Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

139 
 
Kandavlizmin  profilaktikasında  arvadın  özünəhörmət  qanununa  necə  əməl 
etməsi çox önəmlidir. Ailə qurulan ilk gündən arvad daim ona qarşı hörmət qoyulmasına 
nail olmalı və özünə inanmalıdır. Sonra zaman keçdikcə arvad hər gün zərrə qədər olsa da 
bu hörmət və inamı artırmalıdır, daha onun üstündən götürməli deyildir. Özünəhörmət və 
özünəinam baxımından yığımcıl olmaq çox vacibdir, belə demək mümkünsə, «adamın bir 
əli həmişə üstünə əlavə etməlidir». Özünəhörmət və özünəinam elə nadir keyfiyyətlərdir 
ki, onlar xərclənmək üçün deyil, məhz yığılmaq üçündür. Hər gün bunlara əlavə edilməsi 
alınmaz  qala  yaradır,  basılmaz  divar  hörür.  Arvadın  özünə  həddən  ziyadə  çox  hörmət 
qoyduğu, gücünə inandığı bilinəndən sonra nəinki kənar şəxslər, heç həyat yoldaşının özü 
də  yaramaz  təkliflə  ona  üz  tuta  bilməz.  Söz  yox  ki,  kişi  qəlbindən  keçirdiyi,  ancaq 
açıqlamağa  ehtiyat  etdiyi  sözü  ilk  olaraq  məhz  arvadına  deməli,  onunla  bölüşməli, 
məsləhətləşməlidir.  Alınmaz  qala,  basılmaz  divar  dedikdə  arvada  söz  söyləməyin 
mümkünsüzlüyü  başa  düşülməməlidir.  Arvad  elə  söz  demək  üçün  bir  həyat  yoldaşıdır. 
Amma arvada hər sözü də demək, onu təhqir etmək olmaz. Arvad ona başqa kişi ilə bir 
balışa  baş  qoyması  təklifi  deyiləcək  qədər  əlçatan  olmamalıdır.  Bir  sözlə,  özündə 
kandavlizm  əlamətlərinin  yarandığına  şübhə  etməyən  ər  arvadının  özünə  çox  hörmət 
qoymasından ehtiyat edərək qəlbini sızladan rəzil fikirlərini ona söyləməkdən çəkinə bilər. 
Arvad özünə hörmət qoymağa çalışmaqla bərabər, eyni zamanda sevimli ərinə 
layiq  həyat  yoldaşı  olmağı  bacarmalıdır.  Kişinin  hörmətini  qazanmağın  başlıca  yolu 
səmimi və nəzakətli olmaq, hüquqların tapdalanmasına yol verməməkdir. 
Ağıllı arvad haqlı olduğuna əmindirsə, hüququnun tapdalanmasına heç vaxt yol 
vermir,  öz  hüquqlarını  qorumağı  bacarır,  onların  tanınmasını  hər  kəsdən,  lap  elə  ərinin 
özündən  tələb  edir,  azadlığının  boğulmasına  qətiyyən  imkan  yaratmır.  Arvad  onun 
maraqlarını  boğan,  ailəni  təhlükə  qarşısında  qoya  bilən  hər  hansı  xahişi  rədd  etməyi 
bacarmalı, yaramaz və nalayiq təklifi yerinə yetirməyin mümkün olmadığını söyləməkdən 
çəkinməməli,  rüsvayçılığa  aparan  əmələ  qarşı  müqavimət  göstərməkdən  utanmamalı, 
gələcək biabırçılığın vaxtında qarşısını almaq üçün elə bu gün tədbir görməyə başlamalı, 
bunları  sabaha  saxlamamalıdır.  Bununla  bir  vaxtda  arvad  ədalətli  olmağa,  düzgün 
davranmağa, ərinin hüquqlarına hörmətlə yanaşmağa borcludur.  
Aydın məsələdir ki, ər kandavlizmdən əziyyət çəkdikdə artıq ailədəki vəziyyət 
bir  başqa  xarakter  alır.  Belə  hallarda  ən  doğru  yol  ərə  kandavlistik  əmələ  ehtiyac 
olmadığını izah etmək, bunun üçün «şükürlər olsun ki, özünü təsdiqləmisən, gül kimi ailən, 
uşağın var, artıq belə cılız yola əl atmaqla bunu başqalarına bildirməyə ehtiyacın yoxdur», 
«uşaqlıq dövrü arxada qalıb, biz artıq yekə adamlarıq, gəl bütün xırda hissləri bir kənara 
qoyub bu gün üçün yaşayaq, gələcəyimiz barəsində fikirləşək, sabahın planlarını cızaq» və 
başqa  şəkildə  təsirli  sözlərlə  onu  meylindən  daşındırmağa  çalışmaq,  lakin  bununla 
kifayətlənməyib yubanmadan mütəxəssisin yanına yollanmaq, kobudluq etməmək, həyat 
yoldaşını  alçaltmamaq,  əksinə,  ona  mənəvi  dəstək  vermək,  dayaq  durmaq,  təyin  edilən 
müalicənin  düzgün  yerinə  yetirilməsinə  çalışmaq,  vaxtlı-vaxtında  klinik  psixoloqla 
məsləhətləşmək lazımdır.  
Kandavlizmin  profilaktikasında  spirtli  içkilərdən,  narkotik  vasitələrdən  və 
psixikaya aktiv təsir göstərməyə qabil digər zərərli vasitələrdən uzaq durmağın çox mühüm 
rolu vardır.  Heç  kimə  sirr deyildir ki,  ağlı başdan  çıxaran vasitələr parafiliyalardan irəli 


140 
 
gələn  arzuların  reallaşmasına  şərait  yaradır.  Xüsusən  spirtli  içkilərin  qəbulu  çox 
təhlükəlidir.  Birincisi,  içki  abır-həyanı  götürür.  İkincisi,  içki  insanı  lüzumsuz  hərəkətlər 
etməyə  cürətləndirir.  Bayaqdan  deməyə  cəsarət  etmədiyi  sözləri  sərxoş  adam  indi 
asanlıqla, geniş təqdimatla deyir, hətta nalayiq ifadələr işlətməkdən çəkinmir. Üçüncüsü, 
spirtli içki qəbulunun fonunda müəyyən müddət ərzində cinsi meyl güclənir. Dördüncüsü, 
spirtli içki ləyaqətsizlik edilən hallarda özünə bəraət üçün bir amilə çevrilir. Hətta elə hallar 
olur  ki,  parafiliyadan  əziyyət  çəkən  adam  özünü  ağır  sərxoş  kimi  aparır,  vəziyyətdən 
istifadə  edib  öz  məqsədinə  yetişir,  səhərisi  gün  dava-dalaşlı  müzakirə  vaxtı  «içkili 
olmuşam,  özümdə  deyildim,  heç  nədən  xəbərim  olmayıb»  deməklə  çox  asan  şəkildə 
qurtula bilir, başqalarının da ona deməyə sözü qalmır. «İçkilidir, fikir vermə» kəlmələrini 
tez-tez eşidirik. 
Təsadüfi  deyildir  ki,  nalayiq  hərəkətlərin  çox  böyük  bir  qismi  məhz  içkili 
anlarda  törədilir.  Spirtli  içki  qəbulu  elə  buna  görə  haram  buyurulub.  İçkidən  sui-istifadə 
edilən ölkələrdə parafilik halların çox tez-tez müşahidə edilməsinin başlıca səbəblərindən 
biri  məhz  bundan  ibarətdir.  Söz  yox  ki,  əgər  bir  adam  parafiliyaya  mübtəla  olubsa,  içki 
qəbul etmədiyi vaxtda onun həmin pozğunluğu yoxa çıxmır, sadəcə olaraq ayıq halda olan 
insan bunu hər zaman büruzə verə bilmir, məqam gözləyir, ona görə «başqa vaxta qalsın, 
bu gün heç bir şey alınan deyil» qənaəti zamanın uzanmasına gətirib çıxarır. Ancaq içki 
qəbulu qeyri-adi meylin reallaşacağı anı tezləşdirir, «vaxtını qabağa çəkir». 
Kandavlizm kimi halların qarşısının alınmasında ictimai rəy mühüm rol oynaya 
bilər. Belələrinə doğru yol göstərilməsi çox vacibdir. 
Bundan  başqa,  kandavlizm  və  digər  cinsi  pozğunluqların  meydana  çıxmasını 
qabaqlamaq  məqsədilə  ailə  tərbiyəsinin  düzgün  təşkil  edilməsi,  xüsusən  cinsi  tərbiyənin 
dürüst verilməsi olduqca zəruridir. 
 
İzahlı qeydlər 
 
«Hər şey bizim əlimizdədir. Buna görə əlləri yana salmaq, ruhdan düşmək 
olmaz»  
Fransız modelyeri Koko Şanel (Coco Chanel; 1883–1971) 
 
* * * 
 
«Ağacın yarpaqları hər il dəyişdiyi kimi, köhnə sözlər də yaşayaraq  
ömrünü başa vurur, öz yerini yeni doğulan sözlərə verir».  
Roma ədəbiyyatı «qızıl əsrinin» görkəmli nümayəndəsi, bizim eradan əvvəl I 
əsrdə yaşayıb-yaratmış şair Kvint Horasi Flakk (Quintus Horatius Flaccus) 
 
1
«Parafiliya» termini iki yunan sözünün birləşdirilməsindən əmələ gəlmişdir ki, 
para – ətrafında, kənarında, qırağında, yanında və philia – rasional olmayan sevgi, qeyri-
sağlam məhəbbət deməkdir. 
2
Qumilyov
 
Nikolay Stepanoviç (rusca Николай Степанович Гумилѐв) – 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə