Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

100 
 
qədər  müxtəlif  əzizləmə  hərəkətlərinə  yer  ayırmış,  hər  cür  aktivlik  formasını  təcrübədən 
keçirmiş,  sadəcə  maraq  xatirinə  qeyri-ənənəvi  kontaktları  yoxlamış,  cürbəcür  seksual 
oyuncaq  və  ləvazimatları  sınamış,  müxtəlif  vasitələr  tətbiq  etmiş,  erotik  alt  paltarı 
geyinməklə  seks  yaşamağın  dadına  baxmışlar.  Lakin  bütün  bunlar  yalnız  fraqmentar
109
 
olmuş  və  aralarındakı  seks  əsasən  tipik  formada  keçirilmişdir.  Hərçənd  onlar  fantaziya 
düzəltməyi, xəyala qapılmağı çox sevmişlər. Çox gözəl oyun hərəkətləri etməyi bacaran 
arvad bəzən əri üçün açıq-saçıq rəqs seansları təşkil etmişdir. Əgər nikahın başlanğıcında, 
izdivacın  əvvəlində əri  öz gözəl  arvadını  çox  qısqanırdısa, ancaq zaman  keçdikcə bunu 
dayandırmışdır. Gənclər özlərini tam azad insanlar kimi aparmış, ən gözəl cinsi partnyorlar 
kimi bir-birinin qarşısında bütün xasiyyət və qabiliyyətlərini tam çılpaqlığına qədər açmış, 
biri  digərindən  heç  nəyi  gizlətməmişdir.  Daim  nəsə  yeni  bir  şeyə  can  atan,  həyata  rəng 
qatmağa təşəbbüs göstərən ər-arvadın arasında açıq və səmimi münasibət qurulmuş, onlar 
bir-birinə  ürəkdən  inanmış,  etibar  etmiş,  könüllərindən  keçirdiklərini  bir-birinə 
söyləməkdən çəkinməmişlər. Lakin elə bu gözəl hisslər ər-arvadla çox pis zarafat etmişdir. 
«Darina»  anonim  konsultativ  mərkəzində  cütlə  iş  prosesində  evlənənə  qədər  ərin  zərif 
cinslə  münasibətlərinin  elə  uğurlu  alınmadığı  artıq  məlum  olmuşdur.  Oğlanın  görüşmək 
istədiyi qızlar ondan imtina etmiş, təklifini cavabsız qoymuşlar. Lağa qoyulmasını və ələ 
salınmasını  istəməyən  oğlan  sadəcə  istehza  və  rişxənd  obyekti  olmamaqdan  ötrü  gözəl 
olmayan qızlarla münasibət qurmuşdur. Oğlan onda elə bir xüsusi hiss doğurmayan, ancaq 
bunun əvəzində təklifini müsbət cavablandıran, belə demək mümkünsə, səsinə səs verən, 
qarşılıqlı surətdə reaksiya nümayiş etdirən həmin gənc qızların çox da gözəl olmadıqlarını 
özü etiraf etmişdir. Əlbəttə, bütün bunlar oğlanda müəyyən komplekslər əmələ gətirmişdir. 
Bir külçə kimi tapdığı qızla evlənən oğlan onu ələ keçirdikdən sonra iftixar hissinin ölçüsü 
bilinməmiş,  sevinci  aşıb-daşmış,  lovğalanmağa  başlamış,  sanki  aləmə  car  çəkmək,  son 
dərəcə zərif və məlahətli görünən, eşidilməmiş və görünməmiş dərəcədə gözəlliyə malik 
olan,  hər  kəsi  heyrətə  salan,  xoş  mənada  təəccübləndirən  arvadını  hamıya  göstərmək 
istəmişdir.  Oğlan  ona  necə  gözəl  bir  xanım  nəsib  olduğunu  qışqıraraq,  var  gücü  ilə 
çığıraraq, bar-bar bağıraraq bütün dünyaya demək istəmişdir. Oğlan son dərəcə valehedici 
olan,  görənləri  heyrətləndirən  gözəl  bir  qızın  qismətinə  düşdüyünü  ilk  növbədə  öz 
yaxınlarına göstərmək həsrətilə alışıb-yanmışdır. Onun belə arzuları sonradan qəribə bir 
şəkil almış və cinsi meylinin təhrif edilməsilə nəticələnmişdir. Oğlanda «kandaulezizm» 
adlanan bir parafiliya inkişaf etmişdir.  
İndi ərin seksual oyanması və təmin edilməsi üçün arvadını çılpaq halda başqa 
kişilərə göstərməsindən ibarət qeyri-adi bir tələbat yaranmışdır. Əvvəlcə bu ərin arvadını 
dərin kəsiyi (döşündə açıq yeri) olan paltar və yaxud qısa yubka geyinməsinə nail olmaq 
üçün  onu  tilə  tutmasında  ifadəsini  tapmışdır.  Əri  belə  açıq-saçıq  geyimin  ona  çox 
yaraşdığını, onu həddən ziyadə füsunkar və cazibədar göstərdiyini bildirməklə məqsədinə 
nail olmuşdur. Sonra fotoqrafiyalarla son dərəcə maraqlanan gənc kişi öz arvadının erotik 
pozalarda şəklini  çəkməyə  başlamışdır.  Zaman keçdikcə çəkilən  şəkillər daha açıq-saçıq 
olmuşdur. Kişi fotoları tanışlarına göstərərək onları nümayiş etdirən zaman xüsusi bir həzz 
almış, məmnunluq duymuşdur. Bu fakt arvadda narahatlıq, sıxılma, utanma və hərəkətlərin 
məhdudlaşması  kimi  hallar  doğurmuşdur.  Lakin  qadın  ərköyünlənmiş  ərinin  nazını 
çəkdiyindən, onun könlünü açan hərəkətlər etməyi xoşladığından özünün narahat olması 


101 
 
kimi hissini büruzə verməməyə çalışmış, ona bildirməmək üçün əlindən gələni etmişdir. 
Qəlbi  məhəbbətlə  dolu  olan  arvad  bunun  ərinə  xoş  gəldiyini  yaxşı  bildiyi  üçün  güzəştə 
getmiş, özünün narahatlığını göstərməməyə çalışmış və məqsədinə nail olmuşdur.  
Növbəti  addım  axşam  qonaqlıqlarından  birində  striptiz  göstərməkdən  ibarət 
olmuşdur. Seksual tələbatının təmin edilməsi üçün ər onun dostlarının toplaşacağı axşam 
qonaqlığında  striptiz  göstərməsindən  ötrü  öz  arvadını  dilə  tutmuş,  çox  yalvar-yaxardan 
sonra  onu  yola  gətirə  bilmişdir.  Arvadında  striptizin  çox  yaxşı  alınacağına  onu  inandıra 
bilən ər təklifinə razı salmağı bacarmışdır. Kompaniya artıq kifayət qədər qızışmış və çox 
açıq-saçıq  rəqslər  başlamışdır.  Bərk  həvəslənmiş  kişi  öz  gözəl  arvadının  əynindəki 
paltarların  hamısını  çıxarmış,  yalnız  bir  trusuda  saxlamışdır.  Əgər  bu  arvadın  özü  və 
ətrafındakılar  tərəfindən  sadəcə  əyləncəli  zarafat,  gülməli  bir  epizod,  əhvali-ruhiyyənin 
yüksək  olduğu  vaxtda  yeni  və  maraqlı  addım  kimi  qəbul  edilmişdisə,  ancaq  kişi  bunu 
seksual  fəaliyyətinə  zəruri  bir  yanaşma  olaraq  dəyərləndirmişdir.  Əlbəttə,  qadının  çılpaq 
vəziyyətə düşməsi spirtli içki qəbulundan sonra erotik elementlərin qatıldığı bir zarafatyana 
hərəkət  kimi  qarşılana  bilərdi.  Halbuki  kişi  baş  verənləri öz fəaliyyətinə  əsaslanma  kimi 
başa  düşmüşdür.  Bundan  sonra  kişi  hər  vasitə  ilə  olursa-olsun  bu  və  yaxud  digər 
qonaqlıqda,  ziyafətdə  arvadının  striptiz  göstərməsini  istəmiş,  onu  aramsız  olaraq  dilə 
tutmuşdur.  
Hər  əyləncə  gecəsində  ər  arvadından  dostları  üçün  striptiz  ifa  etməyi  tələb 
etmişdir.  Əri  öz  arzusuna  belə  bəraət  qazandırmışdır  ki,  başqa  adamların  qarşısında 
arvadının soyunmağa başladığını görəndə və digər kişilərin onun çılpaq bədəninə qeyri-adi 
nəzərlər yetirdiyinə əmin olanda bundan olmazın dərəcədə oyanıqlıq əldə edir və seksual 
meyli  şiddətlənir.  Arvad  başqa  kişilərin  qarşısında  soyunmağa  başlayarkən  ərinin 
inanılmaz dərəcədə şadlandığına və onda güclü seksual meyl yarandığına şübhə etmirdi, 
artıq buna bir neçə dəfə əmin olmuşdu. Ancaq özünə yaxın bildiyi kəslərin, hətta sevdiyi 
adamın sifarişi əsasında tanımadığı kişilərin kompaniyasında soyunmaq, əlbəttə, arvadın 
heç cür xoşuna gələ bilməzdi. Qəribə seksual marafonun apogeyi
110
 ərin rəisinin doğum 
günü  oldu.  Ər  rəisinin  şərəfinə  axşam  təşkil  ediləcək  qonaqlıqda  arvadının  büsbütün 
soyunmaqla  striptiz  ifa  etməsini  istəmiş,  onu  dilə  tutub  buna  razı  salmışdır.  Ərinin  tam 
soyunmaqla bağlı xahişini yerinə yetirmək arvada çox ağır gəlirdi. Ancaq əri iddia edirdi 
ki,  guya  arvadının atacağı həmin addım  nəinki  onu seksual oyandıracaq,  eyni  zamanda 
bütün  xidmət  yoldaşları  yanında  hörmətinin  daha  artıq  olacağına,  karyerasında
111
  uğur 
qazanacağına və vəzifəcə yüksələcəyinə kömək edəcəkdir. Ancaq arvadı sonra danışmışdır 
ki,  böyük  ehtimalla  bu  adi  bir  şantaj  olmuşdur.  Əksinə,  arvadın  özünü  büsbütün 
çılpaqlaşdırmaqla striptiz göstərməsi ərinin bir yerdə işlədiyi yoldaşlar arasında olan-olmaz 
hörmətini heçə endirə bilərdi. Sadəcə olaraq ərinin «karyerada uğur qazanmağıma imkan 
yaratmadın»,  «mənsəbə  çatmağım  üçün  təkan  verə  bilərdin»  kimi  bitib-tükənməyən 
xülyaları  qarşısında  aciz  qalan  arvad  güc-bəla  ilə  buna  razılaşır.  Lakin  arvad  nə  qədər 
çalışmasına baxmayaraq son anda nəfsinə üstün gəlməyi bacarmamış, təzəcə rəqs etməyə 
başlayan  anda  hal-təbdən  çıxaraq  banket  zalından  qaçmışdır.  Əri  baş  verənlərdən  çox 
dilxor olmuş, arvadının hərəkətini təhqir (həqarət) kimi qarşılamış, onun seksual arzusuna 
ehtiramsızlıq və saymazlıq kimi dəyərləndirmişdir. Bundan sonra hər ikisinin intim həyatı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə