Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

108 
 
xəbərdarlıqsız  kandaulezizm  deyilir.  Xaincəsinə,  xəyanətkarlıqla  həyata  keçirilən  həmin 
hal başqa sözlə qeyri-konsensual kandaulezizm də adlanır. Qeyri-konsensual kandaulezizm 
ailədə istər-istəməz inciklik yaradır, söz-söhbətə səbəb olur. Rusiyada dərc edilən «SPİD-
info»  adlı  məşhur  və  olduqca  zəngin  məlumatlı  jurnalda  yerləşdirilmiş,  Arseni 
Skorodumov tərəfindən yazılmış «Mən sənə pornoulduz deyiləm!!!» başlıqlı məqalə çox 
ibrətamiz  olduğundan  burada  onu  təhlil  etmək  qərarına  gəldik.  Baş  verənlərdən  özünü 
ciddi  zərbə  almış  və  məğlub  olunmuş  kimi  hiss  edən,  olmazın  çətinliyə  düşən,  çirkaba 
batıb qalan arvad nə edəcəyini bilmədiyindən redaksiyaya müraciət edərək məsləhət almaq 
istəmişdir.  Əri  Yevgeninin  addımından  heyrətə  gəlmiş  arvad  bu  barədə  fikirləşdikcə 
özündən  asılı  olmadan  əsəbiləşir  və  ailəsinin  dağılmaq  təhlükəsi  ilə  üzbəüz  qalmasına 
təəssüflənir.  Novosibirsk şəhərində  yaşayan, tamamilə  özünü itirən, «tora düşdüyündən» 
çaşıb qalan qadının redaksiyaya ünvanladığı məktuba nəzər yetirək.  
«Dəhşət  doğuran  kabusun  lap  əvvəlini  mən  çox  yaxşı  xatırlayıram.  Jenya  ilə 
təzəcə  ailə  qurmuşdum.  Bal  ayını  keçirmək  üçün  Türkiyəyə  getdik,  gözəl  otellərdən 
birində  yerləşdik.  Yatağa  girəndə  Jenya  məhz  elə  indi  mənim  foto  ilə  şəklimi  çəkmək 
istədiyini  bildirəndə  tərəddüd  etmədən  məmnuniyyətlə  razılıq  verdim:  belə  gözəl 
interyerdə bu cür təntənəli, təmtəraqlı və möhtəşəm yataqda bir də nə vaxt olacaqdım ki? 
Sevgilim də dediyi kimi, ümumiyyətlə, mən çox gözələm. Evimizə qayıtdıqdan sonra ərim 
şəkilləri  fleşkadan  kompüterə  keçirdi,  mənim  necə  gözəl  olduğuma  əmin  olmaq  üçün 
onlara  bir  yerdə  baxdıq.  Sonra  bir  il  ərzində  artıq  evimizdə  çılpaq  halda  olduğum  vaxt 
mənim şəkillərimi çəkməyi xahiş etdi. Bunun üçün mənim müxtəlif pozalar almağımı rica 
edirdi. Bəzən qəliz, mürəkkəb, qəribə pozalar almağa məcbur olurdum. Getdikcə hər şey 
daha geniş vüsət tapırdı. Çılpaq bədənimin həddən ziyadə gözəl görünərək ərimə xoş təsir 
bağışladığını zənn etdiyimdən onun sözünü yerə salmır, xahişinə ürəkdən əməl edirdim. 
Lakin günlərin birində ərimin pornosaytlara girdiyini, sonra orada gizlicə baxdığı pozalarda 
mənim  çılpaq  şəkillərimi  çəkməyə  çalışdığını  hiss  etdim.  Onun  bütün  cəhdlərinin 
arxasında  nələr  gizləndiyini,  canfəşanlığının  səbəbini  öyrənməyə  çalışdım,  «axı,  bütün 
bunlar  nəyə  lazımdır?»  sualıma  cavab  istədim.  Yenə  eyni  cavabı  aldım:  «Çünki  sən  bir 
dənəsən, sənin kimi gözəl heç harada yoxdur!» Əlbəttə, belə xoş sözlərdən sonra ürəyim 
yumşaldı. Təbii ki, ərimin bu şəkilləri kiməsə göstərdiyini heç vaxt fikirləşməzdim, hətta 
bunu səfeh və yaramaz bir yuxuda belə görə bilməzdim. Ancaq ərim bunu etdi!  
Bir dəfə ərimin dostları bizə qonaq gəlmişdilər. Jenya kompüteri qoşdu, özünün 
qoyduğu müxtəlif şəkilləri onlara göstərdi. Kompüter arxasında kişilər birdən-birə kiridilər. 
Dostların eyni vaxtda bir növ susmaları mənə qəribə gəldi, hətta stolu düzəltməyi saxlayıb 
tez onlara yaxınlaşdım və türk otelində çəkdirdiyim şəkilləri orada görəndə çox pərt oldum. 
Ancaq  qonaqların  yanında  qanıqaraçılıq  salmaq  istəmədim,  heç  bir  şey  olmamış  kimi 
özümü apardım. Axşam qonaqlar gedən kimi ərimin üstünə düşdüm, şahidi olduğum pis 
hərəkətin  hansı  məqsədlə  edildiyini  öyrənməyə  çalışdım,  artıq  səsimin  tonunu 
qaldırmışdım, istər-istəməz həyəcanla danışırdım. Jenya özünü təmizə çıxartmağa, əməlinə 
bəraət  qazandırmağa  çalışırdı,  onların  guya  təsadüfən  şəkillər  olan  fayla  düşdüklərini 
deyirdi. Ərim bir daha bunu təkrarlamayacağına and içdi, xoşagəlməz hadisənin axırıncı 
dəfə olduğuna söz verdi.  


109 
 
Lakin ərim sözünün üstündə çox dayana bilmədi. Cəmi bir aydan sonra ərimin 
əmisi  oğlu  qonaq  gəldi  və  gecə  bizdə  qaldı.  Onlar  çoxdan  bir-birini  görmədiklərindən 
qızğın söhbətə başlamışdılar. Mən onları gözləməyib yatmağa getdim. Əmioğlular xeyli 
söhbət  etdilər,  gecə  yarıdan  keçənə  qədər  oturdular.  Səhər-səhər  bu  qardaş  mənə  deyir: 
«Qulaq as görüm, sən necə gözəlsənmiş, sadəcə bir modelsən, Afrodita kimi gözəlliyinə 
çatan olmaz». Jenyanın əvvəllər çəkdiyi mənim çılpaq şəkillərimin hamısını ona göstərdiyi 
məlum  oldu.  Mən  çox  utandım,  xəcalət  çəkdim.  Belə  situasiyada  qalmaq  mənim  üçün 
naqolay, çətin idi. Qonaq gedəndən sonra yenidən mərəkə qopardım, çox əsəbiləşdiyimdən 
davanın qızışmasını istəyirdim. Lakin mənim ərim təqsirli gözlərilə baxır və hansısa yad 
bir qızın deyil, məhz əziz arvadının şəkillərini çəkdiyini və göstərdiyini, bundan olmazın 
həzz  aldığını,  çox  qüvvətli  şəkildə  ehtiraslandığını  dedi.  Ərim  mənim  çılpaq  şəkillərimə 
başqa  kişilərlə  bir  yerdə  baxarkən  xüsusən  cuşa  gəldiyini  və  hədsiz  məmnun  qaldığını 
bildirdi.  Ümumiyyətlə,  mənim  yataqda  şəkillərimi  çəkərkən  və  sonra  bunları  kiməsə 
göstərərkən  ərimin  əhvali-ruhiyyəsinin  hədsiz  yüksəldiyini,  bundan  çox  böyük  ləzzət 
aldığını  sezmək  heç  bir  çətinlik  törətmirdi.  Əgər  ərim  sadəcə  mənimlə  yatağa  girirdisə, 
intim  yaxınlığımıza  elə-belə  baxır,  çox  məmnun  görünmürdü.  Onun  ruhlanması  üçün 
mənim çılpaq vəziyyətdə cürbəcür pozalarda şəklimi çəkməsi və başqa kişilərə göstərməsi 
lazım gəlirdi. 
Mən  ərimi  sevdiyimdən  onun  qeyri-adi  meyli  barəsində  fikirləşdikdən  sonra 
çılpaq halda şəkillərimi çəkməsinə etiraz etməməyə qərar verdim. Ancaq onun qarşısında 
bir  şərt  qoydum  ki,  şəkillərə  baxanda  bunların  mənə  məxsus  olduğu  bilinməsin.  Ərim 
mənim  şəkillərimi  kompüterə  keçirdikdən  sonra  qara  zolaqlarla  sifətimi  örtür,  məni 
tanınmaz hala salır. Artıq bir ildən çoxdur ki, belə yaşayırıq. Ərim usanmadan fəaliyyətini 
davam  etdirir,  mən  isə  pozalarımı  mürəkkəbləşdirməyə  çalışıram.  Ancaq  bizim 
psixikamızda hər şeyin yerində olmadığını hərdən fikirləşirəm. Bəzən mənə elə gəlir ki, 
ərimlə ağlımızı itirir, öz yolumuzdan çıxıb dəli oluruq. İstənilən halda bizdə bu planda nəsə 
bir çatışmazlıq olduğuna şübhə etmirəm» [46]. 
Seksoloq İrina Maşnaya məktubda yazılanlara belə şərh verir: Yevgenidə çılpaq 
arvadını  başqa  kişilərə  nümayiş  etdirmək  arzusu  aydın  şəkildə  ifadə  olunur.  Ancaq 
Yevgeni belə bir qəribə arzu ilə yaşayan yeganə kişi deyildir. Seksologiyada həmin qəribə 
arzuya «kandaulezizm» adı verilmişdir [46]. 
Bir çox hallarda ər öz qəribə meyli barəsində arvadına məlumat verməyi özünə 
borc  bilir.  Həmin  hadisə  xəbərdarlıqlı  kandaulezizm  adlanır.  Kandaulezizmdən  əziyyət 
çəkən kişi bir yolla məqsədini arvadına bildirir, ondan icazə istəyir. 
Ərin arvadını çılpaq halda başqa kişilərə göstərmək arzusunun ifadə olunduğu 
təklifə kandaulezistik təklif deyilir.  Kandaulezist  ər tərəfindən  arvadın  xəbərdar  edilməsi 
onun  xaincəsinə  aldadılmasına  nisbətən  çox-çox  yaxşıdır.  Lakin  arvadın  əri  tərəfindən 
edilən kandaulezistik təklifə cavabı birmənalı deyildir. Ərindən kandaulezistik təklif alan 
arvadın buna reaksiyası cürbəcür ola bilər. Buna görə kandaulezizm daha iki növə bölünür: 
a) neqativ cavablandırılmış kandaulezizm; b) pozitiv cavablandırılmış kandaulezizm. 
Konkret olaraq təklifə verilən cavab neqativ (mənfi) və pozitiv (müsbət) olmaqla 
iki növə ayrılır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə