Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

94 
 
Həqiqətən bir çox hallarda individ kandaulezistik meylini reallaşdırmağa çalışır. 
Odur  ki,  buna  reallaşdırılan  kandavlizm  deyilir.  Belə  hal  başqa  sözlə  həyata  keçirilən 
kandavlizm da adlanır. 
Reallaşdırılan kandavlizm kifayət qədər ciddi bir pozuntudur. Çünki bu zaman 
kandavlizm bir seksual praktika forması kimi çıxış edir, artıq hər şey həyat səhnəsinə keçir, 
ər aktiv fəaliyyətə başlayır. 
Kandavlistin «gözaltı etdiyi» kişinin yaşına gəldikdə burada meyl pozuntusunun 
formasından  asılı  olaraq  seçimlər  bir-birindən  fərqlənir.  Kandavlistlərin  bir  qismi  cəlb 
ediləcək  kişinin  yaşca  böyük,  ikinci  qismi  əksinə  kiçik,  üçüncü  qismi  isə  eyni  olmasını 
arzulayır.  Adətən  yüngül  kandavlizm  zamanı  çirkin  oyuna  çəkilən  kişinin  yaşca  kiçik 
olması  arzu  edilir.  Ağır  kandavlizmə  mübtəla  olmuş  ər  öz  arvadını  qucağına  atmağa 
hazırlaşdığı kişinin yaşca böyük və seksual təcrübəsinin çox olmasını istəyir. Lakin bütün 
kandavlistlər üçün universal resept olduğunu söyləmək mümkün deyildir.  
Əslində  kandaulezist  ərin  arvadının  kişiləri  tanıyıb-tanımaması  mühüm 
əhəmiyyət  kəsb  edir.  Kandaulezistin  arvadını  (şəklini,  yaxud  özünü)  təklif  etmək  üçün 
nəzərdə tutduğu kişi tanış ola bildiyi kimi, onun qətiyyən tanış olmaması da mümkündür. 
Odur  ki,  «gözaltı  edilən»  kişinin  tanış  olub-olmamasına  görə  kandavlizm  aşağıdakı  iki 
növdə  ola  bilər:  1)  tanış  kişiyə  yönəldilmiş  kandavlizm;  2)  tanış  olmayan  kişiyə 
yönəldilmiş kandavlizm. 
Çox vaxt kandaulezist ər arvadını tanış kişiyə doğru sövq etdirir. Belə hal tanış 
kişiyə yönəldilmiş kandavlizm adlanır.  
Arvadın tanıdığı kişiyə onun çılpaq halda göstərilməsi bir sıra cəhətlərilə dərhal 
seçilən qeyri-adi hadisədir.  Aşağıdakılardan biri tanış kişi  qismində  «prosesə» cəlb  edilə 
bilər: a) ailənin dostu olan kişi; b) ailəyə qohum olan kişi. 
Beləliklə,  tanış  kişiyə  yönəldilmiş  kandavlizm  öz  növbəsində  iki  növ  olur:  1) 
ailənin dostu olan kişiyə yönəldilmiş kandavlizm; 2) ailəyə qohum olan kişiyə yönəldilmiş 
kandavlizm. 
Ailənin dostu olan kişi birtərəfli və ikitərəfli müstəvidə dayana bilər.  
Birtərəfli  dost  olan  kişi  dedikdə  söhbət  ailə  başçılarından  yalnız  birinin  dostu 
olan kişidən gedir. Ona görə belə kişi öz növbəsində bunlardan biri ola bilər: a) ərin dostu 
olan kişi; b) arvadın dostu olan kişi. 
Kandavlizm  zamanı  kişi  arvadını  çılpaq  vəziyyətdə  öz  dost  və  tanışlarına 
göstərir. Kandaulezist ərin dostu olan kişiləri arvad yavaş-yavaş tanımağa başlayır. Əksər 
ailələrdə  arvad  ərinin  kimlərlə  dostluq  etdiyini  yaxşı  bilir.  Ər  kandaulezizmdən  əziyyət 
çəkən  hallarda  onun  dostu  olan  kişilərdən  biri,  yaxud  bir  neçəsilə  rastlaşma  ehtimalı 
getdikcə çoxalır. Çünki arvadını göstərmək istəyən ər müəyyən əlamətdar günləri bəhanə 
edib  qonaqlıq  təşkil  etməklə,  mərasimlərdə  görüşlər  keçirməklə,  dostlarını  evinə  qonaq 
çağırmaqla və başqa yollarla məqsədinə doğru irəliləyir. 
İkitərəfli dost olan kişi dedikdə ailə başçılarından hər ikisinə, yəni eyni vaxtda 
həm ərə, həm də onun arvadına dost hesab edilən kişi nəzərdə tutulur. Şübhəsiz ki, ərlə 
arvadın hər ikisinin dostu olan kişi daha üstün tutulur. 


95 
 
Ailənin dostu olan kişi adətən kandavlist ərin plan və məqsədindən bixəbər olur. 
Ancaq  müəyyən  zaman  keçdikdən  sonra  gözlənilməz  hadisələrin  bir  neçə  dəfə 
təkrarlanması artıq dostda müəyyən şübhələr yaradır.  
Beləliklə, ailənin dostu olan kişiyə yönəldilmiş kandavlizm özü üç növ olur: a) 
ərin dostu olan kişiyə yönəldilmiş kandavlizm; b) arvadın dostu olan kişiyə yönəldilmiş 
kandavlizm; c) ərlə arvadın hər ikisinin dostu olan kişiyə yönəldilmiş kandavlizm. 
Bir  çox  hallarda  ailəyə  qohum  olan  kişi  kandaulezist  ərin  diqqət  mərkəzində 
dayanır. Ərin qəribə meylini həytata keçirmək üçün istifadə etməyə hazırlaşdığı belə bir 
kişi  yenə  birtərəfli  və  ikitərəfli  qohum  ola  bilər.  Çox  vaxt  birtərəfli  qohum  olan  kişi 
«nəzarətə  götürülür».  Əgər  ərlə  arvad  nikaha  daxil  olmazdan  qabaq  bir-birilə  qohum 
olarlarsa,  belə  hallarda  kandaulezistin  qohum  kişiləri  «toruna  salma»  ehtimalı  çoxalır. 
Çünki hər iki tərəfdən qohum olan kişilər ailəyə daha tez-tez gəlir.   
Beləliklə, ailəyə qohum olan kişiyə yönəldilmiş kandavlizm üç növ ola bilər: a) 
ərə qohum olan kişiyə yönəldilmiş kandavlizm; b) arvada qohum olan kişiyə yönəldilmiş 
kandavlizm; c) ərlə arvadın hər ikisinə qohum olan kişiyə yönəldilmiş kandavlizm. 
Bir çox hallarda kandaulezist ər arvadını tamamilə yad (özgə) olan kişiyə doğru 
istiqamətləndirir. Belə hal tanış olmayan kişiyə yönəldilmiş kandavlizm adlanır.   
Arvadın  tanımadığı kişiyə  onun  çılpaq  halda göstərilməsi  artıq  fərqli  olan bir 
hadisədir.  Əlbəttə,  arvadı  nümayiş  etdirmək  üçün  «gözaltı  edilən»  kişinin  ona  qohum 
olmaması kandaulezist əri daha çox maraqlandırır. Arvadın yaxın qan qohumu olan kişilər 
kandaulezist ərin diqqətini cəlb etmir. Çünki həmin kişilərdə öz yaxın qan qohumu olan 
arvada qarşı seksual meyl yaranmaya bilər. Məsələn, arvadın qardaşı, atası, əmisi, dayısı və 
başqa qohumları üçün onun çılpaq halda göstərilməsinin heç bir mənası yoxdur. Əksinə, 
belə  hal  baş  verərsə,  onlar  arvadın  ərinin  nataraz,  qeyri-normal  insan  olması  barəsində 
qərara  gələ  və  lazımi  tədbirlər  görə  bilərlər.  Ancaq  kandaulezist  ər  özünün  qohumlarına 
arvadını çılpaq halda göstərmək istəyir. Çünki həmin kişilərdə çılpaq arvada qarşı seksual 
meyl  yaranması  ehtimalı  çox  olur.  Hərçənd  burada  milli,  etnik  xüsusiyyətlərin,  adət  və 
ənənələrin böyük rolu vardır. Məsələn, azərbaycanlılar arasında qardaşın arvadına, yaxud 
əmioğlunun  həyat  yoldaşına,  həmçinin  dayıoğlunun  xanımına  və  başqa  qadın  cinsli 
qohumlara pis gözlərlə baxmazlar. Hətta «gəlinbacı», «əmidostu», «dayıdostu», «əmimin 
gəlini», «dayımın gəlini» kimi ifadələr artıq həmin qadınların namusunun qorunmasından, 
onlara pis gözlərlə baxa biləcək hər hansı insanla mübarizədən çəkinilməməsindən xəbər 
verir.  Halbuki  dünyanın  bir  çox  ölkələrində  hətta  ailə  üzvləri  arasında  seksual 
münasibətlərin  formalaşması  mümkündür.  Artıq  Qərbi  Avropa  ölkələrindən  bir  çoxu 
homoseksualizmin ardınca insesti də leqallaşdırmaq haqqında fikirləşməyə başlayıblar. 
Həqiqətən  əksər  hallarda  arvad  əri  tərəfindən  çılpaq  halda  göstərildiyi  başqa 
kişini tanımır. Buna görə arvad tanış olmadığı kişinin qabağında çılpaq halda qalanda, əri 
yanında olsa da, bunu özünə bağışlaya bilmir, istər-istəməz çəkinir və tez əl-ayağa düşüb 
heç olmasa ayıb yerlərini gizlətməyə çalışır. Ancaq başıbəlalı arvadın əri bütün bunları seyr 
etməkdən seksual təminolunma həddinə çatır. 
Bəzi  hallarda  ər  arvadını  çılpaq  halda  başqa  kişiyə  göstərəndə  gözlənilməz 
vəziyyət yaranır. Çünki ərin yad bildiyi, özgə hesab etdiyi həmin kişini arvad tanıyır. Belə 
olan halda ərin münasibəti dəyişə bilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə