Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

106 
 
sonradan lazım olmayan, tamamilə gərəksiz şey kimi kənara atılan, heç bir yerdə istifadə 
edilə  bilməyən  hər  hansı  bir  məhsulun  əldə  edilməsi  üçün  vaxt  itirməyə  və  zəhmət 
çəkməyə  dəyməz.  Əgər  çılpaq  şəkillər  baxıldıqdan  sonra  cırılıb  yandırılmazsa,  mütləq 
kiminsə  əlinə  keçəcəkdir.  Bir  qədər  baxıldıqdan  sonra  məhv  ediləcək  şəklin  hansı 
məqsədlə çəkildiyini başa düşmək olmur. Bəla burasındadır ki, ərlə arvadın ayrı-ayrılıqda 
və  yaxud  birlikdə  olan  çılpaq  şəkilləri  sonradan  internetə  düşə  bilir.  Boşanmadan  sonra 
qarşı  tərəfi  biabır  etmək  üçün  belə  addım  atıla  bilər.  Bir  çox  hallarda  çılpaq  şəkillərin 
internet vasitəsilə yayılmasının özü boşanmaya səbəb olur. Neçə-neçə ailənin məhz həmin 
səbəbdən dağılmasına dair məlumatlar getdikcə artmaqdadır. Arvadın özü, yaxud rəfiqələri 
onun  çılpaq  şəkillərinin  internetdə  yayılması  haqqında  məlumat  əldə  ediləndən  və 
dəqiqləşdiriləndən sonra ailədə möhkəm söz-söhbət yaranır, mərəkə qopur. Arvadın bunu 
heç vaxt arzulamadığı, xahiş etmədiyi, razılıq vermədiyi və hətta xəbəri olmadığı bir halda 
belə  yaramaz  əməlin  törədilməsi  onun  haqlı  narazılığına  səbəb  olur.  Şəkillərin  erotik 
pozalarda çəkilməsi vəziyyəti xüsusən qəlizləşdirir. Bunun necə edilməsi, hansı məqsədlə 
törədilməsi,  nəyə  görə  baş  verməsi  sualına  cavab  verməkdə  çətinlik  çəkən  ərlə 
münasibətlər getdikcə gərginləşir. Əlbəttə, belə hallarda yerinə yetirilən ilk iş bütün belə 
fotoların yubanmadan yığışdırılmasından, internet məkanından kənar edilməsindən ibarət 
olur.  İnamın  itməsi  bundan  sonra  kişi  ilə  qadının  bütün  münasibətlərinin  kəsilməsinə 
gətirib  çıxarır.  Əlbəttə,  bunun  ardınca  tərəflər  boşanmanın  rəsmiləşdirilməsi  üçün 
məhkəmə zalında «görüşməli» olurlar.  
Vəziyyət elə gətirib ki, adam öz elektron poçt yeşiyinə rahat baxa bilmir, birdən 
keçmiş yoldaşlardan (sinif yoldaşı, tələbə yoldaşı, əsgər yoldaşı, səfər yoldaşı, iş yoldaşı və 
sairə)  kiminsə  öz  arvadının  pikant
117
  fotoqrafiyası  ilə  məktub  göndərməsindən  qorxur. 
Artıq belə fikirlərin bir zarafatla söylənilməsi zamanı arxada qalmışdır, indi hər cür əməllə, 
ağlagəlməz hərəkətlə rastlaşmaq mümkündür. Abır-həyanın saxlanması yolunda aparılan 
mübarizə  artıq  konservatizm,  mühafizəkarlıq  sayılır.  Çox  vaxt  gəlinən  qənaət  belə  olur: 
«Köhnəlik tərəfdarı, köhnəpərəst, tərəqqi düşməni,  yeniliyə  zidd olan  adam  belə düşünə 
bilər». 
Arvadın icazəsi olmadan onun çılpaq, lüt-üryan şəkillərinin əri tərəfindən saytda 
yerləşdirilməsi  bağışlanmaz  bir  pozğunluqdur,  insana  yaraşmayan  bir  hərəkətdir,  yalnız 
əclaf  adama  xas  olan  bir  davranışdır.  Təəssüf  ki,  qadınlar  belə  alçaqlıqla,  əclaflıqla, 
nacinsliklə,  yaramazlıqla  tez-tez  rastlaşırlar.  Ümumiyyətlə,  belə  bir  addım  şəxsiyyətin 
azadlığına  təcavüzün  bir  formasıdır,  bir  nankorluqdur,  bir  çirkinlikdir,  natəmizlikdir, 
murdarlıqdır, nakişilikdir, abır-həyanın olmamasının bariz göstəricisidir, bir rəzillikdir, cılız 
düşüncə nişanəsidir.  
Bəzən  kandaulezist  ər  çılpaq  halda  olan  arvadını  videoyazıya  almaqla 
məqsədinə  çatır.  Video  görüntülərilə  məhdudlaşan  kandaulezizm  video  kandaulezizmi 
adlanır. Latınca video – baxıram, görürəm deməkdir. Kişi lüt-üryan arvadını lentə köçürür, 
sonra belə videokassetləri başqa kişilərə, ilk növbədə tanışlarına nümayiş etdirir. Deməli, 
video
118
 kandavlist kişinin arzusuna çatması üçün yararlandığı bir vasitəyə çevrilir. 
Yüngül kandaulezizm müşahidə olunan ər çılpaq arvadına başqa kişilərin yalnız 
baxmasını,  sadəcə  göz  yetirməsini  arzulayır,  bundan  artıq  heç  nə  istəmir.  Buradan  belə 
çıxır ki, yüngül kandaulezizm müşahidə olunan ər arvadını başqa kişilərlə daha bölüşmək 


107 
 
istəmir.  Belə  ər  arvadının  bədənində  daim  başqa  kişilərin  baxışlarının  «izlərini»  axtarır. 
Arvadının  gözəl  bədəninə  baxıb  ona  yiyələnmək  istəyən  kişilərin  bunu  necə  arzu 
etdiklərini  sadəcə  görmək,  kənardan  sezmək  kandaulezisti  qane  edir,  onun  seksual 
tələbatının təmin olunmasına gətirib çıxarır. Yüngül kandaulezizmin xas olduğu ər arvadını 
çılpaq  halda  yalnız  elə  kişilərə  göstərmək  istəyir  ki,  onlardan  heç  bir  real  «təhlükə» 
gözlənilmir. Arvadına əl uzada, onu yatağına sürükləyə bilən kişilər yüngül kandaulezizmə 
malik əri maraqlandırmır. Buna görə tamamilə xətərsiz saydığı kişilərin yanında arvadını 
çılpaqlaşdırmaq  istəyir.  Məsələn,  yuxarı  məktəb  yaşlı  oğlanlara,  etibar  etdiyi  dostuna, 
yaxın tanışına arvadın çılpaq halda göstərilməsi halları çox müşahidə olunur. Aydındır ki, 
yuxarı məktəb yaşlı oğlanlar kişinin arvadına əl atmağa, ona toxunmağa cürət etməzlər. 
Ehtirası  aşıb-daşan  həmin  oğlanlar  sadəcə  başqasının  çılpaq  arvadını  diqqətlə  gözdən 
keçirə və onu masturbasiya vaxtı öz fantaziyalarının mərkəzində yerləşdirə bilərlər. Başqa 
kişilərin  onun arvadına  gözlərini  zilləmələri, artıq heç bir hərəkətə yol vermədən  yalnız 
«boş-boşuna»  tamaşa  etmələri  kandaulezist  ərin  ən  çox  arzuladığı  və  maraqlandığı 
səhnədir. 
Yüngül kandaulezizmdən əziyyət çəkən ərin portretini belə təsəvvür etmək olar: 
öz arvadını sevir, lakin gözləri önündəcə kiminsə ona sahiblənməsini arzu etmir, bunu heç 
vaxt  xəyalına  gətirmir.  Başqa  kişilər  arvadını  çılpaq  halda  gördükdə  bundan  çox 
ehtiraslanır, seksual oyanma əldə edir. Arvadının çox yaxşı formada olduğunu və heç bir 
kompleksdən əziyyət çəkmədiyini güman edir. Arvadının həmişə sinəsi açıq paltar və qısa 
yubka  geyinməsini  istəyir.  Yay  fəslində  arvadını  dövri  olaraq  toplesə
119
    təhrik  edir, 
hərdənbir imkan düşüdükcə onu «nyu»
120
 fotoqrafiyalayır. Arvadının çox müxtəlif erotik 
pozalarda olan çılpaq şəkilləri adətən ailəyə məxsus adi albomda saxlanılır. Arvadın belə 
şəkillər üçün xüsusi bir albom ayırmaqla bağlı təklifi ərinin ürəyincə olmur. Əri belə bir 
təklifi hər bir vəchlə qəti surətdə rədd edir, ona görə ki, ayrıca albomun qonaq yanında üzə 
çıxarılması ehtimalı azalır, ancaq ailə albomunda saxlanılan şəkillərin tez-tez qonaqların 
gözünə  sataşması,  onların  nəzərləri  altına  düşməsi  ehtimalı  çox  olur  və  bundan  kişi 
məmnunluq  duyur.  Belə  hallarda  mübahisəyə  heç  bir  zəmin  olmur,  çünki  şəkillərin 
təsadüfən  aşkara  çıxarıldığı  qənaətinə  gəlinir.  Albom  yerinə  qoyulduqdan  sonra  hər  şey 
unudulur, növbəti dəfə qonaqlar baxarkən yenidən yada düşür. 
Arvadın  dövri  olaraq  toplesə  təhrik  edilməsi  kandavlist  ailəsi  üçün  səciyyəvi 
haldır.  Toples  düşüncəsiz  bir  təşəbbüs,  ehtiyatsız  və  tədbirsiz  bir  addımdır.  Toplesdən 
sonra  qadın  döşlərinin  özündə  gizlətdiyi  füsunkar  müəmmadan  əsər-əlamət  qalmır. 
Ömrünün  50  ildən  artıq  bir  müddətini  filmlərdə  aktiv  iştirak  etməklə  keçirmiş  məşhur 
alman kino və teatr aktrisası Luitqard İm (Luitgard Im)
121
 deyirdi: «Toples kişiyə əvvəlcə 
açmacasını, sonra tapmacasını göstərən ağılsız bir cəhddir». Onun həmin sözləri bir aforzm 
olaraq əksəriyyətin dilindən düşmür. 
Arvadın çılpaq şəkillərinin və yaxud erotik video görüntülərinin başqa kişilərə 
göstərilməsi  haqqında  ona  qabaqcadan  məlumat  verilib-verilməməsindən  asılı  olaraq 
yüngül kandaulezizm  öz növbəsində iki növə  ayrılır:  1) xəbərdarlıqsız kandaulezizm;  2) 
xəbərdarlıqlı kandaulezizm. 
Əgər  kişi  qadının  xəbəri  olmadan  onun  çılpaq  şəkillərini  və  yaxud  intim 
səhnələrin  yer  aldığı  video  görüntülərini  başqa  kişilərə  göstərirsə,  belə  hadisəyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə