Kafedrasinin



Yüklə 1,07 Mb.
səhifə7/8
tarix21.04.2018
ölçüsü1,07 Mb.
#39831
1   2   3   4   5   6   7   8

Ümumi məlumat: -


YANĞINxüsusi müəyyənləşdirilməmiş, nəzarət edilməyən yerdə yanma, maddi ziyan verən kimi başa düşülməlidir.

Sahənin yanğın təhlükəsi (DÜİST 12.1.004-85-ə müvafiq olaraq “Yanğın təhlükəsi”) bu sahənin vəziyyətindən asılı olaraq yanğının baş vermə ehtimalını və onun nəticələrini xarakterizə edir.

Sahənin yanğın təhlükəsizliyi (DÜİST 12.1.003-81-ə müvafiq)- bu sahənin elə vəziyyətidir ki, yanğının baş vermə ehtimalını nizamlamaqla, onun yayılmasını, yanğının zərərli amillərinin insanlara təsirini eyni zamanda qiymətli əşyaların mühafizəsini təmin edir.

Yanğının insan və heyvanlara təsir edən zərərli və təhlükəli amilləri (faktorları): açıq alov, ətraf mühitə yanan

maddələrin yüksək hərarəti, tüstü, hava (oksigen) qarışığının azalması; partlayış zamanı zərbə dalğasından uçan hissələrin və zərərli maddələrin olmasından asılıdır.

Göstərilən amillərin təhlükəsi yanmanın davam etmə müddətindən (Tn) asılıdır.

Aşağıdakı (düsturla) təyin etmək olar:

saat

N – yanan maddənin miqdarı kq/m3,

Vyanma sürəti, kq/m3saat.

Əgər binada müxtəlif formada bərk və maye maddələr vardırsa, yanğının davametmə müddəti binanın sahəsinin Sn , pəncərələrin sahələrinə So nisbəti 4...10 hüdudunda tapılır.



d1...dm – hər növ yanan maddənin miqdarı, kq/m2 .

n1 ... nm – maddənin yanma sürətini nəzərə alan əmsaldır: kq/m2 . saat (benzin –15, rezin- 35, avtomobillərin şini-40, ağac məlumatlar üçün 65 və s. qəbul edilir).

Yanğının baş vermə etimalını xəbərdar etmək onun söndürülməsindən asandır .

Odur ki, müəssisənin və istehsalat sahələrinin rəhbərləri yanğının baş vermə səbəblərini bilməklə, yanğın təhlükəsizliyi qaydalarına əməl etməli və yanğının xəbərdar edilməsi üçün tədbirlər görməlidirlər.

Yanğın təhlükəsizliyinin əsasları əmək mühafizəsi fənninin bir bölməsi olmaqla mütəxəssislərin qarşısında duran əsas vacib məsələlərdən biridir. Yanğından mühafizə işlərinə Fövqəladə Hallar Nazirliyi rəhbərlik edir.

Bütün istehsalat sahələrində baş vermiş yanğın hadisələrindən hər il təsərrüfatlara küllü miqdarda ziyan dəyməklə, insanlar məhv olur, habelə işçilər müxtəlif dərəcədə şikəst qalırlar. Bunu nəzərə alaraq əmək qanunvericiliyinə müvafiq olaraq hər bir işçi yanğın hadisələrinin qarşısının alınmasında yaxud baş vermiş yanğının söndürülməsində yaxından köməklik etməlidirlər.

Yanğında baş verən əsas fiziki-kimyəvi proseslər yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiyanın getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir.

Maddi nemətlərin (məhsulların, materialların və s.) saxlandığı yerlərdə (baza, anbar, maşın həyəti, ferma, pambıq məntəqəsi və s) baş verən yanğınlar faiz etibarı ilə az olsa da vurduğu ziyanlar böyükdür.



Yanğınla əhatə olunmuş sahələr şərti olaraq üç zonaya ayrılır:

  1. Alov içində olan aktiv yanma zonası (sahəsi).

  2. Yüksək hərarətin təsir etmə zonası.

  3. Yanan məhsullardan alınan tüstünün yayıldığı zona.

Yanğının dağıdıcı təsirinin əsas xüsusiyyəti yanma zamanı yüksək temperaturun əmələ gəlməsidir. Məs: yaşayış evləri və ictimai binalr yandıqda 800...9000S , açıq havada yanar qazlar yandıqda 1200...13500S, mayelər yandıqda 1100...13000S, bərk maddələr yandıqda isə 1000...12500S-yə qədər temperatur yüksəlir.

Baş vermiş yanğınları söndürmək üçün yanan materialların səthinə soyuducu maddə (su, buxar, yanmayan qaz) və ya odsöndürənlərlə kimyəvi maddələr vurulur.

Hazırda yanğının söndürülməsi üçün müasir tələbatı ödəyən xüsusi yanğınsöndürmə texnikasından geniş istifadə olunur.
YANĞIN PROFİLAKTİKASININ ÜMUMİ MƏSƏLƏLƏRİ

Müəssisələrdəki yanğınlar çox zaman texnoloji proseslərin pozulması, avadanlıqların nasazlığı, adi yanğına qarşı mübarizə tələblərinə əməl edilməməsi nəticəsində törəyir.

İstehsalatda yanğın profilaktikası dedikdə yanğının qarşısını almaq, baş verdikdə yayılmasına imkan verməmək və ya dərhal söndürmək, yanan binalardan adamları çıxarmaq məqsədilə dövlət və ictimayyət tərəfindən görülən tədbirlər sistemi başa düşülür.

Ölkəmizdə müəssisə, təşkilat və idarələrin rəhbərləri yanğın təhlükəsizliyi üzrə norma və qaydaların yerinə yetirilməsinə məsuliyyət daşıyırlar. Yanğın əleyhinə norma və qaydaların yerinə yetirilməsi işinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsi baxır. Profilaktik tədbirlər sistemində yanğınların qarşısının alınması məsələsinə xüsusi diqqət verilir.

Məlumdur ki, təsərrüfatlarda yanğınların baş vermə səbəbləri yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl olunmaması, müəssisə və sahə rəhbərliyinin diqqətsizliyi, təlimatların düzgün verilməməsi ayrı-ayrı sahələrdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin olmaması və s. nəticəsində törəyir.

Yanğın profilaktikası yanğın və partlayışın qarşısını almaq üçün normativlər əsasında işlənib hazırlanmış və sistematik tətbiq edilən texniki-təşkilatı tədbirlər kompleksidir.

Şərti olaraq bu tədbirlər dörd qrupa bölünür.

1.Texnoloji proseslərin və avadanlıqların təkmilləşdirilməsi, ventilyasiya və qızdırıcı avadanlıqlardan düzgün istifadə edilməsi, yanmayan materialların tətbiqi, yanğın təhlükəsi yüksək olan yerlərdə ciddi inzibatı nəzarət və s.

2.Sənaye və emal obyektlərinin düzgün planlaşdırılması, odadavamlı materiallardan istifadə etməklə yanğın və partlayışın yayılmasının məhdudlaşdırılması.

3. Yanğından təhlükəli obyektlərdə ərazinin məhdudluğu, çoxlu çıxış yollarının qoyulması, işçilərin və qiymətli əşyaların yanğın yerindən tez köçməsinin təşkili.

4. Yanğını söndürmək üçün texniki vasitələrdən tez və səmərəli istifadə etmək üçün onları düzgün yerləşdirmək və işçi heyətinin hazırlıq dərəcəsinin yüksəldilməsi.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə