Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

41 
 
Qızı Orlean Marqaritası Etamp qrafı Riçard Bretana ərə getmişdir. 
Valentinanın dörd oğlu və iki qızı uşaq yaşlarında ölmüşlər. 
 
 
Şəkil 22. Orlean Lüdoviki (I Lüdovik) 
 
Bundan başqa, Valentina 1405-ci ildə öz ərinin bastardı
78
 olan Jan de Dünuanı 
(Jean de Dunois) faktik olaraq oğulluğa götürmüşdür. Hərbçi olan həmin insan çox vaxt 
Orlean bastardı olan Jan (Jean le batard d’Orleans) adlandırılmışdır. Birinci Lüdovikin və 
Marietta  Dengienin oğludur.  Beş  yaşı  olanda  atasını itirmiş, bundan  bir il sonra  analığı 
Valentina dünyasını dəyişmişdir. 
Ehtimal  edilir  ki,  Birinci  Lüdovik  öz  arvadını  deyil,  məşuqəsini  başqalarına 
göstərməkdən həzz almışdır. Maraqlı olduğunu nəzərə alıb həmin tarixi vərəqləyəcəyik. 
Fransız  boyakarı  və  qrafiki,  Avropa  boyakarlığında  romantik  istiqamətin 
seçilmiş nümayəndəsi,  mütərəqqi romantizmin görkəmli nümayəndəsi Ferdinand Viktor 
Ejen  Delakrua  (Ferdinand  Victor  Eugene  Delacroix)
79
  tərəfindən  1825–1826-cı  illərdə 
yağlı  boyalarla  çəkilmiş  «Öz  məşuqəsini  göstərən  Orlean  Lüdoviki»  («Louis  d’Orleans 
unveils a mistress») adlı mənzərədə məhz bundan bəhs edilir (şəkil 23). 
İspaniyanın  paytaxtı  Madrid  şəhərində  Tissen-Bornemiz  (Tissen-Bornemisa) 
kolleksiya fondunda saxlanılan şəkil bir tərəfdən incəsənət əsəri, digər tərəfdən diqqətlə 
baxılarkən  tarixin  hər  hansı  hissəsi  qeyri-ixtiyari  olaraq  xatırlamağa  imkan  verən 
mükəmməl bir abidədir. Ejen Delakrua tərəfindən təsvir edilmiş «Öz məşuqəsini göstərən 
Orlean  Lüdoviki»  («Louis  d’Orleans  unveils  a  mistress»)  adlı  mənzərəsindən  bir 
fraqmentdə məhz ən məşhur kandavlist Orlean Lüdoviki təsvir edilmişdir. Əsəri həmçinin 
«Orlean Lüdoviki öz məşuqəsinin gözəlliyilə öyünür» kimi tərcümə etmək olar.  
İstedadlı  rəssam  dövrünün  əxlaqi  eybəcərliyini  yaratdığı  mənzərədə  təcəssüm 
etdirmişdir. Əsərin süjet xətti zəmanənin dünyagörüşünü bu aspektdən tamamlayır. Bahalı 
paltarlar geyinmiş varlı hersoq çarpayıda uzanmış gənc qadının üstündəki örtüyü götürür. 
Üstünün açıq qalmasından utanıb sıxılan qadın sifətini çevirir və əllərilə döşlərini örtməyə 
çalışır.  Karıxıb  həyəcanlanmış  məşuqəsinin  çılpaq  bədənini  diqqətlə  gözdən  keçirən  və 
onun gözəlliyilə öyünən kişinin nəsə mədhedici sözlər dediyi, tərifləyici  ifadələr işlətdiyi 
onun sifət cizgilərindən aydın görünür. 


42 
 
Delakruanın  portretində  Orlean  Lüdovikinin  öz  məşuqəsinin  gözəl  bədənini 
nümayiş etdirdiyi kişi zahirən VI Karla oxşayır, lakin bunu dəqiq demək çətindir, həmçinin 
yataqdakı 
əxlaqsızın 
İzabo, 
Valentina, 
yoxsa 
Odetta 
olduğu 
dəqiq 
müəyyənləşdirilmədiyindən suallar doğurur.  
 
 
Şəkil  23.  Ferdinand  Viktor  Ejen  Delakrua.  «Öz  məşuqəsini  göstərən  Orlean 
Lüdoviki»  («Louis  d’Orleans  unveils  a  mistress»).  1825–1826-cı  illər.  Yağlı  boyalarla 
çəkilmiş  şəkil.  İspaniyanın  paytaxtı  Madrid  şəhərində  Tissen-Bornemiz  (Tissen-
Bornemisa) kolleksiya fondunda saxlanılır. 
 
Qadının İzabo olması daha çox ehtimal edilir. Hərçənd kandavlist ərin təkcə öz 
məşuqəsini deyil, eyni zamanda arvadını da nümayiş etdirməsi çox müşahidə edildiyindən 
portretdəki  qadının  Valentina  olduğuna  güman  artır.  Həmçinin  Odetta  da  ola  biləcəyi 
istisna edilmir. 
Ümumiyyətlə, həmin dövrün Fransa kral sarayının tarixini danışmaq bir qədər 
məsuliyyətli,  eyni  zamanda  asan  olmayan  işdir.  Çünki  Aleksandr  Düma-ata  (Alexandre 
Dumas  pere),  Onore  de  Balzak  (Honore  de  Balzac),  Donasyen  Alfons  Fransua  de  Sad 
(Donatien Alphonse François de Sade) və başqa məşhur müəlliflərin əsərlərindən tutmuş 
digər  mötəbər  mənbələrə  qədər  çox  müxtəlif  ədəbiyyatı  qaldırmaq  lazım  gəlir.  Əlbəttə, 
söhbət həmin müəlliflərlə rəqabət apara bilməyin çətinliyindən deyil,  mövcud materialın 
təhlil süzgəcindən keçirilməsinin böyük zəhmət tələb etməsindən gedir.  
Avropanın aristokratik dairələrində qeyd edilən dövrdə hökmranlıq etmiş ədəb 
və  əxlaq  qaydaları  nəinki  nikahdankənar  məhəbbət  əlaqələrini  mühakimə  etmir,  əksinə, 


43 
 
belə halların olması bəyənilir, təqdirəlayiq dəyişikliklər kimi qiymətləndirilir. Məşuqələrin 
çox olması ilə öyünmə bir dəb halını alırdı. Lakin qadına qiymətsiz bir «xüsusi mülkiyyət» 
kimi  baxılırdı.  Hətta  adlı-sanlı  kişinin  öz  məşuqələrilə  lovğalanması  onun  yeni  at,  it  və 
başqa heyvanları alarkən öyünməsinə bərabər tutulurdu. 
İntibah  epoxasının  ən  çox  oxunan  fransız  müəlliflərindən  biri,  Yekaterina 
Mediçi zəmanəsinin saray həyatının xronisti Pyer de Burdeyl (Pierre de Bourdeille) də öz 
münasibətini  bildirmişdir.  Çox  vaxt  senyor  de  Brantom  (seigneur  de  Brantome)  kimi 
tanınan  araşdırıcı  yazırdı:  «Sonralar  Parisdə  Barbett  qapısının  yaxınlığında  öldürülmüş 
Orlean hersoqu Lüdovik başqa cür hərəkət etmişdi (onun böyük bir şuluqçu olduğuna və 
saray  xanımları  içərisində  əsil-nəcabətli,  adlı-sanlı,  kübar  olanlarını  yoldan  çıxarmağı 
sevdiyinə etiraz etmək mümkün deyildi): hersoq başını tovladığı qadınlardan biri ilə yatır, 
ertəsi gün səhər ertədən arvadın ərini öz evində yataq otağında qəbul edilir. Hersoq ona öz 
hörmət  və  ehtiramını  təsdiq  etmək  üçün  gəlmiş  ərə  yataqdakı  qadının  çılpaq  bədənini 
göstərir.  Xanımın  başını  döşəkağı  (mələfə)  vasitəsilə  örtərək  onu  tanınmaz  edir,  ancaq 
bütün bədənini çılpaqlaşdırır, gələn kişinin ona göz yetirməsinə şərait yaradır, hətta əllərilə 
ona toxunmasına icazə verir, ancaq heç bir vəchlə sifətini görməsinə imkan yaratmır. Sonra 
hersoq kişidən ona tanış olmayan bu gözəl qadından xoşu gəlib-gəlmədiyini inadla soruşur. 
Kişi  göz  yetirdiyi  çılpaq  qadının  gözəlliyindən  heyrətə  düşdüyünü,  ona  valeh  olduğunu 
bildirir. Ancaq kişi baxdığı qadının onun arvadı olduğunu heç cür anlamır. Nəhayət, hersoq 
qonağını  lütfkarlıqla  yola  salır,  onu  buraxır.  Bədbəxt  kişi  öz  arvadına  baxıb  ləzzət 
aldığından xibər halda, heç nəyi bilmədən çıxıb gedir. 
Əgər  gələn  kişi  öz  arvadı  ilə  yataqda  olarkən  ona  çılpaq  halda  daha  yaxşı 
baxsaydı,  həmişə  gözdə  olan,  daimi  nəzərləri  altına  düşən  müəyyən  əlamətlərini  aşkara 
çıxarardı və hersoqun yatağında onu görən kimi belə əlamətlərdən bir çoxunu sezən kimi 
üzünü görmədən elə həmin andaca onu tanıyacağını fikirləşmək olardı. Elə buradan ərlərə 
belə bir məsləhət verilir: arvadı hər iki ucdan öyrənməyin, ona yaxşı-yaxşı baxmağın zərəri 
yoxdur. 
Başıbəlalı və uğursuz ərin yataq otağını tərk etməsindən sonra Orlean hersoqu 
məşuqəsindən çox güclü qorxub-qorxmadığını soruşur. Saatın təxminən dörddə biri qədər 
çəkən zaman kəsiyinin qadın tərəfindən necə keçirildiyini, onun hansı dəhşət və vahimə 
yaşadığını  təsəvvür  etmək  çətin  deyildir.  Bədbəxt  qadının  hansı  vəziyyətlə  üzbəüz 
qaldığını və bundan necə qorxduğunu hər kəs özündə düşünüb asanlıqla mühakimə edə 
bilər. Qadının əri bir qədər fərasətli və cəsarətli olsaydı, mələfənin qıraq tərəfini bir qədər 
qaldırsaydı,  dərhal  onu  tanıyacaqdı.  Bununla  qadının  axırı  çatdığını  düşünmək  olardı. 
Lakin hersoq məşuqəsinə bəyan etmişdi ki, əgər belə şey olsaydı, kişi öz hirsini arvadının 
üstünə  tökmək,  ondan  qisas  almaq  fikrinə  düşsəydi,  bu  halda  ədəbsizlik  və  kobudluq 
etdiyini bəhanə gətirib onu elə yerindəcə öldürərdi.    
Maymaq, fərsiz, bacarıqsız ər növbəti gecə öz arvadı ilə yataqda olarkən orlean 
hersoqunun onların önündəcə öz çılpaq məşuqəsilə necə öyünüb lovğalandığını, belə bir 
gözəlliyə malik qadını heç vaxt görmədiyini, ancaq hökmdarın mələfə ilə xanımın başını 
örtməsi səbəbindən onun üzü barəsində heç bir fikir yürüdə bilmədiyini danışmışdır. Qadın 
ona  doğru  danışan  ərinin  söhbətini  dinlədikcə  bir  anlığa  dəhşətli  hadisələr  fikirləşmiş, 
xəyalına vahiməli səhnələr gətirmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə