Kafedrasinin



Yüklə 1,07 Mb.
səhifə2/8
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39831
1   2   3   4   5   6   7   8

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinin həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həmdə illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizdən az olmamalıdır. Bu vəsaitin başqa məqsədlərə sərf edilməsi qadağandır.


İSTEHSALAT ZƏRƏRÇƏKMƏLƏRİ VƏ PEŞƏ

XƏSTƏLİKLƏRİ

Təsərrüfat sahələrinin xüsusiyyətindən, zərərli və təhlükəli amillərdən asılı olaraq işçilərdə yaranan travmalar üç qrupa bölünür: a) istehsalat travması, b) peşə xəstəliyi, c) peşə zəhərlənmələri.

Travmalar (zədələnmələr) adətən təhlükəli amillərin insanlara qısa müddətli təsiri nəticəsində baş verir.

İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmələrdən, elektrik cərəyanının təsirindən, radioaktiv şüalanmalardan, qeyri-normal əmək şəraitindən alınmış travmalar istehsalat travması yaxud bədbəxt hadisə adlanır.


Zərərli istehsalat amillərinin təsiri nəticəsində, yaranan xəstəliklər peşə xəstəliyi adlanır.

İş zamanı zəhərli peraparatlardan ayrılan hissəciklərin insan orqanizminə təsiri nəticəsində peşə zəhərlənməsi əmələ gəlir.



Travma, peşə xəstəlikləri və zəhərlənmələr birlikdə travmatizm adlanır.

Travmatizmə bədbəxt hadisə də deyirlər.

İstehsalat zərərçəkmələri əsas aşağıdakı səbəblərdən baş verir.

1) texniki səbəbdən.

2) təşkilatı səbəbdən.

3) sanitariya-gigiyena səbəblərindən.

4) psixofizioloji səbəbdən.

5) yanğın səbəblərindən.

6) maddi və s. (Təbii fəlakətlər, zəlzələ,sel və s.)

İstehsalat zərərçəkmələrinin qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi vacibdir:

1) işçilərin mövcud qaydada təlimatlandırılması.DÜİST 12.0.004-89

2) işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi.

3) maşın və mexanizmalarda yaranan təhlükəli sahələrin hasarlanmasının təşkili.

4) əyani təbliğat vasitəsi kimi plakatlardan istifadə etmək .

5) ayrı-ayrı istehsalat sahələrinə maddi məhsul şəxslərin təhkim edilməsi.

6) fərdi mühafizə vasitələrindən və qoruyucu quruluşlardan istifadə etmək.

7) elektrik avadanlıqlarının gövdələrinin yerləbirləşdirmək və sıfırlamaq.


İstehsalatda baş verən bədbəxt hadisələr nəticəsində işçilər əmək qabiliyyətini müvəqqəti itirir, yüngün yaralanır, I, II, III qrup əlil qalır, ölüm olur, qrup halında ağır nəticəli xəsarət alma yaranır.

İstehsalatda zərərçəkmələr nəticəsinə və ağırlıq dərəcəsinə görə 4 qrupa bölünür:



1) mikrotravmalar.

2) müvəqqəti iş qabiliyyətinin itirilməsi.

3) ağır nəticəli hadisələr.

4) ölümlə nəticələnən hadisələr.

Bədbəxt hadisələr baş vermə şəraitinə və xüsusiyyətinə görə 3 qrupa bölünür.

1) istehsalatla əlaqədar.

2) istehsalatla əlaqədar olmayan.

3) məişətlə əlaqədar hadisələr.

Əmək qanunvericiliyinə uyğun istehsalatla əlaqədar baş vermiş hadisələr sənədləşdirilərək uçota alınır.



İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏRIN TƏHQİQ (TƏDQİQ)

EDİLMƏSİ VƏ UÇOTA ALINMASI.
Bədbəxt hadisələrin təhqiqində əsas məqsəd, hadisələrin əmələ gəlmə şəraitini, səbəblərini təyin etmək, onun təkrar olunmaması üçün tədbirlər görmək və eləcədə, hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması qaydaları göstərilmişdir.

İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən günü dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur.

Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işə götürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.



Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 28 aprel tarixli 31№-li qərarı ilə təsdiq edilmiş:-

İstehsatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə” mövcuddur.

Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafiq nazirliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və uçota alınır.



İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı:

1) yüngül bədən xəsarətləri az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqatlar müəssisədə yaranmış komissiya tərəfindən aparılır.

2) ağır bədən xəsarətləri qrup halında xəsarət alma halları və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək müfəttişliyinin rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.

Komissiyaya Dövlət Əmək müfəttişliyinin və yaxud onun yerli orqanının baş əmək müfəttişliyi sədirlik edir.


Bədbəxt hadisə baş vermiş bölmənin rəhbəri hadisə barədə müəssisənin rəhbərinə, əməyin mühafizəsi xidmətinə, əməyin mühafizəsi üzrə komissiyaya və həmkarlar ittifaqı komitəsinə dərhal məlumat verir.

Müəssisə rəhbəri bədbəxt hadisə baş verdikdən dərhal sonra tərkibi sahənin rəhbərindən, əmək mühafizəsi xidmətinin rəisindən, bölmə əməyin mühafizəsi komissiyasının ictimai müvəkkillərin nümayəndələrindən ibarət komissiya təşkil edir. Komissiya bədbəxt hadisənin şəraitini və səbəbini 3 gün ərzində təhqiq edir və təsdiq etmək üçün müəssisənin rəhbərinə göndərir.

Müəssisə rəhbəri təhqiqatı qurtarmış və 5 nüsxədən ibarət olan İZ (istehsalat zədələnməsi) formalı aktları təsdiq edir.

Tərtib və təsdiq edilmiş İZ formalı aktlar nəzərdə tutulmuş sahələrə göndərilir.



Qurup halında və bir işçinin ölümüylə nəticələnən bədbəxt hadisələrin təhqiqatında sahə həmkarlar ittifaqları və yaxud Azərbaycan HİK-nın texniki müfəttişlikləri iştirak edirlər.

İki dörd işçinin ölümü ilə nəticələnən bədbəxt hadəisələrin təhqiqatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır. Komissiyanın tərkibi Dövlət Əmək Müfəttişinin rəhbərliyi tərəfindən hadisə baş vermiş müəssisənin tabe olduğu yuxarı orqanın rəhbərliyi ilə (yaxud yuxarı təşkilat yoxdursa müəssisə rəhbərliyi ilə) razılaşdırılaraq Nazirliyin rəhbərliyinə təklif verilir.

Komissiyaya Dövlət Əmək Müfəttişliyi və yaxud onun yerli orqanının baş əmək müfəttişi sədirlik edir. Komissiya üzvlüyünə uyğun Sahə həmkarlar ittifaqının yaxud Respublika Həmkarlar İttifaqı Konfederasiyasının texniki (baş texniki) əmək inspektoru, xəsarət baş vermiş müəssisənin yuxarı təsərrüfat orqanının nümayəndəsi, müəssisə rəhbərliyinin nümayəndəsi, müəssisə əmək mühafizəsi komissiyasının sədri, müəssisənin həmkarlar ittifaqının sədri, müəssisədə həmkarlar təşkilatı olmadıqda, ictimai müvəkkillərin nümayəndəsi (ictimai müvəkkillər barədə qüvvədə olan əsasnaməyə əsasən) bu Əsasnamənin 2.7; 2.10; 2.11; 2.12; 2.13 bəndlərində nəzərdə tutulmuş hallarda isə zərərçəkənin öz əsas işini yerinə yetirdiyi müəssisənin nümayəndəsi daxil edilir.



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə