Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

25 
 
arvadını  xəlvəti  Gigə  göstərir».  Ancaq  mənbələrdə  əsərin  ən  qısa  adının  belə  olduğu 
deyilir: «Kandavlın ehtiyatsızlığı» («The imprudence of Candaules»). Əsər hazırda Böyük 
Britaniyanın  paytaxtı  London  şəhərinin  bədii  muzeyi  olan  «Britaniya  Teyti»  («Tate 
Britain») qalereyasında saxlanılır. 
 
 
Şəkil  7.  Uilyam  Etti  (William  Etty).  «Lidiya  çarı  Kandavl  arvadı  çarpayıda 
uzanmağa  hazırlaşarkən  onu  gizlincə  öz  nazirlərindən  biri  Gigə  göstərir»  («Candaules, 
King of Lydia, shews his wife by stealth to Gyges, one of his Ministers, as she goes to 
bed»), 1830-cu il. 45,1 x 55,9 santimetr ölçülərində olan və yağlı boyalarla çəkilmiş şəkil. 
Böyük Britaniyanın paytaxtı London şəhərinin bədii muzeyi olan «Britaniya Teyti» («Tate 
Britain») qalereyasında saxlanılır. 
 
Rəssam  yaratdığı  mənzərədəki  süjetdən  tamaşaçıların  qadınların  mülkiyyət 
olmamasından  və  onların  hüquqlarını  pozan  hər  kəsin  ədalətli  şəkildə 
cəzalandırılacağından  ibarət  əxlaqi  dərs  götürəcəklərinə  ümid  edir.  Lakin  öz  fikir  və 
niyyətini aydınlaşdırmaq üçün rəssam bütün gücünü ortaya qoymur. Mənzərə 1830-cu ildə 
Kral  Akademiyasında  sərgiyə  qoyulur  və  dərhal  şiddətli  tənqidə  məruz  qoyulur, 
pornoqrafik təsvirin və xoşagəlməz süjetin sinik (abırsız, ədəbsiz, utanmaz) kombinasiyası 
kimi  qavranılır,  zorakılıq  və  amorallığın    qarışdırılması  kimi  çox  pislənilir,  əxlaq 
qaydalarına  zidd  olduğu  bildirilir.  Ancaq  buna  baxmayaraq  incəsənət  həvəskarı  Robert 
Vernon  tərəfindən  alınır  və  1847-ci  ildə  millətə  hədiyyə  edilir.  1929-cu  ildə  mənzərə 
«Teyt» qalereyasına satılır və hal-hazırda orada saxlanılmaqla nümayiş etdirilir. 
Fransız  romantik  rəssamı  və  naqqaşı  Jozef  Ferdinand  Buassar  de  Buadenye 
(Joseph  Ferdinand  Boissard  de  Boisdenier)
47
  tərəfindən  1841-ci  ildə  yaradılan  «Şah 
Kandavl  və  Gig  tablosu»  (fransızca  «Tableau  Le  Roi  Candaule  et  Gyge  spar»)  çox 
məşhurdur  (şəkil  8).  Mənbələrin  çoxunda  həmin  əsər  sadəcə  «Şah  Kandavl  və  Gig» 


26 
 
(fransızca «Le Roi Candaule et Gyge») adlandırılır. Ancaq mənbələrin bir qismində əsərin 
adı  belə  göstərilir:  «Heterasını  təklif  edir»  (fransızca  «Hetaire  offerte»).  Tabloya  baxan 
insan  ruhlanır,  özünü  yazıb-yaratmağa  təhrik  olunmuş  kimi  hiss  edir,  sanki  ona  ilham 
verilir. 
 
 
Şəkil  8.  Jozef  Ferdinand  Buassar  de  Buadenye  (fransızca  Joseph  Ferdinand 
Boissard  de  Boisdenier).  «Şah  Kandavl  və  Gig  tablosu»  (fransızca  «Tableau  Le  Roi 
Candaule  et  Gyge  spar»),  yaxud  «Heterasını  təklif  edir»  (fransızca  «Hetaire  offerte»), 
1841-ci il 
 
Fransız şairi və romantik məktəbin tənqidçisi Pyer Jül Teofil Qotye (Pierre Jules 
Theophile  Gautier)  1844-cü  ilin  oktyabr  ayının  1-dən  5-ə  qədər  «Press»  («La  Presse») 
qəzetində  beş  felyeton  şəklində  dərc  etdirdiyi  «Şah  Kandavl»  (fransızca  «Le  roi 
Candaule») novellasında Herodotu çox dəqiq təqib edir, onun fikirlərini əlində rəhbər tutur, 
sadəcə olaraq hekayəyə (əfsanəyə) antik və Şərq koloriti qatır. Şah arvadının adının Nissiya 
olduğu bizim eranın II əsrinin birinci yarısında yaşayıb-yaratmış yunan yazıçısı Hefestion 
Ptolemeydən götürülmüşdür. Lakin novellada Nissiya baktriya satrapının qızı kimi təqdim 
edilir, Gig isə cangüdəndən qvardiya komandanına çevrilir. 
Herodotun  süjetini  inkişaf  etdirən  Qotye  şah  Kandavlın  həyatı  bahasına  başa 
gələn  əməlini  boş-boşuna  şöhrətpərəstlik  (şöhrət  düşkünlüyü)  kimi  izah  etməmiş,  eyni 
zamanda  şahı  bir  estet,  incəsənəti  sevən  insan,  qeyri-adi  gözəlliyi  başqa  adamlardan 
gizlətməyi arzulamayan bir ehtiraslı şəxs kimi təsvir etmişdir.  
Qotyenin  novellasında  şah  arvadının  təhqir  olunmağa  görə  qisas  alma  arzusu 
Herodotun əsərində olduğu kimi izah edilir. Lakin Qotye bədii effekti gücləndirmək üçün 
yazırdı ki, Nissiya ərindən savayı heç kimin yanında üzü açıq gəzməmişdir. Çox böyük 
ehtimalla qadının kişilərdən üzünü gizlətməsi Nissiyanın vətəninin adətlərinə uyğun gəlir. 
Ancaq belə bir adət Kiçik Asiya üçün həddən artıq ciddi görünür. 
Novella  kütlə  arasında  müvəffəqiyyət  qazanır.  Növbəti  il  «Novellalar» 
məcmuəsində dərc edilir. Sonralar daha bir neçə dəfə onun yenidən nəşr edilməsinə ehtiyac 
yaranır.  


27 
 
«Şah  Kandavl»  haqqında  fərəhlə  rəyini  bildirən  Viktor  Mari  Hüqo  (Victor 
Marie  Hugo)
48
  Teofil  Qotyeyə  yazdığı  məktubunda  novellanın  onu  vəcdə  gətirdiyini 
çatdırmış, əsərə məftun olduğunu aşağıdakı sözlərilə ifadə etmişdir: «Möcüzəli gücünüzlə 
sübut etdiniz ki, «romantik poeziya» adlandırılan bir şey günlərin birində bütün dahiləri 
birləşdirir,  yunan  dühası  başqa  zəkalarla  qovuşur.  Sizin  poemanızı  oxuduqca  hər  anda 
Günəşin  valehedici  şüalarını  duyursan.  Əlbəttə,  bu  çox  gözəldir,  olduqca  yaxşıdır, 
məftunedicidir». 
Həmçinin  fransız  şairi,  prozaik,  tənqidçi,  esseist  və  tərcüməçi,  bütün  sonrakı 
Avropa poeziyasının inkişafına təsir göstərmiş simvolizm və dekadans estetikasının banisi 
Şarl  Pyer  Bodler  (Charles  Pierre  Baudelaire)
49
  Teofil  Qotyenin  yaradıcılığı  haqqında 
etüddə novellaya yüksək qiymət verir. Fransız və dünya ədəbiyyatı klassiki Ş. P. Bodler 
qeyd edir ki, «bundan daha çox işlənmiş, gələcəkdən daha artıq dərəcədə xəbər verən faciə 
seçmək çətindir». 
Novelladan ilhamlanan İsveçrə mənşəli fransız rəssamı və heykəltəraşı Jan Jak 
Pradye  (Jean-Jacques  Pradier)
50
  1848-ci  ildə  «Şah  arvadı  Nissiya»  heykəlini  yaratmışdır 
(şəkil 9). Mənbələrin bir çoxunda sadəcə «Nissiya» («Nyssia») adlandırılır. 
 
 
 
Şəkil 9. Jan Jak Pradye (Jean-Jacques Pradier). «Şah arvadı Nissiya» (La reine 
Nyssia»),  1848-ci  il.  Mərmərdən  hazırlanmış  heykəl.  Monpelye  şəhərində  İncəsənət 
muzeyində saxlanılır. 
 
Daha  bir  əsər  fransız  rəssamı  Teodor  Şasserionun
 
(Theodore  Chasseriau)
51
 
1850-ci  ildə  yaratdığı  «Lidiya  şahı  Kandavl  gizlincə  öz  arvadını  Gigə  göstərir» 
(«Candaules,  king  of  Lydia,  showing  the  beauty  of  his  queen  to  his  confidant  Gyges») 
əsəridir (şəkil 10). Bəzi mənbələrdə əsər belə adlandırılır: «Lidiya çarı Kandavl gizlincə öz 
gözəl arvadını etibarlı dostu Gigə göstərir». 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə