Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

171 
 
56
Yu
 
Şarl  Dezire  (fransızca  Charles  Desire  Hue;  rusca  Шарль  Дезире  Ю) 
mənbələrdən bəzisində 1825-ci ildə, digərlərində isə 1830-cu ildə anadan olduğu göstərilir. 
Həmçinin ölüm tarixi dəqiq deyildir. Bəziləri 1880-ci, digərləri isə 1883-cü ildə öldüyünü 
yazırlar.  Sənətkarın  1830-cu  ildə  anadan  olduğunu  iddia  edənlər  onun  1880-ci  ildə  50 
yaşında vəfat etdiyini bildirirlər. Halbuki rəssamın 1825-ci ildə doğulduğunu güman edən 
müəlliflər onun 58 yaşında 1883-cü ildə dünyasını dəyişdiyini qeyd edirlər. 
57
Karre  Mişel  Antuan  Floranten  (fransızca  Michel  Antoine  Florentin  Carre; 
rusca  Мишель  Антуан  Флорантен  Карре;  1821  –  1872)  –  fransız  dramaturqu  və 
librettisti.  
1821-ci ilin 20 oktyabrında Bezansonda doğulmuşdur. 1872-ci ilin 27 iyununda 
arjanyoyda vəfat etmişdir.  
Qeyd  edək  ki,  Mişel  Antuan  Floranten  Karre  çox  vaxt  «ata  Mişel  Karre» 
adlandırılır,  çünki  fransız  kinorejissoru,  ssenarist,  aktyor  və  librettist  Mişel  Karrenin 
atasıdır. Müvafiq olaraq sonuncu «oğul Mişel Karre» adlandırılır. 
58
Dias Ejen (fransızca Eugene Diaz; rusca Эжен Диас) bir çox mənbələrdə Ejen 
Diaz kimi yazılır. 
59
Sen-Jorj Jül-Anri Vernua de (fransızca Jules-Henri Vernoy de Saint-Georges; 
rusca  Жюль-Анри  Вернуа  де  Сен-Жорж;)  –  məşhur  fransız  dramaturqu  və  prozaiki, 
nəhəng miqdarda opera və balet librettolarının müəllifi. 
1799-cu ilin 7 noyabrında Parisdə doğulmuşdur. Lakin mənbələrin bəzilərində 
onun 1799-cu ildə deyil, iki il sonra 1801-ci ildə dünyaya gəldiyi qeyd edilir. 1875-ci ilin 
23 dekabrında vəfat etmişdir. 
Onun tərəfindən yazılan və musiqiçilərin diqqətini cəlb edən libretto rus dilində 
ilk dəfə yalnız 2012-ci ildə nəşr olunmuşdur. 
 
 
Şəkil 94. Jül-Anri Vernua de Sen-Jorj (Jules-Henri Vernoy de Saint-Georges; 
1799/1801–1875) 


172 
 
 
60
Puni Sezar (italyanca Cesare Pugni; rusca Цезарь Пуни) – italyan bəstəkarı. 
Doğularkən  adı  Çezare  Punyi  olmuşdur.  1802-ci  ilin  31  mayında  Sardinsk  krallığında 
Genuyada doğulmuşdur. Milan, Paris, London və Sankt-Peterburq teatrlarında işləmişdir. 
312  baletin,  10  operanın,  40  messin,  həmçinin  simfoniya,  kantata  və  digər  əsərlərin 
müəllifi olmuşdur. 1870-ci ilin 14 yanvarında 67 yaşında ikən Rusiya imperiyasının Sankt-
Peterburq şəhərində vəfat etmişdir.  
 
 
Şəkil 95. Sezar Puni (Cesare Pugni; 1802–1870) 
 
61
Petipa  Marius  İvanoviç  (fransızca  Marius  Petipa;  rusca  мариус  Иванович 
Петипа;  1818–1910)  –  fransız  və  rus  balet  solisti,  baletmeyster,  teatr  xadimi  və  balet 
pedaqoqu. 


173 
 
 
Şəkil 96. Marius İvanoviç Petipa (Marius Ivanovich Petipa) 1898-ci ildə  
 
1818-ci ilin 1 martında Fransanın Marsel şəhərində doğulmuşdur. 1910-cu ilin 1 
iyulunda  92  yaşında  Rusiya  imperiyasının  Tavri  quberniyasının  Qurzuf  şəhərində  vəfat 
etmişdir.  
62
Jid  Andre  Pol  Giyom  (fransızca  Andre  Paul  Guillaume  Gide;  rusca  Андре 
Поль Гийом Жид; 1869–1951) – fransız yazıçısı, prozaik, dramaturq və esseist. 
 
 
Şəkil 97. Andre Pol Giyom Jid (Andre Paul Guillaume Gide) 1920-ci ildə 
 
A.  Jid  təkcə  XX  əsr  fransız  ədəbiyyatına  deyil,  eyni  zamanda  fransızların  bir 
neçə nəslinin əhvali-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.  


174 
 
Andre  Jid  1869-cu  ilin  22  noyabrında  Parisdə  doğulmuşdur.  1893-cü  ildə  24 
yaşı  olarkən  ağciyərlərinin  ağır  xəstəliyindən  (vərəmə  şübhə  olmaqla)  sonra  Andre  Jid 
müalicə  olunmaq  məqsədilə  Şimali  Afrikaya  yollanmışdır.  Orada  gənc  ərəblər  təzə-təzə 
yazmağa başlayan yazıçının bircinsli məhəbbətə qoşulan həqiqi təbiətini aşkara çıxarırlar. 
1893-cü  və  1895-ci  illərdə  Afrika  boyunca  səyahətlərdən  aldığı  təəssüratlar  1902-ci  ildə 
işıq üzü görən «İmmoralist» povestində öz əksini tapır. 
Özündən üç yaş böyük olan əmisi qızı, fanatik protestant və məşum qadın kimi 
ad  çıxaran  Madlen  Rondoya  bəslədiyi  məhəbbətin  fonunda  Jid  homoseksuallığını  başa 
düşür  və  bundan  narahat  olur,  çox  həyəcanlanır.  Qorxuya  düşən  yazıçı  1895-ci  ildə 
keçirdiyi təlaşına görə həkimə  müraciət  edir. Həkim  söz  verir ki, nikaha  daxil olduqdan 
sonra hər şey normaya düşəcək, yoluna qoyulacaqdır. 
Amma  həkimin  dedikləri  özünü  doğrultmur.  1910-cu  illərin  axırlarında 
gənclərin digər pərəstişgahı fransız yazıçısı, şair, dramaturq, rəssam və kinorejissor, XX əsr 
fransız  ədəbiyyatında  ən  nəhəng  simalardan  biri  Jan  Moris  Ejen  Kleman  Kokto  (Jean 
Maurice  Eugene  Clement  Cocteau)  ilə  «soyuq  müharibə»  halında  olur.  Bunun  səbəbi 
fransız kinorejissoru gənc Mark Alleqrenin (Marc Allegret) hər iki ədəbiyyatçıya pərəstiş 
etməsindəydi. Jidin sonralar məşhur rejissor kimi tanınacaq Alleqre ilə mürəkkəb çoxillik 
münasibəti  onun  1925-ci  ildə  qələmə  aldığı  «Saxtakarlar»  romanında  əksini  tapmışdır. 
Həmin  roman  yazıçının  ən  qiymətli  əsəri  hesab  edilir.  Özünün  xeyli  sayda  əlamətini 
romanın baş qəhrəmanı yazıçı Eduara şamil etmişdir. 
Jid  1911-ci  ildə  «Koridon»  traktatını  yazaraq  orada  sübut  edir  ki, 
homoseksuallıq psixi kənarlanma deyil, insan seksuallığının tamamilə təbii bir formasıdır. 
Onun  fikrincə,  homoseksuallıq  daha  mədəni  olan  və  estetik  şüur  səviyyəsi  yaxşı  inkişaf 
edən  cəmiyyətlərə  xas  bir  əlamətdir.  Ən  böyük  incəsənət  əsərlərində  homoseksuallıq 
özünün  parlaq  əksini  tapır.  Əfsanəvi  qədim  yunan  şair-dastançısı  Homer  və  qədim 
Romanın  ən  böyük  şairlərindən  biri  Publi  Vergili  Marondan  (Publius  Vergilius  Maro) 
tutmuş  ingilis  şairi  və  dramaturqu  Uilyam  Şekspir  (William  Shakespeare)  və  italyan 
heykəltəraşı,  rəssam,  arxitektor,şair  və  mütəfəkkiri  Mikelancelo  Buonarrotiyə 
(Michelangelo  Buonarroti) qədər xeyli  sayda dahinin əsərində homoseksuallıq barəsində 
danışılır. Traktat 1924-cü ildə Fransada dərc edildikdən sonra ictimai qalmaqalı qızışdırmış 
oldu. Jid hətta dostları tərəfindən obstruksiyaya məruz qoyuldu. 
Bununla  bərabər  Jid  bütün  həyatı  boyu  öz  arvadına  dərin  hiss  bəsləmişdir. 
Onunla  dramatik  münasibətləri  yazıçının  bir  çox  əsərləri  üçün  ilkin  material  xidmətini 
görmüşdür.  Lakin  Jidin  arvadına  bəslədiyi  münasibət  elə  platonik  məhəbbət  olaraq 
qalmışdır.  Bunun  səbəbi  Madlenin  fiziki  yaxınlıq  qarşısında  nevrotik  qorxu  keçirməsi 
(koitofobiya) olmuşdur. 
Andre  Jid  «həqiqətə  cəsarətli  məhəbbətlə  və  dərin  psixoloji  açıqgözlülüklə 
bəşəri problemlərin təqdim olunduğu mənalı və bədii cəhətdən qiymətli əsərlərinə görə» 
1947-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı almağa layiq görülmüşdür. Elə həmin 
il yazıçı Oksford universitetinin fəxri doktoru olmuşdur. 1951-ci ilin 19 fevralında Parisdə 
vəfat etmişdir. 
63
Semlinski  Aleksandr  fon  (almanca  Alexander  von  Zemlinsky;  rusca 
Александр фон Цемлинский) – Avstriya bəstəkarı və dirijoru. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə