Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

32 
 
neçə  uğurlu  müharibə  aparmış,  nəticədə  127  əyalətdən  ibarət  olan  və  Hindistandan 
Efiopiyaya  qədər  uzanan  nəhəng  bir  imperiya  üzərində  padşahlıq  etmişdir.  Ahaşveroş 
Nevuxadnesarın nəvəsi  və  axırıncı  fars şahı Belşasarın qızı  Astin ilə  evlənmişdir.  Astin 
yəhudi  dilində  Vaşti  adlanır.  Həmin  söz  hərfi  mənada  «arzu  edilən  arvad»,  «sevilən 
xanım» deməkdir. 
 
 
Şəkil 14. Fars şahının (böyük ehtimalla Kserksin) şəkli olan barelyef. Persepolda 
şah sarayı 
 
 
Şəkil 15. Lülə halında bükülmüş kağız formasında olan Ester kitabı. XIII/XIV 
əsr. Ənənəvi olaraq hər iki tərəfdən deyil, yalnız sol tərəfdən diyircəyə (çarxa) bərkidildiyi 
görünür. 
 
Ahaşveroş möhkəm, sarsılmaz və mətanətli bir adam olmuş, dəmir əllərilə öz 
şahlığını müvəffəqiyyətlə idarə etmiş, gəldiyi qəti qərarın yerinə yetirilməsinə nail olmuş, 
xəyanətdə  şübhələndiyi  hər  hansı  şəxsi  dərhal  edam  etdirməkdən  çəkinməmişdir.  Hətta 
yəhudilər  tərəfindən  Yeruşalaimdə  (Qüdsdə)  «Allah  evi»nin  tikintisini  dayandırmışdır. 
Xatırladaq ki, Əhəmənilər sülaləsindən olan, qədim fars dilində Kuruş, digər mənbələrdə 
Koreş adlandırılan fars şahı Böyük II Kir yəhudilərə Bet-Amikdaşı yenidən inşa etmələrinə 
icazə  vermişdi.  Yəhudilərin  hiyləgər  düşmənləri  olan  şomronit  və  ammonitlər  həmin 


33 
 
qərarın  ləğvi  yolunda  aramsız  kampaniyalar  aparmış,  vəziyyətin  dəyişməsindən  həmişə 
yetərincə yararlanaraq yenə məqsədlərinə nail olmuşdular.  
 
 
Şəkil 16. Padşah arvadı Vaşti 
 
«Allah  evi»nin  inşasını  dayandıran  Ahaşveroş  bir  qədər  narahat  olmuşdur. 
Hökmdar  yəhudi  dövlətinin  və  Yeruşalaimdəki  məbəd  tikintisinin  bərpasının  onun 
imperiyasının  dayaqlarını  laxlada  biləcəyindən  ehtiyat  etmişdir.  Buna  görə  şah  həmin 
yetmiş  illik  müddətin  başa  çatmasını  səbrsizlik  və  həyəcanla  gözləmişdir.  Ahaşveroş 
hakimiyyətdə  olduğu  üçüncü  ildə  qərara  gəlir  ki,  axırıncı  yəhudi  şahlarından  olan 
Yexoniyanın (ivrit dilində «Yehoyaxin» sözü hərfi mənada «Allah tərəfindən qoyulmuş» 
deməkdir)  qovulmasından  sonra  təyin  edilən  yetmiş  illik  müddət  artıq  başa  çatmışdır. 
Halbuki təqvimə görə, həmin hadisədən 67 il keçmiş, hələ üç il qalmışdır. Sadəcə olaraq 
Ahaşveroş  qədim  adətə  əsaslanaraq  hökmranlığın  natamam  ilini  bütöv  il  olaraq  hesab 
etmişdir. Beləcə Yerusalim məbədinin bərpası dayandırılmış oldu. Şah həsrətlə gözlədiyi 
müddətin başa çatdığını və onun üçün heç bir xoşagəlməz hadisənin baş vermədiyini görüb 
yəhudi  peyğəmbərlərinin  bu  məsələdə  səhvə  yol  verdiklərini  düşünmüş  və  arzuladığı 
günün yetişməsini təntənəli surətdə qeyd etməyə qərar vermişdir. Möhtəşəm ziyafətin düz 
180 gün keçirilməsi nəzərdə tutulmuşdur. Bütün prinslər (şahzadələr), zadəganlar (əyanlar) 
və  yüksək  çinli  məmurlar    təntənəli  qonaqlığa  dəvət  olunurlar.  Fars  şahının  əyləşdiyi 
sarayın bütün zənginliyi bu ziyafətdə geniş göstərilir.  
Təmtəraqlı ziyafətin sonunda Ahaşveroş Şuşanın bütün əhalisi üçün yeddi gün 
ərzində xüsusi banket təşkil edir. Kütlənin rəğbətini qazanmaq məqsədini güdən banketdə 
sadə  insanlara  fəxri  yerlər  təqdim  olunur,  onların  çox  kiçik  arzuları  belə  dərhal  yerinə 
yetirilir.  Yəhudilər də həmçinin şah qonaqlığına dəvətlilər  sırasında  idilər.  Lakin  «Əhdi-
Ətiq»  personajı  Mardoxey  (ivritcə  Mordexay)  haram  yeməklə  və  şərabla  yoldan 
çıxarılmamaqdan  ötrü  yəhudiləri  saraya  getməməyə  inandıra  bilir.  Buna  baxmayaraq 
yəhudilərdən  bir  çoxu  başdan  çıxaran  şeylərin  cəzbedici  qüvvəsi  qarşısında  aciz  qalaraq 


34 
 
Mardoxeyin  fikri  ilə  razılaşmır,  onun  xəbərdarlığına  məhəl  qoymurlar.  Ziyafətə  təşrif 
buyuran  yəhudilər  şah  stolunu  bəzəyən  əşyalar  arasında  Bet-Amikdaşın  müqəddəs 
qablarını  və  yeməkxana  ləvazimatlarını  gördükdə  bundan  dəhşətə  gəlirlər.  Ancaq  dala 
qayıtmağın  yersiz  olduğunu  fikirləşən  yəhudilər  digər  qonaqlarla  bir  yerdə  qalaraq 
şənlənirlər.  
Ahaşveroş  hörmətli  qonaqlarını  qəbul  edən  vaxt  onun  arvadı  Vaşti  də  öz 
apartamentində (son dərəcə qəşəng və kifayət qədər böyük olan otağında) qadınlar üçün 
bal (rəqs gecəsi) təşkil edir. Banketin yeddinci günü aramsız içdiyi şərabın təsirindən dili 
açılan Ahaşveroş öz var-dövləti, rəhbərlik etdiyi nəhəng imperiyası haqqında danışmaqla 
öyünür, üstəlik bir yastığa baş qoyduğu arvadının gözəlliyini göylərə qaldırır, füsunkarlıq 
və  cəlbedicilikdə  onun  tayı-bərabəri  olmadığını  əminliklə  bəyan  edir.  Özünü  öyən, 
lovğalığından yerə-göyə sığmayan Ahaşveroş sözlərinin doğru olduğunu sübut etməkdən 
ötrü  xidmət  edən  yeddi  xədimi  (Mequman,  Bizfe,  Xarbon,  Biqfe,  Avaqfe,  Zefar  və 
Karkas) Vaştinin dalınca göndərir, onun bütün gözəllik və əzəmətini qonaqlara göstərmək 
üçün məclisə təşrif buyurmasını bildirir. Məclisdəki knyazlara göstərilməkdən ötrü əyninə 
heç bir şey geyinmədən, yalnız başına şah çələngi qoymaqla gəlməsindən ibarət amoral 
əmrin xidmətçilər tərəfindən arvada çatdırılmasından sonra vəziyyət dəyişir. Vaşti bundan 
dəhşətə gəlir, ərindən çox inciyir və hər zaman bildiyini edən şahın ağılsız fərmanını yerinə 
yetirməkdən imtina edir. Ziyafətə çılpaq halda çıxa bilməyəcəyini bəyan edən şah arvadı 
deyir: «Sən şahsan, ancaq unutma ki, bir vaxtlar mənim atamın yanında mehtər olmusan. 
Atamın Navuxadnesar olduğunu gərək unutmayasan. Mənim atam bir vedrə spirt içdiyi 
halda,  heç  vaxt  sərxoş  olmazdı,  ancaq  sən  azca  çaxır  içən  kimi  artıq  özündə  deyilsən». 
Əslində  həqiqət  olan  belə  sözləri  eşitmək  şaha  ağır  gəlir.  Hökmdar  bunu  qaba  hərəkət, 
ədəbsizlik kimi qəbul edir, kobudluğa görə onun cəzalanmasını ürəyindən keçirir. Əmrinin 
icra  olunmamasından  azğınlaşan,  bundan  bərk  qəzəblənən  Ahaşveroş  birdən  qanunun 
aliliyini, məhz onun daim hökmran olduğunu yadına salır. Ahaşveroş qəbul edilə bilməyən 
əmr verdiyini, öz hökmranlığını legitimlik riskinə məruz qoyduğunu fikirləşir, qanun və 
hüquqa görə necə hərəkət etməli olduğunu soruşur. Şah Vaştini itaətsizlik (tabe olmama) 
üstündə mühakimə etməyi öz müdrik adamlarından (əllamələrindən) xahiş edir. 
Vəziyyətin qəlizləşməsini istəməyən əllamələrdən biri, rabbi Yossi bar Hanina 
belə  bir  cavab  verir:  «Şah  arvadının  bədəni  cüzam  səpkilərilə  örtülü  olduğundan  özünü 
çılpaqlaşdırmaqdan  utanmış  və  yalnız  buna  görə  lüt  halda  içəri  girərək  şahı  pərt  etmək 
istəməmişdir». Mişnanın ağıllı adamları başqa bir izah verirlər: «Mələk Qabriel elə edib ki, 
ziyafətdə olduğu müddətdə Vaştinin quyruğu çıxıb, buna görə xanım soyunmaqla hörmətli 
qonaqlar arasına çıxmaqdan utanıb». Əlbəttə, bunların heç biri dəlisov şahın ağlına bata 
bilməzdi. 
Ancaq müdrik olduğuna şübhə edilməyən insanların xeyli qismini qanunilikdən 
və  yaxud  əxlaqilikdən  çox  şahlığın  mövcudluğu  narahat  edir,  belələrini  hökmdarlığın 
davam etdirilməsi daha artıq dərəcədə maraqlandırır. Buna görə özlərini ağıllı sayan həmin 
yaramazlar  Vaştinin  niyə  çılpaq  halda  məclis  iştirakçıları  önünə  çıxmaqdan  imtina 
etməsinin  səbəbini  soruşurlar.  Onlar  bəyan  edirlər  ki,  şah  arvadı  iştirakçılar  arasında 
seksual  intizamsızlıq  atmosferinin,  əxlaqsızlıq  və  pozğunluq  ab-havasının  meydana 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə