Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


Neft məhsullarını vuran porşenli nasosların təsnifatı



Yüklə 1,18 Mb.
səhifə35/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   57
C fakepath lav v sait

3.7. Neft məhsullarını vuran porşenli nasosların təsnifatı
Porşenli nasosların neft məhsullarının nəql etdirilməsində aşağıdakı təsnifatları vardır:
–ötürmə üsullarında onların bir neçə ötürmələrə bölünməsi;
–nəql olunan neft məhsulunun növünə görə nasosların təyinatı;
–yerləşdirilməsinə görə porşenli nasosların üfüqi və şaquli olmasını bir – birindən fərqləndirmək;
–porşenin tipinin müəyyən edilməsi, yəni xüsusi porşenli və plunjerli olması;
–bir, iki, üç silindrli porşenli nasosların bir – birindən fərqləndirilməsi;



–yaradılan təzyiqə görə nasosların yüksək, orta və aşağı xarakteristikalılığının müəyyən edilməsi, yəni dəqiqədə porşenin gedişlərinin sayına (dövrlər tezliyinə) görə sakit, orta iti gedişliyinin təyini;
–porşenli nasoslarda klapanların bir tərəfli və iki tərəfli yerləşdirilməsinin zəruriliyi.
İkigedişli porşenli nasosların sxemi şəkil 3.3 – də gös- tərilmişdir. Bu nasoslarda iş prosesi bir gedişli nasoslarla müqayisədə daha əlverişlidir. Differensial nasosların konstruksiyaları fərqlidir, bu nasoslar sorma və vurma klapanlı iki kameralı hissələrdən və vurma borusundan ibarətdir (şəkil 3.4)
Neft məhsullarının nəql etdirilməsində porşenli və plunjerli nasoslar üçün aşağıdakı hidravliki və həndəsi kəmiyyətlərdən istifadə olunur:
D– porşenin diametri, m;
F– plunjer porşenin en kəsik sahəsi, m2;
S– porşenin gedişinin uzunluğu, m;
n– dəqiqədə porşenin ikitərəfli gedişlərinin sayı;
V– porşenin bir gedişində silindrin faydalı həcmi, m3; Q– nasosun həqiqi sərfi, m3/t (t- zamanın 1san, 1 dəq və 1 saatı ola bilər);
Qt – silindrin 100% dolmasında nasosun nəzəri sərfi. Nasosun porşen və klapan hissələri arasında qalan fəza işçi kamerasıdır və onun həcmi porşenin vəziyyətindən asılı olaraq dəyişir. Kameranın maksimal həcmi V0, silindrin V faydalı həcmi ilə və neft məhsulunun vurulması zamanı klapan- la porşenin ən kənar vəziyyətdə durduğu halda orada qalan Vkzərərli həcmin cəminə bərabərdir:
Göründüyü kimi Vk həcminin azaldılması nasosun ef- fektiv işlənməsi hesabına ola bilər. Zərərli fəzanın təsiri hesa- batlarda zərərli fəza əmsalı (k) ilə nəzərə alınır:
Qazma işlərində tətbiq olunan müasir nasoslar üçün k=2 ⎟ 5 qəbul olunur. Porşenli nasoslarda porşenin bir tərəfli gedişində naso sayda işçi zolaqları olan nasoslar üçün isə nəzəri sərf aşağıdakı kimi olar:
Porşenli ikitərəfli hərəkət edən nasoslar üçün sürgü qo- lunun son ölçüləri nəzərə alınmaqla, porşenin hər tərəfində həcm V1=FS və V2=(F-f)S oldğundan, nasosun nəzəri sərfi aşağıdakı düsturla hesablanar:
İkisilindrli nasosun nəzəri sərfi isə aşağıdakı kimi təyin olunur:
burada: f– porşenin əks tərəfdə kiçilmiş sahəsidir, m2. Diferensial porşenli nasoslarda sorulan neft məhsulunun həcmi
Neft məhsullarını vuran porşenli nasosların həqiqi sərfi aşağıdakı düsturla təyin olunur.
burada α – porşenli nasosların sərf əmsalı olub, nasosun ölçüləri və konstruksiyasına əsasən α = 0,85 ⎟ 0,95 qəbul edi- lir. Energetik məqsədlə düsturu ilə tapılır. α1 – klapanın bağlanmasında gecikməni nəzərə alan
əmsal α1 = 0,90 ⎟ 0,95 ;
α2 – yüksək təzyiqdə mayenin sıxılmasını nəzərə alan əmsaldır:
α2 = 0,95 ⎟ 0,98 ; Qn–nəzəri yolla tapılan sərfdir, m3/san.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə