Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

47 
 
dünyaya  gəlmişdir.  Yelena rəssamın ölümündən sonra  Yan Baptist  van  Brukxovenə ərə 
getmiş və ona bir oğlan doğmuşdur. 
 
 
Şəkil  28.  Piter  Paul  Rubens.  Yelena  Furmanın  portreti.  Münhen,  Köhnə 
pinakoteka
83
  
 
 
 
Şəkil 29. Piter Paul Rubens. Yelena Furman və onun iki uşağının portreti. Paris, 
Luvr muyzeyi
 


48 
 
 
Yelena  Furman  qüdrətli  sənətkarın  yaradıcılığında  əsas  yer  tutan  obrazlardan 
olmuşdur.  Rubens  sevimli  arvadını  lüt  halda  təsvir  etmişdir.  Rubens  arvadını  əvvəlcə 
mifologiya və Bibliya kompozisiyalarında təsvir etmişdir. Təqribən 1635-ci ildə yaratdığı 
«Virsaviya» əsərinin qəhrəmanı onun ikinci arvadının surətidir. Həmin əsər Almaniyada 
Drezden Şəkil Qalereyasında saxlanılır (şəkil 30). 
 
 
Şəkil 30. Piter Paul Rubens. «Virsaviya», yağla ağac üzərində çəkilmiş 175 x 
126  santimetr  ölçülərində  olan  tablo,  təqribən  1635-ci  il,  Almaniya,  Drezden  Şəkil 
Qalereyası 
 


49 
 
P. P. Rubensin təqribən 1638–1640-cı illərdə təsvir etdiyi «Kürk» portreti yenə 
Yelena  Fourmentin  portretidir.  Həmin  ecazkar  portret  Vyanada  Bədii-Tarixi  Muzeydə 
saxlanılır (şəkil 31). 
 
 
Şəkil 31. Piter Paul Rubens. «Kürk», təqribən 1638–1640-cı illər, Vyana Bədii-
Tarixi Muzeyi 
 
Arvadı  Yelena  Fourmenin  çılpaq  halda  şəkillərini  çəkməsi  və  sonra  onları 
sərgiyə  çıxarması  səbəbindən  bəzi  müəlliflər  Rubensin  yaradıcılığında  kandavlizm 
elementlərini  görməyə  meylli  olmuşlar.  Rubensin  kandavlizmdən  əziyyət  çəkdiyini  K. 
İmelinski və başqa müəlliflər qeyd etmişlər [33]. 


50 
 
1996-cı ildə rus alimləri, tibb elmləri namizədləri A. A. Bova və Y. M. Savina 
tərəfindən  tərtib  edilən  «Seksologiya  və  seksopatologiya  üzrə lüğət  (şərh  və  əlavələrlə)» 
adlı  kitabda  K.  İmelinskinin  çılpaq  arvadını  təsvir  etdiyi  mənzərələri  sərgiyə  çıxaran 
Rubensin  yaradıcılığında  kandaulezizm  əlamətlərinin  olduğunu  göstərməsi  fikrinin 
mübahisəli olması qeyd edilmişdir. Müəlliflər məsələni ona görə mübahisəli hesab edirlər 
ki, rəsamlardan bir çoxu (məsələn, Salvador Dali) eyni şeyi ediblər və hazırda da edirlər 
[47].  
Flandriyalı  mühacirdə  kandavlizm  əlamətlərinin  özünü  qabarıq  şəkildə 
göstərdiyi heç bir vəchlə inkar edilə bilməz. Tədqiqatçıların fikrincə, Piter Paul Rubensdə 
kandaulezistik  meyl  yeniyetməlik  yaşlarından  olmuş,  ömrünün  sonunadək  onda 
saxlanılmışdır.  Boyakar  arvadının  çılpaq  şəkillərini  açıq-açığına  müzakirə  mövzusuna 
çıxarmaqla  çoxlarını  təəccübləndirmişdir.  Rəssamın  yaratdığı  qəşəng  formalı,  həssas  və 
koppuş qadınlar görənləri heyrətə gətirmişdir. Rəssam arvadını çox, bir neçə dəfə, özü də 
həvəslə  çəkmişdir.  Sənətkar  arvadının  bədəninə  baxıb  ləzzət  almış  və  belə  gözəl  qadına 
yiyələndiyini hamıya bildirmək, onun cəlbediciliyini başqa kişilərə göstərmək istəmişdir. 
Buna  görə  Rubens  çılpaq  Yelenanın  yer  aldığı  mənzərələri  ümumi  kütlənin  seyr  etməsi 
üçün onları tez-tez sərgiyə qoymağı sevmişdir. Antverpen sakinləri lövhə üçün məhz kimin 
model xidməti gördüyünü dərhal bilmişlər. Rubensin buna əmin olması onu oyandırmış, 
ehtirasa  gətirmişdir. Rubens  çılpaq  şəkillər  sərgidə  nümayiş  olunarkən dostlarının onlara 
tamaşa  etmələrindən  çox  ruhlanmış,  vəcdə  gəlmişdir.  Ağıllı  Yelena  ərinin  qeyri-adi 
meylini duymuş, onun zəifliyinə barmaqarası baxmışdır.  
 
* * * 
 
Məşhur  kandavlistlər  haqqında  danışdıqda  Uorsli  ailəsindən  söhbət  açmamaq 
mümkün  deyildir.  Həmin  ailə  Britaniya  ali  cəmiyyətində  (kübar  mühitində)  nəhəng 
biabırçılığa səbəb olmuş, qrandioz rüsvayçılığa yol açmışdır.  
XVIII  əsrdə  ingilis  siyasi  xadimi  və  qədimdən  qalma  şeylər  kolleksioneri  ser 
Riçard  Uorsli  (Sir  Richard  Worsley)
84
  və  varlı-hallı  evin  qızı  Seymur  Doroti  Fleminq 
(Seymour Dorothy Fleming)
85
 arasındakı nikah çox böyük səs-küyə səbəb olmaqla tarixə 
düşür. 7-ci baronet (7th baronet) kimi məşhur olan 24 yaşlı Riçard və vəliəhd qız 17 yaşlı 
Seymur  1775-ci  ildə  kəbin  kəsdirirlər  (nikahlanırlar).  Onların  zəmanəsi  məhzun  (kədər 
gətirən) vaxtlar idi, həmin dövrdə hətta son dərəcə ağıllı, varlı və çox gözəl qadın kişinin 
yalnız  «xüsusi  mülkiyyəti»  sayılırdı.  Çox  yaraşıqlı  Seymur  Fleminqə  yüz  min  funt 
dəyərində cehiz verilmişdi. Əlbəttə, bu başgicəlləndirici məbləğ idi, ancaq həmin məbləğlə 
qadın yalnız mehtəri (atabaxanı) və yaxud bağbanı sevə bilərdi. Ərin var-dövləti onun üçün 
heç bir şey həll edə bilməzdi. İlk vaxtlar onları ideal cüt hesab edirlər. Ser Riçard Uorsli 
Nort  lordu  hökumətində  vəzifəcə  yüksəldiyindən  parıldayan  ulduz,  ledi  Uorsli  isə  ali 
cəmiyyətin  sevimlisi  sayılırdı.  Əvvəlcə  gənc  ledi  Seymur  baron  Uorsli  ilə  öz  nikahını 
entuziazmla qarşılayır, ona vurulur. Qadın Riçard Uorslini sevir və ona söz verir ki, onun 
üçün ürəyi istəyəni edəcəkdir. Hələ ərinin qeyri-adi intim vərdişlərindən şübhələnmədiyi 
bir vaxtda onun istədiyini həyata keçirəcəyini vəd edir. Lakin ailə cəbhəsində işlər heç də 
zənn  edildiyi  qədər  idillik
86
  deyildi.  Çox  keçmədən  onların  ailəsində  nifaq  başlayır. 


51 
 
Danışırdılar ki, ser Riçard qadınlarla elə çox maraqlanmazdı. Ledi Uorsli sonralar etiraf 
etmişdir ki, onların ilk nikah gecəsi üç ay uzanmışdır. Söz yox ki, həmin informasiyanın nə 
qədər həqiqət olduğu məlum deyildir. Lakin gənc siyasətçinin arvadına az diqqət yetirməsi 
göz qabağında olan bir fakt idi və heç kimdə şübhə doğurmurdu. 
Baronun  təhrif  olunmuş  zövqü  meydana  çıxır.  Əvvəllər  arvadı  sadəcə 
corablarını  necə  soyunduğunu  gizlicə  müşahidə  edirdi.  Sonra  onun  başqa  kişilərlə 
görüşlərinin  təşkil  edilməsinə  şərait  yaratdı.  Vuayerizmə  mübtəla  olmuş  Riçard  Uorsli 
arvadını başqa kişi ilə yatmağa məcbur etməyə başlayır, özü isə açar deşiyindən onların 
cinsi  əlaqəsinə  baxır.  Ər  öz  kefi  istəyən  kimi  arvadının  xəyanətini  müşahidə  etməyə  və 
bundan həzz almağa başladı. Deyilənlərdən belə çıxır ki, aldadılmış ər əslində öz arvadının 
reputasiyasının
87
 korlanmasına qol qoymuş, «imza çəkmişdir».  
Ərinin qəribə meylindən sui-istifadə edən ledi Uorsli pozğun həyat sürür. Ledi 
Uorslinin dalbadal məşuqları peyda olur. Xanım qısa vaxt ərzində bir yığın kişinin yatağına 
girir, onun məşuqlarının sayı-hesabı olmur. Yayılan xəbərlərə görə, ledinin cinsi yaxınlıqda 
olduğu  kişilərin  sayı  artıq  27  nəfərə  çatır.  Hətta  onlardan  biri  –  Corc  Bissettə  (George 
Bissett)  üçün  bir  qız  doğur.  Belə  ki,  əxlaqsız  qadın  1781-ci  ildə  nikahdankənar  cinsi 
əlaqədən qazandığı uşaq doğur. Lakin ser Riçard biabır-rüsvay olmamaq, qınaq obyektinə 
çevrilməmək üçün doğulan körpənin onun öz uşağı olduğunu etiraf edir. Həmin vaxt cütün 
artıq  qanuni  doğulmuş  bir  oğlan  uşağı  –  varis  (nəslin  davamçısı)  vardı.  Bununla 
kifayətlənməyən həyasız arvad ərinin seyrçi münasibətindən yorulduğunu bəhanə edərək 
1781-ci  ilin  18  noyabrında  «rəşadət  göstərirmiş»  kimi  dəliqanlı  kapitan  Corc  Bissettə 
qoşulub  qaçır.  Güman  edilir  ki,  arvad  tez  boşanacağına  ümid  edərək  belə  bir  addım 
atmışdı. Lakin bu variant qəzəblənmiş əri qane etmədi. Ərini qoyub öz məşuqu ilə qaçan 
arvad bununla əsəbləri tarıma çəkir. «Cinayətkar dedi-qodu» hər yerə yayılır.  
Ledi  Uorslinin  zinakarlığı  ser  Riçard  Uorslini  kapitan  Corc  Bissettlə  üzbəüz 
qoyur, onları məhkəmədə «görüşdürür». Ovqatı təlx olmuş, məyus Riçard Uorsli dəlibaş 
kapitanı məhkəməyə verir. 
1782-ci  ildə  Britaniya  və  Amerika  Birləşmiş  Ştatlarının  sakinləri  arasında 
məhkəmə çəkişməsi başladı. Elə çox tanınmayan Corc M. Bissett Uayt adası qubernatoru 
ser Riçard Uorslinin arvadı ilə nikahdankənar cinsi əlaqə yaratmaqda günahlandırılırdı. 
Nikaha xitam vermək (boşanmaya nail olmaq) üçün ər arvadının zinakarlıq aktı 
törətdiyini, ona xəyanət etdiyini sübut etməliydi. «Əmlakının» (arvadının) korlanmasına, 
reputasiyasının  zərər  görməsinə  (ad-sanına  ləkə  gətirilməsinə),  şərəf  və  ləyaqətinin 
alçaldılmasına  görə  nəhəng,  külli  bir  məbləğ  tələb  edilirdi.  Belə  ki,  ser  Riçard  pulla 
kompensasiya  kimi  iyirmi  min  funta  bərabər  bir  məbləği  ələ  keçirmək  üçün  dişlərini 
qıcamışdı. Tələb edilən məbləğ heç də kiçik deyildi, həmin vaxtlar heç yerdə eşidilməmiş, 
misli görünməmiş dərəcədə böyük bir məbləğ sayılırdı. Hətta bəzi jurnalistlər onu indiki 
dövr  məbləğinə  çevirərək  üç  milyon  dolları  keçdiyini  bildirirlər.  Əslində  Riçardın  pula 
ehtiyacı yox idi, sadəcə olaraq arvadını qaçırmış kapitanı cəzalandırmaq məqsədilə buna 
getmişdi.  Ancaq  proses  (məhkəmə  işinin  gedişi)  çox  qəribə,  «nəşəli»  bir  xarakter  aldı. 
Londonlular  şahidlərin  ifadələrinin  toplandığı,  onların  canlı  təsvir  olunduğu  kitabçalar 
aldılar.  Buradakı  məlumatlar  kifayət  qədər  inandırıcı  sayılırdı,  hətta  miledini
88
  zöhrəvi 
xəstəlikdən müalicə etmiş həkimin verdiyi ifadə belə kitabçaya salınmışdı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə