92
dadmaq, onu yoxlamaq arzusu ürəkdən gəlir və tamamilə təbii görünür. Altıncısı, ər öz
arvadının cavan oğlanla intim hərəkətlərini kənardan müşahidə edir, bundan nəinki pis
olmur, əksinə, həmin aktivlik onun xoşuna gəlir. Bütün bunlar onun kandavlizmə mübtəla
olduğuna dəlalət edir.
Qeyri-həqiqi kandavlizm müvəqqəti xarakter daşıyır. Çünki tərəflər seksual
təminedilmənin ancaq maraq doğuran müvəqqəti üsulu kimi buna əl atırlar. Əksər hallarda
tərəflər qeyri-adi təcrübəni davam etdirmək istəmirlər.
Qeyri-həqiqi kandavlizm yeniliyə cəhd edən, hər şeydən baş çıxarmağı
arzulayan, özünü və seksual partnyorunu istənilən situasiyaya hazırlamağı sevən adamın
bir hərəkəti kimi qiymətləndirilir. İlk baxışda qeyri-həqiqi kandavlizmin sadəcə seksual
eksperiment aparmanın bir forması olaraq təhlükəsizliyi, hətta cinsi həyatı rəngarəng
etməsi baxımından müəyyən qədər əhəmiyyət kəsb etdiyi qənaətinə gəlinə bilər. Lakin
məsələnin dərinliyinə vardıqda ona ötəri bir məşğuliyyət kimi yanaşmaq doğru olmazdı.
Birincisi, seksual partnyorun hətta cəmi bir dəfə çılpaq halda başqa kişiyə göstərilməsi,
yaxud onun ixtiyarına verilməsi həyat yoldaşına qarşı nifrət hissi formalaşdıra, ona
münasibətdə ikrah doğura bilər. Həyat yoldaşına qarşı rəğbət hissinin üstündən qalın xətt
çəkən belə bir nifrət hissinin uzun müddət aradan qalxmaması mümkündür. İkincisi, qəribə
tərzdə cinsi həyat yaşamağın dadına baxdıqdan sonra tərəflərin iyrənib onu birdəfəlik
unudacağı mümkün ola bildiyi kimi, yenə təkrar etmək qərarının çıxarıla biləcəyi də istisna
edilmir. Həqiqətən qeyri-adi aktivliyin təcrübədən keçirilməsindən sonra tərəflərdən biri,
yaxud nadir hallarda hər ikisi onu xoşlaya və sonradan yenidən təkrarlamaq fikrinə düşə
bilər. Üçüncüsü, kandavlistik təcrübə hər bir kişinin qəlbində ola biləcək oxşar meyl
cücərtisinin sürətlə inkişaf etməsinə təkan verə bilər.
Bir çox hallarda kandavlizm kişinin həyatında sarsılmaz xarakter alır, çox
möhkəm olur və normal cinsi həyatı tamamilə əvəz edə bilir. Adəti qaydada yaşanan cinsi
akt kişiyə heç bir ləzzət bəxş etmir. Ancaq kişi kandavlistik təmayülünü reallaşdırdıqda çox
möhkəm ehtiraslanır, güclü seksual oyanma və orqazm yaşayır. Odur ki, belə hal həqiqi
kandavlizm (candaulismus vera), yaxud qeyri-yalançı kandavlizm adlanır. Bəzi
mənbələrdə ona əsl kandavlizm, yaxud xalis kandavlizm deyilir. Həmçinin onu total
kandavlizm (candaulismus totalis), yaxud tam kandavlizm də adlandırmaq olar.
Kandavlistik meylin gizli və yaxud aşkar olmasına görə kandavlizmin latent
(gizli) və manifest (aşkar) formaları fərqləndirilir.
Bəzi hallarda ər arvadını çılpaq halda başqa kişiyə göstərmək istəsə də, sadəcə
ona fikrini söyləməyə dərhal cürət etmir. Ancaq kişidə arvadının yalın bədənini başqa
kişiyə göstərmək arzusu qalır və reallaşacağı anı gözləyir ki, buna latent kandavlizm
(candaulismus latentis) deyilir. Belə hal başqa sözlə gizli kandavlizm də adlanır. Gizli
kandaulezizmdən əziyyət çəkən ər qəlbinin dərinliklərində gizlətdiyini məqam gəldikcə
müəyyən qədər həyata keçirməyə çalışır.
Digər hallarda ər məqsədinə nail olmaq üçün konkret tədbir görməyə başlayır ki,
buna manifest kandavlizm (candaulismus manifestis) deyilir. Belə hal başqa sözlə aşkar
kandavlizm də adlanır.
Kandavlistik meylin həyata keçməsinin səviyyəsinə görə kandavlizmin iki növü
ayırd edilir: fantaziya olunan və reallaşdırılan.
93
Bir sıra hallarda şəxs kandavlistik meylini yalnız xəyal edir, belə bir mövzuda
xülyaya qapılır, ancaq onu həyata keçirmək iqtidarında olmur ki, buna fantaziya olunan
kandavlizm deyilir. Belə hal başqa sözlə xəyali kandavlizm də adlanır.
Fantaziya olunan kandavlizmin səciyyəvi cəhəti individin belə bir arzunu yalnız
xəyalına gətirməklə kifayətlənməsidir. Kişinin öz arvadını (məşuqəsini) və yaxud onun
surətini başqa adamlara göstərməsi və bundan həzz alması fantaziya olunan kandavlizmi
fərqləndirən əsas əlamətdir. Çılpaq halda olan arvadının başqa kişilər tərəfindən
bəyənilməsi, onların nəzərlərini özünə cəlb etməsi, hətta bir çox hallarda belələrinin
qucağına atılması, yatağına girməsi və digər səhnələr tez-tez kandavlist ərin xəyalına gələn
başlıca mövzulardır.
Forumlardan birində rus kişinin ürəyindən keçirdiklərini izləyək: «Mənim 36
yaşım var, arvadım məndən düz 10 yaş kiçikdir, 6 yaşlı qızımız var, arvadımı və qızımı
çox istəyirəm. Xeyli vaxt bundan qabaq günlərin birində ani olaraq üçlükdə seksi sınamaq,
onun dadına baxmaq tipli seksual xarakterdə fikirlər ağlıma gəldi, sonra keçirdiyim hissi
öz-özümə təhlil edəndə belə bir səfehliyə görə özümü çox qınadım, başımın işləmədiyini,
ruhən xəstələnməyə başladığımı güman edib bir qədər qorxdum, özümdən çox şey
soruşdum, axırda «bu cür hərəkətlər etmək axmaqlıqdır, giclikdir» deyib onların
mənasızlığı barəsində qəti qərara gəldim. Bir müddət rahat dolandım, hər şeyin düzəldiyini,
sarsaq fikirlərin arxada qaldığını zənn etdim. Ancaq sonradan bambaşqa məzmunda,
üstəlik əvvəlkinə baxanda daha kəskin formada yeni fikir yaranıb bütün beynimi məşğul
etdi. Böyük ölçüdə cinsiyyət üzvü ilə elə mənim yanımda, gözlərim önündə arvadımla
intim yaxınlıqda ola biləcək bir kişi tapmaqdan ibarət qarşısıalınmaz arzu yarandı, sonra
zehnimi tam çulğaladı, elə bil məni cana gətirdi, hərəkətə sövq etdi. İndi həmin arzu məni
rahat buraxmır. Arvadıma bunu necə deyəcəyimi bilmirəm, onun şoka düşəcəyindən
ehtiyatlanıram, ancaq arzumu ona hökmən bildirmək istəyirəm, sadəcə nədən başlamağı,
necə izah etməyi bilmirəm. Belə bir situasiya ilə rastlaşan kişi və qadınlardan münasibət
bildirmələrini xahiş edirəm. Düzdür, dərhal arzunun normal olmadığını söyləyəcəksiniz.
Ancaq nəzərə alın ki, onun qarşısını almaq iqtidarında deyiləm. Əgər birdən arvadım buna
razılıq versə və ürəyimdən keçirdiyim baş tutsa, bundan sonra gözlənilməz hallarla üzləşib-
üzləşməyəcəyimizi müəyyənləşdirməkdə çətinlik çəkirəm. Öhdəsindən gəlinməsi
mümkün olmayan bir arzu reallaşacağı təqdirdə bizi nələr gözləyəcəyini təsəvvür edə
bilmirəm. Bundan sonra arvadımla bir yerdə necə yaşayacağımı, onunla hansı səviyyədə
ünsiyyət quracağımı fikirləşdikcə heç cür bir nöqtədə dayana, qərar tuta bilmirəm, fikirlər
bir-birini sürətlə əvəz edir. Ola bilsin ki, bunu bir dəfə dadmaqla şəhvət hissinin təzə
qazandığı qeyri-adi xarakter keçib gedəcəkdir, bəlkə yeni təcrübəni hər ikimiz
xoşlayacağıq, sonra ona aludə olacağıq, indidən heç nə deyə bilmirəm. Ancaq gözəl
arvadımı başqa kişi ilə bölüşməklə bağlı yaranmış anlaşılmaz arzunu özümdən
uzaqlaşdırmaq, onu boğmaq istəmirəm, əksinə, bunu bir dəfə yoxlamaqla hər şeyə aydınlıq
gətirməyin doğru olduğunu fikirləşirəm. Başına belə fikirlər gəlmiş və sonra onu həyata
keçirmiş insanların məsləhətinə ehtiyacım var, köməyinizi əsirgəməməyinizi xahiş
edirəm».
Əlavə şərhə ehtiyac yoxdur. Kişidə fantaziya olunan kandavlistik arzunun
reallaşma ehtimalı çox böyükdür.
Dostları ilə paylaş: |