Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

70 
 
oynamamışdı. 1934-cü il Amerika səfəri məhz onun istəyilə baş tutmuşdu. Ancaq başqa 
mənbələrdə  Dalinin  arvadı  ilə  birlikdə  yalnız  1940-cı  ildə  Amerika  Birləşmiş  Ştatlarına 
köçdüyü, 1955-ci ilə qədər orada yaşadığı qeyd edilir. Qala hansısa altıncı hisslə Salvador 
Dalinin  məhz  Amerikada  seviləcəyini,  şöhrət  tapacağını  duymuşdu  və  yanılmamışdı. 
Həqiqətən  öz  «ticarət  markasını»  qazanmaq  və  böyük  məbləğdə  pullar  qazanmaq 
mənasında məhz Amerikada keçirilən dövr Dali üçün düşərli olmuş, ona uğur gətirmişdir 
[41].  
Dalinin  səfəriylə  bütün  Amerika  sürrealizmlə  xəstələnmişdi.  Kolleksionerlər 
Dalinin rəsmlərini baha qiymətə alır, bütün mətbuat dahi rəssamdan danışırdı. Dali və Qala 
bir neçə il Amerikada yaşadılar və yenidən İspaniyaya qayıdanda artıq varlı və dünyaca 
məşhur idilər.  
Qalanın xarakterinin maraqlı tərəflərindən biri də sirr saxlamaq bacarığı idi. O, 
Daliylə birgə yaşasa da, Pol Elüardan boşansa da, yalnız Pol öləndən sonra Dali ilə rəsmi 
nikaha girir. Pol sağ olduğu vaxtda onu incitmək, ona əzab vermək istəmir və heç vaxt 
birinci əriylə münasibətlərinin intim tərəfləri haqqında danışmır. Salvador ilə isə hər şey 
daha qəliz, daha çətin idi. Mətbuat Dali haqda ən müxtəlif şayiələr yazırdı. İndi də Dalinin 
intim həyatı haqqında çox az məlumat olsa da, bəzən rəssamın oriyentasiyası şübhə altına 
alınır.  Həyya  onunən  yaxın  dostu  Lorkayla  münasibətləri  haqda  bədii  film  də  çəkilib. 
Rəssamın psixi problemlərinin olmasını da deyənlər, yazanlar var. Qaladan isə ömrünün 
sonuna kimi bu haqda heç bir söz qoparda bilməyiblər [18]. 
«Onların  arasında  heç  bir  məsuliyyət,  borc,  məhdudiyyət  yox  idi.  Dali  yeni 
modellərini  ürəklə  Qalaya  göstərir,  onları  bəyənməsini  arzulayırdı.  Qala  bəzən  təzə 
heyranlarını  evə  dəvət  edir,  Salvadorla  tanış  edirdi.  Və  bütün  bu  yüngül  flirtlər,  ötəri 
münasibətlər onların sevgisi qarşısında adi idi, keçəri idi və keçirdi də!!!» [18]. 
Dali  marksizmə,  mazoxizmə,  sürrealizmə  və  digər  «izm»lərə  böyük  maraq 
göstərmiş,  lakin  həmişə  özünə  inamlı  olaraq  qalmış,  öz  individuallığını,  fərdiliyini 
saxlamağı bacarmışdır. Bu barədə sənətkar özü belə yazmışdır: «Əgər özünə məxsus olan, 
yalnız  özününkü  hesab  edilən  triumfa  nail  olmaq  istəyirsənsə,  səninlə  ümumi  çox  şeyə 
malik  hər  kəsi  məhv  etməli  olacaqsan,  şərikliliyi  çatan  bütün  adamları  ortadan 
götürməlisən, belələrini yolundan uzaqlaşdırmalısan. Kollektivə məxsus olan hər şey sənə 
qəbir  qazıyır,  məzar  hazırlayır.  İstənilən  ittifaq,  hər  hansı  birlik  sənin  individuallığını 
zəiflədir, hər cür bağlantı sənin fərdiliyini laxladır. Kollektiv ondan yararlandığın ana qədər 
sənə  lazımdır.  Sadəcə  kollektivin  təcrübəsindən  (səriştədən)  istifadə  etmək  və  hücuma 
keçmək lazımdır! Bu zaman onu hökmən təklikdə etməyin vacibliyi, belə məsuliyyətli bir 
işi  heç  kimə  etibar  etmədən  yalnız  tək-tənha  həyata  keçirməyin  labüdlüyü 
unudulmamalıdır». 
İspaniyaya  qayıtdıqdan  sonra  Dali  öz  villasında  pornoqrafik  tamaşalar  təşkil 
etmişdir.  Bunlar  sənətkarın  təxəyyülünü  həyəcana  gətirmiş,  xəyalında  canlandırdıqlarını 
həyata  keçirməyə  çağırmış,  təsəvvürlərini  genişləndirmişdir.  Tamaşalara  rejissorluğu  elə 
Dalinin  özü  etmişdir.  Tamaşa  Daliyə  lazım  olan  şəkildə  alınmayanda,  müvəffəqiyyətlə 
başa gəlməyəndə, ürəyi istədiyi kimi baş tutmayanda sənətkar bundan hədsiz iztirab çəkir, 
çox dilxor olurdu. Bu zaman Qala proseslərdə şəxsən iştirak edir və «rejissor assistenti» 
kimi  işləyirdi.  Dəvət  edilən  qızlar  tədricən  soyundurulur,  sonra  bədənlər  ağlasığmaz 


71 
 
fiqurlar  halında  bir-birinə  sarılır,  çəlpəşir,  əndamlar  təsəvvüredilməz,  mümkün  olmayan 
«şəbəkə» təşkil edir, bunun ardınca iştirakçılar bir-birilərilə istədiklərini edir, daha dəqiq 
desək, «böyük ssenaristin» təlqin etdiyi, öyrətdiyi hərəkətləri həyata keçirirdilər [41].  
Dali bir-birinə dolaşmış elastik bədənli qızları böyük maraqla, olmazın həvəslə 
müşahidə  edir,  onları  acgözcəsinə,  hərisliklə  izləyirdi.  Lakin  Dalinin  çılpaq  bədənlərə 
şövqlə,  hərarətlə  baxmasının,  onun  belə  tamahkarlıq  və  gözüdoymazlığının  arxasında 
ehtiraslanmış  iştirakçılarla  cinsi  əlaqədə  olmaq  istəyi  dayanmırdı.  Belə  kəskin,  şiddətli, 
tünd duyğular sadəcə olaraq onun yaxşı işləməsi üçün lazım gəlirdi. Müəmmalı və qəribə 
«fiqurlar» sənətkarın ilhamlanması, onun cuşa gəlməsi üçün tələb edilirdi. 
Dali özünə seks  yaradıcısı demiurq  rolunu  ayırmışdı, ötürmüşdü.  Görünür, bu 
zaman  Qala  yeganə  bəşəri  varlıq,  rəqibsiz  insani  məxluq  olaraq  qalırdı  ki,  təkcə  onun 
bədənindən Dali qorxmurdu, yalnız onunla əsl, xalis seks yaşayırdı.  
Dolaşdırılmış  bədənlər,  mürəkkəb  arzular,  ehtirasın  «nazilmiş»  çalarları 
(şəhvaniliyin fərqli olduğu dərhal sezilən incə xüsusiyyətləri) – bütün bunlar Dali üçün bir 
növ  narkotik  rolunu  oynayırdı.  Həyatının  bundan  sonrakı  dövründə  Dali  yalnız  belə 
müşahidələrin  ehtiraslandırıcı  təsiri  altında  yazıb-yarada  bilirdi.  Bu  zaman  «adamların 
yanında»  Dalinin  Qala  ilə  birlikdə  çağırıcı  eskapadaları  böyük  ehtimalla  sadəcə  onun 
yaradıcılığına kütlənin marağını cəlb etməyə hesablanmış reklam tryukları
103
 hesab edilə 
bilərdi [41].  
Dali öz qəlbinin dərinliyində bir müşahidəçi, seyrçi, passiv tamaşaçı, xəyalçı idi. 
Onu bir növ insan ruhunun hər hərəkətində xarakterik cizgiləri görən, səciyyəvi əlamət və 
xassələri  aşkara  çıxaran,  mümkün  cəhətləri  müəyyənləşdirən,  ən  xırda  detalını  tapana 
qədər qazıyıb axırına çatmağı bacaran, bütün təfsilat və təfərrüatı ilə ortaya qoyan kamil bir 
vuayerist hesab etmək olar.  
S.  Dali  bəşər  övladının  cisminin  ən  incə  hərəkətlərinin  diqqətli  müşahidəçisi 
olaraq  onların  arxasındakı  ruhun  hərəkətinin  «sürrealistik»  mənasını  tanıya  bilmiş,  onu 
duymağı, müəyyən etməyi bacarmışdır.  
Salvador  Dalinin  çəkdiyi  çoxlu  sayda  mənzərədə  fallik,  sadomazoxistik  və 
yaxud  svinger  motivləri  aydın  görünür.  Əlbəttə,  qeyd  edilən  motivlər  sənətkarın  belə 
şeylərdən həddən ziyadə qorxmasının, bunlardan imkan qədər uzaq durmağa çalışmasının 
ifadəsi  kimi  də  dəyərləndirilə  bilər.  Lakin  sənətkarın  cinsi  həyatına  dair  toplanmış 
məlumatları  təhlil  etdikdə  bunun  əksini  zənn  etmək  lazım  gəlir.  Mənzərədə  görünən 
seksual xarakterli qeyri-adi motivlər böyük ehtimalla sənətkarın bunları həyatda ehtirasla 
arzulamasının  labüd  ifadəsidir.  Yaradıcı  insan  arzu  etdiyini  ehtirasla  əsərinə  hopdurur, 
ürəyində gəzdirdiyini, qəlbində bəslədiyini hərarət və həvəslə qələminin, fırçasının və digər 
vasitələrinin köməyilə tamaşaçısına, oxucusuna çatdırmağa çalışır, qamçılamaq istədiyini 
qızğın  surətdə  tənqid  atəşinə  tutur,  bütün  bunları  istedad  və  qabiliyyətinə  güvənərək 
coşğunluqla edir, məhz onun yaradıcılığında dünyaya gəlməsinə çalışır. Görünür, bayaq 
xatırladılan motivlər Dali yaradıcılığında işıq üzü görür, üzə çıxır, ortada olan kimi dərhal 
qiymətini alır.  
Dalinin  qadınlara  aid  fikirləri  başqaydı,  qadınlığa  baxışları  seçilirdi.  Rəssam 
sadəcə  gözəl  deyil,  eleqant,  zərif  qadın  arzulayırdı,  onun  təkcə  estetik  biçimli  xarici 
görünüşüylə kifayətlənmirdi. Rəssam «Bir dahinin gündəliyi» əsərində yazırdı: «Gözlər! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə