Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

112 
 
(candaulesismus coactus) adlanır. Ona başqa sözlə könüllü kandaulezizm də deyilir. Qadın 
ərinin  kandaulezist  davranışına  müxtəlif  səbəblərdən  etiraz  etmək  istəmir.  Həmin 
səbəblərdən asılı olaraq könüllü kandaulezizmin aşağıdakı növləri ayırd edilir: 1) marginal 
kandaulezizm; 2) mutual kandaulezizm. 
Ərinə hörmət əlaməti olaraq deyil, sadəcə onun var-dövlətinə, zir-zinətinə göz 
dikən  qadının  kandaulezistik  təklifi  müsbət  qarşılaması  marginal  kandaulezizm 
(candaulesismus marginalis) adlanır. 
Kandaulezistik təklifi eşidən qadının özünün bunu alqışlaması hadisəsi mutual 
kandavlizm (candaulesismus mutualis) adlanır. İngiliscə mutual – qarşılıqlı deməkdir. 
Mutual kandavlizm iki səbəbdən irəli gələ bilər: 1) arvadın kandavlistik təklifi 
gözləməsi və bunu onun gözəlliyinə biganə qalmamağın bir nişanəsi kimi dəyərləndirməsi; 
2)  arvadın ərindəki kandavlistik  meyldən öz məqsədlərinə  yetişməsi  naminə sui-istifadə 
etməsi. 
Bəzən  paradoksal,  qəribə  bir  vəziyyət  yaranır.  Kişinin  həmişə  qısqanmalı 
olduğunu fikirləşən, onun qısqanmadığını gördükdə artıq sevmədiyi qənaətinə gələn qadın 
kimi, ərinin daim onu tərifləməsini istəyən, gözəlliyindən danışmasını arzulayan arvad da 
olur. Bu qəbildən olan arvad həmişə ərinin onun cəlbediciliyilə fəxr etməsini istəyir. Hətta 
ər öz həyat yoldaşının gözəlliyi və füsunkarlığı haqqında danışmırsa, arvad bunu ona qarşı 
bir biganəlik kimi dəyərləndirir. Buna görə arvad ərinin onu başqa kişilərə çox valehedici 
və məlahətli partnyor kimi təqdim etdiyini eşidəndə, hətta buna əmin olmaq üçün həyat 
yoldaşını  çılpaq  halda  nümayiş  etdirmək  arzusunu  duyanda  dərhal  baş  verənləri  diqqət 
yetirməkdən  irəli  gələn  bir  hərəkət  kimi  qarşılayır  və  müsbət  cavablandırmaqla 
dəyərləndirir.  Ərindən  daim  qeyri-adi  təklif  gözləyən  arvadın  ürəyindən  keçənləri 
təxminən belə təsvir etmək olar: «Əzizim, ürəyimdən tikan çıxartdın, axı necə ola bilər ki, 
belə gözəl arvadına başqa kişilər məftun olmasınlar, səni əmin edirəm ki, məni çılpaq halda 
görənlər  dərhal  tamah  salacaqlar,  sənə  belə  gözəl  qadınla  yatan  bir  kişi  olaraq  qibtə 
edəcəklər».  
Bundan başqa, bəzi qadınlar ərinin zəif meylindən agah olan kimi bundan sui-
istifadə  etməyə  başlayırlar.  Belə  arvadlar  sadəcə  olaraq  üzdə  bunu  büruzə  vermir,  guya 
ərinin  xahişini  yerinə  yetirirmiş  kimi  davranırlar.  Arvadın  ərində  aşkar  olunan 
kandavlizmdən  aşağıdakı  məqsədlərlə  istifadə  etməsi  mümkündür:  a)  açıq-saçıq 
geyinməyi  sevən  arvadın  indi  bunu  çəkinmədən  edə  bilməsi;  b)  arvadın  özünə  yaxşı 
baxması üçün rahatlıqla bütün prosedurları həyata keçirməsinə müvafiq şəraitin yaranması; 
c)  ərinin  qeyri-adi  meylindən  ehtiraslanan  arvadın  özünün  görüşmək  istədiyi  kişilərlə 
asanca gəzə bilməsi, qrup seksində iştirak etməyə qədər çox müxtəlif seksual praktikadan 
yararlanması. 
Daim  açıq-saçıq  geyinməyi  arzu  edən,  yarıçılpaq  halda  olmağı  sevən  arvad 
ərində  kandaulezizm  olduğunu  bilən  kimi  çox  sevinir,  çünki  artıq  bundan  sonra 
çəkinmədən istədiyini edə biləcəkdir. Qeyd edək ki, son vaxtlar arvadlarına olduqca açıq-
saçıq  paltarlar  geyindirib  bu  çılğın  vəziyyətdə  utanmaz-utanmaz  özü  ilə  restoranlara, 
istirahət  mərkəzlərinə,  toylara  və  başqa  şənliklərə  aparan  qeyrətsiz  kişilərin  sayı  hədsiz 
çoxalmışdır.  Hətta  bəzi  hallarda  açıq-saçıqlıqda  ifrata  varma  dərhal  nəzərə  çarpır. 


113 
 
Şübhəsiz, «simvolik geyimin» seçilməsinə ərin razılıq verməsi üçün onun kandaulezistik 
meyli yardımçı olur.  
Ərinin  kandaulezizmə  mübtəla  olduğuna  şübhə  etməyən,  bunu  dəfələrlə 
sınaqdan keçirən arvad mövcud vəziyyətdən özü üçün müəyyən qədər xeyir götürə, fayda 
əldə edə bilər. Kandaulezizm sindromlu kişiləri müşahidə etmiş seksoloqların çoxu qeyd 
edir ki, ərinin qəribəliyi və anlaşılmaz davranışı arvadın öz bədəninə daha yaxşı, incədən-
incəyə  fikir  verməyə  başlamasına  səbəb  ola  bilər.  Tez-tez  trenajor  zalına
122
  getmək, 
hovuzda çimmək, kosmetoloqun xidmətindən yararlanmaq üçün arvadın qarşısında geniş 
imkanlar açılır. Belə arvadın əri üçün deyəcəyi sözü, bəhanəsi də var: «Bəs başqa kişilər 
necə  baxarlar,  deməzlərmi  ki,  filankəsin  arvadı  nə  gündəymiş.  Qoy,  özümə  yaxşı  fikir 
verim,  gözəl  görünüm,  başqa  kişilərin  yanında  soyunanda  çirkin  görünməyimə  görə 
utanmayasan,  əksinə,  füsunkar  və  cəlbedici  bədənimə  baxıb  ağızları  açıq  qalsın,  sənə 
paxıllıqları tutsun. Bundan sonra hamının dilindən yalnız bunu eşitmək olar ki, halal olsun, 
kişinin oğlu arvad saxlayır!» Əlbəttə, arvadın dedikləri kandaulezist ərin ürəyinə yağ kimi 
yayılır.  Belə  ər  arvadının  öz  bədəninə  diqqətlə  fikir  verməsinə,  gözəllik  salonlarına, 
çimərlik  və  hovuza,  məşq  zallarına  və  digər  yerlərə  tez-tez  baş  çəkməsinə  nəinki  etiraz 
etmir, üstəlik ona verdiyi vəsaitin miqdarını artırmağa başlayır. «Kişi arvad saxlayır», lakin 
bunu özündən çox, başqaları üçün edir. Həqiqətən arvadın çılpaq halda gözəl görünməsi 
kandaulezist  ərin  ən  böyük  arzusudur.  Arvadın  soyunaraq  gözəl  bədənini  başqa  kişilərə 
göstərməsi  kandaulezist  ərinə  kömək  etməsinin,  ona  yardım  əlini  uzatmasının  əyani  bir 
formasıdır. Belə «köməkdən» ruhlanan ər heç də arvadına borclu qalmır, yataqda həddən 
ziyadə ehtiraslanaraq onun seksual təmin olunması üçün əlindən gələni edir. 
Bəzən kandavlizm öz arvadının çılpaq fotoqrafiyalarının nümayiş etdirilməsilə 
məhdudlaşmır,  həyat  yoldaşının  özü  canlı  olaraq  prosesə  cəlb  edilir.  Bir  sözlə,  seksual 
partnyor olan qadının nümayiş etdirilməsi onun fotoqrafiya və portretinin başqa kişilərə 
göstərilməsilə məhdudlaşa bilər, lakin onun özünün yad kişilər önündə poza alması, striptiz 
ifa etməsi və başqa intim hərəkətlərə meylləndirilməsi hallarına da rast gəlinir. Hərəkətlərin 
miqyasının belə genişlənməsi patologiyanın artıq yüngül formadan ağır formaya keçdiyinə 
dəlalət edir. 
Əgər  kandaulezistik  təmayül  arvadın  özünün  bilavasitə  canlı  olaraq  iştirakı 
şəraitində  həyata  keçirilərsə,  buna  ağır  kandaulezizm  (candaulesismus  gravis)  deyilir. 
Latınca gravis – ağır deməkdir. Belə hal başqa sözlə kontakt kandaulezizm də adlanır. Ona 
həmçinin  mürəkkəb  kandavlizm  deyilir.  Bunu  «canlı»  kandaulezizm,  yaxud 
kandaulezizmin  «canlı»  forması  kimi  təsəvvür  etmək  olar.  Bəzi  mənbələrdə  belə  hal 
həmçinin vasitəsiz kandaulezizm adlanır. Ona başqa sözlə birbaşa kandaulezizm də deyilir. 
Hətta bəzi mənbələrdə «maksi-kandaulezizm» terminindən istifadə olunur. 
Bəzi  hallarda  öz  qadınının  yalnız  surətini  və  video  görüntülərini  yad  kişiyə 
göstərmək artıq ehtiraslı ər üçün kifayət etmir. Bunlardan heç bir vəchlə qane olmayan ər 
arvadını yad adamların yanında soyunmağa, yaxud bir çox hallarda hətta başqa kişilərlə 
cinsi akt törətməyə sürükləyir, özü isə baş verənləri böyük həvəslə kənardan izləyir, xəlvəti 
yerdə dayanıb şövqlə müşahidə edir. Ağır kandavlizmə mübtəla olmuş ər daim arvadına 
təkan verir, onu hərəkətə gətirir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə