Kafedrasinin


ELEKTRİK TƏHLÜKƏSİZLİYİNİN ƏSASLARI



Yüklə 1,07 Mb.
səhifə6/8
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39831
1   2   3   4   5   6   7   8

ELEKTRİK TƏHLÜKƏSİZLİYİNİN ƏSASLARI



Plan


  1. Təbii elektrik boşalmalarından mühafizə tədbirləri.




  1. Elektrik təhlükəsizliyi.

  2. Elektrik cərəyanının insanlara və digər canlılara təsiri.

  3. Elektrik travmalarının analizi.

  4. Sıfırlama və müdafiə torpaqlama.

  5. Addım və toxunma gərginliyi.

  6. Statik elektrikdən müdafiə.



Elektrik travmaları. Elektrik cərəyanının insan orqanizminə təsiri
Elektrik təhlükəsizliyi: - texniki təşkilatı tədbirlər və vasitələr sistemi olub insanları elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit sahənin və statik elektrikin zərərli və təhlükəli təsirindən müdafiəsini təmin etməkdir. DÜİST 12.1.009-76 (96).

Elektrik cərəyanı insan əməyini yüngülləşdirməklə yanaşı onun həyatı üçün çox təhlükəlidir.

Elektrik cərəyanı insan orqanizmindən keçdikdə ona kimyəvi, istilik və bioloji təsir göstərir.

Kimyəvi təsir zamanı qan və bədəndə olan başqa mayelər parçalanır.

İstilik təsirindən bədənin ayrı-ayrı sahələrində yanıq əmələ gəlir.

Bioloji təsirdən əzələlər gərilir, dil qatlanır və s.

Ən təhlükəli elektrik vurmasıdır (электрический удар.) əsəb sisteminin və bədənin başqa hissələrində baş verən pataloji dəyişikliklərlə əlaqədar olaraq bunu dörd qrupa bölmək olar:



I – ağılın itməməsi ilə əzələlərin sudurğası.

II – ağılın itməsi ilə əzələlərin sudurğası.

III – ağılın itməsi ürək və nəfəs yolunun funksional dəyişməsi (ürəyin paralici iflici).

IV – klinik ölüm. (ölüm və həyat arasında keçid vəziyyətdir). Elektrik cərəyanının insan orqanizminə təsiri bir neçə amildən asılıdır: Cərəyanın şiddəti, insan bədəninin müqaviməti, gərginliyin miqdarı, cərəyanın tezliyi və növü,keçmə müddəti ,cərəyanın bədəndən keçmə yolları və insan orqanizminin şəxsi xüsusiyyətləri (yaşı, cinsi, sağlamlığı və s.).

Elektrik cərəyanının təsirinin həlledici amili çərəyanın şiddətidir.

Cərəyan şiddəti 90...100 mA olduqda, onun təsir müddəti 3 saniyəyə qədər uzanarsa ürəyin iflici başlayır. Deməli cərəyanın 100mA və ondan yüksək qiyməti öldürücüdür. Cərəyan şiddəti ilə, onun təsir müddəti arasında aşağıdakı kimi asılılıq vardır.

burada I ad - adam bədənindən keçən cərəyan, mA;



t - təsir müddəti, san;

İnsan bədəninin müqavimətinin gərginlik altına düşmədə böyük rolu vardır. İnsan bədəninin müqaviməti Ra geniş hüdudda dəyişir 1000...100000 OM arasında. Bu qiymət, dərinin vəziyyətindən onun quru, nəm, kobudlaşmış, kəsik oilmasından çox asılıdır. Xəstə, sərxoş adamlarda bədənin müqaviməti az olur.



Qadınlarda və yeniyetmələrdə kişilərə nisbətən bədənin müqaviməti az olur.

Cərəyanın vurması onun növü və tezliyindən də asılıdır. Eyni dərəcəli travma törətmək üçün dəyişən cərəyana nisbətən sabit cərəyanın miqdarı daha çoxdur. 50 hs (hers)-dən az və 150 hs-dən çox tezlikdə elektrik cərəyanı daha qorxulu hesab olunur.


ELEKTRİK TƏHLÜKƏSİZLİYİNƏ GÖRƏ BİNALARIN TƏSNİFATI


Elektrik qurğularının təhlükəsizliyi onların hansı mühitdə istismar olunmasından çox asılıdır.

Yüksək nəmişlik, aqressiv qaz, buxar təsiri altında işləyən elektrik avadanlığının məftillərinin izolyasiyası daha tez sıradan çıxır. Adamların bədəninin müqavimətidə yüksək nəmlikdən azalır. Bütün istehsalat binları ətraf mühitdən asılı olaraq elektrik təhlükəsizliyinə görə aşağıdakı siniflərə bölünürlər.



  • Yüksək təhlükəli olmayan binalar

  • Yüksək təhlükəli binalar

  • Xüsusilə təhlükəli binalar.

Yüksək təhlükəli binalara aşağıda qeyd olunan xüsusiyyətlərdən birinə malik olan binalar aiddir.

  • nəmişliyi və ya buxarlılığı > 75% olan

  • daxilində cərəyan keçirən tozlar olan

  • cərəyan keçirən döşəməsi olan binalar.

  • Yüksək temperaturu (> + 300 S) olan

Yuxarıda göstərilən amillərdən heç biri olmayan binalar yüksək təhlükəli sayılmır.

Xüsusilə təhlükəli binalara aşağıdakı amilləri olan binalar aiddir.

  • Nisbi nəməiyi 100%-ə yaxın və t > 300 S

  • daxilində kimyəvi aktiv maddələrin olması (turşu, qələvi buxarı).

  • Yüksək təhlükəli binalardakı amillərdən iki və daha çox olması.

  • Bina xaricində istismar edilən elektrik qurğuları və s.

  • K/t-da binaların çoxu (tövlələr, kübrə və zəhərli maddələr saxlanan ambarlar, torpaq döşəməli başqa binalar) yüksək təhlükəli binalara aiddir.



ADDIM GƏRGİNLİYİ


Addım gərginliyi dedikdə gərginlik altında olan məftil qırılıb düşdükdə yaxud gövdəsi gərginlik altında olan avadanlığın gövdəsinə birləşdirilmiş torpaqlayıcıdan yerə cərəyan axdıqda həmin sahəyə yaxınlaşan adamın iki ayaqları arasındakı sahə gərginliyi (addım gərginliyi) adlanır.

Elektrik təhlükəsizlik qaydalarına görə addım gərginliyindən müxtəlif dərəcədə zədələnmələr yaxud ölüm hadisəsi baş verir.

Addım gərginliyini aşağıdakı əyrinin köməyi ilə aydınlaşdıraq.

AM - əyrisindən görünür ki, torpaqlayıcının yaxınlığından yerə axma

cərəyanı A, Б, V, Q, Д ,E nöqtələri ilə təyin edilir.

20 m


M



O

Bu nöqtələr arasında gərginlik düşgüsü insanın addımına uyğun0,8 m. bərabər kəsmələrdə aB, bV, vQ, qD və dE olur.

Beləliklə OM xəttini insan addımına uyğun 0,8 m hissələrə bölsək həmin nöqtələrdəki (müxtəlif nöqtələrdə) potensiallar fərqi yaranır.

Nə qədər torpaqlayıcıya yaxınlaşsan gərginlik daha çox olur.

Yəni Aa > Bb > Vv > qQ > Dd.

Təcrübə yolu ilə alınan qiymətlərdən görünür ki, sahələrdəki gərginlik düşküsü 1 m radiusda torpaqlayıcının yerləşdiyi yerin mərkəzindən yaxud məftilin qırılıb yerə düşdüyü yerdən ümumi gərginliyin 68%-ni, 2-10m radiusda ki, sahədə -24%-ni, 10-20m radiusda ki, sahədə - 8%-ni təşkil edir.

İnsanın gərginlik altında olan sahədə düşdüyü gərginlik düşgüsünü addım gərginliyi adlandırmaq olar.

Yuxarıdakı əyridən görünür ki, qırılıb yerə düşmüş məftilə yaxın yer daha təhlükəlidir.



Belə hal heyvanlar üçün daha təhlükəlidir. Çünki heyvanlarda qabaq ayaqla dal ayaq arası məsafə yəni addım daha böyükdür.



TOXUNMA GƏRGİNLİYİ

Toxunma gərginliyi dedikdə, gərginlik altında olan avadanlığın gövdəsi ilə ona toxunan insan arasındakı nöqtədə olan gərginlik başa düşülür.

Əgər insan yerə cərəyan axan zonadan (torpaqlanmış gövdəyə) elektrik qurğusunun gövdəsinə toxunarsa insan toxunma gərginliyinə düşür.



rtor.

Torpaqlayıcıya yaxın yerdə rtop = 0 olarsa



Umax = 0 olar

Göstərilən formula əsasında toxunma gərginliyini aşağıdakı kimi tapmaq olar.



Umax = Kmax · Jtox · Rtop ; V

burada Kmax – torpaqlama əmsalı olub qiyməti vahiqqən kiçik olur Kmax ≤ 1

Toxunma gərginliyi elə hallarda daha da təhlükəli olur ki, insan izolyasiyası pozulmuş qurğunun gövdəsinə toxunduqda ayaqqabısız yaxud nəmli yerdə durub toxunsun.

STATİK ELEKTRİKDƏN MÜHAFİZƏ

Məlumdur ki, iki müxtəlif maddələrin birgə sürtünməsindən, eyni zamanda maye və qazların ötürücü borularla hərəkəti zamanı statik elektrik cərəyanı yığımı yaranır. Statik elektrik cərəyanının yığımı böyük potensialın yaranmasına səbəb ola bilər.

Avtomobillərin beton yolla hərəkəti zamanı şinlərin sürtünməsi, qum hissələrinin və çınqılın avtomobilin metal hissələrinə zərbəsi nəticəsində onun banında gərginlik 3000 V-a, polad boru ilə benzinin axıdılmasında 3600 V-a kimi, qayış ötürməsində 15 m/san sürətlə hərəkətdə 80000 V-a, lentli yükləyici transpartiyorlarda isə 45000 V-a kimi gərginlik yaranır. Təcrübələrlə müəyyən edilmişdir ki, bütün yanar qazlar 3000 V potensiallar fərqində alışa bilər, 5000V potensiallar fərqində isə yanıcı tozlar yana bilər.

Kənd təsərrüfatı istehsalatında statiki elektrik cərəyanı avtosisternalarda neft məhsullarının daşınması və boru ötürücülərlə ötürülməsi zamanı, küləşin doğranması, taxıl və başqa quru üzvü kütlələri xırdalayan avadanlıqların gövdəsində, qayış ötürmələində, lentli yükləyicilərdə, hava ötürən ventilyasiya qurğularında və s. yaranır.

Statiki elektrikin fizoloji təsiri onun azad olunmuş enerji tutumunun qiymətindən asılı olaraq hissiyat zəif, güclü və hiss ediləcək iynə vurmaq kimi və yaxud itələmə kimi ola bilər.

Statiki elektrikdən mühafizə məqsədilə onun yaranma mənbəinin qarşısı alınır yaxud onun torpağa ötürülməsi təşkil edilir. Cərəyanın yaranmasının qarşısını almaq üçün iş yerində nisbi nəmliyi 70%-dən artıq etməklə, havanın ionlaşdırılması ilə və s. mümkündür.

Neft məhsullarının və başqa yanıcı mayeləri statiki elektrikdən mühafizə məqsədilə onların boşaldılması zamanı yüksəkdən tökmək və dağılmaqdan qorumaq lazımdır ki, sürtünmə az olsun.

Daha effektiv və ehtibarlı mühafizə vasitəsi metal hissələrin və rezervuarların (hövzələrin) cərəyan yarana biləcək yerlərin torpaqlanmasıdır;

Dielektrik mayelərin və neft məhsullarının daşınması üçün xüsusi cərəyan ötürən rezin şinli avtomobillərdən istifadə edilməlidir.

Köhnə konusturksiyalarda statiki elektriki ötürmək üçün metal zəncirlərdən istifadə edilir, hansı ki, azı beş yerdən yerlə əlaqə yaratmaq lazımdır.


Mövzuya aid test sualları

  1. Elektrik təhlükəsizliyi dedikdə nə başa düşülür?

  2. Elektrik cərəyanı insan orqanizmindən keçdikdə ona necə növ təsir göstərir?

  3. Elektrik vurması zamanı insan bədənində baş verən patoloji dəyişiklikləri neçə

qrupa bölmək olar?

  1. Cərəyan şiddətinin hansı qiymətindən yüksək öldürücüdür?

  2. İnsan bədənin müqaviməti hansı hüdudda dəyişir?

  3. Bütün istehsalat binaları ətraf mühitdən asılı olaraq elektrik təhlükəsizliyinə

görə neçə sinifə bölünürlər?

  1. Elektrik təhlükəsizliyinə görə yüksək təhlükəli binalar hansı xüsusiyyətlərdən

asılıdır?

  1. Xüsusilə təhlükəli binalara hansı amilləri olan binalar aiddir?

  2. Şəraitdən asılı olaraq insan neçə növ gərginlik altına düşə bilər?

  3. Addım gərginliyi dedikdə nə başa düşülür?

  4. Statik elektrikin yaranmasına səbəb nədir?

  5. Statik elektrikdən mühafizə məqsədilə hansı tədbirlərin görülməsi məsləhətdir?


MÜHAZİRƏ 11.

TEXNİKİ XİDMƏT VƏ TƏMİR İŞLƏRİNDƏ ƏMƏYİN

TƏHLÜKƏSİZLİYİ




Plan:
İş yerinin təşkili.

  1. Sökmə-yığma və çilingər işlərində təhlükəsizlik qaydaları.

  2. İstehsalat binalarına, iş yerlərinə və avadanlıqlara qoyulan tələbatlar.

  3. Elektrik qaynağı işlərində təhlükəsizlik tədbirləri.

  4. Qaz qaynağı təhlükəsizlik tədbirləri.

  5. İnsanların daşınmasında təhlükəsizlik tədbirləri.


İş yerinin təşkili: - İstehsalat travmaları ilə mübarizədə iş yerinin təşkili və xidmətdən, əməyin rasional üsullarından, qəbulların seçilməsindən çox asılıdır. İş yeri elə avadanlıqla təmin olunmalıdır ki, təhlükəsiz, minimum enerji sərf etməklə işçi ən yüksək texniki-iqtisadi göstəricilərə nail olsun.

Təmir və texnoloji xidmət işlərini yerinə yetirən zaman təmir-texnoloji avadanlıqlar erqonomik tələbatı təmin etməlidir.

İşçinin bədəninin vəziyyəti, onun fizioloji halı işin növündən və əmək şəraitindən asılı olaraq həll olunmalıdır. Misal üçün təmir işini yerinə yetirərkən, hərəkət etmədən oturaraq kütləsi 5 kq-a qədər olan hissələri, 5...10 kq –a qədər kütləsi olan hissəni oturmuş həmdə ayaq üstə, 10 kq-dan artıq kütləsi olan hissəni isə ayaq üstə qaldırıb işləməyə icazə verilir.


Sökmə-yığma və çilingər işlərində təhlükəsizlik qaydaları:

Təmir işlərində istehsalat travmalarının tədqiqi göstərir ki, əsasən travmaların çoxu sökmə-yığma əməliyyatlarında baş verir. Alətlərin saz olmasına nəzarət əsasən işçinin özü tərəfindən edilməlidir.

Sökmə-yığma işlərində əməyi yükgülləşdirmək və onun təhlükəsizliyini artırmaq üçün müxtəlif çıxarıcılardan (сьемники), qurluşlardan, mexanikləşdirilmiş əl alətlərindən istifadə olunur.

Əgər standarta uyğun olmayan avadanlıqdan istifadə edilirsə, qabaqcadan onun etibarlılığı, möhkəmliyi yoxlanılaraq akt tərtib edilməlidir.

İş zamanı elektrikləşdirilmiş alətlərdən istifadə edilirsə, işdən əvvəl işəsalanın yararlılığı, torpaqlama xətti, mənbədən gələn xəttin izolyasiya etibarlılığı yoxlanmalıdır. İş zamanı rezin əlcəklərdən, kəmərlərdən istifadə edilməlidir. Alətlərin qızması zamanı fasilə etməklə bir müddət alət boş işlədilməlidir.

Pnevmatik alətlərdən istifadə edildikdə birləşmə xətləri yoxlanılmalıdır, şlanqların qırılmasına yol verilməməlidir. Onların birləşdirilməsi tələb edildikdə mütləq hava kranı mənbədən saxlanıldıqdan sonra yerinə yetirilməlidir.


İSTEHSALAT BİNALARINA, İŞ YERLƏRİNƏ, AVADANLIQLARA QOYULAN TƏLƏBATLAR.

İş yeri elə təşkil edilməlidir ki, hər bir işçiyə minimum 4,5...5 m2 sərbəst sahə, 16...20 m3 həcm düşsün. İş yerlərindəki stellajlar yığılacaq materialların ölçülərinə uyğun gəlməli, üzərində maksimum buraxıla bilən yük aydın yazılmalıdır. Zay hissələrin yığılması üçün ayrıca yer təşkil edilməli, yonqar və başqa tullantılar üçün yeşik qoyulmalıdır. Hər bir iş yerində işçi alətləri komplekti və nəzarət-ölçü cihazları olmalıdır. İş yerinin avadanlığı iş ardıcıllığına uyğun yerləşdirilməlidir. İş yerinin təşkili DÜİST 12.2.032–88(98)-in habelə DÜİST 12.2.017-96-nın tələblərinə cavab verməlidir. Belə ki, alətlər saz və itilənmiş olmalı, təyinatına görə işlədilməlidir. Müəssisənin mühəndis-texniki işçiləri alət və quruluşların sazlığını yoxlamalı, nasaz alətlərin saxlanılmasını və ya çıxdaş edilməsini təşkil etməlidirlər.


ELEKTRİK QAYNAQ İŞLƏRİNDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ.

Elektrik qaynağı zamanı elektrik qövsü alındığına görə görünən və görünməyən parlaq işıq şüaları (ultra bənövşəyi və inforaqırmızı) görmə orqanlarına kəskin təsir göstərir. Parlaqlığın və ultirabənövşəyi şüanın təsiri gözün tor təbəqəsini görmə sinirlərini zədələyir. 1...3 gün müddətində davam edən kəskin ağrı hiss olunur. Əgər bu təsir uzunmüddətli olarsa, gözün xroniki xəstələnməsinə və hətta korluğa səbəb ola bilər.

Qaynaq aparılan sahələrdə avadanlığın və əmək şəraitinin təşkili DÜİST 12.2.008-90-nin tələblərinə uyğun gəlməlidir. Buna görə də bir sahədə bir neçə qaynaqçı işləməməli və böyük sexin bir tərəfində qaynaq aparılmalı olduqda qaynaqçıların iş yeri qalan sahədən metal arakəsmə ilə ayrılmalıdır. Hər qaynaqçı üçün 4,5...5 m2 sərbəst sahə olmalı və arakəsmə tavandan 0,25...0,3 m aşağı dayanmalıdır. Qaynaq stolunun və transformatorun gövdəsi yerləbirləşmə quruluşuna birləşdirilməlidir. Açıq havada qaynaq ancaq çardaq altında və ya yağmursuz havada aparılmalıdır.

İçərisində yanacaq-yağlama materialları olan qablar 12%-li koustik soda məhlulu və isti su ilə yuyulub qurudulduqdan sonra qaynaq olunmalıdır.



Qaynaqçı cərəyanın qiymətinə görə ЭS-1, ЭS-2, ЭS-3 və ЭS-4 markalı maska (DÜİST 12.4.035-98) və ya qara şüşəli eynək kimi fərdi mühafizə vasitələri, habelə brezent əlcək və xüsusi geyimlə təmin olunmalıdırlar. Qaynaq nəm otaqlarda və ya nəmişlik şəraitində aparılarkən qaynaqçı rezin əlcək və qaloş geyib, rezin xalça, yaxud quru taxta ayaqaltı üzərində dayanmalıdır.

QAZ QAYNAĞI əsasən oksigen və asetilenin qarışığı ilə aparılır. İş vaxtı qaz balonu çıxış borusuna reduktor (yüksək təzyiqi işçi təzyiqə qədər alçaltmaq üçün) bağlanmalı, onun iki manometri və kranı olmalıdır.

Qaynaq üçün asetilen ya balonlarda gətirilir, ya da asetilen generatorundan götürülür. Asetilen generatorunda kalsium karbidlə su arasında kimyəvi reaksiya gedərək sönmüş əhəng və asetilen alınır:



Beləliklə, 1 kq kalsium karbidlə 10 l su arasında gedən reaksiyadan 250 litrə qədər asetilen alınır. 16 kq kalsium karbiddən alınan asetilenin yanmasına 5 m3 oksigen sərf olunur. İş zamanı generatorun istismar qaydasının pozulması ciddi təhlükəli partlayış törədə bilər.



Açıq havada işlədildikdə asetilen generatoru adamlar az olan sahədə qaynaqçıdan azı 10 m aralı yerləşdirilməlidir.

Oksigen balonu isə qaynaqçıdan azı 5m aralı olmalıdır. Qaynaq qapalı binalarda aparıldıqda isə asetilen generatoru odadavamlı materialdan tikilmiş (sərbəst hündürlüyü azı 3 m olan) ayrıca otaqda yerləşdiirlməli, otağın qapısı çölə açılmalı, ventilyasiya, stasionar iş yerlərində yerli sorma sistemi qurulmalıdır.

İNSANLARIN DAŞINMA QAYDALARI

İnsanların daşınması üçün xüsusi müəyyənləşdirilmiş nəqliyyat vasitələrindən istifadə edilir. Hərəkətə başlamamışdan əvvəl sürücü tam əmin olmalıdır ki, hərəkətin təhlükəsizliyi tam təmin olunmuşdur. Qapılar bütün tərəflərdə möhkəm bağlanmalıdır, onların açılması yalnız tam dayandıqdan sonra aparıla bilər.



İnsanların yük maşınlarının banında daşınması hallarında, üç ildən az olmayaraq fasiləsiz iş stajı olan sürücülərə icazə verilir. Bu zaman maşınların banı xüsusi olaraq hazırlanmalıdır. Oturacaqlar təlimata uyğun möhkəm bərkidilməli və oturacaqların sayına uyğun insanlar oturmalıdır. Oturacaqların sayından artıq bir nəfərin belə oturmasına icazə verilməməlidir.

Hər bir maşında xüsusi müəyyənləşdirilmiş yerdə həcmi 2 litirdən az olmayaraq xüsusi kimyəvi odsöndürən yerləşdirilməlidir.

Sürücü hərəkətə başlamamışdan əvvəl sərnişinlərin düşməsi və ya minməsi barədə təlimatlandırmalıdır, hərəkət zamanı heç kimin yerindən qalxmasına icazə verilmir. Uşaqların qrup halında daşınması zaman mütləq iki nəfərin maşının banında nəzarət üçün yerləşdirilməsi təmin edilməlidir. Bütün hallarda əgər maşınların banında insan daşınırsa hərəkət surəti 60 km/saat-dan artıq olmamalıdır.



Özü boşaldan maşınlarda, sisternlərdə yarım qoşqusu olan maşınlarda insanların daşınmasına icazə verilmir.

Avtobuslarda və ya xüsusi yük maşınlarında uşaqlar daşındıqda, maşınların həm qarşısında, həmdə arxasında xüsusi bildirişlər asılmalıdır.

Mövzuya aid test sualları

  1. Texniki xidmət və təmir işlərində əməyin təhlükəsizliyi nədən asılıdır?

  2. Təmir və texnoloji xidmət zamanı insanların hansı amilləri nəzərə alınmalıdır?

  3. Təmir işini yerinə yetirərkən, hərəkət etmədən oturaraq kütləsi neçə kiloqrama qədər olan hissələri qaldırıb işləməyə icazə verilir?

  4. Təmir işlərini yerinə yetirərkən neçə kq-a qədər kütləsi olan hissəni ayaq üstə qaldırıb işləməyə icazə verilir?

  5. İş yerinin təşkili hansı dövlət standartlarının tələblərinə cavab verməlidir?

  6. Qaynaq aparılan sahələrdə avadanlığın və əmək şəraitinin təşkili hansı Dövlət standartına uyğun gəlməlidir?

  7. Elektrik qaynağı zamanı DÜİST 12.4.035-98-ə uyğun olaraq hansı mühafizə vasitələri seçilməlidir?

  8. Qaz qaynağı zamanı 1 kq kalsium karbidlə (CaC2) 10 litr su arasında gedən reaksiyadan neçə litrə qədər asetilen alınır?

  9. On altı kq kalsium karbiddən alınan asetilenin yanmasına 5 m3 oksigen sərf olunur. İş zamanı generatorun istismar qaydalarının pozulması hansı fəsadlar yarada bilər?

  10. Açıq havada işlədikdə asetilen generatoru qaynaqçıdan azı nə qədər məsafədə yerləşdirilməlidir?

  11. İnsanların daşınması üçün hansı nəqliyyat vasitələrindən istifadə etmək olar?

  12. Bütün hallarda əgər maşınların banında insan daşınırsa hərəkət surəti neçə km-dan artıq olmalıdır?



MÜHAZİRƏ 12.
HEYVANDARLIQDA VƏ QUŞÇULUQDA

MEXANİKLƏŞDİRİLMİŞ VƏ MEXANİKLƏŞDİRİLMƏMİŞ

İŞLƏRDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
P L A N


  1. Heyvandarlıqda istehsalat travmalarının analizi.

  2. Heyvandarlıqda əsas işlərin yerinə yetirilməsində təhlükəli faktorların xarakteristikası.

  3. Texnoloji avadanlıqların quraşdırılmasında, yemin hazırlanmasında, yemin paylanmasında, peyinin yığılmasında, sağım və soyuducu qurğulara, qulluq zamanı təhlükəsizlik tədbirləri.

ÜMUMİ MƏLUMAT:

Əməyin təhlükəsizliyinə, aparılan profilaktiki tədbirlərin səmərəliliyinin törəməsi kimi baxmaq lazımdır.

Belə hazırlanmış kompleks planın əsasını istehsalat travmalarının hərtərəfli analizi təşkil edir. Analiz bir sıra göstərici və faktorların öyrənilməsini (araşdırılmasını) tələb edir.

Burada əsasən: - səbəb və bədbəxt hadisənin şəraiti; zədələyici faktor , travmanın növü, bədbəxt hadisələrin xüsusi çəkisi, istehsalat sahəsinə görə, travmanın zərərçəkənlərin ixtisaslarına görə paylanması, yaşı və onların iş stajları, vaxt və mövsüm, sosial-iqtisadi zərər və s.
HEYVANDARLARIN ƏMƏYİNİN XARAKTERİSTİKASI:

DÜİST 12.0.003-74(94)-ə müvafiq olaraq zərərli və təhlükəli istehsalat faktorlarının sinifləri hərtərəfli göstərilmişdir.

Heyvandarlıq və quşçuluqda isə bu xüsusi olaraq göstərilir.

Göstərilmiş sxemə uyğun olaraq obyektləri şərti olaraq dörd xüsusi və biri-birindən fərqli qrupa bölmək olar: partlayış təhlükəli, yanğın-təhlükəli, enizootik və toksiki (heyvandarlıqda istifadə edilən zəhərli maddələr) və heyvanlar (ayrı-ayrı növləri və ya cinsi yetginlik qrupuna görə).

XİDMƏT İŞÇİLƏRİNƏ ÜMUMİ TƏLƏBAT:

İşə fiziki cəhətdən sağlam, tibbi müayinədən keçmiş, istehsalat proseslərlərini, öz vəzifəsini yaxşı bilən, əmək mühafizəsi sahəsində dərin nəzəri biliyə malik olan, təhlükəsiz iş üsullarını bacaran şəxslər buraxıla bilər.

ZOOMÜHƏNDİS- heyvandarlığın mühəndis istiqamətli texnoloqu. O daima yemin yığılmasında və hazırlanmasında, yemləmədə, heyvandarlıq fermalarının su təchizatı ilə, inəklərin sağılması, qoyunların qırxılması, müəyyən hissə heyvandarlıq məhsullarının emalı və s. ilə əlaqəlidir (bağlıdır).

BAYTAR HƏKİM: öz işini heyvanların çoxlu miqdarda cəmləndiyi və texnoloji avadanlıqdan qrup şəklində istifadə edilməsi şəraitində aparır.

Belə şəraitdə yolxucu və yoluxmayan xəstəliklərin profilaktikasının, müxtəlif yoluxmaların aradan qaldırılmasının, dezinfeksiyanın, dezinseksiyanın, dezaktivatsiyanın, deratizatsiyanın, dezodoratsiyanın vaxtlı-vaxtında aparılmasının böyük əhəmiyyəti vardır. (aparılması böyük əhəmiyyət kəsb edir).


YEMİN YIĞILMASINDA VƏ HAZIRLANMASINDA

TƏHLÜKƏSİZLİK QAYDALARI



Heyvandarlıqda traktor aqreqatlarından yemin yığılmasında, onların yüklənməsində, boşaldılmasında və paylanmasında istifadə olunur. Bu maşınların istismarı öz spesifik xüsusiyyətlərinə görə bitkiçilikdə istifadə olunan maşınlardan fərqlənirlər.

Bu növ işlərdə əməyin təhlükəsizliyi təkcə maşın və mexanizmanın texniki vəziyyətindən deyil eyni zamanda işin təşkilindən asılıdır, xüsusi olaraq harada ki eyni vaxtda bir neçə adam işləyir. İşin yerinə yetirilməsi rəhbərlik və baş mütəxəsislər tərəfindən təsdiq edilib hazırlanmış texnologiya və hərəkət istiqamətində aparılmalıdır.



Rəhbərlik qaba yemlərin yığılmasında işin təşkilini və təhlükəsizliyini təmin etmək üçün cavavdeh şəxs təyin etməlidir. Onun əsas vəzifəsi: tayaların vurulması üçün sahənin seçilməsi, xüsusi rasional sxema üzrə yükləyici və daşıyıcı maşınları müəyyənləşdirmək, hərəkətin buraxıla bilən sürətini seçmək, işçilərin təhlükəsiz işini təlimatlandırmaq, işçilərdən birini tayanın vurulmasında rəhbər təyin etmək və onun vəzifəsini ona aydınlaşdırmaq işin gedişinə mütamadə (sistematik) olaraq nəzarət etməkdir. Taya vurma işi ancaq işıqlı vaxtda aparılmalıdır, küləyin sürəti 6 m/san artıq olmamalıdır. Məlum olduğu kimi tayaları müvafiq formaya salınması müəyyən yüksəklikdə yerinə yetirilir, buna görə bu işə xüsusi tələbat olmalıdır.

İşə başlamamışdan əvvəl bütün işçilər (taya vuranlar) tibbi müayinədən keçdikdən sonra yüksəklikdə işləmək üçün buraxılış almalıdırlar.



Cavabdeh şəxs işçiləri saz alətlərlə və nərdivanla təmin etməlidir.

Hərəkət edən yükü qaldıran (Taya vuranların) sürəti yüklə 3 km/saat-dan, yüksüz – 17 km/saat-dan artıq olmamalıdır.

Silos və senajın qüllələrdə yığılması zamanı böyük (starşi) mexanizator təyin edilməlidir. Xəndəklərdə (xüsusi quyularda) silosun yığılması zamanı bacarıqlı mexanizatorlardan biri silos kütləsinin kipləşdirilməsində iştirak edir. Silos və ya senajın kipləşdirilməsində I və II dərəcəli traktorçulara icazə verilir.

Köməkçi işçi kimi 18 yaşına çatmış fiziki cəhətdən sağlam şəxslərə icazə verilir. Kipləşdirmə üçün yalnız zəncirli traktorlara icazə verilir. Xəndəklərdə eyni vaxtda ikidən artıq traktorun işləməsinə icazə verilmir bu zaman xəndəklərin eni 12 m-dən az olmamalıdır.

Kənd təsərrüfatında yemin-senajın yeni texnologiya ilə hazırlanması təcrübi olaraq geniş sürətdə tətbiq olunur. Tədqiqatlar göstərir ki, senaj qüllələrinin düzgün istismar edilməməsində qəzaların və travmaların baş verməsi yaranır. Bunların əsas səbəbləri: qoruyucu qurğuların olmaması yaxud yararsız olmasından işçilərin yüksəklikdən yıxılmaları, müxtəlif əşyaların və alətlərın düşməsi, avadanlıqların istismarında təhlükəsizlik qaydalarının kobud sürətdə pozulması və s. Bundan başqa yaddan çıxarmaq lazım deyildir ki, senaj qüllələrindən istismar zamanı fermentasiya dövründə zəhərli qazlar ayrılır (CO).

Senaj qüllələrinə xidmət üçün iki nəfər sazlayıcı-operator ayrılmalıdır və onlardan bir nəfəri böyük kimi təyin olunur.

Sazlayıcı-operator işinə yaşı 18-dən aşağı olan gənclər buraxılmır, onlar müəyyən edilmiş vəsiqə almaqla 30 m-ə qədər yüksəklikdə işləmək üçün tibbi müayinədən keçməlidirlər.

İldırım (şimşək) olan zaman mütləq iş dayandırılaraq işçilər qüllədən 50 m-dən az olmayaraq uzaqlaşdırılmalıdır.

Zərərli və təhlükəli təsirlərdən qorunmaq üçün senaj qülləsinə xidmət işçiləri fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdırlar (bu zaman işçilərə PŞ-1 markalı əleyhiqaz verilməlidir).

Yem hazırlayan maşınlarda işləyən işçilər xüsusi olaraq təlimatlandırılmalı və nəzarət altında olmalıdırlar.




YEMİN PAYLANMASI VƏ PEYİNİN YIĞILMASI AVADANLIQLARINA

XİDMƏT ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARI

Mexanizm və avadanlıqlar müvafiq layihə üzrə möhkəm bünövrə üzrə quraşdırılaraq yerləşdirilir.

Stasionar yempaylayıcıların xətləri və çəkici quruluşları ehtibarlı çəpərlənməlidir.

Xidmət körpücüyü, yempaylayıcı platformaya texniki xidmətdə istifadə üçün 1,1m hündürlükdə hasarlanır. Meydançaya qalxmaq üçün 0,8 m-dən 1 m-ə-dək enində iki tərəfli pilləkandən istifadə edilir, maillik 45o-dən artıq olmamalıdır (daimi istifadədə 60o-ə ola bilər).

Stasionar yempaylayıcılara xidmət zamanı transportiyoru (daşıyıcını) işə salmaq və dayandırmaq üçün xətlərin sonunda müəyyən məsafədən idarə edən iki tərəfli TVK-80A quraşdırılır. ÜİETƏMİ (VNİİOT) transportiyoru müəyyən məsafədən saxlamaq üçün quruluş hazırlamışlar.

Heyvandarlıq fermalarının binalarından peyini xaric etmək üçün əsasən iki üsul mövcuddur.

Bunlardan birincisi hidravliki yuma, digəri pinevmatik qurğular vasitəsilə edilir.

Hidravlik yuma üsuli ilə peyini ferma binasından xaric etdikdə yuma kanallarının üstündə bütün yerdə ehtibarlı bərkidilmiş hasar çəkilməlidir, peyin öz vaxtında kanallardan keçərək peyin saxlanan ambarlara ötürülməlidir.

Peyinin çıxarılması zamanı pnevmatik qurğuların istismarı zamanı nəzərə alınmalıdır:

a) stasionar kompressor qurğularında hava və qaz ötürənlərin təhlükəsiz istismar və quruluş qaydalarını.



  1. təzyiq altında işləyən qabların təhlükəsiz istismar və quruluş qaydalarını.

Təsərrüfat rəhbərinin əmri ilə mühəndis-texniki işçilərdən bir nəfər pnevmatik qurğuların təhlükəsiz istismarı üçün cavabdeh şəxs kimi müəyyənləşdirilməlidir.

Cavabdeh şəxs Dövlətenergetika nəzarəti müfəttişliyində qurğunun təhlükəsiz istismarı üçün imtahan verməlidir.

Belə qurğularda 18 yaşından yuxarı, xüsusi nəzəri cəhətdən öyrədilmiş, vəsiqəsi olan və tibbi müayinədən keçmiş şəxslərin işləməsinə icazə verilir.

Peyin yığılan quyularda işləmək lazım olduqda təsərrüfatın baş-mühəndisi yazılı formada naryad-buraxılış vəsiqəsi yazaraq təhlükəsizlik texnikası qaydaları xüsusi olaraq göstərməlidir. Peyin quyusunda işləmək üçün briqadanın tərkibi 3 nəfərdən az olmamalıdır.

Bunlardan biri quyunun içərisində, ikinci çöldə (yuxarıda) işləməlidir. Üçüncü dayanaraq quyuda işləyənə nəzarət etməlidir müəyyən hadisə baş verdikdə ona kömək etməlidir. Birqada üzvüləri aşağıdakı ləvazimatlarla təmin edilməlidirlər: qoruyucu kəmər, quyunun dərinliyindən artıq 2000N (nyuton) yükə hesablanmış iplə, süzgəcli, qutulu KD markalı yaxud, borulu PŞ-2 markalı əleyqaz, qoruyucu kombinizon, rezin əlcək, ayaqqabı, akkumulyatorla işləyən 12 V gərginlikli fanar.


SAĞIM VƏ SOYUDUCU QURĞULARA XİDMƏT ZAMANI


TƏHLÜKƏSİZLİK QAYDALARI
Sağım sahələrində avadanlıqların yerləşdirilməsi və təşkili aşağıdakı tələbatlara cavab verməlidir:

Maşınla sağımda operatorların təhlükəsizliyini təmin edilməlidir.

Operatorun işini yüngülləşdirmək ona dəqiq və tez görməni, eşitməni müəyyən siqnalları qəbul etmək imkanı və işçi hərəkəti aşılanmalıdır.

Avadanlıqların və iş sahəsində yaxşı görməni təşkil etməklə, işin gərginliyini azaltmaq, operatorun fizioloji cəhətdən yaxşı forma almasını təmin edilməlidir.

Vakkum qurğu, kompressorlar, elektirik mühərriki, işə buraxma apparatı xüsusi ayrılmış otaqda olmalıdır.

Başqa avadanlıqların və kənar adamların bu otağa buraxılmasına icazə verilməlidir.

Tövlənin içərisində boru ötürücülər yerləşdirildikdə elektirik xətləri ilə onların ara məsafəsi minimum 100 mm olmalıdır. Operatorun işini yaxşı təşkil etmək üçün sağım aparatlarını işə salan ,südü ötürən, vakkum xətti 1700...1900 mm yüksəklikdə yerləşdirilməlidir, keçid yerlərində onlar 2200 mm-ə qədər qaldırıla bilər.

Xətli sağım qurğularında sağıcılar üçün xarakterik travmalardan biri termiki yanmadır. Bu da vedrələri qaynar su ilə qarışdırdıqda yaxud vedrələrə suqızdırıcılardan su doldurduqda alınır. Bunu aradan qaldırmaq üçün iş yerinə əl ilə qaynar su gətirməkdən azad etmək lazımdır. Əl ilə yuma zamanı yuyucu qarışığın temperaturu 40-450S-dən artıq olmamalıdır.

Süd ötürücüləri və sağım aqreqatlarını söküb-yığan zaman xidmət işçiləri əlin travma almasından qorunmaq üçün şüşədən hazırlanmış hissələrlə ehtiyatlı davranmalıdırlar.

Sağım aqreqatlarını, süd ötürücüləri, soyuducuları və süd yığıma qablarını yuyub dezinfeksiya edən işçilər xüsusi mühafizə geyimləri ilə: eynək, rezin əlcəklər, rezin döşlüklər, rezin çəkmələr və s. təmin edilməlidirlər.

Müasir heyvandarlıq komplekslərində və fermalarda soyuducu qurğulardan geniş istifadə edirlər. Bu məqsəd üçün freon yaxud ammonyak qazından istifadə olunur. Onlardan düzgün istifadə edilmədikdə ağır nəticələr baş verə bilər.

Müəyyən edilmişdir ki, havada 30% freon qazı olduqda insan boğulub ölə bilər. Maye freon gözə düşsə kor edir, bədənin hər hansı hissəsinə düşsə dondurur. Buna görə soyuducu qurğularda 18 yaşı keçmiş, xüsusi öyrədilmiş və bu qurğunu işlətmək üçün vəsiqəsi olan şəxslərə icazə verilir.

Hər bir soyuducu qurğuda xüsusi jurnal açılır, burada onun iş göstəriciləri, aparılan əməliyyatlar, qaldırılan nasazlıqlar, nəzarət-ölçü və avtomat cihazların göstərici-ləri orada qeyd edilir.

Soyuducu qurğunun sxemi maşın şöbəsində görkəmli yerdən asılmalıdır.

Soyuducu qurğulardan o vaxt istifadə edilməyə icazə verilir ki, manometr və manovakkummetrlər Dövlət standartlar komitəsinin ölçü cihazlarını yoxlama şöbəsi tərəfindən şəhadətləndirilir. Bu cihazlar hər il və hər bir təmirdən sonra yoxlanılmalıdır (şahadətləndirilməlidir).

Avtomatik ölçü cihazları ildə iki dəfədən az olmayaraq yoxlanır və jurnalda qeyd edilir.

Soyuducunun balonları xüsusi otaqlarda, istilik mənbələri olmayan yerlərdə saxlanmalıdır.

Cihaz və qablarda qoruyucu klapanlar təzyiq təsir edən tərəfdən açılma 1,8 MPa, sorulma tərəfdən isə 1,2 MPa təzyiqə nizamlanır və ildə iki dəfədən az olmayaraq yoxlanır.


Mövzuya aid test sualları

  1. Heyvandarların əməyinin xarakteristikası hansı Dövlət standartında hərtərəfli göstərilmişdir?

  2. Heyvandarlıq və quşçuluqda obyektləri şərti olaraq neçə xüsusi qrupa bölmək olar?

  3. Heyvandarlıqda xidmət işçilərinə ümumi tələbat nədən ibarətdir?

  4. Heyvandarlıqda traktor aqreqatlarından hansı əməliyyatlarda istifadə olunur?

  5. Heyvandarlıqda görülən işlərdə əməyin təhlükəsizliyi tək maşın və mexanizmaların texniki vəziyyətindən başqa hansı faktorlardan asılıdır?

  6. Qaba yemlərin yığılmasında təyin edilmiş cavabdeh şəxsin əsas vəzifələri nədən ibarətdir?

  7. Taya vurma işi ancaq işıqlı vaxtda aparılmaqla, küləyin surəti neçə

dən artıq olmamalıdır?

  1. Hərəkət edən yükü qaldıran Taya vuranın sürəti yüklə və yüksüz neçə

olmalıdır?

  1. Şirəli yem olaraq silos və senajdan heyvandarlıqda geniş istifadə olunur.

Senaj qüllələrinin düzgün istismar edilməməsindən qəza və travmaların baş

verməsi yaranır. Bunların əsas səbəbləri nədir?

  1. Heyvandarlıq fermalarının binalarından peyini xaric etmək üçün mövcud

olan üsullardan biri pnevmatik qurğular vasitəsilə edilir. Pnevmatik

qurğuların istismarı zamanı nələr nəzərə alınmalıdır?

  1. Heyvandarlıq fermalarında peyin quyusunda işləmək üçün briqadanın tərkibi neçə nəfərdən az olmalıdır?

  2. Peyin quyusunda işləyən briqada üzvləri hansı ləvazimatlarla təmin

edilməlidirlər? Sağım avadanlıqlarının yerləşdirilməsi və təşkili hansı

tələbatlara cavab verməlidir?

  1. Müasir heyvandarlıq komplekslərində və fermalarda soyuducu

qurğulardan geniş istifadə edilir. Bu məqsədlə freon yaxud ammonyak

qazından istifadə olunur. Həmin sahələrdə təhlükəsiz işi neçə təşkil etmək

olar?

  1. Sağım avadanlıqlarının yerləşdirilməsi və təşkili hansı tələbatlara cavab

verməlidir?

MÜHAZİRƏ 13.
ƏKİNÇİLİKDƏ İSTİFADƏ OLUNAN TRAKTORLAR VƏ ÖZÜYERİYƏN KƏND TƏSƏRRÜFATI MAŞINLARININ KONSTRUKSİYASINA ÜMUMİ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ


P L A N:


  1. Maşın və mexanizmalarla xidmət işçilərinə tələbat.

  2. Maşın-traktor aqreqatlarının texniki vəziyyətlərinin

təhlükəsizliyinə tələbat.

  1. Maşın-traktor aqreqatlarının komplektləşdirən zaman

təhlükəsizlik qaydaları.

  1. Sahələrə, çəmənliklərə, hərəkət marşrutuna, keçidlərə

təhlükəsizlik tələbləri.

  1. Əkinçilikdə əsas sahələrdə texnikadan istismar zamanı

təhlükəsizlik qaydaları.

  1. Əkinçilikdə mexanikləşdirilməmiş işləri yerinə yetirən zaman

zərərli amillər.

  1. Əl alətlərinin təhlükəsizlik tələbləri.


TRAKTORLAR VƏ ÖZÜYERİYƏN KƏND TƏSƏRRÜFATI MAŞINLARININ KONSTRUKSİYASININ ÜMUMİ TƏHLÜKƏSİZLİYİNƏ TƏLƏBAT
Traktorların layihəsi zamanı təhlükəsizliyə təlabat DÜİST 12.2.019-86-da göstərilən kənd təsərrüfatı və özüyeriyən maşınlara (şassinlərədə) şamil edilir.

Bütün yuxarıda qeyd olunan maşınlara kabinalar quraşdırılır. Sürücüləri aşma zamanı zədələnmədən qorumaq məqsədi ilə bütün tırtırlı və zəncirli traktorlar möhkəm metal kabina və karkaslarla təchiz olunurlar. Bir yerli kabinada oturacağın eni minimum 950 mm, iki yerlidə 1400 mm-dən az olmamalıdır. Kabinanın qapısı avtomatik bağlanması üçün qurğu ilə təchiz olunmalıdır.

Əgər sürücünün iş yeri yerdən və yaxud hər hansı dayanacaqdan 550 mm-dən yüksəkdə yerləşirsə təhlükəsiz qalxmaq və enmək üçün xüsusi nərdivan (piləkən) yaxud ayaqaltı quraşdırılır. Onların layihəsi möhkəm və tətpənməz olmalıdır. Aşağı ayaqaltı yerdən 400 mm-dən yüksək olmamalıdır. Sonrakı ayaqlıqların arası məsafə 250...300 mm olmalıdır. Ayaqaltıların eni minumum 150 mm, dərinliyi 100 mm olmalıdır.

Sürüşməni azaltmaq üçün kabinanın döşəməsi, yaxud traktorçunun hərəkət sahəsi 1...2,5 mm hündürlükdə çıxıntılı metaldan hazırlanmalıdır.

Kabinanın tavanına (potolok) mexanizatorun oturacaq hissəsindən üstdə yumuşaq üzlük çəkilməlidir.

Traktorların kabinalarının qabaq və dal şüşələrinin tərləməsi və çirklənməsi zamanı təmizləmək üçün xüsusi avtomatik olaraq işə salınan (bu zaman mühərrikin işi və maşının sürəti nəzərə alınmır) qurğu ilə təchiz olunur. Özüyeriyən kənd təsərrüfatı maşınlarında bu ancaq qabaq şüşələrin təmizlənməsi üçün nəzərdə tutulur. Günəş şüalarından qorunmaq üçün kabinalarda xüsusi günötürücülər quraşdırılır.

Kabinalarda mikroiqlim normallaşdıran quruluşlar olmalıdır, kabinada isti vaxtı temperatura çöldəkindən 2...30S-dən artıq olmamalıdır, yəni 140S-dən aşağı 280S-dən yuxarı temperatura, havanın nisbi nəmliyi 40...60% olmalıdır.

Orta dərəcəli rayonlarda, ən isti aylarda 250S-dən artıq temperaturada saat 1300-da kabinada temperatura 310S –dən artıq olmamalıdır.

Traktorların kabinalarını qızdırmaq üçün (qış aylarında) xüsusi qızdırıcılar qoyulur ki, bunlar 140S-dən az olmayaraq (çöldə 100...200S-yə qədər t- olduqda) kabinanı qızdırır.

Kabinanın içəri hissəsini işıqlandırmaq üçün avtomatik işə qoşucu ilə xüsusi plafon quraşdırılır.

Traktorlarda kabinadan işə salınan xüsusi səs siqnalları olmalıdır. Səs siqnalının səviyyəsi çöldən traktorun səs səviyyəsindən 8 dБ-dən artıq olmalıdır.

Hər bir traktor xüsusi apteçka, minimum 3ℓ içməli su tutan termos, üst geyimləri asmaq üçün yer və yanğınsöndürücü vasitələrlə təchiz olunmalıdır.

Traktorların və şassilərin idarə etmə orqanları elə yerləşdirilməlidir ki, sürücünün iş yerindən çıxıb-düşməsinə, ayaqlarının sərbəst hərəkətinə idarə etmə zamanı maneəçilik törətməməlidir.

Bütün traktorlar və özüyeriyən şassilər əyləyici quruluşlarla təchiz olunurlar.

Əyləyici sistemlər müəyyən sürətlə hərəkət edən υo (km/saat) maşının saxlanmasının müəyyən yolda ℓtopm(m) aşağıda göstərilən formada təmin etməlidir.

Traktorlar üçün soyuq əyləyicilərdə (yəni qızmamış)



Qalan maşınlarda soyuq əyləyicilərdə



Əgər əyləyicilər 1000S-dən artıq qızmışsa onda tormoz yolunun uzunluğu yuxarıda göstəriləndən 25% artıq olur.

Orta yavaşıma, əyləmə zamanı soyuq əyləyicilərdə 5,5 m/san2-dan az olmamalıdır, qızmış halda 1000S-dən artıq əyləyicilərdə isə 2,8 m/san2 olmalıdır.

Qeyri düzxətlilik hərəkət tormozlanma əyləyici işə salınan zaman 0.5 m-dən artıq olmamalıdır. İdarə etmə sükanı az istilik keçirən materialdan hazırlanmalıdır, yaxud onun üzərində xüsusi üzlük çəkilməlidir, 0,5 mm-dən az olmayaraq.

Yanacaq doldurma bakın qapağı (qorlavinası) və soyutma sistemi kabinadan kənarda yerləşdirilməlidir. Xidmətin yaxşı yerinə yetirilməsi üçün yanacaq bakının doldurma yeri, radiatorlar, akkumulyatorlar 1400 mm-dən yüksəkdə olmamalıdır, qalan xidmət sahələri, operatorun ayaqları duran yerdən - 1800 mm hündürlükdə yerləşdirilə bilər. Yanacağın miqdarının göstəricisi traktorlarda kabinalarda yerləşdirilir, özüyeriyən maşınlarda –kabinada yaxud yanacaq bakında olur.

Təkərli becərmə traktorları koleyanın enini dəyişmək üçün xüsusi quruluş olmalıdır.

Taxılyığan kombayınların və özüyeriyən şassilərin döyən aparatları statik elektrik cərəyanını ötürmək üçün xüsusi yerləbirləşmələri (zazemeniya) olmalıdır.

Dağ şəraitində istifadə olunan traktor və özüyeriyən şassilərin aşma hüdudunu göstərən xüsusi siqnalizasiya olmalıdır (mis: DT-75K). Bunun üçün xüsusi maye hazırlanır 7 hissə qlitserinə bir hissə etil spirti qatılır. Onun içərisində xüsusi şarik yerləşdirilir. Bu sferik formada hazırlanaraq dairəvi dərəcələrə bölünür orta sahə (00-dən 200-yə qədər) ağ rəngdə rənglənir 200-dən artıq olan sahə qırmızı rənglə rənglənir. Göstərilən şarik qırmızı sahəyə keçən kimi demək yoxuşluluq 200-ni keçir onda mütləq traktor dayandırılaraq təhlükəli sahədən uzaqlaşdırılmalıdır.

DÜİST 12.2.019-86-ı eyni zamanda maşınların saxlanması, daşınması və quraşdırılması zamanı təhlükəsizlik tələblərini göstərir.

Maşınların ümumi yolda hərəkəti zamanı onların qabarit ölçüləri eninə 2,5 m və hündürlüyü 4,0 m-dən artıq olmamalıdır.

Müstəsna hallarda (misal üçün taxılyığan kombaynlarda) ümumi yolla hərəkətə icazə verilir ki, onda da en götürüm 4,4m hündürlüyü 4,0 m-dən artıq ölçü olmamalıdır.
MAŞIN-TRAKTOR AQREQATLARININ İSTİSMARI

ZAMANI TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Traktor aqreqatlarından kənd təsərrüfatı istehsalında istifadə edən zaman təhlükəli hallar baş verə bilər.



Maşın-traktor aqreqatları ilə işləyən zaman baş vermiş istehsalat travmalarının səbəblərinin tədqiqi göstərir ki, işçilərin travmalmaları əsasən traktor və onlara aqreqatlaşdırılan maşınların texniki vəziyyətlərinin qeyri-qənaətbəxş olmalarıdır. Nasazlıqların ardan qaldırılması, işçi orqanların maşın hərəkət edən zaman yaxud mühərrik işləyə-işləyə təmizlənməsi, işləyən aqreqata ehtiyatsız toxunma, qoruyucu vasitələrin yararsızlığı, yaxud olmaması, xüsusi geyimin maşınlarda işləməyə uyğun gəlməməsi və s.

Maşın-traktor aqreqatlarının işə etibarlılığı və təhlükəsizliyi, onun istismara necə hazırlanmasından çox asılıdır. Növbəlik texniki xidmət zamanı, birinci növbədə traktorun (taxıl yaxud, pambıq yığan kombayların) idarə etmə mexanizminin işə yararlılığını yoxlamaq lazımdır, hərəkət hissələrinin etibarlı bərkidilməsini, qoruyucu və siqnallaşdırılmış qurğuların yararlılığı və s. yoxlanılmalıdır.

İlişmə muftası səlist və təkansız keçməlidir. İşə saldıqdan sonra səlist (yavaş-yavaş) güc ötürmə mexanizmini yükləmək olar iş vaxtı boş fırlanma olmamalıdır. Əgər ilişmə muftasında boş fırlanma olarsa traktor yoxuşa qalxan zaman hərəkət dayana bilər.

Onun düzgün işləməməsində hərəkət zamanı lazım olan keçidi almaq mümkün olmur. İlişmə muftasında zavodda verilən tövsüyəyə uyğun olaraq nizamlama aparılmalıdır.

İdarəetmə sükanı və dönmə mexanizmi yüngül təsirlə hər iki tərəfə traktoru döngələrdə çevirməlidir.

Müxtəlif markalı traktorlarda nizamlanma qiymətləri cədvəldə verilmişdir (Ф. М.Канаров səh 215, cədvəl 3.3 -1988-ci il).

Nasaz və düzgün nizamlanmamış maşın-traktor aqreqatını idarə edən sürücü tez yorulur və bunun nəticəsində qəzaların baş vermə ehtimalı artır.

Əyləyici mexanizmanın düzgün işləməməsi, təkərlərə eyni vaxtda təsir etməməsində qəza hadisələrinin ehtimalının artırır xüsusi olaraq sürüşkən yollarda. Əyləyicinin təsirini mütləq traktorun hərəkəti zamanı yoxlamaq lazımdır.

Quru beton yolda 20 km/saat sürətlə hərəkət edən traktorun əyləyicisi basılan zaman dayanma yolunun uzunluğu (səh 216 cədvəl 3.4) göstərilmişdir.

Təkərli traktorların və kombaynların hərəkət hissələrinin vəziyyəti yoxlanan zaman şinlərin diskilərinin etibarlı bərkidilməsi və təzyiq xüsusi olaraq yoxlanmalıdır. Təlimata uyğun olaraq təkərlərdəki təzyiq (səh 216 cədvəl 3.5 Капарев Ф.М Ь. «Колос» 1988) göstərilmişdir.

Nəzərdə saxlamaq lazımdır ki, traktorlardan nəqliyyat məqsədilə yük daşımada və ağır maşınlarla aqreqatlaşdırdıqda 1,3...1,5 dəfə təzyiqi artırmaq yumuşaq torpaqlarda iş gördükdə isə əksinə azaldılmalıdır. (torpaqda kipləşmə çox getməsin).



Kabinada lazımsız əşya, xüsusi olaraq döşəmədə saxlanmamalıdır, onlar hərəkət zamanı idarəetməni çətinləşdirirlər.

Kənd təsərrüfatı maşınlarını işə hazırlayan zaman təhlükəli sahələrdə qoruyucu quruluşların vəziyyətini yoxlamaq lazımdır. Kardan ötürmələri qoruyucu örtüklərlə bağlanmalıdır. İşçi orqanları təmizləmək üçün (səpən maşınların soşnikləri, kultivatorların pəncələləri, döyən aparatlar və s) müvafiq ləvazimatlar olmalıdır. Asma və yarım asma maşınlara xidmət etməzdən əvvəl hidravliki sistemin saz olub-olmaması yoxlanmalıdır. Əgər kənd təsərrüfatı maşınının istismarı zamanı onun üstündə işçi olacaqsa onda oturacağın bərkidilməsini dayaq sahəsinin möhkəmliyi yoxlanmalıdır.

Maşın-traktor aqreqatları, kombaynlar və başqa özüyeriyən kənd təsərrüfatı maşınları ilə dəstə ilə (kalonna) işləyən zaman işləyən maşınların arasındakı interval 30...40 m-dən az olmamalıdır.

Dumanda, yağışlı havada, haradakı görmə kifayət qədər deyildir (20 m-dən azdır) işıqları yandıraraq vaxtaşırı olaraq səs siqnalından istifadə edilməlidir. Dönmə və geriyə qayıtmada kombaynların sürətini aşağı salmaq lazımdır 3...4 km/saat-a qədər.

Böyük təhlükə ot yığımıda və bağlanmasında kəsən apparatlara xidmət etdikdə baş verir.

Xüsusi olaraq bıçaqların kütləşməsi və xarab olarkən dəyişməsində ehtiyatlı olmaq lazımdır.

Nahar fasiləsini və dincəlmək üçün xüsusi ayrılmış yerlərdə yığım sahəsindən kənarda dayanmağa icazə verilir.

Bunun üçün xüsusi işarələrdən, gecə vaxtı isə xüsusi fanarlardan və işıqlandırıcılardan istifadə edilməlidir.

Traktor aqreqatlarından, kombaynlardan və başqa kənd təsərrüfatı maşınlarından dağ yerlərində istifadə etdikdə xüsusi olaraq ehtiyatlı olmaq lazımdır. Belə maşınlardan dağ yerlərində istifadə edən zaman maillik 8...90-dən artıq olmamalıdır.

Sahənin rəhbəri dağlıq sahələrdə işləyən traktor və kombaynların sürücülərini əlavə olaraq təlimatlandırmalı işin təhlükəliliyi barədə ətraflı məlumat verməlidir.

Yeni konstruksiyalı maşınlarda işləyənlərə, ona xidmət qaydalari, maşının bütün xüsusiyyətləri təcrübü olaraq göstərildikdən sonra işləməyə icazə verilməlidir.
MEXANİKLƏŞDİRİLMİŞ TARLA İŞLƏRİNDƏ

TƏHLÜKƏSİZLİK TEXNİKASI TƏDBİRLƏRİ
TRAKTORLARDA VƏ ÖZÜYERİYƏN ŞASSİLƏRDƏ İŞLƏYƏRKƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Ümumiyyətlə, işlədilən kənd təsərrüfatı maşınları və bunların aqreqatlaşdığı traktorlar DÜİST 12.2.002-74 və DÜİST 12.2.019-76-nın tələblərini ödəməlidir. Buna görə də kənd təsərrüfatında istifadə edilən tırtıllı traktorlarda idarəetmə dəstəkləri, eləcə də ilişmə muftası pedalının sərbəst gedişi yoxlanıb nizamlanmalıdır.

Tormozların vəziyyəti yoxlanmalı, pedalların gedişi nizamlanmalıdır.

İşıqlanma sisteminə gəldikdə isə demək lazımdır ki, əkin, səpin və becərmə işlərində traktorların qabaq işıqlandırıcıları elə nizamlanmalıdır ki, traktordan 10...30 m qabağa yer səthini, arxa işıqlandırıcılar isə işçi maşını tam işıqlandıra bilsin

Nəqliyyat maşınlardakı işıqlandırıcılar yol səthinə paralel nizamlanmalıdır.

Sahədə işləyərkən diqqətli olmalı, becərilən zonanı, aqreqatın və maşının işini xidmətçi müşahidə etməli, habelə aqreqatlaşdırılan maşınlardan verilən siqnalları dinləməlidir. Tarlada işləyərkən radiatora su tökmək lazım gələrsə, onun qapağını brezent əlcəklə və ya ələ dəsmal sarımaqla tutub ehtiyatla açmaq lazımdır.

Sahədən elektrik xətləri keçirsə, aqreqatın hündürlüyü nəzərə alınmalı, onun ən yüksək nöqtəsi ilə elektrik xəttinin ən aşağı nöqtəsi arasında azı 2 m məsafə qalmalıdır. Sahədə gecə iş görüləcəksə, sahə gündüzdən küzlərə (sürümlərə) ayrılmalı, yoxlanmalı, içməli su mənbəyi və istehsalat sahəsi müəyyənləşdirilməlidir.

Ümumiyyətlə, təkərli traktorların bəziləri ilə asma kənd təsərrüfatı maşınları aqreqatlaşdırıldıqda traktorun dayanaqlığı pozula bilər, bu halda traktorun qabaq hissəsinə müvayinətləşdirici yük yığılmalıdır.

Müxtəlif yol şəraitlərində traktor aqreqatlarının idarə olunması yalnız I və II dərəcəli tarktorçu-maşinistlərə tapşırıla bilər.

III dərəcəli taraktorçu-maşinistlər isə nəqliyyat traktorlarını, müəyyən kənd təsərrüfatı maşını (aləti) ilə aqreqatlaşdırıldıqda idarə etməlidirlər.

Traktorlardan stasionar işlərdə istifadə edildikdə onlar münasib vəziyyətdə saxlanaraq təkərlərin altına etibarlı dayaqlar qoyulmalı, gücötürən valdan və ya qasnaqdan hərəkətötürən örtüklə əhatə edilməlidir.
YIĞIM MAŞINLARINDA İŞLƏYƏRKƏN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ
Məlumdur ki, məhsul yığımında müasir mürəkkəb konstruksiyalı maşınlar işlədilir. Belə maşınlardan düzgün istifadə edilmədikdə və ya istifadə edərkən təhlükəsizlik tələbləri yerinə yetirilmədikdə işçilər ağır zədələnir və peşə xəstəliklərinə tutulurlar.

Ümumiyyətlə, yığım maşınlarında işləmək üçün 18 yaşından yuxarı xüsusi hazırlıq kursu keçmiş, maşını yaxşı idarə edən, ixtisas komissiyasına imtahan verərək vəsiqə almış sağlam işçilər qəbul olunmalıdır. Həm də onlar yalnız təlimatlandırıldıqdan sonra işə buraxılmalıdır. İşə başlamazdan əvvəl işçilər işin xarakterinə uyğun fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunmalıdır.

Pambıqyığan maşınlarda hərəkətötürücü quruluşların, eləcə də yığıcı aparatın örtüyü, qəbul kamerasındakı yoxlama pəncərələri qapaqlarının asan hərəkət etməsi, mühərrikin qidalanma sistemindən yanacağın axıb axmadığı, elektrik avadanlığının vəziyyəti yoxlanılmalı, mühərrikin xaric etmə kollektorunun örtüyü zibildən təmizlənməli, maşında qığılcım söndürənin sazlığına və kimyəvi köpüklə işləyən od söndürənin (OУ-2 və ya OУ-5) olmasına yəqinlik hasil edilməlidir.

Bundan sonra mühərrik işə salınaraq yığılıcı aparatın hidravlik sistemi, habelə transportiyorların vəziyyəti yoxlanılmalıdır. Quru tozlu havadırsa, qoruyucu eynək taxmalı və sahədə elə vəziyyət seçilməlidir ki, külək həmişə işçinin üzünə vursun.

Şpindellərdə, transportiyorlarda və başqa hərəkətli hissələrdə yığım məhsullarının, bitki qalığının və s. yığılması nəticəsində tutulma alındıqda maşın dayandırılmalı, sürətlər qutusundan və reduktorun dəstəkləri neytral vəziyyətdə qoyularaq, mühərrik söndürüldükdən sonra tutulan hissələr ağac dəstəkli metal şotka, çəngəl və s. vasitələrlə təmizlənməlidir.

Yığılan məhsul boşaldılarkən maşın üfüqi vəziyyətdə saxlanmalı və bunker tədricən qaldırılmalıdır.

Maşının işçi orqanlarında hər hansı pozğunluq baş verdikdə, bu, yalnız maşın dayandırılıb hərəkətötürən qayış çıxarıldıqdan sonra, yardımçı avadanlıqla təmizlənib sazlanmalıdır.

Taxıl yığan kombaynlar daha mürəkkəb yığım maşınlarıdır, bunların idarə olunması kombaynçı vəsiqəsi olan ixtisaslı mexanizator kadırlarına tapşırıla bilər.

Kombayn işə hazırlanarkən kombaynçı mühərrikin qidalanma sistemindən yanacaq axmasını, hərəkətötürən qayış və zəncirlərin vəziyyətini, nizamlanmasını, hidravlik sistemin birləşmələrini, tormozları, sükan idarəsi mexanizmini, nərdivanların, məhəccərlərin, hərəkət ötürən hissələrin mühafizə örtüklərin vararlığını və etibarlı bərkidilməsini, habelə yanğına qarşı mübarizə avadanlığını, ilk yardım aptekçəsini, küləş sarınan yerləri təmizləmək üçün qarmağı, metal şotkanı, bunkerdən dəni itələ-mək üçün ağac kürəyi və s. yoxlamalıdır.

Sahədə işləyərkən yerin relyefi nəzərə alınmalı, yoxuşluğu 10-15°-dən artıq olan sahələrdə biçim yalnız dağ kombaynları ilə aparılmalıdır.

İş zamanı kombaynçı diqqətli olmalı, aqreqatın bütün mexanizmlərinin işini izləməli, maşın da qoyulan siqnalizasiya sisteminin işarələrinə diqqət yetirməlidir.

Sahədən elektrik xətti keçirsə, məftil ilə kombaynın ən yuxarı nöqtəsi arasındakı məsafə buraxıla bilən həddə olmalıdır.(2 metrdən az olmayaraq)


ƏKİNÇİLİKDƏ ƏL ALƏTLƏRİ İLƏ İŞLƏRKƏN

TƏHLÜKƏSİZLİK QAYDALARI

Əkinçilikdə əl alətləri ilə işləyərkən hava şəraitinə uyğun olaraq işin başlama vaxtı, istirahət və işin sonu seçilməlidir.

Əl alətləri boya və fiziki imkana görə seçilməlidir. Alətlərə vaxtında xidmət edilməlidir; təmizləməli, çatışmazlıqlar aradan qaldırılmalı və itilənməlidir.

Alətin əl tutma yerləri möhkəm olmaqla çat olmamalıdır, cuzii çatışmazlıq əlləri yaralaya bilər. Nahar fasiləsində alətlər müəyyənləşdirilmiş yerə qoyulmalıdır ki, əl tutma yerləri çirklənməsin. Yaba, dırmıq və başqa bu kimi alətləri dişləri üstə çevrilmiş vəziyyətdə qoymaq olmaz.

Alətləri otluq yerlərdə, qotmaların (kiçik tayaların) içərisində gizlətmək olmaz.

İş zamanı bərk örtülü ayaqqabı geyilməlidir. Əl alətləri ilə işləyən zaman yaxınlıqda işləyənlərə nəzarət etmək lazımdır ki, onu travmaya məruz qoymayasan yaxud da ki, əksinə özün tarvma olmayasan.

Kəsən bağ alətləri ilə işləyən zaman birinci növbədə nəzərdə saxlamaq lazımdır ki, köş alət təhlükəlidir nəinki iti alətlər. Belə alətləri vaxraşırı olaraq itiləmək lazımdır.

Qruppa ilə işləyən zaman işçilər arası məsafə 10 m-dən bir qədər az olmalıdır. Ziyan verici və xəstəliklərə qarşı mübarizə məqsədilə, bəzən əllə çiləyicilərdən istifadə edilir. Hər bir çiləyicinin düzgün işləyən manometri olmalıdır, bu manometrin düzgün işləyib işləməməsi vaxtaşırı olaraq yoxlanmalıdır.

Bakın doldurulması onda təzyiq olmadıqda yerinə yetirilməlidir, bu zaman müəyyən edilmiş səviyyə saxlanılmalıdır.

Zəhərli qarışıqdan istifadə edildikdə fərdi mühafizə vasitələrindən istifadə edilməklə, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir.



Bəzi hallarda at və öküzlərdən də kənd təsərrüfatının müxtəlif sahələrində istifadə edilir. Belə halda heyvanlarla işlədikdə onlarla xüsusi vərdişlər keçməklə sonra onlardan istifadə etmək olar.
Mövzuya aid test sualları

  1. Traktorların layihəsinin təhlükəsizliyinə tələbat hansı dövlət standartında göstərilərək k/t-ı və özüyeriyən maşınlara şamil edilir?

  2. Traktorların kabinalarında mikroiqlimi normallaşdıran quruluş olmalıdır, kabinada isti, vaxtı temperatura çöldəkindən neçə dərəcədən artıq olmamalıdır?

  3. Qış aylarında tarktorların kabinasını qızdırmaq üçün xüsusi qızdırıcılar qoyulur bu zaman temperatura neçə dərəcədən az olmamalıdır?

  4. Hər bir traktor xüsusi apteçka və minimum neçə litr içməli su tutan termosla təchiz olunmalıdır?

  5. Bütün traktorlar və özüyeriyən şassilər əyləyici quruluşlarla təchir olunurlar. Əgər əyləyicilər 100 º S-dən artıq qızarsa onda tormoz yolunun uzunluğu nə qədər artar?

  6. Əyləyicidə qeyri düzxətlilik işə salınan zaman neçə metrdən artıq olmamalıdır?

  7. Dağlıq şəraitində istifadə olunan traktor və özüyeriyən şassilərin aşma hüdudunu göstərən xüsusi siqnalizasiya olmalıdır. Neçə dərəcədən artıq təhlükəli hesab olunur, iş dayandırılmalıdır?

  8. Maşınların saxlanması, daşınması və quraşdırılması zamanı təhlükəsizlik tələbləri hansı Dövlət standartı ilə tənzimlənir?

  9. K/t-ı maşınlarının ümumi yolda hərəkəti zamanı onların qabarit ölçüləri eni və hündürlüyü neçə metrdən artıq olmalıdır? (ümumi halda)

  10. Maşın-traktor aqreqatları ilə işləyən zaman baş verən istehsalat

travmalarının əsas səbəbləri nədir?

  1. Maşın-traktor aqreqatlarının işə etibarlılığı və təhlükəsizliyi nədən

asılıdır?

  1. İşə salma zamanı ilişmə muftasında hansı şərtlər tələbatı ödəməlidir?

  2. Nasaz və düzgün nizamlanmamış maşın-traktor aqreqatlarını idarə edən zaman hansı qəzaların baş vermə ehtimalı artır?

  3. Maşın-traktor aqreqatlar, kombaynları və başqa özüyeriyən kənd təsərrüfatı maşınları ilə dəstə ilə işləyən zaman ara məsafəsi (interval) nə qədər olmalıdır?

  4. Traktor aqreqatlarından, kombaynlardan və kənd təsərrüfatı maşınlarından dağ yerlərində istifadə etdikdə maillik neçə dərəcədən artıq olmalıdır?

  5. Kənd təsərrüfatı maşınları və bunların aqreqatlaşdığı traktorlar hansı Dövlət standartlarının tələbatını ödəməlidirlər?

  6. Tarlada işləyən zaman sahədən keçən elektrik xətləri ilə aqreqatın ən yüksək nöqtəsi arasında minimum məsafə nə qədər olmalıdır?

  7. Müxtəlif yol şəraitlərində traktor aqreqatlarının idarə olunmasına neçənci dərəcəli traktorçu- maşinistlərə icazə verilə bilər?

  8. Yığım maşınlarında kimlərin işləməsinə icazə verilir?

  9. Pambığın yığın maşınlarda işə başlamazdan əvvəl hansı təhlükəsizlik tədbirləri görülməlidir?

  10. Yığım maşınlarında hər hansı bir nasazlığın aradan qaldırılması üçün hansı təhlükəsizlik tədbirlərinə əməl edilməlidir?

  11. Taxıl kombaynların mailliyi neçə dərəcəyə qədər olan sahələrdə biçim əməliyyatlarının aparılmasına icazə verilir?

  12. Əkinçilikdə əl alətləri ilə işləyərkən hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?

  13. Əl alətləri ilə qrupa ilə işləyən zaman işçilər arası məsafə nə qədər olmalıdır?



IV B Ö L M Ə


Mühazirə 14

YANĞIN PROFİLAKTİKASININ ƏSASLARI

PLAN:

  1. Ümumi məlumat

  2. Yanğın profilaktikasının ümumi məsələləri

  3. Yanğın, partlayış yanğın və partlayış təhlükəsinə görə istehsalatın kateqoriyaları

  4. Tikinti materiallarının, binaların və onların konstruksiyalarının alışması və oda davamlılığı

  5. Köçürmə yollarının və çıxışların hesabatı

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə