Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   2   3   4   5   6   7   8   9   ...   73

12 
 
qeyri-adi gözəlliyi başqa adamlardan gizlətməyi arzulamayan bir ehtiraslı şəxs kimi təsvir 
edilmişdir. Əslində Kandavlın incəsənətə çox meylli olması fikri hələ uzaq zamanlardan 
qalan  etibarlı  mənbələrdə  özünə  dayaq  tapa  bilmişdir.  Belə  ki,  Kandavlın  incəsənət 
əsərlərinə pul xərcləməkdə əliaçıq olduğu təsdiqlənmişdir. Adı zəmanəmizə qədər gəlib 
çıxmış ilk yunan rəssamı Bularx (Bularch) ecazkar bir əsər yaratmışdı. Qədim Romanın 
erudit  yazıçısı  Böyük  Plini  (Plinius  Maior)
10
  Kandavlın  bir  xeyli  qızıl  verərək  Bularx 
tərəfindən  yaradılmış  «Maqnetlərin  döyüşü»  əsərini  aldığını  xəbər  vermişdir.  Bularx 
tərəfindən  ərsəyə  gətirilən  əsər  həqiqətən  «maqnetlərin  döyüşünü»  kolossal  fiqurlarda 
təqdim edən nəhəng bir mənzərə olmuşdur. Fransız şairi və romantik məktəbin tənqidçisi 
Pyer Jül Teofil Qotye (Pierre Jules Theophile Gautier)
11
 «Şah Kandavl» (fransızca «Le roi 
Candaule»)  novellasında  hökmdarın  incəsənət  vurğunu  olduğunu  açıq-aydın  təsvir 
etmişdir [30].  
 
 
 
Şəkil  1.  «Bioqrafiyalar  məcmuəsi»  (latınca  «Promptuarii  iconum 
insigniorum»)
12
 əsərində Kandavlın portreti 
 
 
 
 
Şəkil 2. «Bioqrafiyalar məcmuəsi» (latınca «Promptuarii iconum insigniorum») 
əsərində Gigin portreti, 1553-cü il
 
 


13 
 
Kandavlın  arvadının  adı  Nissiya  (Nyssia)  olmuşdur.  Bizim  eranın  II  əsrinin 
birinci  yarısında  yaşayıb-yaratmış  yunan  yazıçısı  Hefestion  Ptolemey  (Ptolemey 
Chennus)
13
  şah  arvadının  adının  məhz  Nissiya  olduğunu  göstərmişdir.  Fransız  şairi  və 
romantik  məktəbin  tənqidçisi  Pyer  Jül  Teofil  Qotye  (Pierre  Jules  Theophile  Gautier)
 
elə 
ona  isnad  etmişdir.  Bəzi  mənbələrdə  gözəl  qadının  adının  Nisa  olduğu  bildirilmişdir. 
Mənbələrdə  həmçinin  qadının  adının  Tudo  (Tudous),  yaxud  Klisiya  (Clytia)  olduğu 
göstərilmişdir. 
Növbəti  mübahisəli  məsələ  şahın  dostunun  adı  və  onun  tutduğu  vəzifədir. 
Mənbələrin  xeyli  qismində  iddia  edilir  ki,  şahın  dostunun  adı  Gig  olmuşdur.  Gig 
Lidiyadakı Mermnadlar sülaləsinin banisidir. Sadəcə olaraq onu ayrı-ayrı dillərdə müxtəlif 
mənbələrdə Giges, Qiq, Qiqes kimi yazmışlar. Mənbələrin çoxunda Giges adından tez-tez 
istifadə edilir. Lakin latın dilindəki yazılışına uyğun olaraq çox vaxt sadəcə Gig adlanır. 
 
Müəlliflərin  böyük  əksəriyyətinin  gəldiyi  qənaətə  görə,  Gig  Lidiya  şahı 
Kandavlın yaxın dostu və cangüdənlərindən (mühafizəçilərindən) biridir. Ehtimal edilir ki, 
Gig şahın yanında cangüdən kimi işləməzdən qabaq sadə bir balıqçı olmuşdur. Gig Kiçik 
Asiyada  mariandinlər  tayfasının  hökmdarı  olmuş  Daskilin  oğludur.  Şah  özünün 
cangüdənləri arasında məhz Gigi xüsusi olaraq qiymətləndirmişdir. Qədim yunan tarixçisi 
Halikarnaslı  Herodot  (Herodotus)
14 
tərəfindən  danışılan  rəvayətə  görə,  Gig  Lidiya  çarı 
Kandavlın istəklisi, onun sevimlisi olmuşdur. Kandavl ən mühüm işlərini Gigə etibar edər, 
son  dərəcə  vacib  məsələlərin  həllini  ona  tapşırar,  ürək  qızdırıb  bir  çox  şeylər  barəsində 
onunla danışar, hətta öz arvadının gözəlliyini elə ona çox tərifləyərdi. Öz arvadının tərifini 
göyə  qaldıran  Kandavl  sevimli  dostu  Gigə  onu  paltarsız  halda  olarkən  görmək  imkanı 
vermişdir.  
Qədim  yunan  filosofu  Platon  (Plato)
15
  özünün  məşhur  «Dövlət»  əsərində 
rəvayət edir ki, Gig heç də əyan deyil, Lidiya çarı Kandavlın yanında xidmət edən adi bir 
çoban olmuşdur.  
Qədim yunan tarixçisi və filosofu Damasklı Nikolayın (Nicolaus Damascenus)
16
 
şərhinə görə, Gig yüksək mövqe tutan bir hərbçi olmuşdur. 
İndi  şahın  çılpaq  halda  olan  arvadını  öz  dostuna  göstərməsi  şəraiti  barəsində 
məlumat verək. 
Tamamilə  absurd  olan  bir  mülahizəyə  görə,  Kandavl  dostu  Gig  tərəfindən 
hakimiyyətdən uzaqlaşdırılandan sonra da onunla yaxın münasibətini saxlayırdı. Lidiyanın 
yeni  şahı  tez-tez  onun  evinə  gəlib-gedərdi.  Ancaq  şahı  devirmiş  Gig  dostunun  bəzi 
hərəkətlərindən  yaman  şübhələnmişdi.  Axı,  Gig  hər  dəfə  onlara  gələndə  Kandavl  bir 
bəhanə  tapıb  çılpaq  halda  olan  arvadını  ona  göstərər  və  buna  nail  olmasından  seksual 
oyanmaya çatardı. Qeyrətsiz sabiq çar çox vaxt arvadı yatanda dostunu oraya gətirər və 
bundan  həzz  əldə  edərdi.
 
Lakin  hadisələrin  qeyd  edilən  şəkildə  cərəyan  etməsi  fikri 
tamamilə yanlış olub, heç bir mötəbər tarixi mənbə tərəfindən dəstəklənmir.
  
Elmi  ədəbiyyatların  çoxunda  Kandavlın  arvadını  çılpaq  halda  öz  dostu  Gigə 
göstərdiyi  bildirilir,  lakin  onun  hansı  şəraitdə  nümayiş  etdirilməsi  haqqında  heç  bir  şey 
deyilmir.  


14 
 
Belarus  psixoloqu  Sergey  Yuryeviç  Qolovin  tərtib  etdiyi  lüğətlərində  Lidiya 
çarının çılpaq halda olan arvadını öz sevimli dostu Gigə göstərdiyini bildirmişdir [48; 49; 
50]. 
Müəlliflərin bir qismi iddia edir ki, Lidiya çarı Kandaules arvadını yatmazdan 
öncə soyunmağa başladığı an deyil, çılpaq halda yatdığı vaxt onu öz dostuna göstərmişdir. 
Belə ki, Boris Quryeviç Meşeryakov və Vladimir Petroviç Zinçenkonun redaktorluğu ilə 
işıq üzü  görən  «Böyük psixoloji lüğət»də  Lidiya  çarının  çılpaq halda  yatan  arvadını öz 
dostuna göstərdiyi qeyd edilmişdir [26].   
Həmçinin 1996-cı ildə rus alimləri, tibb elmləri namizədləri A. A. Bova və Y. 
M.  Savinanın  tərtib  etdikləri  «Seksologiya  və  seksopatologiya  üzrə  lüğət  (şərh  və 
əlavələrlə)» adlı kitabda hind çarı Kandaulesin yatan arvadını öz yaxın dostuna göstərdiyi 
qeyd edilmişdir [47]. Burada Kandaulesin hind çarı olması və yatan arvadını göstərməsi 
fikri doğru deyildir. 
Bütün məlumatları təhlil edərək belə qənaətə gəlmək olar ki, şah arvadını yatağa 
girməzdən qabaq soyunduğu anda onun xəbəri olmadan dostuna göstərmişdir.  
Bundan sonra şahın öz dostu tərəfindən öldürülməsi və onun səbəbi sualı ortaya 
çıxır. Bu qətl hadisəsinin niyə və necə törədilməsinə dair üç versiya mövcuddur.  
Birinci versiya qədim yunan şairi Paroslu Arxilox (Archilochus)
17
, qədim yunan 
tarixçisi Halikarnaslı Herodot (Herodotus) və başqaları tərəfindən təsvir edilmiş versiyadır.  
Paroslu  Arxiloxa  isnad  edən  Halikarnaslı  Herodot  yazmışdır  ki,  Lidiyanın 
yarıməfsanəvi  şahı  Kandavl  özü  Heraklın  oğlu  olan  qədim  yunan  şairi  və  musiqiçisi 
Alkeyin  nəslindəndir.  Kandavl  Heraklidlər  sülaləsinin  sonuncu  nümayəndəsidir,  daha 
dəqiq desək, Heraklidlər-Sanzonidlər sülaləsindən çıxmış axırıncı hökmdardır. Xatırladaq 
ki,  sülalənin  nümayəndələri  Lidiyanın  paytaxtı  kimi  məşhurlaşan,  qədim  dünyanın  ən 
böyük şəhərlərindən biri hesab edilən Sardın tiranı
18
 olmuşlar.  
Herodotun «Tarix» adlı əsərində təsvir etməsinə görə, Heraklidlər sülaləsindən 
Sardın ilk çarı Alkeyin nəticəsi, Belin nəvəsi, Ninin oğlu Aqron olmuşdur. Aqrona qədər 
bu  ölkəni  idarə  edən  çarların  hamısı  Atisin  oğlu  Lidin  nəslindən  olmuşlar.  Əvvəllər 
«meon»  adlandırılan  xalq  ondan  sonra  «lidiyalılar»  kimi  tanınmışdır.  Orakulun 
qabaqcadan  söyləməsinə  görə,  Heraklidlər  hakimiyyəti  onlardan  almışlar.  Sonuncular 
Herakldan və kəniz İardandan törəmiş və 22 insan nəslinin ömür sürdüyü 505 il ərzində 
hakimiyyətdə  olmuşlar.  Onlarda  həmişə  oğul  hakimiyyəti  atasından  qəbul  etmişdir. 
Kandavl məhz həmin qanunauyğunluq üzrə taxtda əyləşmişdir. 
Kandavl  öz  arvadına  çox  vurulur,  həmişə  onun  gözəlliyilə  fəxr  edir,  çox 
öyünürdü. Bir sevgili kimi arvadının dünyada ən gözəl olduğunu hesab edir, belə füsunkar 
qadına sahib çıxması ilə daim lovğalanır. Kandavl öz arvadının gözəlliyi barəsində dostu 
və cangüdəni Gigə çox danışır. Bundan çox keçməmiş Kandavl Gigə bu sözlərlə müraciət 
edir:  «Gig,  mənə  elə  gəlir  ki,  arvadımın  gözəlliyi  haqqında  sənə  danışdıqlarıma  nəsə 
inanmaq  istəmirsən.  Axı,  insan  qulaqlarına  gözlərindən  az  etibar  edir.  Bir  şeyi  gözlərilə 
görəndən  sonra  qulaqlarınla  eşitdiklərinin  həqiqiliyinə  inanırsan.  Buna  görə  arvadımı 
çılpaq halda görməyə çalış, əynində paltarı olmayan vaxt ona baxıb zövq al, sənə icazə 
verirəm».  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə