Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

57 
 
 
Şəkil 35. «Rüsvayçı ledi U» («The scandalous lady W») filminin posteri 
 
* * * 
 
Fransız  heykəltəraşı  Fransua  Ogüst  Rene  Roden  (François-Auguste-Rene 
Roden)  də  həmçinin  kandavlist  hesab  edilir.  1840-cı  ilin  12  noyabrında  Paris  şəhərində 
doğulmuşdur. Sənətkar «Qucaqlaşmalar» adlı əsərində öz sevgilisini təsvir etmişdir (şəkil 
37). 
 
 
Şəkil  36.  Fransua  Ogüst  Rene  Roden  (François-Auguste-Rene  Roden;  1840–
1917). 1891-ci il  


58 
 
 
 
Şəkil  37.  Fransua  Ogüst  Rene  Roden  (François-Auguste-Rene  Roden;  1840–
1917). «Qucaqlaşmalar» 
 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Rodenin  ecazkar  sənəti  müasir  heykəltəraşlığın 
inkişafına  çox  güclü  təsir  etmişdir.  Onu  haqlı  olaraq  müasir  heykəltəraşlığın 
yaradıcılarından biri hesab edirlər. Qəribədir ki, hətta müxtəlif bədii cərəyanlara mənsub 
olan  sənətkarlar  belə  onu  özlərinə  müəllim  sayırdılar.  İmpressionistlər  Rodeni 
«impressionizmin banisi» adlandırır, realist sənətkarlar, eləcə də digərləri, hətta simvolistlər 
belə ondan çox şey öyrənirdilər [12, səh. 145].  
Həmçinin rəsm və ofort ustası kimi tanınan Rodenin yaradıcılığı heykəltəraşlıq 
tarixində mühüm mərhələ təşkil edir. Müəyyən olunmuşdur ki, 1880-ci illərin ortalarından 
O.  Rodenin  yaradıcılığında  mürəkkəb  simvolik  obrazlara,  ziddiyyətli  və  ifrat  insan 
emosiyalarının üzə çıxarılmasına meyl artmışdır [6, səh. 167, orta və sağ sütunlar].  
O. Roden 1917-ci ilin 17 noyabrında Myodonda vəfat etmişdir. 
 
* * * 
 
Arvadın  başqa  kişinin  qarşısında  çılpaqlaşdırılmasından  danışdıqda  məşhur 
fransız naqqaşı və oymaçısı, impressionizmin banilərindən biri Eduard Manenin (Edouard 
Manet) 1863-cü ildə yaratdığı «Ot üstündə səhər yeməyi» əsəri barəsində hökmən söhbət 
açmaq  lazım  gəlir.  Atası  fransız  hüquqşünası  Ogüst  Mane  (Auguste  Manet),  anası 
diplomat  Joze-Antuana-Ennemo  Furnyenin  (Joseph-Antoine-Ennemond  Fournier)  qızı 
Ejeni-Dezire Furnye (Eugenie-Desiree Fournier) olmuşdur. Eduard Mane 1832-ci ilin 23 
yanvarında Parisdə dünyaya gəlmişdir. 
Sənətkarın  ailə  quracağı  holland  Süzanna  Leenhoff  (Suzanne  Leenhoff) 
musiqiçi olmuş, 1849-cu ildən Manenin kiçik qardaşları Ejen və Qustava  fortepianodan 


59 
 
dərs  demişdir.  1852-ci  ilin  19  yanvarında  Süzannanın  oğlu  olur  və  adını  Leon  (Leon 
Leenhoff) qoyur. Süzanna uşağın atası kimi sənəddə Koel yazdırır, lakin onun barəsində 
heç bir məlumat vermir. Eduard Mane uşağın xaç atası olur. Bəziləri uşağın atasının Ogüst 
Mane,  digərləri  isə  Eduard  Mane  olduğunu  bildirir.  Leon  və  Suzannanın  yaşadığı  evdə 
təkcə onlar deyildi.  Belə ki,  Süzannanın qardaşları  –  heykəltəraş Ferdinand  Leenhoff və 
rəssam Rudolf Leenhoff, həmçinin nənəsi bir yerdə qalırdılar. Güman edilir ki, Süzanna 
naqqaşın atası Ogüstün məşuqəsi olmuşdur. Atasının ölümündən düz bir il sonra 1863-cü 
ilin 28 oktyabrında Eduard Mane onunla evlənmişdir. Sənətkarın onunla sevgi macərası on 
il  ərzində  davam  etmişdir.  Balaca  Leon  və  anası  Süzanna  rəssamın  çoxlu  sayda  lövhəsi 
üçün bir model kimi xidmət göstərmişdir.  
 
 
Şəkil 38. Eduard Mane (Edouard Manet), təxminən 1870-ci il. Məşhur fransız 
fotoqrafı, karikatura ustası, romanist yazıçı, jurnalist və təyyarəçi Nadarın (Nadar; əsl adı 
Qaspar Feliks Turnaşon – Gaspard Felix Tournachon) əsəri olan portret 
 
1863-cü  ilin  oktyabrında  fransız  şairi,  tənqidçi,  esseist  və  tərcüməçi  Şarl  Pyer 
Bodler (Charles Pierre Baudelaire) öz dostuna yazırdı: «Mane indicə təəccüblü bir xəbəri 
mənimlə bölüşdü. Bu gün axşam Hollandiyaya yola düşür, öz arvadı ilə geri qayıdacaq... 
deyilənə  görə,  onun  arvadı  çox  qəşəng,  nəzakətli,  xoşrəftar  bir  qadındır,  gözəl  piano 
ifaçısıdır». 
Eduard, Süzanna və Leon bir yerdə yaşayırlar. Lakin rəssamın ailəsinə və Paris 
ictimaiyyətinə Leon Süzannanın oğlu kimi deyil, kiçik qardaşı kimi təqdim edilmişdir. 
Eduard  Manenin  1863-cü  ildə  yağlı  boyalarla  çəkdiyi  «Ot  üstündə  səhər 
yeməyi»  (fransızca  «Le  dejeuner  sur  l’herbe»)  əsəri  cəncəlli  və  biabırçı  bir  mənzərədir. 
Paris  salonu  üçün  nəzərdə  tutulan  əsər  ilk  vaxtlar  «Çimmə»  (fransızca  «Le  bain») 


60 
 
adlandırılmışdır. Lakin burada rüsvayçı elementlərin çox olduğunu görən jüri üç mindən 
artıq  digər  tablo  ilə  birlikdə  sərgiyə  çıxarılmasına  icazə  verməmişdir.  Belə  mənzərələr 
imperator  III  Napoleonun  təşəbbüsü  əsasında  yaradılan  «Qəbul  edilməmiş  əsərlər 
salonu»nda sərgiyə çıxarılmışdır. 
 
 
Şəkil 39. Eduard Mane (Edouard Manet). Ot üstündə səhər yeməyi (Le dejeuner 
sur l’herbe), 1863-cü ildə yağlı boyalarla çəkilmiş 208 x 264,5 santimetr ölçülərində olan 
şəkil. Hal-hazırda Parisin Orse muzeyinin 19-cu zalında saxlanılır. 
 
Mənzərənin  süjet  seçiminə  gəldikdə  tam  geyimli  halda  olan  iki  kişinin  çılpaq 
qadınlarla  təbiətin  qoynunda  olması  aşkar  anlaşılmazlıq  doğurmuş,  müəllifin  pis  zövqə 
malik olmaqda və dekadentlikdə günahlandırılmasına səbəb olmuşdur. Tamaşaçılar təkcə 
süjetə görə deyil, eyni zamanda çılpaq qadının utanmadan, abır-həya etmədən düz seyrçiyə 
baxmasına,  həmçinin  personajların  tanınmazlığına  hiddətlənmişlər.  Qadın  modeli  kimi 
Eduard  Manenin  sevimlisi,  fransız  rəssamı  və  musiqiçisi  Viktorina  Luiza  Myoran 
(Victorine  Louise  Meurent),  kişilərdən  biri  qardaşı  Mane  Qustav,  digəri  gələcək  qaynı 
Ferdinand Leenhoff olmuşdur. Geyimli olan kişilər dendi kimi qavranılırlar. Dendi (dandy) 
XIX əsrin sosial-kultural tipidir, özünə fikir verən, zahiri görünüş və davranışının estetik 
biçimliliyinə  nəzarət  edən,  nitqinin  nəzakətliliyinə  çalışan,  həmin  keyfiyyətlərini  xüsusi 
olaraq  nəzərə  çarpdıran  kişini  belə  adlandırırdılar.  Kişilərin  başı  söhbətə  elə  qarışıb  ki, 
sanki  onlar  yanlarında  çılpaq  qadın  olduğunu  hiss  etmirlər.  Kişilərin  qabağında 
soyunulmuş qadın paltarı, meyvələrlə dolu zənbil və dəyirmi çörək vardır. Arxa planda 
əyninə  yüngül  paltar  geyinib  çayda  yuyunan  ikinci  qadın  görünür.  Həmin  qadın  ön 
plandakı fiqurlarla müqayisədə qeyri-mütənasib şəkildə böyük ölçüdə görünür. Mənzərə 
fonu üçün dərinlik çatışmır, bütün səhnənin təbiət qoynunda deyil, studiyada baş verməsi 
təəssüratı yaranır. Demək olar ki, kölgə verməyən işıqla həmin təəssürat güclənir.  
E. Mane «Ot üstündə səhər yeməyi» əsərini bazar günü Sena sahilinə Arjanteyə 
(Argenteuil)  səyahət  edən zaman  fikirləşmişdir. Mane kompozisiyanın  əsası kimi böyük 
italyan naqqaşı, qrafik və arxitektoru, Umbriya məktəbinin nümayəndəsi Rafael Santinin 
(Raffaello Santi) şəkilləri üzrə italyan oymaçısı Markantonio Raymondinin (Marcantonio 
Raimondi) «Paris məhkəməsi» qravürasından fraqment götürmüşdür.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə