110
Aydındır ki, hər arvad ərinin kandaulezistik təklifinə razılıq vermir. Əksər
vaxtlarda ər arvadına onu çılpaq halda başqa kişiyə göstərmək istədiyini söyləyəndə qəti
surətdə rədd cavabını alır. Arvadının lap üzə dayandığını görən kişi onda müəyyən
vasitələrə əl atır, lakin bunların heç bir lazımi nəticə vermədiyini gördükdə narahatlığı artır,
tez-tez əsəbiləşir, daim gərgin olur. Arvad tərəfindən kandaulezistik təklif pis qarşılanırsa
və qəti olaraq rədd edilirsə, buna kandaulezistik təklifin neqativ cavablandırılması, yaxud
kandaulezistik təklifə mənfi cavab verilməsi, müvafiq olaraq meyl pozuntusunun özünə isə
neqativ cavablandırılmış kandaulezizm, yaxud mənfi cavablandırılmış kandaulezizm
deyilir.
Son illərdə qadın hərəkatının inkişafı sayəsində kişilərin kandavlistik davranışı
pislənmişdir. Arvadını çılpaq halda başqa kişilərlə bölüşməyə hazır vəziyyətdə olan və
bunu həyata keçirmək üçün münasib məqamın yetişəcəyini gözləyən kişinin
məzəmmətləndirilməsi, onun qınanması tamamilə doğru bir yanaşmadır. Kandavlistik
davranış heç bir vəchlə bəyənilməyən, qınanmağa, pislənməyə layiq olan bir davranışdır,
kişi üçün ciddi iraddır. Normal halda feministlərin təzyiqinə məruz qalmadan, zərif cinsli
məxluqların müdaxiləsi olmadan kişi kandavlistik davranışdan çəkinməlidir. Həqiqətən
kişilərin xeyli qismi belə nalayiq və alçaldıcı əməldən uzaq qaçırlar.
Kandaulezistik təklifi neqativ cavablandımış arvadın buna reaksiyası cürbəcür
olur. Birincisi, ərindən son dərəcə gözlənilməz təklif eşidən arvad «şoka düşür» və necə
cavab verəcəyinə belə çaşıb qalır. Arvadın yaxşılığı onda olur ki, səbr edib belə rəzili
dinləyir, əlinə keçəni (məsələn, tavanı, süpürgəni və s.) onun başına vurmur. İkincisi, bəzi
arvadlar belə bir əcayib-qəraib təklifi eşidər-eşitməz ərinin psixi xəstəliyə mübtəla olması
qənaətinə gəlir, hətta tibb müəssisələrində çalışan mütəxəssislərə, xüsusən psixiatr və
seksoloqlara müraciət edə bilir. Üçüncüsü, ərinin nataraz şəxsiyyət olmasından şübhələnən
arvad onu əxlaqsızlığa sürükləməkdə günahlandırır, hətta bəzən müvafiq ölçü götürülməsi
üçün polisə müraciət etmək qərarına gəlir. Dördüncüsü, ziyalı və yüksək mədəniyyətli
arvad kandaulezizmlə bağlı xəbərdarlıq xarakterli xəbəri alanda belə bir addımı ərinin
xasiyyətinin təqdirəlayiq əlaməti kimi qiymətləndirir. Çünki arvad ərinin xaincəsinə
hərəkət etmək istəmədiyinə əmin olur, onun qəribə meyl pozğunluğuna mübtəla olduğunu
səmimi etiraf etməsini alqışlayır. Ancaq bununla bir vaxtda ərinə onun təklifini müsbət
qarşılaya bilməyəcəyini ciddi şəkildə bildirir və bir daha bu mövzuya qayıtmamasını, ona
dair söz salmamasını artıq dərəcədə xahiş edir.
Arvad tərəfindən təklif yaxşı qarşılanırsa və qəbul edilirsə, buna kandaulezistik
təklifin pozitiv cavablandırılması, yaxud kandaulezistik təklifə müsbət cavab verilməsi,
müvafiq olaraq meyl pozuntusunun özünə isə pozitiv cavablandırılmış kandaulezizm,
yaxud müsbət cavablandırılmış kandaulezizm deyilir.
Həqiqətən bəzi hallarda kişi qadının razılığını alaraq onun çılpaq şəkillərini və
yaxud intim səhnələrin yer aldığı video görüntülərini başqa kişilərə göstərir ki, həmin
hadisəyə konsensual kandaulezizm deyilir. Belə hal başqa sözlə razılaşdırılmış
kandaulezizm də adlanır.
Eləcə də kandaulezistik təklifi pozitiv cavablandırmış arvadın buna reaksiyası
müxtəlif olur. Qadının necə razılıq verməsinə görə konsensual kandaulezizm öz
növbəsində iki növə bölünür: a) volyuntarist kandaulezizm; b) könüllü kandaulezizm.
111
Bir çox hallarda arvad gözlənilməz təklifi dərhal rədd etdikdə, kişi onu ələ
almağa çalışır, məqsədinin səbəbini belə gözəl arvadı olduğunu bildirməyə çalışması və
onunla yatmaqdan öyünməsi ilə izah edir. Əgər kişi yenə yekdil cavab almırsa, onda
arvadını güclə razılaşmağa məcbur edir. Əksər hallarda qadın razılıq verməyə sadəcə
məcbur olur. Odur ki, buna volyuntarist kandaulezizm deyilir. Belə hal başqa sözlə
məcburi kandaulezizm də adlanır. Latınca voluntarium – icbari, məcburi, qeyri-könüllü
deməkdir.
Qadın müxtəlif səbəblərdən ərinin sözünü yerə salmaq istəmir. Elə həmin
səbəblərə görə volyuntarist kandaulezizm öz növbəsində üç növə ayrılır: 1) altruistik
kandaulezizm; 2) elpistik kandaulezizm; 3) şantaj kandavlizmi; 4) matrimonial
kandaulezizm.
Bir sıra hallarda kandaulezistik təklif arvadın ürəyincə olmur, ancaq tam rədd də
edilmir. Ərinə hörmət əlaməti olaraq, onun istəyini yerinə yetirmək, arzusunu ürəyində
qoymamaq naminə arvad əcayib-qəraib təklifi həyata keçirməyə hazır olduğunu bəyan
edir. Belə hal altruistik kandaulezizm (candaulesismus altruismus) adlanır.
Kandaulezistik təklifi eşidən arvad razılıq verəcəyi təqdirdə ərinin seksual
tələbatının təmin edilməsindən sonra onun sakitləşəcəyinə və belə axmaq fikirlərdən
birdəfəlik əl çəkəcəyinə ümid bəsləyə, tezliklə düzələcəyinə inana bilər. Belə hal elpistik
kandaulezizm (candaulesismus elpisticus) adlanır. Ümidi həyatın ən yaxşı elementi hesab
edən yunan filosoflarını «elpistiklər» adlandırırdılar. Elpistiklər xoşbəxtliyi ümid etməkdə
axtarırdılar. Yunanca elpizo – ümid etmək, ümid bəsləmək, inanmaq deməkdir.
Bir çox hallarda kandavlist ər şantajın köməyilə məqsədinə nail olur. Belə hal
şantaj kandavlizmi adlanır.
Məşhur polyak psixiatrı, psixoterapevt və seksoloqu, Zbiqnev Lev-Staroviç
«Qeyri-tipik seks» (polyak dilində «Seks nietypowy») kitabında yazır ki, pasiyentlərindən
biri şantajın köməyilə öz arvadını bu cüt tərəfindən təşkil olunmuş axşam qonaqlığında
striptiz göstərməyə məcbur etmişdir. Ər baş verənləri gecə klubunda nəsə bir oyun kimi
təsəvvür etmiş, qonaqlar isə bunu sahibin öz gözəl və incə arvadı ilə öyünüb lovğalanması
kimi qavramışlar. Ər arvadının striptiz ifa edən vaxt digər kişilərdə hansı maraq
doğurduğunu kənardan müşahidə etmiş, onların təəccüblə baxdığına əmin olduqda bundan
cazibəli iztirab kimi qəribə bir hiss keçirmişdir. Belə ki, ərdə mənəvi əzab valehediciliyə
qarışmışdır. İstənilən halda ərin keçirdiyi hiss çox gözəl və cazibəli olmuşdur. Arvadın əri
onu vəcdə gətirən hissini belə ifadə etmişdir: «Mən sanki arvadımı başqa kişilərlə
bölüşdüyümü, bir hissəmi onlara verdiyimi hiss edirdim» [40, səh. 302–303].
Bəzi hallarda arvad ərini çox istədiyindən, ailəsinin dağılması ilə
barışmadığından, yaxud valideynlərinin yanına qayıtmağı özünə sığışdırmadığından ərinin
kandaulezistik təklifinə müsbət cavab verməyə məcbur olur. Nəyin bahasına olursa-olsun
boşanmaq istəməyən arvadın müsbət cavablandırdığı təklifdən sonra ərində müşahidə
edilən kandaulezizmə matrimonial kandaulezizm deyilir. Matrimonial dedikdə nikahla
bağlı olan, izdivacla əlaqələndirilən, ər-arvadlıqla əlaqədar olan şeylər nəzərdə tutulur.
Latınca matrimonium – nikah, izdivac deməkdir.
Yalnız nadir hallarda qadın ərinin kandaulezistik təklifinə razılıq verir. Ərlə
arvad arasında fikir birliyi, həmrəylik əldə olunur. Belə hadisə koakt kandaulezizm
Dostları ilə paylaş: |