Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

61 
 
Eduard Mane 1883-cü ilin 30 aprelində vəfat etmişdir. 
 
* * * 
 
Məşhur  ispan  naqqaşı  və  sürrealist  rəssamı,  qrafik,  heykəltəraş,  rejissor  və 
yazıçı,  sürrealizmin  görkəmli  nümayəndələrindən  biri  Salvador  Dalinin  (Salvador  Dali) 
vizionizm,  sadomazoxizm,  plüralizm  və  narsissizmlə  qovuşmuş  kandavlizmdən  əziyyət 
çəkdiyini iddia etmək olar. 
 
 
Şəkil 40. Salvador Dali (Salvador Dali). Amerikan yazıçısı və fotoqrafı Karl van 
Vextenin (Carl van Vechten) fotosu, 1939-cu il 29 noyabr 
 
Nəhəng  imperiyanın  hegemonluq  etdiyi  illərdə  işıq  üzü  görən  «Azərbaycan 
Sovet Ensiklopediyası»nda Salvador Dali yaradıcılığına verilmiş ümumi qiymət belədir: 
«Burjuaziyanın  siyasi,  dini  və  estetik  mənafeyinə  xidmət  edən  Dalinin  əsərləri  ideyaca 
mürtəce xarakter daşıyır» [4, səh. 321, sağ sütun]. 
Salvador  Dalinin  intim  həyatı  haqqında  məlumatlar  hələ  yetərincə  deyildir. 
Ancaq bir çox mənbələrdə artıq belə məlumatlar çoxalmaqdadır. Erməni əsilli rus yazıçısı, 
ingilis  və  fransız  dillərindən  tərcüməçi  Robert  Robertoviç  Ohanyan
96
  2001-ci  ildə  rus 
dilində nəşr etdirdiyi «Məhəbbətin anlaşılmaz tərəfi» adlı kitabında «Salvador Daliyə görə 
seks sürrealizmi» başlıqlı mətndə bu sənətkarın cinsi həyatı haqqında dolğun və maraqlı 
məlumatlarını bölüşmüşdür [41, səh. 272–277].  
Böyük  Britaniya  sahibkarı  Çarlz  Saatçi  (Charles  Saatchi)
97
  Salvador  Dalinin 
kandavlizmə mübtəla olmasının onun əsərlərinə təsir etdiyini nəzərdən keçirmişdir. Çarlz 
Saatçi  məşhur  rəssamın  bioqraflarının  qeydlərindəki  epizodlara  isnad  edərək  belə  qərara 
gəlmişdir. S. Dalinin arvadı Qala başqa kişilərə nümayiş etdirilir. 


62 
 
Ancaq müəlliflərin bir qismi Salvador Dalinin kandavlizmdən əziyyət çəkməsi 
fikri  ilə  razılaşmır  [47].  Məsələ  ciddi  olduğundan  və  barəsində  danışdığımız  mövzuya 
toxunduğundan onu ətraflı şərh etməyə çalışacağıq.  
XX  əsrin  ən  istedadlı  və  bununla  bir  vaxtda  ziddiyyətli  rəssamlarından  biri 
Salvador Dali bütün həyatı boyu qəlbində gəzdirdiyi istəklərdən əziyyət və iztirab çəkmiş, 
sözün həqiqi mənasında bunlardan üzülmüşdür. Sanki onun həyatı daim gizli arzularından 
əzab çəkməklə keçmişdir. 
Sadəcə  Salvador  Dali  kimi  məşhurlaşan  rəssamın  tam  adı  Salvador  Dominqo 
Felip Jasint Dali i Domenek, markiz de Dali de Pubol (Salvador Domingo Felipe Jacinto 
Dali i Domenech, Marques de Dali de Pubol) olmuşdur. Salvador Dali 1904-cü ilin 11 
mayında  Kataloniya  (Cataluna)  muxtar  vilayətinin  Figeras  (Figueras)  şəhərciyində 
dünyaya  gəlmişdir.  Bundan  bir  qədər  əvvəl  valideynləri  böyük  oğlu  itirmişdilər. 
Meningitdən  ölən  uşağın  adı  Salvador  idi.  Doğulan  uşaqla  ölənin  zahirən  bir-birinə  çox 
oxşaması  səbəbindən,  həmçinin  itirilmiş  körpənin  xatirədən  silinməsinə  heç  vaxt  yol 
verilməməsi  naminə  dünyaya  yeni  gələn  oğlanın  da  adını  Salvador  qoyurlar.  Görünür, 
özünüeyniləşdirmənin  (özünüoxşatmanın)  belə  ikitərəfliliyi  Salvador  Dalini  bütün  həyatı 
boyu  təqib  etmişdir.  Yeri gəlmişkən qeyd  edək ki,  «Salvador» sözü  ispan  dilindən hərfi 
tərcümədə  «xilaskar»  deməkdir.  Xristianlıqda  mərkəzi  şəxsiyyət  olmuş  İisus  Xristosun 
ardınca  belə  bir  şeyin  təkrarlanması  istər-istəməz  maraq  doğurur.  Axı,  xristianlarda  İsa 
peyğəmbəri «xilaskar» adlandırırdılar. 
Dali lap balacalıqdan anlaqlı, fəhmli, tez başa düşən, lakin dikbaş, təkəbbürlü, 
idarəedilməz və sözə qulaq asmayan bir uşaq olmuş, öz tərslik və şıltaqlığı ilə seçilmiş, tez-
tez  simulyasiya  etmiş,  həmişə  başqalarından  fərqli  olmağa  çalışmış  və  ətrafdakıların 
diqqətini özünə cəlb edə bilmişdir. Çoxlu sayda kompleksi olmuş, xüsusən şala cırcıraması 
qarşısında  irrasional  qorxu  keçirmişdir.  Həmyaşıdları  ilə  tez-tez  dalaşmış,  məktəbdəki 
qızğın  oyunlar  vaxtı  uduzduqda  özünü  qələbə,  zəfər  çalmış  kimi  aparmış,  bir  şadlıq 
etməklə  sanki  müvəffəqiyyət  qazandığını  göstərmişdir.  Eyni  sinifdə  oxuyan  uşaqlar  onu 
«qəribə və anlaşılmaz yoldaş» hesab etmişdilər. 
Dali 1921–1926-cı illərdə İspaniyanın paytaxtı Madrid şəhərində San-Fernando 
Rəssamlıq  Akademiyasında  oxumuşdur.  Akademiyaya  daxil  olduğu  il  anasını  itirmiş, 
bunu  faciə  kimi  qarşılayaraq  çox  kədərlənmişdir.  1922-ci  ildə  istedadlı  gənclər  üçün 
Madriddə  yerləşən  «Rezidensiya»  («Residencia  de  Estudiantes»)  tələbə  yataqxanasına 
köçmüş  və  təhsilinə  başlamışdır.  Həmin  illərdə  hamı  Dalinin  modabazlığını  görmüş, 
yoldaşları onun şıq geyinməyi sevdiyini qeyd etmişlər. Dali incəsənət məktəbində təhsil 
alan vaxt Luis Bunyuel, Federiko Qarsia Lorka, Pedro Qarfias ilə tanış olmuş, Ziqmund 
Freydin əsərlərini həvəslə oxumuşdur. 
Xüsusən ispan şairi və dramaturqu, musiqiçi və rəssam-qrafik Federiko Qarsia 
Lorka  (Federico  Garcia  Lorca)  ilə  münasibətlər  Dalinin  həyatına  mühüm  təsir  etmişdir. 
XX  əsr  ispan  mədəniyyətinin  ən  parlaq  və  nüfuzlu  xadimlərindən  biri  Qarsia  Lorkanın 
Dalidən çox xoşu gəlmişdir. Bütün mövcud məlumatları nəzərə alaraq demək olar ki, Loria 
gənc tələbəyə vurulmuş, uzun müddət ərzində onu təqib etmiş, dalına düşmüş, məhəbbət 
kələkləri  gəlmiş,  istədiyini  ondan  qoparmağa  çalışmışdır.  Lakin  onların  arasında 
homoseksual roman (bircinsli eşq macərası) olub-olmadığını söyləmək çətindir. 


63 
 
Hələ erkən gənclik illərində Dali özünü gözəl rəssam-qrafik və istedadlı naqqaş 
kimi  göstərmişdir.  Onun  naqqaşlıqda  yeni  cərəyanlarla  tanışlığı  inkişaf  etmişdir.  Dali 
kubizm və dadaizm metodlarını tətbiq etməklə eksperimentlər aparmışdır.  
Salvador  Dali  özünü  son  dərəcə  qəribə  apardığından,  heç  vaxt  ipə-sapa 
yatmadığından çoxları onu dəli hesab edirdi. Yaxınları Salvador Dalinin evdə, doğmaları 
arasında tamam başqa, sakit, normal adam, maraqlı həmsöhbət, qayğıkeş dost olduğunu 
söyləyirdilər.  Deyilənə  görə,  hətta  bir  dəfə  evində  dostları  üçün  məclis  quran  Salvador 
sakitcə söhbət etdiyi, danışıb-güldüyü məqamda qəfildən qapının zəngi çalınır, özünü itirən 
rəssam  «hələlik  açmayın,  bir  qədər  gözləyin,  Salvador  Dalini  əynimə  «geyinim»,  sonra 
açarsınız» deyib otağına qaçır. Dostları bir neçə dəqiqə öncəki Salvadorla indikinin çox 
fərqli  olmasından  heyrətlənirlər.  Dali  kənar  adamın  yanında  özünü  çox  qəribə  aparır, 
dəliliklər  edir,  aqressiv  danışır  və  digər  yaramaz  hərəkətlər  edir.  Rəssam  yalnız  molbert 
arxasında özü olurdu. Buna görə heç vaxt iş prosesinin fotoya, videoya çəkilməsinə icazə 
vermirdi. Salvador Dalinin ancaq özünə çox məhrəm bildiyi, son dərəcə yaxın hesab etdiyi 
az sayda, belə demək mümkünsə, «bir ovuc» adam onu tanıya bilərdi. Dalinin ən böyük 
iddiası, dünyadan umduğu yeganə təmənnası yadda qalmaq, unudulmamaq idi. Buna görə 
insanları ən adi üsullarla qıcıqlandırır, onları fərdi yollarla hirsləndirir, bunun müqabilində 
xeyli düşündürürdü. Məsələn, müsahibə verməyə gedəndə başına skafandr taxar, tanınmış 
bir adamın görüşünə paltarsız çıxar, restoranda ona heyranlıq nümayiş etdirən fanatlarının 
üstünə yemək ata bilərdi. Amma bütün qəribəliklərinin arxasındakı böyük sənət hər şeyi 
üstələyir,  bütün  umu-küsüləri  bir  kənara  qoyurdu.  İnsanlar  Dalinin  hər  düşünülməmiş 
hərəkətini, hətta səfehliklərini onun sənətinə görə bağışlamağa hazır idilər.  
Heç  kəsi  bəyənməyən,  başqalarına  xor  baxan,  etinasızlıq  göstərən  Dali 
təkəbbürlü  olmasının  tezliklə  altını  çəkmişdir.  Belə  ki,  müəllimlərinə  qarşı  nəzakətsizlik 
etdiyinə  və  saymazyana  münasibət  bəslədiyinə  görə  1926-cı  ildə  onu  Akademiyadan 
qovulmuşdur. Elə həmin ildə Parisə köçmüşdür. Fransa paytaxtına birinci dəfə gələn Dali 
burada  ispan  rəssamı,  heykəltəraş,  qrafik  teatral  rəssam,  keramist  və  dizayner  Pablo 
Pikasso  (Pablo  Picasso)  ilə  tanış  olmuşdur.  Öz  stilini  tapmağa  cəhd  edən  Dali  1920-ci 
illərin axırlarında Pablo Pikassonun və başqa bir ispan rəssamı, heykəltəraş və qrafiki Joan 
Miro-i-Ferranın (Joan Miro i Ferra) təsiri altında bir sıra əsərlər yaratmışdır. Dali Parisdə 
məşhur  fransız  yazıçısı  və  şairi,  sürrealizmin  banisi  Andre  Bretonun  (Andre  Breton) 
başçılıq etdiyi sürrealistlər qrupuna qoşulmuş, oranın üzvü olmuşdur. 1929-cu ildə dostu, 
görkəmli kinorejissor Luis Bunyuel Portoles (Luis Bunuel Portoles) ilə birlikdə «Andaluz 
köpəyi»  (fransızca  «Un  chien  andalou»)  adlı  16  dəqiqəlik  səssiz  sürrealistik  filmin 
yaradılmasında iştirak etmişdir. Bəzi mənbələrdə filmin adı «Andaluz iti» kimi tərcümə 
olunur.  Film  bəzi  kadrlarına  görə  elitar  cəmiyyətdə  səs-küy  salmış,  hətta  qadağan 
olunmuşdu. Dalinin ssenarisi əsasında rejissor dostu tərəfindən çəkilən filmdə Lorka bir 
qədər  kədərlənməklə  özünü  (sevimlisini)  və  təsvirdəki  parodiya  motivlərini  tanımışdır. 
Belə bir mənzərə Lorka ilə Dalinin münasibətlərində nəsə bir sərhəd yaratmışdır. Bunun 
ardınca onlar qəti surətdə bir-birindən aralanmışlar. 
Qeyd  edək  ki,  İspaniyada  vətəndaş  müharibəsinin  əvvəlində  1936-cı  ilin  19 
avqustunda  Lorka  öldürülür.  Tarixi  yaddaşın  bərpa  olunması  haqqında  qanuna  görə, 
öldürülən adamların dəfn olunduqları yer məzarlıq şəklinə salınır. Lakin belə bir versiya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə