Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   2   3   4   5   6   7   8   9   ...   73

10 
 
İngilis yazıçısı və filosofu Oldos Leonard Haksli  
(Aldous Leonard Huxley; 1894–1963) 
 
«Kandavlizm»  termini  «kandavl»  sözünün  axırına  qeyri-normallıq  hallını 
bildirən «izm» şəkilçisinin artırılmasından əmələ gəlmişdir.  
Kandavlizm  haqqında  tarixi  məlumat  verilərkən  məsələyə  iki  aspektdən 
yanaşılması  daha  doğru  olardı:  1)  şah  Kandavla,  onun  qəribəliyinə,  həmçinin  arvadının 
taleyinə  dair  toplanan  tarixi  məlumatların  diqqətlə  tutuşdurulması  və  müxtəlif  dövrlərdə 
kandavlizmə bəslənən münasibətin dərindən araşdırılması; 2) kandavlizmə mübtəla olmuş 
şəxsiyyətlər haqqında əldə edilən tarixi məlumatların dəqiqləşdirilməsi və təhlil edilərək 
tibb elmi üçün faydalı ola biləcək nəticələrə gəlinməsində onlardan istifadə olunması. 
Kandavl  çılpaq  arvadını  başqa  kişiyə  göstərməkdən  həzz  alma  kimi  meyl 
pozğunluğuna  mübtəla  olmuş  bir  şahın  adıdır.  Onun  taleyi  haqqında  ayrıca  geniş  tarixi 
məlumat  veriləcəkdir.  Hələlik  onu  qeyd  etmək  lazım  gəlir  ki,  keçmiş  şahın  adından 
götürülən «kandavlizm» termini indiyədək saxlanılmışdır. 
Yeri  gəlmişkən  «kandaulezizm»,  «kandavlizm»,  həmçinin  eyni  kökə  malik 
digər  məfhumların  eponimik  terminlər  olmasına  baxmayaraq  onlardan  geniş  istifadə 
edilməsi haqqında bir neçə kəlmə demək lazım gəlir. Son illər nəşr edilən ədəbiyyatlarda 
eponimik terminlərdən imkan daxilində kənar olma tendensiyası açıq-aşkar sezilir. Əlbəttə, 
bunun  bir  çox  səbəbləri  vardır,  lakin  ayrıca  bir  tədqiqatın  mövzusu  olduğundan  burada 
onun üzərində geniş dayanmağa macal və lüzum yoxdur. Yeganə olaraq onu deyə bilərik 
ki,  kökü  «kandavl»  sözündən  ibarət  olan  istilahlar,  xüsusən  «kandavlizm»  termini 
eponimik təbiətli olsa da, lakin pozuntuya həddən ziyadə uyğun gəldiyindən kifayət qədər 
ədalətli hesab edilir, nisbətən qısa olduğundan yazılı və şifahi nitqdə çətinlik törətmir və 
rahatlıqla işlənir. Bu mənada bir eponimik termin olaraq «kandavlizm» istilahından istifadə 
edilməsi məqsədəuyğundur. 
«Kandavl» sözü qədim mənbələrdə latın əlifbasının hərflərilə «Candaules» kimi 
yazıldığından  müxtəlif  dillərdə  bir-birindən  fərqli  şəkillərdə  ifadə  edilmişdir.  Beləcə 
«Kandaul»,  «Kandaules»,  «Kandaulez»,  «Kandavl»,  «Kandavles»,  «Kandavlez»  kimi 
adlar işlənmişdir. Latın dili qaydalarına görə, bunların içərisində ən doğru olanı «Kandavl» 
hesab  edilir.  Latın  dili  həkimlərin  istifadə  etdiyi  dil  olduğundan  tibb  mütəxəssisləri 
«Kandavl» sözünün üzərində dayanırlar. 
Şahın  adına  uyğun  olaraq  təklif  edilən  eponimik  terminlər  arasında  da  oxşar 
mənzərə  hökm  sürür.  Belə  ki,  «kandaulizm»  («candaulismus»),  «kandaulesizm» 
(«candaulesismus»), 
«kandaulezizm» 
(«candaulesismus»), 
«kandavlizm» 
(«candaulismus»), 
«kandavlesizm» 
(«candaulesismus»), 
«kandavlezizm» 
(«candaulesismus») kimi eponimik terminlərlə rastlaşmaq mümkündür. 
Beləliklə,  «kandavlizm»  termininin  müxtəlif  mənbələrdə  bir-birindən  fərqli 
şəkillərdə yazılmasının səbəbi cinsi pozğunluğa mübtəla olan ilk kişi kimi tarixə düşmüş 
hökmdarın adının müxtəlif cür yazılmasıdır.  
Qeyd  edək  ki,  ingilis  dilində  olan  mənbələrdə  «kandaulizm»  («kandavlizm»), 
rus dilində olan mənbələrdə isə «kandaulezizm» («kandaulesizm») kimi yazılışla daha çox 


11 
 
rastlaşmaq olur. Mötəbər mənbələrin müəllifləri məhz «kandavlizm» və «kandaulezizm» 
kimi istilahların üzərində dayanırlar. 
Lidiya  çarı  Kandavl  həm  də  Mirsilos  (Myrsilos)  kimi  tanındığından  belə  bir 
pozğunluğu başqa sözlə «mirsilizm» («myrsilismus») də adlandırmaq olar.  
Bildiyimiz kimi, «kişilərin kiçik zəifliyi» kimi nəzərdən keçirilən hal həqiqətdə 
bəşəriyyətə çoxdan məlumdur. Hələ uzaq zamanlardan insanlar kişilərin bu qəribə meyli 
ilə tanış olmuşlar.  Kandavlizm  hadisəsi ilk dəfə bizim  eradan  əvvəl VII  əsrdə  Lidiyada
8
  
qeyd  edilmişdir.  Ölkəyə  başçılıq  edən  Kandavl  (Candaules)  belə  pozğunluqdan  əziyyət 
çəkmişdir. Şübhəsiz ki, Kandavla qədər də kişilər arasında belə pozuntu olmuşdur. Sadəcə 
olaraq  pozuntuya  mübtəla  olma  ilk  dəfə  məhz  Kandavlın  simasında  tarixin  yaddaşında 
saxlanılmışdır.  
Əldə edilən məlumatlara görə, şah Kandavl qəribə meyli ucbatından, elə bunun 
üstündə həyatını itirmişdir. Belə ki, Kandavl arvadını çılpaq halda özünün çox etibar etdiyi 
dostuna göstərmişdir. Sonra həmin dostu şahı öldürərək taxt-taca yiyələnmişdir.  
Antik dövrdə Lidiya şahı Kandavlın öz arvadının gözəlliyini nə vaxtsa sadə bir 
balıqçı olmuş şəxsi cangüdəni Giglə bölüşməyə xəstəlik dərəcəsində meylə mübtəla olması 
haqqında mif çox müzakirə olunur. 
Lakin  müxtəlif  mənbələrdə  bir-birindən  fərqli  məlumatlara  rast  gəlinir,  bəzən 
bunlar  bir-birini  tamamlayır,  digər  hallarda  onların  arasında  ziddiyyət  aşkar  olunur. 
Araşdırılmasına  daha  çox  ehtiyac  duyulan  suallardan  aşağıdakıları  qeyd  edə  bilərik:  1) 
şahın özünün və arvadının adı; 2) şahın dostunun adı və tutduğu vəzifə; 3) şahın çılpaq 
halda olan arvadını öz dostuna göstərməsi şəraiti; 4) şahın öz dostu tərəfindən öldürülməsi 
və onun səbəbi; 5) şah öldürüldükdən sonra arvadının və ona sahib çıxmış dostunun taleyi. 
Əlbəttə,  qeyd  edilən  məsələlər  barəsində  dəqiq  və  ətraflı  tarixi  məlumat 
verilməsi  kandavlizmin  mahiyyətinin  və  onun  acınacaqlı  nəticələrinin  düzgün  başa 
düşülməsi üçün olduqca zəruridir.  
Əvvəlcə  şahın  özünün  və  arvadının  adı  haqqında  danışaq.  Tarixi  mənbələrin 
böyük  əksəriyyətində  şahın  adının  Kandavl  olduğu  bildirilir.  Bir  qədər  əvvəl  qeyd 
etdiyimiz kimi, şahın adı müxtəlif dillərdə və ayrı-ayrı mənbələrdə Kandaul, Kandaules, 
Kandaulez, Kandavl, Kandavles, Kandavlez kimi yazılmışdır. 
Mənbələrin  böyük  bir  qismində  əfsanəvi  Lidiya  şahının  Kandavl  olduğu 
göstərilir [22]. 
Bundan başqa, Kandavl özü Mirsin oğlu olmuşdur. Məhz buna görə Lidiya çarı 
Kandavl  bir  çox  mənbələrdə  Mirsilin  oğlu  kimi  tanıdılmış,  Mirsilos  (Myrsilos) 
adlandırılmışdır. «Mirsilizm» termini məhz buradan irəli gəlmişdir. 
Bəzi mənbələrdə həmçinin başqa adlara rast gəlinmişdir
9
.  
Mənbələrdə  Kandavlın  yüngülxasiyyət,  dəmdəməki  bir  adam  olduğu 
göstərilmiş, onun ar-namus bilmədiyi xüsusi olaraq vurğulanmışdır. Hələ 1894-cü ildə M. 
Korş «Mifologiya və qədim abidələrin qısa lüğəti»ndə Kandavlı (Candaules) dostu Gigesə 
öz arvadının gözəllik və məlahətliliyini görməsinə imkan verən, bunun müqabilində həyatı 
bahasına altını çəkən arsız yelbeyin bir Lidiya çarı kimi səciyyələndirmişdir [35]. 
Ancaq  Kandavlın  dünyagörüşünün  geniş  olduğu  heç  kimdə  şübhə 
oyatmamışdır. Hətta mənbələrin bir çoxunda şah Kandavl bir estet, incəsənəti sevən insan, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə