərilməklə) qeyd olunur.

TƏKRAR (DÖVRÜ) TƏLİMAT.

Bu təlimat peşəsindən, iş stajından və təhsilindən asılı olmayaraq, bütün işçilərə altı aydan bir keçilməlidir.

Bu təlimat işçilərin əmək mühafizəsi üzrə təlimatlandırılma səviyyəsini və bu sahədə biliklərini yoxlamaq məqsədi ilə fərdi və ya eyni sahə işçilərinə qrup halında iş yerində birinci təlimatın proqramı əsasında keçilməlidir.

Təlimatı iş sahəsinin rəhbəri keçir. Təlimatın keçilməsi xüsusi jurnalda qeyd edilməlidir.
NÖVBƏDƏNKƏNAR (PLANLAŞDIRILMAYAN) TƏLİMAT.

Bu təlimat:

Müəssisədə texnoloji proseslərin dəyişməsi, avadanlığın dəyişdirilməsi, alətlərin yeniləşdirilməsi, yaxud modernizə edilməsi, əmək təhlükəsizliyinə təsir edərək başqa amillərin dəyişməsi ilə əmək mühafizəsi qaydaları dəyişdirildikdə;

İşçilər əmək təhlükəsizliyi tələblərini travma alına biləcək, qəzaya və ya partlayışa, yaxud yanğına səbəb ola biləcək tərzdə pozmaqla iş aparıldıqda, habelə işdə 60 təqvim günündən çox fasilə olduqda keçilməlidir. Təlimat fərdi və ya eyni sahə işçilərinə qrup halında keçilməlidir. Təlimatı iş sahəsinin rəhbəri keçir və jurnalda qeydiyyat aparır.

CARİ TƏLİMAT. Bu təlimat naryad-buraxılış sənədi ilə iş aparan işçilərə işə başlamazdan qabaq keçilməli və onların bilikləri yoxlanılmalıdır. Bu halda biliklərin kafi olmadığı aşkara çıxanda həmin işçilər işə buraxılmır və onlar yenidən təlimat almağa borcludurlar. Təlimatı iş sahəsinin rəhbəri keçir.

Əmək Məcəlləsinin 219-cu maddəsinə görə əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi göstərilmişdir.

Həmin maddənin 3-cü hissəsinə görə işə götürənlər və müəssisələrin rəhbəri işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.
ƏMƏK MÜHAFİZƏSİ SAHƏSİNDƏ NƏZARƏT SİSTEMİ.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15 və 235-ci maddələrinə əsasən əmək qanunvericiliyi və əməyin mühafizəsi qaydalarına düzgün riayət edilməsinə nəzarəti aşağıdakı orqanlar həyata keçirirlər.

1. Xüsusi olaraq müəssisənin müdriyyətindən asılı olmayaraq dövlət orqanları və inspeksiyalar (Dövlət Əmək Müfəttişliyi).

2. Həmkarlar ittifaqları habelə onların tabeliyində olub, əmək məsələlərinə baxan texniki və hüquqi əmək inspeksiyaları.

Əmək mühafizəsi sahəsində nəzarət və göz yetirmə üç istiqamətdə aparılır:

a) Xüsusi dövlət inspeksiyaları tərəfindən;

b) İdarədaxili nəzarət;

c) İctimai təşkilatların nəzarəti.

Əmək mühafizəsi qayda və normalarına riayət olunmasına dövlət nəzarətini aşağıdakı təşkilatlar həyata keçirirlər:

1. Dövlət dağ-mədən işlərinə nəzarət sistemi: Sənaye sahəsində və dağ-mədən işlərində işlərin təhlükəsiz görülmə qaydalarına riayət edilməsinə dövlət nəzarətini yerinə yetirir.

2. Dövlət energetika nəzarəti: Elektrik qurğularına və istilikdən istifadə edilən qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən dövlət nəzarətini həyata keçirirlər.

3. Dövlət sanitariya nəzarəti: Müəssisələrdə gigiyena normalarına və epidemiyaya qarşı sanitariya qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirirlər.

4. Dövlət avtomobil müfəttişliyi: Daxili işlər nazirliyinin tabeliyində olub xidmət sahələrində yol hərəkət qaydalarının, maşınların istismarını təhlükəsiz yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirir.

5. Dövlət yanğın nəzarəti: Dövlət və özəl təşkilatlarda yanğın əlehinə mübarizə tədbirlərini və yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirirlər.

6. Əmək texniki və hüquq inspeksiyaları (müfəttişliyi).

Respublika həmkarlar ittifaqı konfedirasiyası yanında yaradılmış əmək-texniki müfəttişliyi müəssisə və təşkilatlarda əmək mühafizəsi üzrə qüvvədə olan qaydaların, habelə əmək haqqında qanunvericiliyin düzgün yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirirlər.

Əmək mühafizəsi sahələrinə dövlət nəzarəti orqanlarının aşağıdakı hüquqları vardır:

1) Layihə işlərinin düzgün yerinə yetirilməsi haqqında rəy vermək;

2) Yenidən qurulmuş müəssisələrin istismara buraxılmasına icazə vermək;

3) Əmək mühafizəsi qaydalarının pozulmasına və qüsurların aradan qaldırılmasına yazılı göstərişlər vermək.

4) Əmək mühafizəsi sahəsində qaydaların kobud pozulması hallarında vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək;

5) Əmək mühafizəsi sahəsində qaydaların pozulmasına görə qaydaları pozan şəxsləri və müəssisələri müəyyən olunmuş məbləğdə cərmə etmək.

6) Zəhmətkeşlərin həyat və sağlamlığını təhlükə qarşısında qoyan qeyri-normal vəziyyətlərin aradan qaldırılması üçün təcili tədbirlər görmək.

Müəssisələrdə əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına riayət olunmasına idarədaxili nəzarəti nazirliklərin və onun bölmələrinin əmək mühafizəsi xidməti həyata keçirirlər.

İdarədaxili nəzarət xidmətinin işçiləri vaxtaşırı müəssisənin ayrı-ayrı istehsalat sahələrini və təsərrüfatları gəzərək yerlərdə əmək mühafizəsi işlərinin vəziyyəti ilə tanış olmaqla əmək mühafizəsinin vəziyyətinə nəzarət edirlər.

Əmək Məcəlləsinin 236-cı maddəsinə uyğun olaraq əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına düzgün riayət olunmasına ictimai nəzarət həmkarlar ittifaqı komitələri tərəfindən yerinə yetirilir.

Yerli həmkarlar ittifaqı komitələrinin üzvlərindən bir nəfərinə əmək mühafizəsi məsələlərinə baxmaq işi həvalə edilir.

Həmkarlar təşkilatının üzvlərindən əmək mühafizəsi məsələlərinə baxan şəxs baş ictimai müfəttiş adlanır.

Baş ictimai müfəttiş təsdiq edilmiş şəxs təsərrüfatın ayrı-ayrı sahələrinə uyğun ictimai müfəttişliyə üzvləri seçir. Əmək mühafizəsi sahəsində ictimai müfəttiş gördüyü iş barədə yerli həmkarlar qrupunun ümumi yıncağında hesabat verir.

Komissiyanın işinə sədr (o, baş ictimai müfəttiş adlanır) rəhbərlik edir. Lakin komissiya rəhbərinin müəssisənin inzibati işçilərindən seçilməsinə yol verilmir.


ÜÇPİLLƏLİ İCTİMAİ NƏZARƏT SİSTEMİ:

Kənd təsərrüfatı müəssisələrində üçpilləli nəzarəti müdiriyyətlə həmkarlar ittifaqı təşkilatı birlikdə yerinə yetirir.



BİRİNCİ PİLLƏDƏ nəzarət istehsalat obyektlərinin (sahələrinin) rəhbərləri əmək mühafizəsi üzrə ictimai müfəttişlə birlikdə təhlükəsizlik texnikası sahəsində norma və qaydaların yerinə yetirilməsinə gündəlik nəzarət edir və onların pozulması hallarında təcili tədbirlər görür.

İKİNCİ PİLLƏ nəzarət ayrı-ayrı sahələrin baş mütəxəssisləri baş ictimai müfəttişilə birlikdə həftədə, yaxud ən azı ayda bir dəfə əmək mühafizəsi işlərinin vəziyyətini yoxlamaqla nəticəsini müəssisənin rəhbərinə və ya həmkarlar ittifaqı təşkilatının sədrinə məlumat verir, bununla əlaqədar onlar birlikdə çatışmazlıqları aradan qaldırmaq sahəsində tədbirlər müəyyən edir.

ÜÇÜNCÜ PİLLƏDƏ nəzarət isə müəssisənin rəhbəri və yerli həmkarlar ittifaqı təşkilatının sədri ayda, yaxud kvartal da bir dəfə istehsalat bölmələrində əmək mühafizəsinin vəziyyətini şəxsən yoxlayırlar.




1 nömrəli əlavə

İZ forması

“Təsdiq edirəm”

______________________________________

______________________________________

______________________________________

______________________________________

(müəssisənin adı, təsdiq edən vəzifəli şəxsin soyadı, adı, imzası, möhür)



 

İSTEHSALATDA BAŞ VERMİŞ BƏDBƏXT HADİSƏ HAQQINDA


AKT № _______

 


1. Müəssisənin tabeçiliyi üzrə yuxarı orqanı __________________________________

______________________________________________________________________________

2. Müəssisənin adı ___________________________________________________________

2.1. Müəssisənin ünvanı: ______________________________________________________

______________________________________________________________________________

(şəhər, rayon, qəsəbə, kənd, küçə, ev)

2.1.1. Bədbəxt hadisənin baş verdiyi sex, sahə, yer ________________________________

______________________________________________________________________________

3. İşçini göndərmiş müəssisə ________________________________________________

______________________________________________________________________________

(adı, ünvanı, tabeçiliyi üzrə yuxarı təsərrüfat orqanı)

4. Zərərçəkənin soyadı, adı, atasının adı _____________________________________

______________________________________________________________________________

5. Cinsi (qadın, kişi) ________________________________________________________

6. Yaşı ______________________________________________________________________

(illərin tam sayını göstərməli)

7. Peşəsi (vəzifəsi) __________________________________________________________

8. Bədbəxt hadisə baş verərkən yerinə yetirdiyi peşə (vəzifə) üzrə iş stajı _______

______________________________________________________________________________

9. Axırıncı dəfə əməyin təhlükəsizliyi üzrə keçirilən təlimatın tarixi _______

______________________________________________________________________________

9.1. Giriş təlimatı _________________________________________________________

9.2. İlkin (təkrar) təlimat

9.3. Biliyin yoxlanılması _____________________________________________________

10. Bədbəxt hadisənin başvermə tarixi və vaxtı ________________________________

______________________________________________________________________________

(gün, ay, il, saat)

______________________________________________________________________________

(işin başlanğıcından sonrakı tam saatların sayı)

11. Bədbəxt hadisənin təfsilatı _______________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

12. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər _______________________

______________________________________________________________________________

(onlar tərəfindən qanunvericilik və normativ hüquqi sənədələrin pozulan bəndləri göstərilməlidir)

13. Bədbəxt hadisənin şahidləri ______________________________________________

______________________________________________________________________________

Təhqiqat aktı ____________________________________________ tərtib edilmişdir.

(gün, ay, il)

İşəgötürənin vəzifəli şəxsi _________________________________________________

(vəzifəsi, adı, soyadı, imza)

Əməyin mühafizəsi xidmətinin rəisi (onun vəzifələrini icra edən mühəndis, mütəxəssis) ___________________________________________________________________

(imza, adı, soyadı)

Müəssisənin həmkarlar ittifaqı komitəsinin nümayəndəsi ______________________

______________________________________________________________________________

(imza, adı, soyadı)

14. Bədbəxt hadisənin nəticələri ___________________________ müddətə yüngül işə keçirilmişdir.

14.1. Başqa işə keçirilərkən əvvəlki əmək haqqına əlavə ödənişlərin məbləği _____________________________ manat təşkil edir.

14.2. Əmək qabiliyyətini itirməsi barədə xəstəlik vərəqəsi, yaxud müalicə idarəsinin arayışı

üzrə ____________________diaqnozu ilə _________________ tarixdən _________________ tarixədək işdən azad edilmişdir.

14.3. Əmək qabiliyyətini müvəqqəti itirmə müddəti ________________________________

(təqvim günlərinin sayı)

Əmək qabiliyyətini itirmə vərəqəsi üzrə _________________________ manat müavinət ödənilmişdir.

14.4. Bədbəxt hadisənin son nəticəsi ___________________________________________

______________________________________________________________________________

(zərərçəkən yüngül işə keçirilmişdir, sağalmışdır,

______________________________________________________________________________

I, II, III qrup əlillik təyin edilmişdir, sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir, ölmüşdür)xiii[13]

15. Xarab olmuş avadanlıq və alətin dəyəri ____________________________________

______________________________________________________________________________

15.1. Dağıdılmış binalar və qurğuların dəyəri _____________________________________

(manat)


15.2. Ümumi ziyan (manat) ____________________________________________________

(15, 15.1 sətrlərinin cəmi)

İşəgötürənin vəzifəli şəxsi _________________________________________________

(imza, adı, soyadı)

Baş mühasib _________________________________________________________________

(imza, adı, soyadı)



 

 


2 nömrəli əlavə

 

İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏRIN UÇOT JURNALI

 

__________________________________________________________

(müəssisənin adı)


 

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

1. Sıra nömrələri

2. Bədbəxt hadisənin tarixi

3. Zərərçəkənin soyadı, adı, atasının adı, doğulduğu il, iş stajı

4. Peşəsi (vəzifəsi)

5. Bədbəxt hadisənin baş vermiş olduğu yer (sex, sahə, obyekt)

6. Bədbəxt hadisənin şəraiti və səbəblərinin qısa izahı.

7. İZ formalı aktın nömrəsi, tərtib edildiyi tarix.

8. Bədbəxt hadisənin nəticələri.

9. Görülmüş tədbirlər.


 

 

3 nömrəli əlavə



 

İSTEHSALATDA BAŞ VERMIŞ BƏDBƏXT HADISƏ HAQQINDA

 

MƏLUMAT



 

Müəssisənin və onun tabe olduğu yuxarı orqanın adı ____________________________

______________________________________________________________________

Hadisənin baş verdiyi tarix, vaxt _____________________________________________

(il, ay, gün saat)

Hadisənin baş verdiyi şərait (hadisə baş verərkən yerinə yetirilən işin və ya istehsalat

qəzasının təsviri) _________________________________________________

___________________________________________________________________________

Bədbəxt hadisənin nəticəsi ___________________________________________________

Bədbəxt hadisədən zərərçəkənlərin ümumi sayı __________________________________

o cümlədən həlak olanların sayı _______________________________________________

Zərərçəkənlərin (həlak olanların) soyadı, adı, atasının adı, yaşı, peşəsi, vəzifəsi _____________________________________________________________________

Məlumatı imzalayan vəzifəli şəxs ____________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı, imza, tarix, saat)


 

 


4 nömrəli əlavə

İSTEHSALATDA BAŞ VERMIŞ BƏDBƏXT HADİSƏNİN TƏHQİQAT AKTININ TƏRTİB OLUNMASINA DAİR İZAHAT

______________________________________________________________________________

(müəssisənin tabeçiliyi üzrə yuxarı orqanın adı,

______________________________________________________________________________

zərərçəkənin iş yeri, peşəsi, vəzifəsi, soyadı, atasının adı)

 

“__”_______________ il tarixdə, saat _____ baş vermiş _________________________



______________________________________________________________________________

(xəsarətin növü və ya nəticəsi)



nəticələnmiş bədbəxt hadisənin (bədbəxt hadisə ilə nəticələnmiş qəzanın) 



Mövzuya aid test sualları

  1. Əməyin mühafizəsi tədbirlərinin planlaşdırılması neçə cürdür?

  2. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi təsərrüfatda kimin hesabına aparılır?

  3. İstehsalatda zərərçəkmələrin baş vermə səbəbləri necədir?

  4. İstehsalatda zərərçəkmələr nəticəsinə və ağırlıq dərəcəsinə görə neçə qrupa bölünür?

  5. Bədbəxt hadisələr baş vermə şəraitinə və xüsusiyyətinə görə neçə qrupa bölünür?

  6. Bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması qaydaları Əmək Məcəlləsinin neçənci maddəsində göstərilmişdir?

  7. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə neçənci ildən mövcuddur?

  8. Yaradılmış komissiya bədbəxt hadisəni neçə günə təhqiq edir və təsdiq etmək üçün müəssisənin rəhbərinə göndərir (adi halda)?

  9. Tərtib olunan İZ formalı aktın bir nüsxəsi digər sənədlərlə birlikdə təsərrüfatda neçə il saxlanılır?

  10. Əlahiddə ağır nəticəli (beş və daha artıq adamın həlak olduğu) bədbəxt hadisənin təhqiqi neçə gün müddətində aparılır?

  11. Travmatizmin səbəbləri neçə üsulla öyrədilir?

  12. Travmatizmin səbəblərini öyrənilən üsullardan hansı dəqiq üsul hesab edilir?

  13. Travmatizmin əsas göstəriciləri necədir?

  14. DÜİST 12.0.004-89-a uyğun olaraq neçə cür məcburi təlimat keçirilməlidir?

  15. Giriş təlimat kim tərəfindən keçirilir?

  16. Təkrar (dövrü) təlimat neçə aydan bir keçirilməlidir?

  17. Növbədən kənar (Planlaşdırılmamış) təlimat nə vaxt keçirilir?

  18. Əmək mühafizəsi sahəsində nəzarət və göz yetirmə neçə istiqamətdə aparılır?

  19. Əmək mühafizəsi qayda və normalarına riayət olunmasına dövlət nəzarəti sistemləri necədir?

  20. İctimai nəzarət sistemi neçə pillədən ibarətdir?

II BÖLMƏ.

İSTEHSALAT SANITARİYASI VƏ ƏMƏYİN GİGİYENASI
MÜHAZİRƏ 5.
Mövzu: İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti.

P L A N:


  1. İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti

onun göstəriciləri və normallaşdırılması.

2. Mikroiqlimin insan orqanizminə təsiri.

3.Orqanizmanın soyuqdəymə və qızdırma xəstəliklərinin

profilaktikası.

4. İş yerlərində mikroiqlim şəraitinin təyini və hesablanması.

Qızdırma sistemləri.

İSTEHSALAT SANİTARİYASI. MİKROİQLİM VƏ İSTEHSALAT BİNALARININ QIZDIRILMASI.

İstehsalat sanitariyası təşkilatı, gigenik, sanitar-texniki tədbirlər və vasitələr sistemi olmaqla işçilərə zərərli istehsalat faktorlarının təsirini öyrədir.

İstehsalat sanitariyasının başlıca vəzifəsi insanları istehsalat zərərlərinin təsirindən mühafizə etməkdir. Hansı ki, bu ona hava mühiti və ya bilavasitə əlaqədə olduqda göstərilir.

Mikroiqlim havanın temperaturu, təbii axım surəti, nisbi nəmliyi və barometrik təzyiqlə xarakterizə olunur.

Sanitariya norma və qaydalarına uyğun olaraq 18-21oS temperatur, 40-60% nisbi nəmlik şəraitində, havanın tərkibində azı 18% oksigen və onun sürəti 0,1-0,3 m/san olduqda insan özünü çox yaxşı hiss edir, əmək qabiliyyəti yüksək olur.

İş yerlərində mikroiqlim şəraiti işçinin özünü yaxşı hiss etməsinə, onun gördüyü işin təhlükəsizliyinə və əmək məhsuldarlığına böyük təsir göstərir.

Mikroiqlimin böyük hüdudda dəyişməsi insan orqanizminin həddən artıq soyumasına və ya qızmasına səbəb olur. Nisbi nəmliyin çoxluğu havanın yüksək temperaturunda orqanizmin istilik verməsini çətinləşdirir və əksinə, aşağı temperatura orqanizmin istilik verməsini çoxaldaraq onun həddən artıq soyumasına səbəb olur.

Yüksək temperatur və nisbi nəmliyin çox olması şəraitində orqanizm tərləyir, bu zaman su ilə bərabər orqanizmadan duz,S və D vitaminlərinin ixracı çoxalır, qan qatılaşır, zülallar parçalanır və s.

Beləliklə mikroiqlimin optimal parametrləri elə qiymətlərdir ki, bunlar insana uzun müddət təsir göstərdikdə orqanizmada funksional dəyişikliklər əmələ gəlmir. Mikroiqlimin parametrlərinə sanitar-gigiyenik tələbatlar işlənib hazırlanmışdır. Bu parametrlər



DÜİST 12.1.005-91-də “İşçi sahədə hava” qeyd olunmuşdur.

İstehsalat binalarında mikroiqlim parametrlərini müxtəlif vasitələrlə normallaşdırmaq mümkündür (Qızdırma, ventilyasiya sistemləri və s.)

Kənd təsərrüfatında bir çox işlər açıq hava şəraitində görülür. Belə hallarda mikroiqlim parametrlərini nizamlamaq demək olar ki, mümkün olmur. Ona görə də kənd təsərrüfatı zəhmətkeşləri üçün daha təhlükəli mikroiqlim parametrlərinin (t-ra və başqa) hüdud qiymətlərdir ki, bunların təsirindən orqanizm həddən artıq qızır və ya soyuyur.

Tarlada işlədikdə gün vurması (36,5oS-dən artıq), quruducu maşınlarda işlədikdə isti vurması, qışın sərt soyuğunda donma və s. rast gəlinir ki, bu zaman orqanizmada müxtəlif dəyişikliklər baş verir (baş gicəllənmə, qusma, don olan hissədə ağarma və s.).

İsti vurmanın qarşısını almaq üçün fərdi mühafizə vasitələrindən xüsusi geyimdən, kaska, enli şlyapadan, gözlər üçün rəngli şüşəsi olan eynəkdən istifadə edilir.

Soyuqlamadan qorunmaq üçün xüsusi geyim, ayaqqabı və əlcəklərdən istifadə edilir.

Günvurma və ya istiyə düşmə hallarında həkimə müraciət edilməli, bu mümkün olmadıqda ilk yardım məqsədilə işçi sərin, kölgəli şəraitdə sinəsi, alnı və sifəti gül suyunda və ya adi suda isladılmış parça ilə silinməlidir.

Mikroiqlim parametrləri dörd nömrəli laboratoriya işində hər tərəfli öyrənilərək təyin olunur.



İSTEHSALAT BİNALARININ QIZDIRILMASI

(İSİDİLMƏSİ)

İstehsalat binalarinin qizdirilması orada havanın temperaturunu sanitar normaları səviyyəsində yəni normal iş şəraitində tələb olunan səviyyədə saxlamaq üçün tətbiq edilir.



Qızdırma iki növ olur: Yerli və mərkəzi qızdırma sistemləri.

Yerli qızdırma istehsalatda özüyeriyən maşınların kabinalarını və 500 m2-dan az sahəsi olan otaq və binaları qızdırmaq üçün tətbiq olunur. İstilik daşıyıcısı kimi su, buxar və ya havadan istifadə edilir.

Su və ya buxar xüsusi qazanlarda qızdırılır və borular vasitəsilə qızdırıcı cihazlara verilir (radiatorlara).

Otaqlara verilən isti hava isə əvvəlcə kaloriferlərdə isti su, buxar və ya elektriklə qızdırılır. Ona görə də qızdırılma sistemləri 4 üsulla su, buxar, hava ilə və kombinə edilmiş sürətdə yerinə yetirilir.

Qızdırma sistemi istehsalat binalarının növündən (istehsalat, məişət) və bu binalarda işlədilən asan alışan qaz, toz, buxarlarının olub-olmamasından asılı olaraq seçilir.

İstehsalat binalarında ən çox istismarda təhlükəsiz və sadə quruluşlu olan su ilə qızdırmadan istifadə edilir.



Alçaq təzyiqli 70 kPa-a qədər su ilə qızdırılma zamanı, qızdırıcı cihaza daxil olan suyun temperaturu 85-95o S, çıxışda isə təxminən 65-75oS götürülür.

Buxarla qızdırmada isə bu 110o S olmalıdır. Su ilə qızdırma qazandan ən uzaqda yerləşən qızdırıcı cihaza qədər olan məsafə 50 m-dən az olduqda tətbiq olunur.

Bu zaman suyun radiatorlardan təbii sürətdə qazana (qızdırıcıya) qayıtması təmin olunur. Suyun təbii sürətdə dövür etməsi təmin olunmadıqda mərkəzdən qaçma tipli nasoslardan istifadə edilir.



Yüksək təzyiqli 70 kPa-dan artq sistemlərdə su ilə qızdırmada suyu mexaniki hərəkət etdirən qapalı qurğudur.

BUXAR VƏ SU İLƏ QIZDIRMANIN HESABATI

Qızdırıcı sistemlər quraşdırıldıqda otaqlarda istilik itgisinin əvəz edilməsi nəzərə alınmalıdır.



İlin soyuq vaxtı binadakı istilik divarlar, tavan, döşəmə, eləcədə təbii və süni ventilyasiya vasitəsilə itir. Bundan başqa binaya daxil olan maşınlar və soyuq materiallarda istilik götürür.

Bəzi müəssisələrdə isti su və ya buxardan texnoloji məqsədlər üçün istifadə edilir. Belə hallarda da istilik itgisi yaranır.



Beləliklə ümumi istilik itgisi aşağıdakı kimi hesablanır (Qüm).

Qüm = Qo + Qv + Qm + Qt ; Vt

Burada Qo – binanın xarici örtükdən istilik itgisidir (Vt).

Qv – ventilyasi vasitəsi ilə itirilən istilik itgisidir (Vt).

Qm – binaya daxil olan maşın və materialların qızmasına

sərf olunan istilik itgisidir (Vt).

Qt – texnoloji məqsədlərlə işlədilən su və ya buxarın

istilik itgisidir (Vt).

Qo = qoVx(td – tx) ..., Vt.

q0- binanın 1 m3 həcmini qızdırmaq üçün tələb olunan istiliyin miqdarıdır (buna binanın istilik xarakteristikası deyilir). Solyanov P.V.

səh 92. Cədvəl №10.

Kənd təsərrüfatında təmir emalatxanası üçün Vx = 5·103 m3 olduqda

qo = 0,65...0,75 Vt/m3 oS.

Vx=5...10·103 m3 olduqda qo=0,6...0,69 Vt/m3 oS.

İdarə (inzibatı) binalar üçün qo=0,52...0,69 Vt/m3 oS seçilir.



Vx – binanın xarici həcmidir, m3.

td – otağın daxili temperaturu olub yaşayış binaları üçün td=18...20oS.

İstehsalat binaları üçün td=15oS seçilir.



tx – ilin soyuq aylarında ən soyuq 5 günlükdə orta xarici temperaturudur. Solyanov səh 93 cəd. 11-dən seçilir.



Vb – binanın qızdırılan hissəsinin daxili həcmidir.., m3.

qb1m3 havanın qızmasına gedən xüsusi istilik sərfi:- istehsalat binaları üçün qb= 0,9...1,5, inzibatı binalar üçün 0,7...0,9;, məişət binaları üçün 0,31...0,42Vtt/m3 o S götürülür.

c binaya daxil olan maşın və materialların kütləsi, kq.



K – maşın və materialların kütlə həcm istilik tutumu; metallar üçün K=0,4 kC/kq o ·S qəbul edilir.

τ – maşın və ya materialların otaq temperaturuna qədər qızması üçün sərf olunan vaxt., saat.



Q – buxar və ya su sərfiyatı, kq/saat.

i – suyun, buxarın istilik tutumu kC/kq səh 94 cədvəl №12, sistemdəki təzyiq və temperatura uyğun olaraq seçilir.

ib – qazana qayıdan kondensatın istilik tutumu yenə həmin cədvəldən seçilir.

P – qaytarılan kondensatın miqdarı, % tam qayıtdıqda P=70% qəbul edilir.

Mərkəzləşdirilmiş qızdırma sistemi qızdırıcı cihazlarla-radiatorlarla təchiz olunur. Radiatorların ayrı-ayrı seksiyaları batareya şəklində yığılıb divarın aşağı hissəsində yerləşdirilir.

Radiatorların tələb olunan miqdarını hesablamaq üçün onların ümumi sahəsi aşağıdakı düsturla hesablanır.


Qüm – binada istilik itgisinin cəmi, Vt.

K – qızdırıcı cihazların divarlarından havaya verilən istilik əmsalı.

çuğun üçün ; k=7,4 Vt/m2 oS

polad üçün k=8,3 Vt/m2 oS

tdtç – radiatora daxil olan və çıxan suyun (buxarın) temperaturu, So.

tot otağın temperaturu, oS.

Füm – sahəsinə görə radiator batareyalarının seksiyalarının sayı nc -

təyin edilir.



ədəd

Fc – radiatorun tipindən asılı olaraq onun bir seksiyasının sahəsidir...m2.

Cədvəl 13 səh 95 seçilir.

M – 140 - 0,254 m2

HM – 150 - 0,254 m2

“Польза-6” - 0,460 m2

PD – 90 - 0,203 m2

PD – 26 – 0,205 m2
Təqribi olaraq illik isitmə (qızdırma) mövsümü üşün tələb olunan yanacağın miqdarını aşağıdakı tənliklə hesablamaq olar.

Q =qy Vн (tdax - txar); kq

qy - illik şərti yanacağ sərfi, qızdırılan binanın daxilində 1 m3 havanı 1 oS qızdırmaq üçün kq/m3 oS.

tdax – otağın daxili temperaturu oS.

txar – xarici temperatura oS.

VH – binanın xarici həcmi ...m3.

qy – binanın həcminə görə seçilir. (Soluyanov səh. 96 cəd 14).

Ümumi istilik itgisinə görə qızdırıcının istilik gücü tapılır.




Mövzuya aid test sualları

  1. İstehsalata sanitariyası nəyi öyrədir?

  2. Mikroiqlim parametrləri neçədir?

  3. İstehsalat binalarında mikroiqlim parametrlərini hansı vasitələrlə normallaşdırmaq mümkündür?

  4. Qızdırma sistemləri neçə üsulla yerinə yetirilir?

  5. Qızdırıcı sistemlər quraşdırıldıqda otaqlarda əsas nə nəzərə alınmalıdır?

  6. Ümumi istilik itkisi hansı düsturla hesablanır?


.

MÜHAZİRƏ 6.
İŞÇİ SAHƏDƏ ZƏRƏRLİ MADDƏLƏR, ONLARIN

PARAMETRLƏRİNİN NORMALLAŞDIRILMASI.
P L A N:
1. İşçi zonada zərərli maddələr və onların normallaşdırılması.

2. Ventilyasiya. Ventilyasiyanın növü, quruluşu (və hesabatı).

3. Havadəyişmənin təyini.

4. Təbii ventilyasiya.

5. Havanın kondisionerləşdirilməsi.
.I. İŞÇİ ZONADA ZƏRƏRLİ MADDƏLƏR VƏ ONLARIN

.NORMALLAŞDIRILMASI

Təmiz sağlam, təzə hava qazlar qarışığından ibarətdir ki, onun təqribi kimyəvi tərkibi aşağıdakı kimidir:

Azot . . . . . . . . . . . . . . . . . . . . . . . . . 77%

Oksigen . . . . . . . . . . . . . . . . . . . . . . 21%

Karbon və başqa aktiv qazlar . . . . . . 1%

Təsirsiz qazlar (arqon, neon və b) . . .1%

Lakin istehsalatda nadir hallarda hava yuxarıda qeyd edilən təbii tərkibdə olur. Əksər texnoloji proseslər zərərli maddələrin ayrılması ilə gedir ki, bunlarda toz, qaz və buxar halında olurlar.

Müxtəlif zərərli istehsalat amilləri işçilərə müxtəlif formada təsir göstərir və onların qiymətinin buraxıla bilən normadan kənara çıxması işçilərin əmək qabiliyyətinin dəyişilməsinə və xəstəliklərə səbəb olur.



DÜİST 12.1.007-76-ya görə bütün zərərli maddələr insan orqanizminə təsir etmə dərəcəsinə görə aşağıdakı 4 təhlükəli sinifə bölünür.

1– maddə son dərəcə təhlükəlidir.

2 – maddə yüksək dərəcəli təhlükəlidir.

3 – maddə orta dərəcəli təhlükəlidir.

4 – maddə az _______” _________.
Yuxarıda göstərilən təhlükəlilik dərəcəsinə uyğun siniflərdən asılı olaraq işçi zonadakı havada olan zərərli maddələrin qarşığının buraxıla bilən hüdud (BBH) qiymətləri aşağıdakı kimidir:
1 – ci sinif üçün < 0,1 mq/m3

2 – ci sinif üçün 0,1...1,0 mq/m3

3 – cü sinif üçün 1,1...10 mq/m3

4 – cü sinif üçün > 10 mq/m3

Mədəyə keçən zaman orta öldürücü miqdar (maddənin orta öldürücü miqdarı (dozası) dedikdə: bu doza mədəyə keçən zaman yaxud, dəriyə tökülən zaman canlının birdəfədə 50%-nin ölümü deməkdir).



1 – ci sinif üçün < 15 mq/kq (çəki etibarı ilə)

2 – ci sinif üçün 15...150 mq/kq

3 – cü sinif üçün 151...5000 mq/kq

4 – cü sinif üçün > 5000 mq/kq

Zərərli maddələr işçi sahənin havasını bir çox işləri yerinə yetirdikdə çirkləyir. Belə ki, mexanizatorun, sürücünün işçi sahəsində toz, mühərrikin ixrac qazları, neft məhsullarının buxarı, qazlar, buxarlar, zəhərli kimyəvi maddələrin və kübrələrin aerozolları və s. ola bilər. Bioloji proseslərin nəticəsində heyvandarlıq fermalarında peyinin keçdiyi yerlərdən amanyak (NH3) kükürd (SO2) və başqa qazlar ayrılır. Zərərli qazlar eyni zamanda üzümün və başqa üzvü maddələrin də qıcqırdılmasında ayrılır. (çaxır və s). Kənd təsərrüfatı ziyanverici və xəstəliklərinə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən istifadə olunur. Bunların sırasına mineral kübrələr və 150 müxtəlif adda zəhərli kimyəvi maddələr daxildir.

Bir sıra zərərli maddələrin müəyyən tərkibli qarışıqları partlayış yarada bilir.

Misal üçün ammonyak buxarının 16...27%-li, benzinin isə 0,76...5,03%-li qarışığı partlayış yaradır.

İstehsalat zərərləri insan orqanizminə nəfəs yolu, mədə-bağırsaq (yemək vasitəsilə), zədələnmiş bəzən zədələnməmiş dəri vasitəsilə təsir göstərə bilər.

Uzun müddət yüksək normada zəhərli maddələrin (qurğuşun, civə) təsiri xroniki peşə zəhərlənmələrinə, daha böyük normada isə kəskin zəhərlənmələrə səbəb olur.

Ciyərlərin tənəffüs alma sahəsi 100 m2 sahəni təşkil edir. Bu sahə vasitəsilə uçan maddələr hava ilə birlikdə asanlıqla qana sovrulur və böyük qan dövranına keçir, bunun təsir qüvvəsi orqanizmə başqa yollarla daxil olan maddələrin təsir qüvvəsindən 20 dəfə güclü və tez olur.

Avtomobil benzini otaq temperaturunda 1 m2 sahədən 400 q/saat buxarlanma verir. Benzinin qarışığı 3-4 q/m3 olduqda 2...3 dəqiqədən sonra öskürmə yaradır, göz yaşarır, dayanaqsız hərəkət alınır. 30...40 q/m3 tərkibli qarışıq 3...4 dəfə nəfəs aldıqda zəhərlənmə yaradır ağılın itməsi ilə özünü göstərir.



Beləliklə kənd təsərrüfatı istehsalatında zərərli maddələr olan yerlərdə işçilərin xəstələnmələrinin, zəhərlənmələrinin və baş verə biləcək travmaların qarşısını almaq üçün kompleks tədbirlər planı hazırlamaq lazımdır.

Bunlardan ən başlıcası işçi zonada zəhərli maddələrin buraxıla bilən hüdud qiymətlərini müəyyən etməkdən ibarətdir.

Zərərli maddələrin buraxıla bilən hüdud qiymətlərinin müəyyən edilməsi vacib dövlət əhəmiyyətli işdir.

Bu məsələnin həlli DÜİST 12.1.005-76-ya müqafiq olaraq 700-dən artıq maddə üçün müəyyən edilmişdir.

Eyni vaxtda işçi sahədə bir neçə zərərli maddələrin təsirinin, onların buraxıla bilən hüdud qiymətlərinə nisbətlərinin cəmi aşağıdakı tənlikdə göstərilən formada olmalıdır.





B1; B2; B3; ....; Bn zərərli maddələrin faktiki qiymətlərini,

BBH1; BBH2; BBH3; …; BBHn ayrı-ayrılıqda həmin maddələrin hər birinin müvafiq olaraq buraxıla bilən hüdud qiymətlərini göstərir. DÜİST 12.1.007-76-da işçi zonada zərərli maddələrə nəzarətin saxlanılma tələbləri göstərilmişdir.

1 – ci sinifə aid olan zərərli maddələrə fasiləsiz olaraq özüyazan, buraxıla bilən hüdud qiymət artdıqda siqnal verən xüsusi cihazla nəzarət edilməlidir.

2, 3 və 4–cü sinifə aid olan zərərli qarışıqlara isə vaxtaşırı olaraq yoxlamaqla nəzarət edilməlidir.
İSTEHSALAT VENTİLYASİYASI

İstehsalat ventilyasiyasıDÜİST 12.1.005-91-ın tələblərinə uyğun olaraq normal mikroiqlim şəraiti yaratmaq üçün binada yaranan artıq isti, nəmlik, toz, zərərli qazları və buxarları xaric etməkdən ibarətdir.

Binada havanı pəncərələr, xüsusi kanallar vasitəsilə yaranan temperaturlar fərqinə və təzyiqə görə dəyişmək mümkündür. Belə ventilyasiyaya təbii ventilyasiya və ya aepatsiya deyirlər.

Daha effektlisi süni mexaniki ventilyasiyadır ki, buda xüsusi ventilyatorlarla yaradılır.

Təbii və süni ventilyatorların birlikdə tətbiqi qarışıq ventilyasiya sistemi yaradır.

Ventilyasiya qurğuları binaya təmiz havanı verə bilər və yaxud əksinə binadan sovurub (çəkib) çıxara bilər, yaxud hər ikisini eyni zamanda yerinə yetirə bilər.



Təsir etmə sahəsinə görə ventilyasiya ümumidəyişdirən və yaxud yerli (müəyyən iş sahəsi üçün) ola bilər.

Binadan sovrulmuş çikli hava çölə verildikdə küləyin istiqaməti nəzərə alınmalıdır ki, başqa yaşayış binalarına iş yerlərinə mənfi təsir göstərməsin.



Bəzi istehsalat sahələrində hansı ki, böyük miqdarda zərərli və partlayış təhlükəli maddələr ayrıla bilir beləyerlərdə xüsusi təyinatlı ventilyasiya qurğuları əlavə olaraq quraşdırılır.

HAVADƏYİŞMƏNİN TƏYİNİ

Binada hava mübadiləsi aşağıdakı düsturla təyin edilir.



W = ni Wo

ni işçilərin sayı

Wo – bir işçiyə tələb olunan havanın miqdarı.

Əgər bir işçiyə düşən sahə < 20m3 olarsa Wo = 30 m3/saat, əgər sahə >20m3 olarsa Wo = 20 m3/saat qəbul edilir.

Ventilyasiya zərərli qazlarla və yaxud tozlarla mübarizə məqsədi ilə qurularsa dəyişdirilməsi lazım gələn həcim aşağıdakı kimi təyin edilir.





Bq.t – binada ayrılan zərərli maddələrin miqdarı; mq/saat.

Bd – binanın daxilində zərərli maddələrin buraxıla bilən

hüdud qiyməti mq/m3.



Bv – binaya verilən havada olan zərərli maddələrin miqdarı mq/m3.

Rəngləmə işlərində ayrılan zərərli buxar və məhlulların miqdarı.



Br=0,01 Smrqr

S – rənglənən məmulatın sahəsi m2.

mr – rəngdən uçub ayrılan məhlulun hissəsi -%-lə.

qr1m2 sahəni rəngləmək üçün lazım olan rəngin miqdarı püsgürmə ilə qr=60...90 q/m2 əl ilə qr = 100...180 q/m2 qəbul edilir.

Daxili yanma mühərriklərinin işləməsində ayrılan zərərli maddələr (karbon qazı, azot, aldehidlər) miqdarı aşağıdakı tənliklə təyin edilir.





A1B1 bərabərlik əmsallarıdır karbüratorlu mühərriklərdə (A1 və B1) A1=9 , B1 =12 dizel mühərrikdə A1=160; B1 =13,5 qəbul edilir.

Vs mühərrikin silindirinin işçi həcmidir - .

qo –işlənmiş qazlarda zərərli maddələrin pay həcmi (karburatorlu mühərrik. C qazı 4...6% dizel mühərriki 0,005...0,07%, azot 0,007...0,0009%, aldehidlər 0,035...0,050% - götürülür).

t – mühərrikin işləmə vaxtıdır.

Bir sıra istehsalat binalarında istilik ayrılır (dəmirçixana, yem sexləri, istilik xana və s).



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə