Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

78 
 
etməsi onun xoşuna gəlirdi. Robert öz seksual fantaziyalarını dostu Cek Hoskoerlə elektron 
poçt  vasitəsilə  bölüşürdü.  Sonra  ər  öz  dindar  (mömin)  arvadının  aşkar  intim 
fotoqrafiyalarını dostuna göndərməyə başladı. Lakin bununla kifayətlənməyən kəşfiyyatçı 
öz  dostu  Ceki  evinə  dəvət  etmiş  və  ondan  arvadı  ilə  cinsi  əlaqəsini  gizlində  izləməsini 
xahiş etmişdir. Henssenin evinə nadir hallarda gələn Cek dostunun mübtəla olduğu meyl 
pozğunluğundan  xəbərdar  olduğundan  onun  sözünü  yerə  salmamış,  xahişinə  əməl 
etmişdir. Dostunun öz ər borcunu necə yerinə yetirdiyini gizlincə müşahidə edə bilməkdən 
ötrü  bir  neçə  yol  fikirləşib  tapmışdılar.  Belə  ki,  Robert  arvadı  ilə  cinsi  kontaktda  olan 
zaman  dostu  əvvəlcə  evin  xaricindəki  pəncərədən  onlara  baxırdı.  Sonra  Robert  yataq 
otağının  divarında  kiçik  deşik  açır.  Bunun  ardınca  texniki  vasitələrin  –  yataq  otağında 
gizlədilən  videokameraların  köməyilə  dostu  onları  müşahidə  edir.  Henssen  qonaq 
otağından yataq otağına rahat baxa bilmək üçün qapalı televiziya sistemini quraşdırmaqdan 
ötrü Federal Təhqiqatlar Bürosunun video qurğularını dostunun istifadəsinə verir.  
Bob Henssenin seksual qayğılı olması təkcə arvadına münasibətdə özünü büruzə 
verməmişdi.  Hələ  1993-cü  ildə  Federal  Təhqiqatlar  Bürosunun  mənzil-qərargahında 
Henssen  mübahisə  vaxtı  kəşfiyyatçılardan  olan  bir  analitik  qadını  döşəmədə  sürüyüb 
fırlamış, bundan sonra cəza olaraq beş sutka ərzində xidməti vəzifəsini yerinə yetirməkdən 
uzaqlaşdırılmışdı. Əxlaqsız casus internet üçün pornoqrafik məzmunlu tarixcələr özündən 
uyduraraq tez-tez onları yeniləyirdi. Henssen öz arvadını xəbərdar etmədən, onun xəbəri 
olmadan  açıq-saçıq  tarixcələri  sayta  qoyurdu.  Maraqlıdır  ki,  casus  özünü  tanıtdırdığı 
oxucularının onu identifikasiya edə bilmələrindən ötrü arvadının başlıca yer tutduğu belə 
tarixcələri qərəzli şəkildə internetdə yerləşdirirdi. Bundan başqa, Henssen bacısı Bonniyə 
seksual  meyl  göstərirdi.  Belə  ki,  bacısı  uşağına  süd  verərkən  onun  döşlərindən 
yapışmaqdan çəkinmirdi.  
Sonralar ələ keçiriləndən sonra dindirilən casus danışırdı ki, «başqa kişilərin öz 
dillərini çıxardaraq onun arvadı arxasınca qaçmalarını çox istəmişdir». Ehtiraslı casus bu 
anlarda özünü Britaniya yazıçısı, jurnalist və hərbi-dəniz kəşfiyyat zabiti Yan Lankaster 
Fleminqin  (Ian  Lancaster  Fleming)  romanlarının  baş  personajı,  uydurma  agent,  məşhur 
kino qəhrəmanı ser Ceyms Bond (Sir James Bond) kimi təsəvvürünə gətirmişdir. Böyük 
Britaniyanın  xarici  kəşfiyyat  və  axtarış  işləri  üzrə  dövlət  orqanı  olan,  çox  vaxt  hərbi 
kəşfiyyat (Military Intelligence) hesab olunduğundan qısaca Mİ-6 (MI-6) kimi işarə edilən 
məxfi kəşfiyyat xidməti (Secret Intelligence Service) kimi mötəbər bir qurumun əməkdaşı 
Ceyms  Bond  həqiqətən  yazıçının  romanlarının  ekranlaşdırılmasından  sonra  geniş 
populyarlıq qazanmışdır. Bəxti çox gətirməyən minlərlə kişi «agent 007» kimi məşhur olan 
bu adamın məhəbbət qələbələrinə qibtə etmişlər.  
Göründüyü  kimi,  pozğun  casus  Robert  Filip  Henssendə  eyni  vaxtda 
kandavlizmlə  bir  yerdə  sadizm  (qadına  qarşı  zorakılıq  tətbiq  etməkdən  çəkinməmə), 
insestofiliya  (bacısının  döşlərindən  yapışma)  və  pornoqrafomaniya  (əxlaqsız  tarixçələr 
tərtib edib internetdə yerləşdirmə) təzahür etmişdir.  
 


79 
 
 
 
Şəkil  48.  Mİ-6  məxfi  xidmət  agenti,  ekranların  unudulmaz  obrazı,  Böyük 
Britaniyanın Hərbi-Dəniz Donanmasının kommanderi ser Ceyms Bond (Sir James Bond). 
Şotland  mənşəli  Britaniya  kinoaktyoru  və  prodüseri  ser  Tomas  Şon  Konnerinin  (Sir 
Thomas Sean Connery) ifasında. 
 
İkinci  fəsil.  Kandavlizmin  klinik  mənzərəsi,  diaqnostikası,  müalicəsi  və 
profilaktikası 
 
§ 2.1. Kandavlistin portreti 
 
– Tolik, ay Tolik, gəl svinqlə məşğul olaq. 
– Svinq nə deməkdir ki? 
– Kül başına, dünyadan xəbərin yoxdur, svinq çoxlu sayda  
insanın bir yerdə sekslə məşğul olmasıdır. 
– Yaxşı, bəs kimlər olacaq? 
– Başqa adam nəyimizə lazımdır, mən, sən, bir də sənin arvadın. Mənim bu işə 
can-başla girişməyimi yaxşı bilirsən, sənin arvadın da etiraz etmir, yaxın vaxtlarda 
söhbətimizdə dilindən eşitmişəm, qalır bir dənə sən, razılıq versən peşman olmazsan. 
– Yoox! Mən istəmirəm! 
– Özünü naza çəkməyin yetər, yaxşı, istəmirsən heç dünəndən istəmə, oturub 
sənə yalvarası deyilik ki, siyahıda adının üstündən xətt çəkirəm... 
(Lətifə) 
 
* * * 
 
«İnsanın portretini onun əməl və hərəkətləri əsasında tərtib etmək mümkündür. 
Lakin həmin portret öz prototiplərindən əhəmiyyətli dərəcədə fərqlənir». 


80 
 
İdman radioreportajı sovet məktəbinin banisi olmuş məşhur jurnalist, 
radiokommentator, 1941–1945-ci illər müharibəsinin iştirakçısı, mayor Vadim 
Svyatoslavoviç Sinyavski (Вадим Святославович Синявский; 1906–1972) 
 
Kandavlizmə  mübtəla  olmuş  ər  onun  arvadının  çılpaq  bədənini  yad  kişilərin 
gözlərilə  yediklərini  özündə  ehtiva  edən  qısqanclıqla  yoğrulmuş  «şirin»  mənəvi  əzab 
keçirir və bundan seksual oyanma hiss edir.  
Kandavlist  haqsız  olduğu  halda  özünü  haqlı  sayan,  tələbi  yerinə  yetiriləcəyi 
təqdirdə  ailəni  fəlakətlə  üzbəüz  qoyacağını  yaxşı  bilə-bilə  yenə  onu  israrla  həyata 
keçiirməyə  çalışan,  səhvini  heç  vaxt  etiraf  etməyən,  verdiyi  vədinə  xilaf  çıxan,  sözünün 
ağası olmayan, abır-həyanı, ədəb-mərifəti bir kənara qoyub şərəfsiz və cılız hisslər dalınca 
düşən, ailəni firavanlığa aparan təxirəsalınmaz işlərdən yapışmaqdansa yaxşı gələcək vəd 
etməyən lazımsız tədbirləri görməklə məşğul olan, sanki özünü gic yerinə qoyan, özünün 
ağıllı  məsləhətə  çox  ehtiyacı  olduğu  halda  başqalarının  başına  ağıl  qoymağa  çalışan, 
məntiqin qalib gəldiyinə heç vaxt inanmayan, sağlam mühakimədən uzaq olan, bütün fikri-
zikri arvadını tərifləyib soyundurmaqdan və yad kişilərə nümayiş etdirməkdən ibarət olan, 
qanmaz, qalınqafa, kütbeyin, yekəbaş, dar gözlü, məhdud baxışlı kişi cinsli bir şəxsdir.  
Kandavlizmdən  əziyyət  çəkən  ərə  birdən-birə  iki  bədbəxtlik  üz  vermiş  olur. 
Birincisi, kandavlizmə mübtəla olmuş ər özünün «ikinci yarısı» ilə öyünüb lovğalanır, tez-
tez  onun  gözəlliyi,  erotik  cazibədarlığı,  seksual  uğurları  haqqında  ətraflı  məlumat  verir. 
İkincisi, kandavlizmli ər öz arvadını başqa kişilərlə bölüşməyə nail olduqdan sonra utanıb 
xəcalət  çəkmək  əvəzinə  böyük  bir  uğura  imza  atmış  adam  kimi  misli-bərabəri  olmayan 
məmnunluq, təminolunma, qənaətlənmə hissi keçirir. 
Kandavlistin seksual tələbatının təmin edilməsinə aparan yol onun məftunedici 
əzab  çəkməsindən  keçir.  Maraqlıdır  ki,  valehedici  iztirab  keçirilməsinin  ardınca  seksual 
oyanma  gəlir.  Kandavlizm  əzab  və  şəhvətin  birləşdiyi,  iztirab  və  ehtirasın  qovuşduğu 
qəribə  bir  parafiliyadır.  Kandavlizm  kişinin  özündən  asılı  olmayan,  iradəyə  tabe  etdirilə 
bilməyən,  əxlaqi  tabu  sisteminin  üstündən  çalın-çarpaz  xətt  çəkən  bir  pozğunluqdur. 
Arzusu  və  ondan  irəli  gələn  tələbləri  yerinə  yetirildikdən  sonra  kandavlist  bir  müddət 
sakitləşir, lakin sonra yığılan seksual enerji onu növbəti addım atmağa məcbur edir. Beləcə 
kandavlizm  tutmaları  vaxtaşırı  olaraq  təkrarlanır.  Buna  görə  kandavlizm  dövri  olaraq 
kəskinləşən bir patologiyadır.  
Bəzi  adamların  məhrəm  şeyləri  öz  dost  və  tanışları  ilə,  hətta  bir  çox  hallarda 
tamamilə  kənar  şəxslərlə  bölüşmələri  həmişə  heyrətə  səbəb  olur.  Belə  şeyləri  eşidəndə 
adam  çaşıb  qalır.  Kandavlist  öz  arvadı  ilə  məhəbbət  aktının  necə  baş  verdiyini  maraq 
oyadan bütün təfərrüatı ilə, incəliyinə qədər danışır, onun çılpaq fotoqrafiyasını göstərir. 
Kandavlizm elə seksual perversiyadır ki, bu zaman ər öz seksual partnyoru olan 
qadının (arvadının, məşuqəsinin) «nyu» stilindəki surətlərini, hətta bir çox hallarda canlı 
olaraq  özünü  digər  şəxslərə  nümayiş  etdirməkdən  seksual  həzz  əldə  edir.  Kandavlizmin 
patoqnomonik əlaməti ondan ibarətdir ki, belə patologiyalı adamlar ətrafındakılara sadəcə 
hər hansı mücərrəd (qeyri-real) naturanı deyil, kifayət qədər yaxın olan bir şəxsin – həyat 
yoldaşının surətini və yaxud özünü çılpaq halda nümayiş etdirir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə