Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

17 
 
indi  öldürməklə  ağır  bir  cinayət  etmək  ətrafında  fikirləşirdi,  vaxt  itirmədən  bunlardan 
birinin üstündə dayanmalıydı, seçimini etməliydi. Artıq Gigin saraydan çıxması mümkün 
deyildi, bütün yollar kəsilmişdi.  
Əlbəttə, yaşama instinkti həmişə üstün mövqe tutur. İnsan öz həyatını qorumaq 
üçün başqa birisini məhv etməyə hazır olur. Gig şah arvadının haqlı olduğunu təsdiqləyir, 
onun  ürəyinin  yumşalmadığını  görüb  şahın  öldürülməsini  özü  üçün  nisbətən  daha  kiçik 
yamanlıq  hesab  edir.  Çünki  cangüdən  özünün  ölməsini  istəmir,  onu  bu  çirkin  addımı 
atmağa vadar edən hökmdarı aradan götürməyə qərar verir. Canına qıymaq istəməyən Gig 
belə bir sualla çar arvadına müraciət edir: «İradəmin əleyhinə olaraq öz ağamı öldürməyə 
məni vadar edirsiniz, özünüz də deyirsiniz ki, bu müdhiş hadisəni törədəndən sonra mənə 
ərə gələcəksiniz, deməli, şahı aradan götürmək üçün biz artıq bir yerdə oluruq, onda deyə 
bilərsinizmi ki, onun həyatına son qoymağı necə təşkil edəcəyik?»  
Çar arvada suala dərhal cavab verir: «Məni çılpaq halda sənə göstərdiyi otaqda 
biz ona hücum edəcəyik. Kandavl yuxuya gedəndən bir qədər sonra onu öldürəcəksən». 
Beləcə  lidiyalılarda  abırlılığın  hər  şeydən  üstün  tutulması,  həyalılığın  həddən  ziyadə 
yüksək  qiymətləndirilməsi  səbəbindən  çarın  arvadı  yatan  Kandavlı  ucu  şiş  silahla 
öldürməyə və sonra onunla nikahda birləşməyə Gigi inandıra bilir,  bir yerdə qəddar plan 
cızılır.  Gig  ətraflı  düşündükdən,  xeyli  götür-qoy  etdikdən  sonra  planı  həyata  keçirməyə 
qərar verir. Çar arvadı ona bir xəncər verir, sonra onu elə həmin otağın qapısının arxasında 
gizlədir.  Gecə  düşən  kimi  Gig  qadının  arxasınca  yataq  otağına  keçir.  Kandavl  yuxuya 
gedən kimi Gig yavaş-yavaş, gizlənə-gizlənə, səssiz-səmirsiz çara yaxınlaşır, xəncərlə onu 
öldürür.  Bundan  sonra  Gig  çarın  dul  qalan  arvadı  ilə  evlənərək  hakimiyyətə  yiyələnir, 
çarlığa sahib çıxır. 
İkinci  versiya  qədim  yunan  idealist  filosofu  Platon  (Piaton)  tərəfindən  irəli 
sürülmüş versiyadır. Platon özünün məşhur «Dövlət» əsərində rəvayət edir ki, çoban olan 
Gig günlərin birində sürünü dağın ətəyinə qovarkən təsadüfən qayaların arasında bir dar 
dərə aşkara çıxarır. Zəlzələdən sonra əmələ gəlmiş həmin dərədəki mağaraya düşən Gig 
orada  tunc  rəngli  atın  üstündə  uzanıqlı  vəziyyətdə  qalan  inanılmaz  dərəcədə  nəhəng  bir 
adamın  meyitini  görür.  Meyitin  əl  barmaqlarından  birində  üzük  bərq  vururdu.  Üzüyü 
çıxarıb özünə götürən Gig geri qayıdıb dəriyə düşdüyü səthə  çıxır. Öz dostları arasında 
oturarkən  Gig  daşlı  üzüyü  ovucu  içərisində  fırladanda  (çevirib-döndərəndə)  özünün 
görünməz olduğunu qəflətən, gözlənilmədən aşkara çıxarır. İnsana görünməzlik bəxş edən 
həmin üzüyün köməyilə taxt-taca sahib ola biləcəyini fikirləşir və hərəkətə keçir. Gig şahın 
sarayına  yollanır,  sehrli  üzüyün  köməyilə  çarın  arvadını  yoldan  çıxarır,  onun  həyat 
yoldaşını (çarı) öldürür, Lidiya taxt-tacına yiyələnir.  
Əlbəttə,  Platonun  söhbət  açdığı  versiya  elə  çox  inandırıcı  deyildir.  Onun 
danışdığı hekayə daha əfsanəvi xarakterə malik olması ilə fərqlənir. Ancaq burada belə bir 
fikir  izlənilir  ki,  əgər  pis  niyyətli,  bədxah  bir  adamın  yaramaz  hərəkəti  açıq-açığına 
olmazsa, heç kimdə şübhə oyatmazsa, onun yoldan  çıxarması  qarşısında  dayana biləcək 
covmərd  və  səxavətli  kimsə  tapılmır.  Əxlaqi  cəhətdən  əhəmiyyət  kəsb  edən  bu  ibrətli 
hekayəni bir neçə məşhur sənətkarın əsərində izləmək və ətraflı öyrənmək olar. 
Herodotun  «Tarix»  əsərinin  birinci  kitabında  Lidiya  şahı  Kandavl  haqqında 
hekayə fransız müəllifləri tərəfindən artıq bir neçə dəfə istifadə edilmişdir.  


18 
 
Orta  əsr  kurtuaz  romanının  ustası,  fransız  yazıçısı  və  şairi  Kretyen  de  Trua 
(Chretien  de  Troyes)
21
  xalq  arasında  tez-tez  müraciət  edilən  Breton  hekayələrindən 
yararlanmaqla  1176–1181-ci  illərdə  «İveyn,  yaxud  şirli  rıtsar»  («Yvain,  le  chevalier  au 
lion»)  romanını  yazmışdır  ki,  burada  İveyn
22
  hiss  olunacaq,  gözə  çarpacaq  dərəcədə 
məhəbbət hissinin kurtuaz konsepsiyasına qarşı çıxır. 
Fransız  ruhanisi  və  ilahiyyatçısı,  yazıçı  və  pedaqoqu  Fransua  de  Salinyak, 
markiz  de  La  Mot-Fenelon  (François  de  Salignac  de  La  Mothe-Fenelon  dit  Fenelon)
23
 
1690-cı ildə «Gig üzüyü» (fransızca «Anneau de Gyges») təmsilini yazmışdır. 
İngilis  yazıçısı  və  publisisti,  tənqidi  realizmin  nümayəndəsi,  məşhur  «Fabian 
sosializmi  hərəkatının»  («Fabian society»)  tərəfdarı  Herbert  Corc  Uells  (Herbert  George 
Wells)
24
  1897-ci  ildə  «Görünməz  insan»  («The  invisible  man»)
25 
adlı  elmi-fantastik 
romanını yazmışdır. 
İngilis yazıçısı Con Ronald Ruel Tolkin (John Ronald Reuel Tolkien)
26
 «yüksək 
fentezi»  klassik  əsərlərinin  müəllifi  kimi  məşhurluq  qazanmışdır  ki,  onlardan  biri 
«Üzüklərin hökmdarı» («The lord of the rings»)
27
 adı altında 1954-cü və 1955-ci illərdə 
dərc edilmişdir.  
Üçüncü  versiya  qədim  yunan  tarixçisi,  Lidiyalı  Ksanfa  (Xanth)
28
  məxsusdur. 
Ksanfın təsvir etdiyi versiya reallığa daha çox yaxın olan, lakin azca romanlaşdırılan
29
 bir 
baxışdır. Qədim yunan tarixçisi, şair və filosofu, bizim eradan əvvəl birinci əsrin Yunan–
Şərq mədəniyyətinin görkəmli nümayəndəsi Damasklı Nikolayın (Nicolaus Damascenus) 
qısa şərhində versiya belə səslənir: Gig yüksək mövqe tutan hərbçidir, Lidiya çarı Adiatt 
ondan  xəyanətdə  şübhələnmişdir.  Çarın  arvadı  Tudo  adamların  önündəcə  Gigi 
günahlandırıb təngə gətirmişdir. Bu zaman Gig dözə bilməyərək Adiattı öldürmüş və onun 
dul qalan arvadı ilə evlənmişdir.  
Heraklidlər  sülaləsindən  olan  hökmdarlar  haqqında  bir  sıra  məlumatlar 
Damasklı  Nikolayın  «Tarix»  kitabının  fraqmentlərində  çatdırılır.  Lakin  həmin 
məlumatların  mötəbərliliyi  çox  şübhəlidir,  çünki  onlar  Lidiyalı  Ksanfın  əsərlərinə  gedib 
çıxır. Lidiyalı Ksanfın  əsərləri çox böyük ehtimalla Dionisi Skitobraxionun
30
  əsərlərinin 
saxta variantlarıdır. 
Nəhayət, şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi 
haqqında danışmaq lazım gəlir. 
Kandavl  öldürüləndə  lidiyalılar  arasında  böyük  narazılıq  yaranır.  Çarın  qətlə 
yetirilməsi 
onların  hiddətlənməsinə,  qəzəblənməsinə  səbəb  olur.  Kandavlın 
öldürülməsindən  sonra  lidiyalılar  qeyzli,  acıqlı  halda  silaha  sarılırlar.  Lakin  çarlığa 
yiyələnən  Gigin  tərəfdarları  qalan  lidiyalılarla  danışıqlar  aparıb  belə  razılığa  gəlirlər  ki, 
yalnız  orakul  hakimiyyəti  tanıyacağı  təqdirdə  onun  öz  vəzifəsində  qalması  mümkün 
olacaq, əgər orakul tərəfindən təsdiqlənməzsə, onda taxtdan salınacaqdır.  
Beləliklə, Mermnadlar sülaləsindən olan Gig Kandavlı devirərək çar olur. Gig 
tərəfindən  Kandavlın  öldürülməsi  tarixi  ayrı-ayrı  mənbələrdə  bir-birindən  fərqlənir. 
Mənbələrin  bir  qismində  qeyd  edilir  ki,  bizim  eradan  əvvəl  685-ci  ildə  çar  Kandavlı 
öldürərək onun dul qalan arvadını götürmüş və hakimiyyətə gəlmişdir. Başqa mənbələrdə 
Gigin  bizim  eradan  əvvəl  680-ci  ildə  şahı  öldürdüyü  göstərilmişdir.  Lakin  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə