Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

114 
 
Ərin  öz  «ikinci  yarısı»  olan  arvadını  başqa  kişiyə  verməsi  və  bundan  vəcdə 
gəlməsi patologiyanın psixikaya güclü təsirinin labüd nəticəsidir. Normal halda kişi üçün 
dəhşət kimi qarşılanan bir hadisənin adi intim oyun olaraq başa düşülməsi elə bu təsirdən 
qaynaqlanır. Sanki bununla kişi özünə aid olanın bir hissəsini, özünün bir qismini başqa 
kişiyə verir.  
Ağır  kandaulezizm  qadının  canlı  olaraq  təklif  edildiyi  halda  bundan  həzz 
alınmasından ibarət olan cinsi pozğunluqdur. Əgər kişi arvadını çılpaq halda başqa kişiyə 
bilavasitə göstərməyə nail olursa, bundan çox böyük məmnunluq duyur. Arvadını çılpaq 
halda başqa kişiyə göstərməyə nail olmaq üçün kandaulezist ər bir neçə üsuldan istifadə 
edə bilər. Ağır kandaulezizmin ekstrakoital və koital olmaqla iki növü fərqləndirilir. 
Çox nadir hallarda ər arvadının özünü başqa kişiyə çılpaq halda göstərir və cinsi 
əlaqədən  savayı  hər  hansı  hərəkət  etməsini  istəyir  ki,  belə  hal  ekstrakoital  kandavlizm 
(candaulismus extracoitalis) adlanır. Ona başqa sözlə ekstrakoital təmaslı kandavlizm də 
deyilir.  
Ekstrakoital kandavlizm arvadın başqa kişilərlə cinsi əlaqədən savayı hər hansı 
hərəkəti  etməsinə  yol  verilməsindən  ibarət  olan  pozğunluqdur.  Arvadın  (məşuqənin) 
soyundurularaq  kişi  cinsli  şəxsə  göstərilməsi,  onun  bədəninə  başqa  kişi  bədəninin 
toxunması (sürtünməsi), həmçinin digər yollarla yad adamların nəzərlərinin cəlb edilməsi 
kandavlist ərin məqsədinə çevrilir.  
Arvadın fiziki cəlbediciliyini göstərməyə imkan verən paltar geyinməyə məcbur 
edilməsi hallarına çox rast gəlinir. Bunun üçün mini-paltar, mini-yubka, mikro-yubka, çox 
dar olduğundan bədənə yapışan paltarlar, iki tərəfi açıq olan paltar, yuxarıdan dərin kəsik 
olan paltar, krujeva şəklində olan paltar və başqaları daha çox seçilir. Belə paltarlar təkcə 
kandavlist ərin təzyiqi altında seçilmir, eyni zamanda arvadın ekshibisionizmdən əziyyət 
çəkməsinin  əlaməti  olaraq  onlara  tez-tez  müraciət  edilir,  həmçinin  ölkə  əhalisinin 
əxlaqsızlığa sürüklənməsində maraqlı olan qüvvələrin moda kimi sırıması istisna edilmir. 
Ümumiyyətlə, geyim  psixiatr və seksoloqların çox böyük əhəmiyyət verdiyi bir amildir. 
İnsan  xarakterinin  geyimə  güclü  şəkildə  sirayət  etdiyi  heç  kimdə  şübhə  doğurmur. 
Geyimin individin cinsinə və  yaşa uyğun gəlib-gəlməməsi, ona  lüzumsuz  aksessuarların 
əlavə  edilib-edilməməsi  xüsusən  həkim-psixiatrları  çox  maraqlandırır.  Geyim  insan 
seksuallığının  «hopduğu»  elementləri  özündə  daşıyır.  Hətta  bir  çox  hallarda  geyim  özü 
insanın  seksuallığının  nəzərə  çarpdırılmasının  bir  vasitəsinə  çevrilir.  Çılpaqlığa  çağırış 
edən, açıq-saçıqlığın təbliğ edilməsində maraqlı olan kandavlistlərin canfəşanlığı xüsusən 
aydın büruzə olunur. 
 


115 
 
 
 
 
 
 
 
 
Şəkil  50.  Gəlinlik  paltarının  getdikcə  daha  çox  erotik  üslubda  hazırlandığı 
müşahidə edilir  
 
Ekstrakoital  təmaslı  kandavlizmin  aşağıdakı  növlərini  ayırd  etmək  olar:  a) 
çimərlik  kandavlizmi;  b)  hovuz  kandavlizmi;  c)  hamam  kandavlizmi;  ç)  masaj 
kandavlizmi; d) müayinə kandavlizmi; e) poza kandavlizmi; ə) rəqs kandavlizmi.  
Arvadın  çimərliyə  aparılaraq  başqa  kişilərə  göstərilməsindən  məmnunluq 
duyulmasına çimərlik kandaulezizmi deyilir.  
Aydındır ki, çimərlik (fransızca plage) rekreasion zona kimi istifadə edilən bir 
sahədir.  Çimərlik  kandaulezizmi  ekstrakoital  təmaslı  kandaulezizmin  digər  formalarına 
nisbətən daha çox rast gəlinir. Bunu bir neçə səbəblə izah etmək olar. Birincisi, arvadını 
çimərliyə aparma daha asan baş tutur, bundan ötrü həyat yoldaşını uzun-uzadı dilə tutmağa 
ehtiyac  yoxdur.  İkincisi,  arvadını  çimərliyə  aparmaq  üçün  elə  böyük  bir  vəsait  tələb 
edilmir.  Demək  olar  ki,  bütün  ailələrin  buna  imkanı  çatır.  Sadəcə  olaraq  seçilən 
çimərlikdəki  xidmət  səviyyəsi  ödənilən  vəsaitdən  asılı  olaraq  fərqlənə  bilər.  Ancaq 
kandaulezist  əri  çimərlikdəki  xidmət  səviyyəsi  deyil,  orada  arvadına  nəzər  yetirəcək 
kişilərin  çox  olması  maraqlandırır.  Üçüncüsü,  arvadını  tez-tez  çimərliyə  aparan  kişinin 
kandaulezizmdən əziyyət çəkdiyinə heç vaxt şübhə edilmir. Bir çox hallarda nəinki kənar 
şəxslərdə, hətta həyat yoldaşında belə qətiyyən şübhə oyanmır.  


116 
 
Əlbəttə,  arvadını  çimərliyə  aparan  bütün  kişilərin  kandaulezist  olduğunu 
düşünmək yanlışlıq sayılar və onlara münasibətdə haqsızlıq hesab edilərdi. Ancaq arvadını 
çimərliyə  aparan  kişilərin  arasında  məhz  kandaulezizm  məqsədini  həyata  keçirmək 
istəyənlər  olduğunu  danmaq  mümkün  deyildir.  Arvadını  çimərliyə  aparan  kişinin 
kandaulezist  olmasından  şübhələnməyə  əsas  verən  bir  neçə  məqam  vardır.  Birincisi, 
kandaulezizmdən əziyyət çəkən ər arvadını dəniz, göl, çay və digər su hövzəsi sahilindəki 
tənha  guşələrə  aparmağa  maraqlı  olmur.  Beləsi  adamların  çox  olduğu  çimərliyi  seçir. 
İkincisi, kandaulezizmə mübtəla olmuş ər arvadının daha çılpaq görünməsinə imkan verən 
çimərlik  paltarı  seçməsində  israrlı  olur.  Kandaulezist  ər  arvadının  erotik  tipli  çimərlik 
paltarı seçməsinə maraq göstərir, hətta bəziləri «qoy səni görəndə hamısının ağlı başından 
çıxsın, əsas odur ki, sənə yaraşır» deməklə məhz bu seçimin saxlanmasına çalışır və nail 
olur. Üçüncüsü, kandaulezist ər arvadının çılpaq bədəninin daha aydın görünməsinə imkan 
verən hərəkətlər  edir, həyat  yoldaşı hiss  etmədən onu sanki sərgidə  nümayişə hazırlayır. 
Belə  hallarda  ər  başqa  kişilərin  onun  arvadına  necə  ehtirasla  baxdıqlarına  əmin  olanda 
bundan  çox  məmnun  görünür,  heç  nəyi  büruzə  vermədən  ona  xoş  təsir  bağışlayan 
mənzərənin xeyli müddət davam etməsini arzulayır.  
Ekstrakoital  təmaslı  kandaulezizmin  daha  bir  növü  hovuz  kandaulezizmi 
adlanır. Onun başlıca cəhəti ərin öz arvadını məhz hovuza aparmaqla çılpaqlaşdırıb başqa 
kişilərə  göstərmək  arzusunu  həyata  keçirməsidir.  Aydındır  ki,  hovuz  kandaulezizmi  də 
çimərlik kandaulezizmi kimi çox rast gəlinir, onlar bir-birinə çox oxşayır. 
Ərin  öz  arvadını  hamama  aparmaqla  kandaulezistik  meylini  reallaşdırması 
mümkündür. Odur ki, buna hamam kandavlizmi deyilir. Hamam kandavlizmi ona xas olan 
xüsusiyyətlərə görə çimərlik kandavlizminə çox bənzəyir.  
Hamam  kandavlizmindən  danışanda  buna  dair  məşhur  bir  tarixi  nümunəyə 
toxunmamaq mümkün deyildir. XVIII əsrdə ingilis siyasi xadimi ser Riçard Uorslidə (Sir 
Richard  Worsley)  hamam  kandavlizmi  özünü  qabarıq  şəkildə  büruzə  vermişdir.  Ancaq 
onda kandavlizmin digər formalarının da olması istisna edilmir.  
Arvadını kişi masajistin yanına aparma da elə çətin başa gəlmir və çox tez-tez 
müşahidə  edilir.  «Səni  yanına  aparmaq  istədiyim  masajisti  hamı  tərifləyir,  onun  çox 
bacarıqlı  olduğunu  hər  kəs  deyir,  gəl  biz  də  yoxlayaq»  şəklində  təklifin  qarşısında  aciz 
qalan arvad razılaşıb yoxlamağa qərar verir. Adətən belə hallarda kandaulezist ər ürəyindən 
bunu keçirir: «Arvadım tam soyunarkən onu masaj edən kişinin necə yanıqla baxdığını 
görəndə hədsiz oyanır və gördüklərimdən olmazın həzz alıram». 
Bir çox hallarda kandaulezist ər arvadını soyunma tələb edilən müayinələrdən 
keçmək  üçün  kişi  cinsli  ginekoloqun,  mama  həkiminin,  mammoloqun,  seksoloqun  və 
başqalarının yanına aparır. Belə hal müayinə kandaulezizmi adlanır. 
Kişi  kompaniyasına  arvadı  ilə  gedən  kandavlist  ər  orada  qarşıya  qoyduğu 
məqsədinə  yetişməyə  çalışır.  Belə  ki,  kişilərin  qarşısında  arvadını  seksual-erotik  təsir 
bağışlaya  bilən  poza  almağa  (müəyyən  vəziyyətdə  durmağa)  təhrik  edir.  Həmin  hadisə 
poza kandavlizmi adlanır. 
Ayrı-ayrı hallarda ər arvadının başqa kişilərlə erotik rəqs etməsini arzulayır və 
buna nail olmaq üçün əlindən gələni edir. Belə hal rəqs kandavlizmi adlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə